RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
3
Respublikaçı Alternativ Hərəkatının (REAL) amalı – ölkəmizdə
real cümhuriyyət yaratmaq, onu parlament respublikası şəklində
qurmaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanı, keçmişə qay-
tarmadan, tarixi məcrasına salmaq, vətəndaşlarımızın azadlığını
və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi
dünyagörüşlü, sağlam, bilikli, rəqabətə dayanıqlı, açıq və çevik hala
gətirməkdir.
Respublikaçı Alternativ Hərəkatı inanır ki:
– Ölkəmizin insanları həvəslidir, ünsiyyətcildir, yaradıcıdır,
çevrələrinə açıq və özlərinə güvənəndir. Vətəndaşlarımız özəl
təşəbbüsləri həmişə yüksək dəyərləndiriblər – özləri qazanıb, başqa-
ları ilə paylaşmağa üstünlük veriblər. Azərbaycanda sovetdən qal-
ma və ətalətlə davam edən idarəetmə təcrübəsi insanlarımızın bu
təbii keyfiyyətinə zidd olduğuna görə, cəmiyyətimizin inkişafını
əhəmiyyətli dərəcədə əngəlləyir. Hazırkı siyasi sistem və ona uy-
ğun formalaşmış ictimai quruluş, xalqımıza Azərbaycanın coğrafi
üstünlüklərindən, təbii sərvətlərindən, adət-ənənələrindən yararlan-
maq imkanı vermir. Ölkəmizdə bütün bu imkanları verəcək ən opti-
mal quruluş – Parlament Cümhuriyyətidir.
– Vətənimizin ən böyük sərvəti onun insanlarıdır. Vətən
vətəndaşlardan başlayır. Vətəndaş olmaq – vətənə sahib çıxmaq
deməkdir. Vətənə sahiblik kimi ülvi mənəvi dəyərin siyasi, hüquqi
və maddi təminatları olmalıdır. Bu təminatların məcmusu – REAL
Cümhuriyyətdir.
– Getdikcə qloballaşan dünyada gələcəyin həlledici münasibətləri
coğrafi, hərbi, əmlak və ya başqa maddi üstünlüklər hesabına de-
yil, ölkələrin insan potensialından və onun rəqabətə dayanıqlı
keyfiyyətindən asılı olacaq. Cəmiyyətimizə bu keyfiyyəti gətirəsi
gələcək – REAL Cümhuriyyətdir.
– İqtisadi inkişafın təməli insanların bilik və bacarıqlarıdır. Bi-
lik və bacarıqların insanlara faydalı olması üçün onların asanlıqla
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
4
mübadilə olunması gərəkir. Bilik dərd deyil, çarə olmalıdır. Saf ailə
mühiti, sağlam təbiət çevrəsi, rahat və çatımlı mədəni təsisatlar ol-
madan, buna nail olmaq mümkün deyil. İnsanlarımızın xoşbəxtliyi
üçün yol açacaq şərait – REAL Cümhuriyyətdir.
– İnsanlarımızın dəyər verdikləri uğur örnəkləri, təbii və mədəni
sərvətlər, ərazilər və sərhədlər, insani münasibətlər, gələcəyə yatı-
rımlar ictimai təşəbbüslər və vəsaitlər hesabına qorunmalıdır. Bunun
üçün müstəqil və qərəzsiz məhkəməyə, ədalətli və səmərəli polisə,
güclü orduya ehtiyac var. Bu ehtiyacı ödəyəcək təsisat – REAL
Cümhuriyyətdir.
– Heç bir ölkə özünə qapanaraq inkişaf edə bilməz. Azərbaycanın
gələcəyi onun dünyaya açılmasındadır. Keçmişdə və hazırda müxtəlif
rejimlərin sınamağa çalışdığı “müstəsna yol”, “böyük tarixi keç-
miş”, “analoqu olmayan inkişaf” kimi şüarlara söykənən siyasətin
nəticəsi gerilik və rəzalətdir. Tarixi təcrübə göstərir ki, insanların,
malların, xidmətlərin, pulların və ideyaların azad hərəkətini təmin
edən ölkələr və bölgələr davamlı tərəqqi edə bilir. Azərbaycanda da-
vamlı tərəqqini təmin edə biləcək gələcək – REAL Cümhuriyyətdir.
– Vicdan azadlığı və etnik mənsubiyyət – insaniyyətin təməlidir.
Azərbaycanın çoxdini və çoxetnik tərkibi – ölkəmizin zənginliyi,
gələcək inkişafının zəmanətidir. Hər kəsin, təklikdə və başqaları ilə
birlikdə, dinə münasibətini sərbəst seçmək, dəyişmək və ifadə etmək
azadlığı, eləcə də, hər kəsin etnik kimliyini rahat bildirmək, onu in-
kişaf etdirmək imkanı olmalıdır. Bu azadlıq və imkan yalnız başqa-
larının vicdanına və kimliyinə hörmət çərçivəsində gerçəkləşə bilər.
Bu gerçəkliyin təminatı – dünyəvi Cümhuriyyətdir.
– İnsanların rifahı onların mülkiyyətçi, sahibkar, elmi, yaradıcı
təşəbbüslərindən asılıdır. Bu təşəbbüslərin hamıya faydalı olması
üçün, özəl mülkiyyət toxunulmazlığı və müqavilə azadlığı olmalı-
dır. Vətəndaşların özəl həyatına hörmət – insan ləyaqətinin təməl
şərtidir. Ləyaqətsiz ədalət mümkün deyil. İdrak, iştirak, dürüstlük və
aydınlıq təcrübəsini ölkəmizə gətirəcək quruluş da məhz REAL, əsl
Cümhuriyyətdir.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
5