Qış aylarının xarakterik əlamətlərinə dair bilikləri möhkəmləndirmək



Yüklə 1,1 Mb.
tarix31.12.2021
ölçüsü1,1 Mb.
#49581
Təqdimat (7)


Qış fəsli

Mövzu : Qış fəsli

  • Mövzu : Qış fəsli
  • Məqsəd: Qış haqqında tesevvürləri ümumiləşdirmək
  • Qış aylarının xarakterik əlamətlərinə dair bilikləri möhkəmləndirmək

  • İş üsulu : Müzakirə , suallar
  • İş forması : kollektiv və qruplarla iş
  • Təchizat : şəkillər,karandaş,rəngli boya, fırça,kağız,plastilin,

Motivasiya : Tapmaca

  • Motivasiya : Tapmaca
  • Bayırda sağdır 2. Odda yanmaz ,suda batmaz. (buz)
  • Pambıqdan ağdır

    Evə gələr

    Suya dönər. (qar)

Müəllim uşaqlara suallar verir

  • İlin ən soyuq fəsli hansıdır ?
  • Qış hansı fəsildən sonra gəlir ?
  • Qış ayları hansılardır?
  • Dərketmə : Müəllim uşaqlara qış fəsli təsvir olunmuş fərqli şəkillər göstərir və suallar verib cavablandırırlar

Qışda havalar necə olur ?

  • Qışda havalar necə olur ?
  • Qışda insanlar necə geyinir?

Qışda ağaclar necə olur?

  • Qışda ağaclar necə olur?
  • Qar ilə hansı oyun oynanılır?

İdman dəqiqələri :

  • İdman dəqiqələri :
  • Bir birinin ardınca adı və əllər yuxarıda pəncə üstə yeriş
  • Əllər arxada daban üstə yeriş
  • Əllər beldə hoppanaraq irəli getmək

Problemin qoyulması :

  • Problemin qoyulması :
  • Qış fəslinin əlamətləri nələrdir ?

    Qış fəsli ilə bağlı müəllim uşaqlara məlumat verir.

  • Hər fəslin Öz gözəlliyi olsa daqış fəsli bir ayrı gözəldir. onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır.
  • Qış gələndə havalar soyuyur, günlər qısalır,gecələr uzanır.Köçəri quşlar uçub isti ölkələrə gedirlər.
  • Qışda qar yağır ,şaxta olur.Sular donur, hər tərəf buz bağlayır.Qar yağanda hər tərəf ağappaq görünür.Elə bil torpağın üstünə qardan örtük salınır. Uşaqlar qışı çox sevir-
  • lər.Onlar qartopu oynayır ,xizəklə sürüşürlər.

  • Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir. 31 dekabr hər ilin sonuncu günüdür, sonrakı gün artıq yeni təqvim ilinin başlanğıcıdır.
  • Şagirdlərlə psixotreninq aparılır : * Qar yağır * mahnısı səsləndirirlir. ( Musiqisi Ş. Axundova ,sözləri M.Seyidzadə) , *Qış mahnısı * ( Ə. Cavanşirinov\T. Mütəllibov) səsləndirilir

Kiçik qruplarda tədqiqatın aparılması

3. Qrup – Qışa dair şeir söyləyin

  • 3. Qrup – Qışa dair şeir söyləyin
  • 4. Qrup – sol tərəfdə 12 ayın adı yazılır qarşısında hər ayın sıra nömrəsi müəyyənləşdirilib yazılsın ( riyazi yoxlanış)
  • 5. Qrup –soyuq və buz sözləri neçə hecalıdır? Hər iki sozdəki ~U~ hərfi haqqında məlumat verin.

NəTicə

  • NəTicə
  • Bütün qrupların işi bir daha nəzərdən keçirilir . Ümumiləşdirilərək sinifə Suallar verilir.Biz bugün nələri öyrəndik ? Qış fəslinin insan həyatında rolu nədir? Qış gözəl fəsillərdən biridir.İnsanlar qışın qarlı keçməsini arzulayırlar çünki qar bağ-bostana ,tarlalara ziyan vuran həşəratları məhv edir.Qar yağanda hava təmizlənir.Bu da sağlamlıq üçün faydalıdır. Dekabr ,yanvar,fevral qış aylarıdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin