Qaydaların qəbulunu onların icrasından və mübahisələrin
həllindən ayıracağıq. Cümhuriyyətin təməl şərtlərindən biri
hakimiyyətin üfüqi bölgüsüdür. Cümhuriyyətimizin gələcəyini
parlament respublikası şəklində görürük. Siyasi sistemi təməldən
dəyişdirəcək, köklü konstitusiya islahatlarını aparacağıq. Dövlət
Başçısı və İcra Hakimiyyəti funksiyalarını ayıracağıq. İcra haki-
miyyətində təkbaşınalığa son qoyacağıq, bu hakimiyyət kollegial
olacaq. Bir-birinin işini təkrarlayan qurumları, süründürməçiliyə və
korrupsiyaya yol açan yersiz nəzarət səlahiyyətlərini ləğv edəcəyik.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin və qərəzsizliyinin təsisat
təminatlarını quracağıq.
Dostları ilə paylaş: |