RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
7
ların fərqliliyi sosial ədalətsizlik yaratmaması üçün milli büdcədən
maliyyə müdaxilələri edilə biləcək. Ellərin inkişafı üçün milli büdcədə
xüsusi maliyyə ayırmaları nəzərdə tutulacaq, amma həmin vəsaitlər
yerli hakimiyyətlərə həvalə olunmayacaq. Milli büdcədən ayrılmış
vəsaitlərin xərclənməsi mərkəzi hakimiyyətin səlahiyyətində olacaq,
həmin səlahiyyətlər isə ayrılmış vəsaitlərin həcminə düz mütənasib
olacaq. Qanunların qəbulu, insan haqları, məhkəmə quruluşu və
icraatı, xarici işlər, ictimai asayiş, milli təhlükəsizlik və müdafiə
məsələləri – mərkəzi hakimiyyətin müstəsna səlahiyyətində olacaq
və yerli hakimiyyətlərə heç bir halda həvalə olunmayacaq. Təhsil,
səhiyyə, sosial təminat və təbiətin qorunması məsələləri əsasən
mərkəzi hakimiyyətin səlahiyyətində olacaq, amma maliyyə imkan-
ları olan ellər öz hesablarına bu məsələlərin inkişafı istiqamətində
əlavə tədbirlər görə biləcəklər. Milli əhəmiyyətli layihələr istisna
olmaqla, kommunal xidmətlər, yerli təsərrüfat, bölgə mədəniyyəti,
şəhər və kənd tikintisi, turizm və əyləncə, yerli əhəmiyyətli yol və
digər altyapı, ictimai nəqliyyat məsələləri yerli hakimiyyətlərin
səlahiyyətində olacaq.
Dostları ilə paylaş: