Ən kiçik bölünməz yük elementar yük adlanır
və - a bərabərdir.
Müllügen yükün bölünmə sərhəddini müəyyənləşdirərkən hər dəfə yükün tam ədəd qədər azalmasının şahidi olmuşdur. Bu faktın əsasında o, elementar yükü daşıyan zərrəciyin də ola bilməsi ideyasını irəli sürmüşdür. Tomson isə təcrübi yolla elementar yükü daşıyan zərrəciyi müəyyənləşdirmişdir. Həmin zərrəcik elektron adlandırılmışdır. Belə çıxır ki, elektron mənfi elementar yükü daşıyan zərrəcikdir. Elektronun kəşfi atomun bölünməzliyi ideyasına son qoydu. Aydın oldu ki, bölünməz qəbul olunan atomun özü də daha kiçik zərrəciklərdən, o cümlədən elektronlardan, təşkil olunmalıdır. Nəzərə alsaq ki, sürtünmədən əvvəl elektrik yükünə malik olmayan, yəni neytral olan atom təkcə elektronlardan təşkil oluna bilməz, onda atomun tərkibində eyni miqdarda müsbət yük daşıyan zərrəciklərin də ola bilməsi aydın olur. Atomun tədqiqinin növbəti mərhələsi müsbət və mənfi yükün hansı formada paylanmasına həsr olunmuşdur. Bu sahədə də ilk cəhdi Tomson etmişdir. Tomsona görə, müsbət yük atomun bütün həcmini doldurur (xəmir keksin hər yerini doldurduğu kimi), elektronlar isə müsbət yükün arasında yerləşmişlər (kişmiş xəmirin içərisində paylandığı kimi). Atomun bu modeli -Tomson modeli və ya keks modeli adlanır.
Sonralar bu modelin səhv olduğunu müəyyənləşdirmək mümkün olmuşdur. İlk dəfə olaraq, atomun düzgün modelini Rezerford təklif etmişdir. Rezerforda görə müsbət yük, heç də Tomsonun dediyi kimi atomun bütün həcmini deyil, onun çox kiçik bir hissəsini – nüvəsini tutur (Rezerford atomun nüvə modelini təklif etmişdir). Bu modelə görə elektronlar müsbət yükün daxilində yox, onun ətrafında, planetlərin Günəş ətrafında hərəkətinə oxşar olaraq, müxtəlif orbitlər üzrə fırlanırlar.
Atomun bu modeli Rezerford modeli və ya planetar model adlanır.
Dostları ilə paylaş: |