AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər) ÜMUMI HİSSƏ
CİNAYƏT QANUNU (1-2)
CİNAYƏT HAQQINDA (3-8)
CƏZA HAQQINDA (9-10)
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ (11-13)
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ (14)
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR (15)
XÜSUSİ HİSSӘ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR (16-17)
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (18-22)
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR (23-24)
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (25-30)
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (31-34)
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR (35)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
BÖLMƏLƏR (Fəsillər)
AZƏRBAYCAN RESPUBLİKASININ
CİNAYƏT MƏCƏLLƏSİ
30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 4, maddə 251) ilə təsdiq edilmişdir.
ÜMUMİ HİSSƏ
BİRİNCİ BÖLMƏ
CİNAYƏT QANUNU
İKİNCİ BÖLMƏ
CİNAYƏT HAQQINDA
UÇÜNCÜ BÖLMƏ
CƏZA HAQQINDA
DÖRDÜNCÜ BÖLMƏ
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ
BEŞINCI BÖLMƏ
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ
Bölmə VI
ALTINCI BÖLMƏ
CİNAYƏT-HÜQUQİ XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
XÜSUSİ HİSSӘ
YEDDİNCİ BÖLMƏ
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR
SƏKKIZINCI BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
DOQQUZUNCU BÖLMƏ
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
ONUNCU BÖLMƏ
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
ON BIRINCI BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
ON IKINCI BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 4, maddə 251) ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ 1 ÜMUMİ HİSSƏ BİRİNCİ BÖLMƏ CİNAYƏT QANUNU
1-ci fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT QANUNUNUN VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
Maddə 1. Azərbaycan Respublikasının cinayət qanunu
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.
1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
2.2. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.
Maddə 3. Cinayət məsuliyyətinin əsasları
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Maddə 4. Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri
Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Maddə 5. Qanunçuluq prinsipi
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 6. Qanun qarşısında bərabərlik prinsipi
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz.2
Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 8. Ədalət prinsipi
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 9. Humanizm prinsipi
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.3
2-ci fəsil
Dostları ilə paylaş: |