LAROSEPT 50 ml
Sprey
Tərkibi
Çobanyastığı çiçəklərinin
(Flores Chamomillae)
cövhəri – 17,5 ml
Reyhan otunun
(Herba Basilici)
cövhəri – 20 ml
Söyüd qabığı
(Salicis cortex)
cövhəri – 10 ml
Nanə yarpağının
(Folium Menthae)
yağı – 0,5 ml
Şüyüd toxumlarının
(Semen Foeniculi)
yağı – 0,5 ml
Avstraliya çay ağacı yağı – 0,1 ml
Propolis – 1,4 ml
LAROSEPT
–
antimikrob, antifunqal, antiviral təsirə malik komponentlərin unikal birləşməsidir.
LAROSEPT
–
oro-farinqal sahənin immunitetini artırır, infeksiyanın qarşısını alır, müalicəvi təsir göstərir.
LAROSEPT
–
orijinal energizinq metodu ilə hazırlanmışdır ki, bu da tərkibindəki bitkilərin təsir effektini daha da
artırır.
Çobanyastığı çiçəkləri antioksidantların təbii mənbəyidir, antimikrob təsirə malikdir.
Reyhan yarpağı antiseptik və spazmolitik təsirə malikdir. Spazmolitik təsirin olması tənəffüs yollarına
desobstruant təsir göstərir.
Söyüd qabığı tənəffüs və LOR xəstəlikləri zamanı yanğı hissini azaldır. Bundan əlavə iltihab prosesinin qarşısını
alır və ağrını azaldır.
Nanə yarpağının tərkibindəki yağların 70%-i
anestetik təsirə malikdir, iltihab əleyhinə təsir göstərir.
Şüyüd yağı bronxların sekresiyasını artırır, bəlğəmgətirici təsirə malikdir.
Aktiv birləşmələrlə zəngin Avstraliya çay ağacının yağı iltihab əleyhinə, antiseptik, antibakterial, antifungal
təsirə malikdir.
Propolis iltihab ocağında virus infeksiyalarına və bakteriyalara qarşı, iltihab əleyhinə çox güclü təsirə malikdir.
Propolis regenerasiyanı artıraraq yaraların sağalmasını sürətləndirir.
İstifadəsinə göstərişlər
LAROSEPT aşağıdakı xəstəliklərin müalicəsi zamanı simptomatik vasitə kimi istifadə olunur:
- angina
- faringit
- tonzillit
- laringit
- traxeit
- gingivit
- stomatit
İstifadə qaydası
- 6 yaşa qədər uşaqlar: gündə 3 dəfə 2 doza.
- 6 yaşdan böyük uşaqlar və böyüklər: gündə 5 dəfə 2 doza.
LAROSEPT gün ərzində təravəti qorumaq üçün ağız spreyi kimi də istifadə edilə bilər. Əlavə yan təsirləri
müşahidə olunmayıb.
Hər dozadan sonra 30 dəqiqə ərzində maye və yemək qəbulu məsləhət görülmür.
Buraxılış forması
50 ml sprey balonu qutuda yerləşir.
İstehsalçı
S.C. LABORATOARELE MEDICA
®
S.R.L.
Otopeni, Frasinului küç. 11, Rumıniya
Tel: +40(21)-351.47.77
Faks: +40(21)-351.47.78
e-mail: medica@softnet.ro
office@pro-natura.ro
www.pro-natura.ro