İnformasiya və ya məlumat (latınca informatio,informare — məlumatlandırmaq, formaya salmaq ) – abstraktanlayış, hara çatdırılmasından asılı olmayaraq çoxşaxəli məlumat.
Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.
Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri):
tam (tam şəkildə təsvir olunmalıdır);
düzgün (həqiqi situasiyanı əks etdirməlidir);
qiymətli (maksimum az məsrəflə əldə edilməlidir)
əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır);
aktual (cari vaxtda tələb edilən olmalıdır);
anlamlı ( istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).
Kompüter ilk vaxtlar yalnız riyazi hesablamalar üçün nəzərdə tutulduğuna baxmayaraq hazırda insan fəaliyyətinin elə bir sahəsini tapmaq olmaz ki, orada bu qurğudan istifadə edilməsin. O cümlədən, riyazi hesablamalarla yanaşı kompüterdə tamamilə bir-birindən fərqli müxtəlif təbiətli informasiyalar- şəkillər, cədvəllər, yazı mətnləri, diaqramlar, qrafiklər, şifahi nitq və.s böyük uğurla emal edilir. Halbuki, kompüterlər yalnız rəqəmlərlə ifadə olunmuş informasiyanı işlədə bilir və kompüterin yaddaşında rəqəmlərdən başqa heş bir simvol olmur. Odur ki, istənilən başqa informasiya (məsələn, səs, mətn, şəkil, qrafik və.s) kompüterə daxil edilərkən vahid standart formaya salınır. Daha doğrusu, bütün növ informasiyalar çevrilərək kompüterin yaddaşında yalnız iki işarə -0 və 1 rəqəmləri vasitəsi ilə ifadə olunmuş formada yazılaraq saxlanılır. Bu rəqəmlər ikilik say sisteminin bazis rəqəmləri olduğundan informasiyanın belə təsvirinə onun ikilik göstərilişi deyilir.
Yeri gəlmişkən qed edək ki, bütün kompüterlər ikilik say sistemində işləyir. Bu o deməkdir ki, kompüterlər 1 və 0 rəqəmlərindən başqa heç bir rəqəm və simvolları tanımır və maşında gedən bütün hesablama əməliyyatı yalnız 0 və 1 rəqəmləri iləifadə olunmuş ədədlər üzərində getməklə bütün alınmış nəticələr də yenə 0 və 1 –lərdən ibarət olur. Deməli bu deyilənlərdən belə çıxır ki, elektron yaddaşı açmaq və ora baxmaq imkanınız olarsa, onda kompüterin yaddaşında külli miqdarda qarmaqarışıq
1 və 0 rəqəmlərindən başqa heçnə görmərik. Bu cür ikilik informasiyanın çevrilərək təbii formada (biz oxuya bildiyimiz şəkildə) displey ekranına və ya printerə verilməsi prosesi isə kompüterin proqram təminatına daxil olan xüsusi proqramın xidmətidir və bu proses bizdən asılı olmadan avtomatik şəkildə kodlaşdırma sistemindən istifadə edilməklə gedir.
Deməli kompüterdə verilənlər ikilik ədədlər şəklində təsvir edildiyindən maşına daxil edilən hər bir sinvolun ikilik rəqəmlərdən ibarət xüsusi kodundan istifadə edilir. Yəni hər bir simvolun (klaviatura üzərində yerləşən) 1 və 0-lardan ibarət öz kodu var. Bu kodlar müxtəlif standartlarda öz ifadəsini tapıb. Hazırda dünyada çox geniş yayılmış standartlardan biri ASCII ( Amerikan Standart Code for İnformation İnterchange –informasiya mübadiləsi üçün standart Amerika kodu) kodudur. Bu standart bütün hərflər, rəqəmlər və digər işarələrin hər birinin ikilik rəqəmlərdən ibarət olan xüsusi kodu var. Bu kodun uzunluğu 8 rəqəmlidir, yəni, bu kodlar 8 dənə 1 və 0 rəqəmləri ardıcılığından ibarətdir. Beləliklə, Kompüterin yaddaşında informasiya ilə bağlı bütün mümkün əməliyyatların hamısı ikilik say sistemində verilmiş ədədi kodlar üzərində aparılır.
Aşağıdaki cədvəldə bəzi simvolların ASCII standartında kodları verilib:
Simvol
ASCII kodu
Simvol
ASCII kodu
simvol
ASCII kodu
on- luq
Ikilik
ikilik
On- luq
Ikilik
A
65
01000001
V
86
01010110
,
44
00101100
V
66
01000010
W
87
01010111
–
45
00101101
S
67
01000011
X
88
01011000
.
46
00101110
D
68
01000100
Y
89
01011001
/
47
00101111
E
69
01000101
Z
90
01011010
0
48
00110000
F
70
01000110
[
91
01011011
1
49
00110001
G
71
01000111
\
92
01011100
2
50
00110010
H
72
01001000
]
93
01011101
3
51
00110011
I
73
01001001
^
94
01011110
4
52
00110100
J
74
01001010
–
32
00100000
5
53
00110101
K
75
01001011
!
33
00100001
6
54
00110110
L
76
01001100
“
34
00100010
7
55
00110111
M
77
01001101
#
35
00100011
8
56
00111000
N
78
01001110
$
36
00100100
9
57
00111001
O
79
01001111
%
37
00100101
:
58
00111010
H
80
01010000
&
38
00100110
;
59
00111011
Q
81
01010001
‘
39
00100111
<
60
00111100
R
82
01010010
(
40
00101000
=
61
00111101
S
83
01010011
)
41
00101001
>
62
00111110
T
84
01010010
*
42
00101010
?
63
00111111
U
85
01010011
+
43
00101011
Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq adlanan yaddaş hissələrində saxlanılır. Yaddaş oyuqlarının hamısının quruluşu eynidir və oyuqlar hər birində yalnız bir dənə ikilik rəqəm 0 və ya 1 rəqəmi yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir. Bu mərtəbələrə ikilik mərtəbələr də deyilir. Oyuqdakı mərtəbələrin sayına maşın sözü və ya oyuğun uzunluğu deyilir. Bir mərtəbədə yerləşə bilən informasiyanın həcmi bit (binary gibit –ikilik rəqəm) adlanır. Yaddaş qurğusuna yazıla bilən informasiyadakı bitlər sayına informasiyanın həcmi deyilir. Bir bit dedikdə bir dənə ikilik rəqəm, 0 və ya 1 rəqəmi başa düşülür. Başqa sözlə, bir bit bir ikilik mərtəbəni göstərir. Onda bu termindən istifadə edərək deyəcəyik ki, yuxarıdakı cədvəldə verilmiş simvolların kodlarının uzunluğu 8 bitdir. Eyni zamanda qeyd edək ki, 8 bit bir bayta (1b) bərabərdir. Deməli, hər bir simvolun uzunluğu bir bayt və ya 8 bit olan xüsusi kodu var. İnformasiyanın digər ölçü vahidləri də var:
kilobayt
KB
103
210
megabayt
MB
106
220
gigabayt
GB
109
230
terabayt
TB
1012
240
petabayt
PB
1015
250
eksabayt
EB
1018
260
zettabayt
ZB
1021
270
yottabayt
YB
1024
280
Ölçü vahidləri yaddaşa yazılmış mətnin həcmini, yaddaşın özünün həcmini, çevik disklərdə saxlanılan informasiyanın həcmini və.s. hesablamağa imkan verir.