Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 491,68 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix28.04.2017
ölçüsü491,68 Kb.
#15980
  1   2   3   4   5   6

Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi 

haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

"Nəqliyyat  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  haqqında" 

Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  27  iyul  tarixli,  165  nömrəli  Fərmanının 

icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  "Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  ilə  daşınması  Qaydaları"  təsdiq  edilsin  (əlavə 

olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

 

 

Bakı şəhəri, 24 aprel 2000-ci il 

                    № 75 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2000-ci il 24 aprel tarixli, 75 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



  

Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması 

QAYDALARI

[1]

 

  

1. ÜMUMİ MÜDDƏALAR  

  

1.1.  Bu  Qaydalar  Azərbaycan  Respublikasının  «Nəqliyyat  haqqında»  Qanununa  uyğun 



olaraq  Azərbaycan  Respublikası  ərazisində  dəniz  nəqliyyatı  vasitəsi  ilə  təhlükəli 

yüklərin


*

 daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə müvafiq tələbləri müəyyən edir. 

1.2. Bu Qaydalar xüsusi tələblə və təlimatla daşınan hərbi təyinatlı təhlükəli yüklərin, 9.2 

yarımsinifinə

**

 aid  maddə  və  məmulatların,  həmçinin  məhdud  miqdarda  təhlükəli  maddə 



və  məmulatların  (güclü  təsirə  malik  olan  zəhərləyici  və  partlayıcı  maddə  və  materiallar 

istisna olmaqla) daşınmasına aid edilmir. 

1.3. Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları, «Dənizdə insan həyatının 

mühafizəsinə  dair  Beynəlxalq  Konvensiya »nın  (SOLAS-74),  habelə  «Dəniz  yolları  ilə  təhlükəli 

yüklərin  daşınmasına  dair  Beynəlxalq  Məcəllə»nin  (DTYDBM—IMDG  CODE)

***

 nəzərdə 



tutduğu bütün tiplərdən və təyinatdan olan xarici ölkələrin və Azərbaycan Respublikasının 

Dövlət bayrağı altında üzən bütün gəmilərdə (tankerlərdə, qaz və kimyəvi yükdaşıyıcılarda, 

qazdaşıyıcılarda,  quru  yüklər  daşıyan  gəmilərdə,  paketbotlarda,  konteyner  daşıyanlarda, 


«Ro-Ro» tipli gəmilərdə, avtomobil və dəmiryolu bərələrində və s.) o cümlədən konteyner-

avtomobil-vaqon  sisternlərində  daşınan  bütün  növ  təhlükəli  yüklərin dəniz  limanlarında 



(bundan  sonra  -  liman) saxlanmasını,  yüklənməsini,  boşaldılmasını  və  işlərin  təhlükəsiz 

həyata keçirilməsini tənzimləyir.



[2]

 

1.4.  Tabeliyindən,  mülkiyyət  və  təsərrüfat  formasından  asılı  olmayaraq  hüquqi 



(təşkilatlar,  müəssisələr,  firmalar,  şirkətlər,  ekspedisiya  xidmətləri  və  başqaları)  və  fiziki 

şəxslər  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada 

Dövdağmədəntexnəzarət Komitəsindən təhlükəli yüklərin daşınması üzrə müvafiq fəaliyyət 

növünün  həyata  keçirilməsinə  xüsusi  razılıq  (lisenziya)  aldıqdan  sonra  təhlükəli  yüklərin 

dəniz nəqliyyatı ilə daşınmasına icazə verilir. 

1.5.  Təhlükəli  yüklərin

 

daşınma  təlimatları  və  şərtləri,  yüklərin  daşınmasını  həyata 



keçirən  dövlət  və  qeyri-dövlət  orqanları,  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  hazırladığı 

təqdirdə onlar Fövqəladə Hallar Nazirliyi və yükü göndərənlərlə (istehsalçı ilə) razılaşdırılır. 

Güclü təsirə malik olan zəhərləyici və partlayıcı, eləcə də xüsusi aktivliyi 7,4x103 Vk.kq

-1



yaxud  0,002  Mk.Ku.q

-1 


-dən  artıq  olan  radioaktiv  maddələrin  təhlükəsiz  daşınma  şərtləri 

Azərbaycan  Respublikasının Fövqəladə  Hallar  Nazirliyi ilə,  partlayıcı,  yaxud  güclü  təsirə 

malik  olan  zəhərləyici  maddələrin  və  materialların  təhlükəsiz  daşınma  şərtləri  isə 

Dövdağmədəntexnəzarət Komitəsinin müvafiq nəzarət müfəttişliyi ilə razılaşdırılır. 

1.6.  Hüquqi,  vəzifəli  və  fiziki  şəxslər  (təhlükəli  yükləri  daşıyanlar,  yükləyənlər, 

boşaldanlar  və  saxlayanlar)  bu  Qaydaların  və  texniki  təhlükəsizlik  üzrə  normativlərin 

tələblərinə uyğun olaraq işlərin təşkil olunması üçün məsuliyyət daşıyırlar. 

Bəzi  təhlükəli  yüklərin  daşınması  üçün  təhlükəsiz  daşınma  və  yaxud  lisenziya 

şərtlərində nəzərdə tutulduğu hallarda yükü daşıyan, göndərən və ya qəbul edən tərəfindən 

məsul şəxs və mühafizə təyin edilir. 

1.7.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydalara  uyğun  olaraq,  müvafiq  fəaliyyət 

növlərinə  Dövdağmədəntexnəzarət  Komitəsindən  xüsusi  razılığı  (lisenziyası)  olmayan 

hüquqi və fiziki şəxslərə təhlükəli yüklərin daşınması üçün gəmi ayrılmasına yol verilmir. 

1.8.  Hüquqi  və  fiziki  şəxslər  (yükgöndərənlər,  yükalanlar,  yükləyənlər,  boşaldanlar, 

saxlayanlar)  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada,  müvafiq  icra  hakimiyyəti 

orqanlarının tələbi əsasında, işlərin texniki təhlükəsizlik normativlərinin yerinə yetirilməsinə 

təminat verən texniki təhlükəsizlik Bəyannaməsini təqdim etməyə borcludurlar. 

1.9.  Təhlükəli  yüklərin  daşınması  zamanı  baş  vermiş  qəza  hadisələri  barədə  ilkin  təcili 

məlumatı  gəmiçiliyin  rəhbərliyinə  və Fövqəladə  Hallar  Nazirliyinə  yükü  daşıyanlar  (yük 

göndərənlər və yaxud alanlar) verməlidirlər. 

1.10.  Azərbaycan  Respublikasının  Qanunvericiliyinə  uyğun  olaraq  hüquqi  və  vəzifəli 

şəxslər  tərəfindən  radioaktiv  tullantıların  respublikaya  gətirilməsi  üçün  gəmilərə 

yüklənməsinə yol verilmir. 

1.11.  Dəniz  nəqliyyatında  (“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı  Səhmdar 

Cəmiyyətində və  s.) limanlarda təhlükəli  yüklərin  daşınması,  yüklənməsi,  boşaldılması  və 

saxlanılması  ilə  məşğul  olanfiziki  və  hüquqi  şəxslər,  həmin  sahələrdə  fəaliyyət  göstərən 

mütəxəssislərin,  vəzifəli  şəxslərin  və  gəmi  heyətinin  hazırlığı  haqqında  müvafiq 

şəhadətnaməyə  malik  olmalarını,  texniki  təhlükəsizlik  üzrə  qaydaların  və  normativlərin 

tələblərinə  uyğun  olaraq  biliklərinin  artırılmasını,  təkmilləşdirilməsini,  yoxlanmasını, 

müəyyən olunmuş qaydada onların attestasiyadan keçmələrini təmin etməlidir.



[3]

 

  



2. TƏHLÜKƏLİ YÜKLƏRİN TƏSNİFATI  

  


2.1. Təhlükəli yüklərə — onlara xas olan xüsusiyyətlərdən asılı olaraq daşınma, yükləmə, 

boşaltma  və  saxlanma  prosesində,  ətraf  mühitə  zərər  vura  bilən,  partlayışa,  yanğına  və  ya 

nəqliyyat  vasitələrinin,  qurğuların,  binaların  və  tikililərin  zədələnməsinə,  habelə  insanların 

və  heyvanların  məhvinə,  şikəstliyinə,  zəhərlənməsinə,  yanmasına,  şüalanmasına,  yaxud 

xəstələnməsinə səbəb olan maddələr və əşyalar aid edilir. 

2.2. Təhlükəli yüklər aşağıdakı siniflərə bölünürlər: 

1-ci sinif — partlayıcı maddələr (PM); 

2-ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar

3-cü sinif — tez alışan mayelər (TAM); 

4-cü  sinif  —  tez  alışan  bərk  maddələr;  öz-özünə  alışmağa  meyilli  maddələr;  su  ilə 

təmasda olarkən alışan qazlar əmələ gətirən maddələr (BM); 

5-ci sinif — oksidləşdirici maddələr və üzvi peroksidlər (OM); 

6-cı sinif — zəhərli (toksik) və yoluxucu (infeksiya) maddələr (ZM); 

7-ci sinif — radioaktiv materiallar (RM); 

8-ci sinif — korroziyaya uğradan maddələr (KM); 

9-cu sinif — digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən 

bərk  yanan  maddələr;  zəhərli  maddələr;  havanın  oksigenini  udan  maddələr; 

maqnitləşdirilmiş maddələr. 

2.3. Dəniz nəqliyyatı vasitələri ilə daşınması qadağan olunan təhlükəli yüklər (1 nömrəli 

əlavə) istisna olmaqla, Beynəlxalq Konvensiya (SOLAS) və Beynəlxalq Məcəllə (DTYDBM—

IMDG CODE) ilə müəyyən olunmuş təhlükəli yüklərin daşınmasına yol verilir. 

  

3. QABLARA (TUTUMLARA) VƏ QABLAŞDIRMAYA OLAN TƏLƏBLƏR  

  

3.1.  Təhlükəli  yüklərin  daşınması  və  qablaşdırılması  məqsədi  ilə  aşağıdakıların  həyata 



keçirilməsi tələb olunur: 

a) qablar keyfiyyətli və etibarlı olmalıdır; 

b) daxili səthi, daşınan yükün təhlükəli təsirinə məruz qalmamalıdır; 

c)  yüklənmə  (boşaltma)  və  dəniz  nəqliyyatı  ilə  daşınması  zamanı  adi  risklərə  tab 

gətirmək qabiliyyətinə malik olmalıdır. 

3.2. Maye ilə dolu tutumların qablaşdırılması üçün istifadə olunan hopdurucu və aralıq 

qatı materialları: 

a) mayenin törədə biləcəyi təhlükəni minimuma endirməyə qabil olmalıdır; 

b) tutumun yerdəyişməsinin qarşısını almaq üçün onun hər tərəfi hopdurucu materialla 

bərkidilməlidir; 

c)  tutumun  (qabın)  zədələndiyi  hallarda  maye  hopdurucu  material  nə  qədər 

məqsədəuyğun və əməli cəhətdən mümkündürsə, o qədər də olmalıdır. 

3.3.  Müvafiq  temperaturda  təhlükəli  mayelərlə  doldurulmuş  qabların  (tutumların) 

normal  daşınma  zamanı  daha  yüksək  temperatur  üçün  kifayət  edən  sərbəst  boşluğu 

olmalıdır. 

3.4.  Maye  və  sıxılmış  qazlar  üçün  konteynerlər  (tutumlar),  yaxud  digər  qablar  texniki 

təhlükəsizlik  üzrə  standartların  normativlərin  və  qaydaların  tələblərinə  uyğun  olaraq 

hazırlanmalı, sınaqdan keçirilməli, istifadə edilməli, düzgün doldurulmalı və saz vəziyyətdə 

saxlanılmalıdırlar. 

3.5.  Təhlükəli  yüklərin  daşınmasında  istifadə  olunmuş,  təmizlənməmiş  boş  qablara 

doldurulmuş yüklər üçün nəzərdə tutulan qaydalar tətbiq olunmalıdır. 

  


4. MARKALANMA, TƏHLÜKƏLİLİK VƏ XƏBƏRDARLIQ NİŞANLARININ 

QOYULMASI  

  

4.1.  Təhlükəli  yüklərin  saxlanıldığı  yük  yerləri  və  onların  düzgün  texniki  adı  yükün 



kommersiya  adlarından  istifadə  edilmədən  etibarlı  surətdə  markalanmalıdır  (2  nömrəli 

əlavə). 


4.2.  Təhlükəli  yüklərin  saxlanıldığı  yük  yerlərinə  etiket  şəklində,  yaxud  trafaretlə 

çəkilmiş  fərqləndirici  təhlükə  və  ya  xəbərdarlıq  nişanları  elə  qoyulmalıdır  ki,  burada 

yerləşən yüklərin təhlükəlilik xassələri müvafiq şəkildə aydın olsun. 

4.3.  Təhlükəli  yüklərlə  qablaşdırılmış  qabların  üzərinə  yükün  düzgün  texniki  adının, 

onlara  bərkidilən  yarlıkların,  plakatların,  nişanların  qoyulması,  bərkidilməsi,  yüklərin  və 

yaxud  qabların  nişanlarının  trafaretlə  vurulma  üsulu  elə  olmalıdır  ki,  onlar  üç  ay  ərzində 

dəniz suyunda qaldıqda belə, qablar üzərində olan məlumatlar görünsünlər və oxunsunlar. 

Həmin  məlumatların  gözlə  seçilməsi  və  oxunması  təmin  olunmalıdır.  Markalanma, 

təhlükəlilik  və  xəbərdarlıq  nişanlarının  qoyulması  üçün  məqbul  üsullar  seçilərkən,  istifadə 

edilən  materialların  davamlılığına  və  həmin  qabların  səthinin  xarakterinə  diqqət 

yetirilməlidir. 

4.4.  Aşağıdakılar  istisna  edilməklə,  bütün  təhlükəli  yüklərin  qabları  yarlıqlara  və 

təhlükəlilik nişanlarına malik olmalıdır: 

a) aşağı səviyyəli təhlükəliliyə və ya məhdud miqdarda olan təhlükəli yüklərin qabları; 

b) fərqləndirici təhlükəlilik nişanlarına malik olan iriləşdirilmiş yüklərin yığılmasına və 

yerdəyişməsinə yol verilən xüsusi hallarda. 

4.5. Dəniz yolları ilə daşınmalar zamanı, avtomobil və dəmiryolu nəqliyyatı ilə daşınan 

təhlükəli yüklər təhlükəlilik nişanlarına, BMT seriya nömrələrinə, xüsusi tələblərin kodlarına 

malik olmalıdır. 

  

5. SƏNƏDLƏRİN HAZIRLANMASINA OLAN TƏLƏBLƏR  

  

5.1.  Dəniz  yolları  ilə  təhlükəli  yüklərin  daşınmasına  aid  olan  bütün  sənədlərdə,  o 



cümlədən sifarişçilər tərəfindən təhlükəli yükün daşınması üçün Sifarişdə (2 nömrəli əlavə), 

yüklərin  düzgün  texniki  adı  (kommersiya  adlarından  istifadə  olunmamaq  şərti  ilə)  2-ci 

bölmədə şərh edilən təsnifata uyğun qaydada düzgün təsvir edilməlidir. 

5.2.  Yükgöndərən  tərəfindən  hazırlanmış  yük  sənədlərində,  daşınmaq  üçün  təqdim 

edilən  yük  partiyasının  lazımi  qaydada  qablaşdırılması  və  müvafiq  surətdə  markalanması, 

təhlükəlilik,  yaxud  xəbərdarlıq  nişanları  ilə  (3  nömrəli  əlavə)  təchiz  edilməsi  və  daşınmaq 

üçün  lazımi  vəziyyətdə olması  barədə  imzalanmış  Bəyannamə  (4 nömrəli  əlavə) Fövqəladə 

Hallar Nazirliyinə və yük daşıyanlara verilən yük sənədlərinə əlavə edilməlidir. 

5.3.  Təhlükəli  yüklərin  yük  konteynerinə,  yaxud  avtomobil  və  dəmiryolu  nəqliyyatı 

vasitəsinə  qablaşdırılmasına  görə  məsuliyyət  daşıyan  şəxslər  konteynerin  və  ya  nəqliyyat 

vasitəsinin  yüklənməsi  barədə  imzalanmış  müvafiq  şəhadətnamə  təqdim  etməlidirlər.  Bu 

sənədlərdə  yükün  həmin  yüklənmə  vahidinə  lazımi  qaydada  yüklənməsi  və  bərkidilməsi, 

tətbiq  olunan  bütün  nəqletmə  tələblərinin  yerinə  yetirilməsi  qeyd  edilməlidir.  Belə 

şəhadətnamə 5.2-ci bənddə qeyd edilən sənədlə birləşdirilə bilər. 

5.4.  Təhlükəli  yüklərin  qablaşdırıldığı  yük  konteyneri  və  ya  müvafiq  nəqliyyat  vasitəsi 

5.2-ci,  yaxud  5.3-cü  bəndlərin  tələblərinə  cavab  vermədiyi  halda,  onların  yüklənməsi 

haqqında müvafiq şəhadətnamə, yaxud bəyannamə olmadıqda, yük konteynerinin müvafiq 

nəqliyyat vasitəsi ilə daşınmasına yol verilmir. 



5.5.  Təhlükəli  yük  daşıyan  hər  bir  gəmi,  2-ci  bölmədə  şərh  edilmiş  təsnifata  müvafiq 

surətdə  bortundakı  təhlükəli  yüklər  və  onların  yeri  göstərilən  xüsusi  reyestrə,  yaxud 

manifestə  malik  olmalıdır.  Xüsusi  reyestrin  və  ya  manifestin  əvəzinə  gəminin  bortundakı 

bütün  təhlükəli  yüklərin  sinifi  və  yeri  göstərilməklə  müfəssəl  yük  planından  istifadə 

edilməsinə  icazə  verilir.  Həmin  sənədlərdən  birinin  surəti  texniki  təhlükəsizlik  haqqında 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada Fövqəladə  Hallar  Nazirliyinin  müvafiq 

müfəttişliyinə və liman nəzarəti xidmətinə gəmi yola düşməzdən əvvəl təqdim olunmalıdır. 

  

6. TƏHLÜKƏLİ YÜKLƏRİN YERLƏŞDİRİLMƏSİNƏ DAİR TƏLƏBLƏR  

  

6.1. Təhlükəli yüklər özlərinin xassələrinə müvafiq olaraq lazımi qaydada və təhlükəsiz 



yerləşdirilməlidir. Uyuşmaz yüklər bir-birindən kənarlaşdırılmalıdır. 

6.2. Ciddi təhlükə törədə biləcək partlayıcı maddələr (döyüş sursatları istisna edilməklə) 

səfər  zamanı  etibarlı  şəkildə  bağlanmış  xüsusi  otaqda  saxlanmalıdır.  Belə  partlayıcı 

maddələr  detonatorlardan  kənarda  yerləşdirilməlidir.  Partlayıcı  maddələrin  daşındığı  hər 

hansı anbardakı (yerdəki) elektrik cihazları və kabellər elə qoyulmalı və istifadə edilməlidir 

ki, yanğın, yaxud partlayış törənməsi təhlükəsi minimuma endirilsin. 

6.3.  Qablaşdırılmış  halda  təhlükəli  buxar  ifraz  edən  (buğlanan)  təhlükəli  yüklər  süni 

ventilyasiyası  olan  otaqda  və  ya  göyərtədə  yerləşdirilməlidir.  Qalama  (qabsız)  şəklində 

daşınan,  təhlükəli  buxar  ifraz  edən  təhlükəli  yüklər,  yaxşı  ventilyasiya  olunan  otaqda, 

anbarda (yerdə) yerləşdirilməlidir. 

6.4.  Tez  alışan  mayelər  və  ya  qaz  daşıyan  gəmilərdə  zəruri  hallarda  partlayış,  yaxud 

yanğın törənməsinə qarşı xüsusi ehtiyat tədbirləri görülməlidir. 

6.5.  Öz-özünə  qızmağa  və  ya  alışmağa  meylli  maddələr  qəfil  yanğın  törəməsinin 

mümkünlüyünü minimuma endirən lazımi ehtiyat tədbirləri görülmədən daşına bilməz. 

  

7. SƏRNİŞİN GƏMİLƏRİNDƏ PARTLAYICI MADDƏLƏRİN DAŞINMASI  

  

7.1.  1.4-cü  yarımsinif,  «S»  uyuşma  qrupuna  aid  olan  partlayıcı  maddələr  sərnişin 



gəmilərində istənilən miqdarda daşına bilər (5 nömrəli əlavə). Aşağıda sadalananlar istisna 

olmaqla digər partlayıcı maddələr daşına bilməz: 

a) partlayıcı məmulatların partlayıcı maddələrinin ümumi xalis kütləsi gəmidə 50 kq-dan 

çox deyilsə, xilasetmə məqsədləri üçün istifadə olunan partlayıcı məmulatlar

b) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 10 kq-dan çox deyilsə, «S», «D» və 

«E» uyğunluq qruplarına aid olan partlayıcı maddələr (4 nömrəli əlavə); 

c)  partlayıcı  maddələrin  ümumi  xalis  kütləsi  gəmidə  10  kq-dan  çox  deyilsə,  xüsusi 

yerləşdirilməsi tələb olunan partlayıcı maddələr istisna olmaqla «S» uyğunluq qrupuna aid 

olan partlayıcı məmulatlar; 

ç) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 5 kq-dan çox deyilsə, «V» uyğunluq 

qrupuna aid olan partlayıcı məmulatlar. 

7.2.  7.1-ci  bəndin  tələblərindən  asılı  olmayaraq,  sərnişin  gəmilərində  müdiriyyət 

tərəfindən təsdiq edilmiş xüsusi təhlükəsizlik tədbirləri nəzərdə tutulduqda əlavə miqdarda 

və ya əlavə tipdə partlayıcı maddələr daşına bilər. 

  

8. TƏHLÜKƏLİ YÜKLƏRLƏ ƏLAQƏDAR OLAN HADİSƏLƏR BARƏDƏ 

MƏLUMATLAR  

  


8.1. Qablaşdırılmış, təhlükəli yüklərin itirilməsi və ya dənizə düşməsi ilə bağlı hadisə baş 

verərsə,  onda  kapitan,  yaxud  gəmiyə  cavabdeh  olan  digər  şəxs,  ləngimədən  və  tam 

mümkünlüyü  ilə  ətraflı  şəkildə  belə  hadisənin  xüsusiyyətləri  haqqında  Beynəlxalq 

Konvensiyanın ümumi prinsipləri əsasında ən yaxın sahilyanı dövlətə məlumat verməlidir. 

8.2.  Gəmi  cavabdeh  şəxssiz  qaldıqda  və  ya  belə  gəmidən  alınmış  məlumat  tam 

olmadıqda,  yaxud  alınmadıqda,  gəmiçilik,  gəminin  icarəçisi,  meneceri, yaxud  operatoru  və 

ya  onların  agentləri  tam  mümkünlük  çərçivəsində  bu  Qaydalara  uyğun  olaraq  kapitana 

həvalə edilmiş öhdəlikləri öz üzərlərinə götürməlidirlər. 

  

9. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINDA HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN 

VƏZİFƏLƏRİ  

  

9.1. Təhlükəli yük göndərən hüquqi və fiziki şəxslərin vəzifələri: 



a) yükün adının, keyfiyyətinin və texniki vəziyyətinin, dəniz gəmilərində daşımaq üçün 

yararlılığının düzgün müəyyən edilməsi; 

b)  təhlükəli  yüklərin  DTYD  BM-ə  müvafiq  sinifə,  yarımsinifə,  kateqoriyaya  və  qrupa 

düzgün aid edilməsi; 

c)  təhlükəli  yüklərin  düzgün  qablaşdırılmasından,  dəniz  yolları  vasitəsi  ilə  daşınması 

dövründə onların möhkəmliyinin və qorunub saxlanılmasının təmin olunması; 

ç) hər bir təhlükəli yük yerinin dəqiq çəkilməsi və kütləsinin düzgün göstərilməsi; 

d)  təhlükəli  yükün  hər  birinin  «Dəniz  yolları  ilə  təhlükəli  yüklərin  daşınması  üzrə 

Beynəlxalq  Məcəllə»nin  (DTYD  BM-ə)  tələblərinə  uyğun  qaydada  markalanması  və 

təhlükəlilik nişanlarının düzgün qoyulması; 

e) daşınma sənədlərinin düzgün tərtib edilməsi, yükün texniki xüsusiyyətlərini göstərən 

sertifikatların və xüsusi razılıq (lisenziya) sənədlərinin surətinin onlara əlavə edilməsi 

9.2.  Təhlükəli  yükləri  daşıyan  gəminin  kapitanı  bu  Qaydalara  riayət  olunmasına 

cavabdehdir. 

Təhlükəli  yüklərin  daşınmasında  gəmiçiliyin və  limanların rəhbər  və  mühəndis-texniki 

işçilərinin  vəzifələri,  onların  müvafiq  qaydada  təsdiq  edilmiş  əsasnamələri  ilə  müəyyən 

edilir.

 [4]

 

9.3.  Bu  qaydaların  tələblərinin  yerinə  yetirilməsinə  daimi  nəzarət Gəmiçiliyin 



müdiriyyətinə  və  liman  idarəsinə,  daxili  nəzarət  xidmətlərinə  və  gəmilərin  vəzifəli  şəxslərinə 

həvalə olunur.



 [5]

 

9.4.  Təhlükəli  yüklər  daşıyan  gəmilərin  kapitanlarında bu  Qaydaların,  habelə DTYD  və 



BM-in nüsxələri olmalıdır. 

9.5.  Təhlükəli  yüklərin  dəniz  nəqliyyatı  vasitəsi  ilə  daşınmasına,  texniki  təhlükəsizlik 

üzrə  beynəlxalq  və  dövlət  standartlarının,  qaydaların,  normativ  aktların  tələblərinə  əməl 

olunmasına  dövlət  nəzarətini Fövqəladə  Hallar  Nazirliyinin  nəqliyyat  sahəsində  müvafiq 

nəzarət orqanı həyata keçirir. 

9.6. Dəniz yolları ilə təhlükəli yüklərin daşınması zamanı pozuntu və qəza hallarının baş 

verməsinə görə hüquqi, vəzifəli və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyən olunmuş qaydada cavabdehlik daşıyırlar. 

  

10. TƏHLÜKƏLİ YÜKLƏR DAŞIYAN GƏMİLƏRƏ TƏLƏBLƏR  

  


10.1.  Gəminin  tipindən,  habelə  daşınan  yükün  növündən  və  təhlükəlilik  səviyyəsindən 

asılı  olaraq,  gəminin  və yük  anbarlarının  (yerlərinin)  sistemləri,  konstruksiyaları  və  texniki 

təminatı 10.2—10.16 yarımbəndlərində göstərilmiş tələblərə uyğun olmalıdır. 

10.2.  Gəmilərin  örtülü  yük  anbarları  (yerləri)  yanğının  aşkar  edilməsi  üzrə  registr 

tərəfindən  bəyənilmiş  stasionar  tipli  avtomatik  sistemlə  təchiz  olunmalıdır.  Havanın  sınaq 

üçün  yoxlanılmasına  nəzarət  prinsipinə  əsaslanan  sistemlərdə  həmin  sınaq hava  kütləsinin 

axmasına  və  ya  yaşayış,  yaxud  xidməti  otaqların  havasının  qarışmasına  qarşı  tədbirlər 

nəzərdə  tutulmalıdır.  Nəzarət  aparatının  quraşdırıldığı  anbarda  (yerdə)  havanın  sınaq 

kütləsi  yoxlanıldıqdan  (təhlil  edildikdən)  sonra  onun  atmosferə  buraxılmasının  zəruriliyini 

bildirən yazı (qeyd) olmalıdır. 

10.3. Su-yanğın sistemi, kapitan körpüsündən və ya dayanacaqda daimi iş növbəsi olan 

yerdən  yanğın  nasoslarından  birinin  məsafədən  işə  salınması,  yaxud  yanğın  əleyhinə 

magistralın  10.4-cü  bənddə  göstərilən  təzyiq  altında  daimi  saxlanması  yolu  ilə  yük 

anbarlarına  (yerlərinə)  dərhal  su  verilməsi  təmin  edilməlidir.  Nasosun  məsafədən  işə 

salındığı yerdə magistraldakı suyun təzyiq göstəricisi qoyulmalıdır. 

10.4. Su-yanğın sistemi boş yük anbarının (yerinin) istənilən hissəsinə dəniz gəmilərinin 

təsnifatı və tikilməsinə dair Registr Qaydalarının IV fəslində qeyd olunmuş təzyiqdə, gəmidə 

nəzərdə tutulan taxma ucluqlara malik dörd lüləni təmin edən miqdarda su verməlidir. 

10.5. Örtülü yük anbarlarının (yerlərinin) səmərəli soyudulması məqsədi ilə, onlar dəniz 

gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının VI fəslindəki 3.4.2.1-ci bənddə 

nəzərdə tutulan intensivliyə malik stasionar supüskürtmə sistemi, yaxud subasma sistemi ilə 

təchiz  edilməlidir.  Yük  anbarlarında  (yerlərində)  və  ya  100  kv  metrdən  çox  olmayan  ayrı-

ayrı  sahələrdə  bu  məqsədlə  su  verilməsinin  yuxarıda  qeyd  olunan  həcmini  və  təzyiqini 

təmin edən yanğın şlanqlarından istifadəyə icazə verilir. 

Axıtma  və  qurutma  qurğuları  bütün  hallarda  yük  anbarında  (yerində)  suyun  səthində 

boşluq  əmələ  gəlməsinin  qarşısını  almalıdır.  Bu  təmin  edilmirsə,  anbarı  (anbarları)  su  ilə 

dolmuş  gəminin  dəniz  gəmilərinin  təsnifatı  və  tikilməsinə  dair  Registr  Qaydalarının  V 

fəslində  göstərilmiş  tələblərə  uyğun  gəldiyini  təsdiqləyən  hesablamalar  həyata 

keçirilməlidir. 

Supüskürtmə  və  ya  subasma  sistemlərinin  əvəzinə  Registr  tərəfindən  bəyənilmiş  digər 

səmərəli soyuducu maddələrə malik sistemdən istifadə edilə bilər. 

10.6.  Yük  anbarı  (yeri)  su-yanğın  sisteminə  əlavə  olaraq,  dəniz  gəmilərinin  təsnifatı  və 

tikilməsinə  dair  Registr  Qaydalarının  VI  fəslindəki  3.1.2.1-ci  bəndə  müvafiq  surətdə 

stasionar yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır. 

Üfqi  tərzdə  yüklənən  gəmilərin  (lixterdaşıyanlardan  başqa)  açıq  yük  anbarları  (yerləri), 

habelə  həcmi  yanğınsöndürmə  sisteminin  tətbiq  edildiyi  halda,  gəmilərdə  lazımi  qaydada 

örtülməsi təmin olunmayan örtülü yük anbarları (yerləri) bütün göyərtə sahələrini mühafizə 

edən əlavə stasionar supüskürtmə sistemi, yaxud Registr tərəfindən bəyənilmiş səmərəliliyi 

az  olmayan  digər  sistemlə  təchiz  edilməlidir.  Axıtma  və  qurutma  qurğuları  10.5-ci 

yarımbənddə şərh edilmiş tələblərə cavab verməlidir. 

10.7.  Yük  anbarlarının  (yerlərinin)  qurudulması  sistemi  dəniz  gəmilərinin  təsnifatı  və 

tikilməsinə dair Registr qaydalarının VIII fəslinin tələblərinə uyğun gəlməlidir. Tez alışan və 

ya  zəhərli  mayelərin  boru  kəmərləri  və  maşın  şöbəsinin  nasosları  vasitəsilə  bilməyərəkdən 

vurulmasının  qarşısını  alan  konstruktiv  tədbirlər  nəzərdə  tutularsa,  ümumgəmi  qurutma 

sistemindən istifadə edilməsinə icazə verilə bilər. 


10.8. Partlayış (alışma) təhlükəsi olan buxarları və ya alışma mənbəyi qəza törədə bilən 

elektrik avadanlığı və elektrik şəbəkəsi, habelə hər hansı digər avadanlıq örtülü və açıq yük 

anbarlarında (yerlərində) yerləşdirilməməlidir. 

Yalnız  partlayışdan  mühafizə  keyfiyyətlərinə  malik  olan  aşağıdakı  elektrik 

avadanlığının: 

a) qığılcımdan mühafizə olunan mühərriklərin; 

b) yüksək təzyiq altında hazırlanmış örtüyə malik olan mühərriklərin

c) partlayış keçirməyən örtüyə malik olan partlayışa qarşı yüksək dərəcədə etibarlı olan 

avadanlıqların quraşdırılmasına yol verilir. 

Kabellərin çəkilişinə icazə verilməsi və onların çəkiliş üsulları, bütün hallarda Registrin 

xüsusi baxışından keçirilməlidir. 

Yuxarıda 

qeyd 

edilən 


tələblərə 

cavab 


verməyən 

elektrik 

avadanlıqlarının 

quraşdırılmasına  və  kabellərin  çəkilişinə  yalnız  o  hallarda  icazə  verilir  ki,  onlar  təhlükəli 

yüklərin yüklənməsi əməliyyatları və daşınması zamanı elektrik şəbəkəsindən açılmış olsun. 

Bu  halda  onların  bilməyərəkdən  elektrik  şəbəkəsinə  qoşulmasına  yol  verməyən  tədbirlər 

nəzərdə tutulmalıdır. 

10.9. Örtülü yük anbarları süni ventilyasiya ilə təchiz edilməlidir. 

Alışan və ya zəhərli buxar, yaxud qaz (6 nömrəli əlavə — 10.2-ci cədvəl) buraxmağa qabil 

olan  yüklərin  daşınması  üçün  təyin  edilmiş  yük  anbarlarının  (yerlərinin)  ventilyasiya 

sistemi, boş yük anbarının (yerinin) həcmindən asılı olaraq, saatda ən azı altı dəfə havanın 

dəyişdirilməsini  təmin  etməlidir.  Konteynerdaşıyan  gəmilər,  habelə  konteynerlərin 

daşınmasından  ötrü  təyin  olunmuş  və  təchiz  edilmiş  digər  gəmilərin  yük  anbarlarında 

(yerlərində)  təhlükəli  yüklər  örtülü  konteynerlərdə  daşınırsa,  hava  ən  azı  iki  dəfə 

dəyişdirilməlidir. 

Havada  buxarının  nisbi  sıxlığı  1-dən  (vahiddən)  az  olan  2.3-cü  yarımsinif  yüklərinin, 

habelə  4.3-cü  yarımsinifdən  olan  və  belə  buxarlar  (qazlar)  ayırmağa  qabil  olan  yüklərin 

daşınması  üçün  təyin  edilmiş  yük  anbarlarının  (yerlərinin)  ventilyasiya  sistemində,  yük 

anbarlarının (yerlərinin) yuxarı hissəsində, saatda altı dəfə havanın dəyişdirilməsi sisteminin 

tətbiq olunmasını tələb edən qalan təhlükəli yüklərdən ötrü isə yük anbarının (yerinin) aşağı 

hissəsində havanın qəbulu üçün deşiklər olmalıdır. 

Ayrı-ayrı  təhlükəli  yüklərin  daşınmasından  ötrü  təyin  olunmuş  yük  anbarları  (yerləri) 

üçün  təbii  ventilyasiyanın  tətbiq  edilməsinin  mümkünlüyü  11-ci  bəndə  müvafiq  surətdə 

sənədlər verilərkən, xüsusi baxışdan keçirilməlidir. 

10.10.  Ventilyatorların  konstruksiyası,  partlayış  (alışma)  təhlükəli  buxarların  və  ya 

qazların alışmasının qarşısını almaq üçün etibarlı olmalıdır. 

Ventilyatorların  sorucu  kanalının  içərisində  və  ya  ventilyasiya  edilməyən  «hasarcıqda» 

yerləşdirilmiş  elektrik  mühərrikləri  partlayışdan  mühafizə  qabiliyyətinə  malik  olmalıdır 

(10.8-ci yarımbəndi). 

Ventilyasiya sisteminin çöldən hava qəbul edən və soran deşikləri alovun qarşısını kəsən 

armaturla təchiz edilməlidir. 

10.11. Yük anbarları (yerləri) yaşayış və xidməti otaqlarla bitişik olmamalıdır. 

Üfqi  tərzdə  yüklənən  gəmilər  üçün  bu  tələblər  yalnız  1-ci  dərəcəli  (1.4  «S»  qrupundan 

başqa)  yüklərin  daşınmasına  aid  edilir  və  onu  göstərir  ki,  belə  yüklər  yaşayış  və  xidməti 

otaqların  bilavasitə  üstündə  və  altında,  habelə  yük  anbarlarını  (yerlərini)  yaşayış,  yaxud 

xidməti otaqdan ayıran arakəsmələrdən və ya göyərtə sahələrindən ən azı 3 metr məsafədə 

yerləşdirilməlidir. 


10.12. Üfqi tərzdə yüklənən gəmilərdə yaşayış, xidməti otaqlardan və maşın şöbəsindən 

(trap və lift yerləri də daxil edilməklə) yük anbarlarına (yerlərinə) girişlər təhlükəli buxar və 

qazların həmin girişlərdən keçməsinin qarşısını alan qurğularla təchiz edilməlidir. Əgər bu 

tələbə  riayət  edilmirsə,  yük  anbarlarına  (yerlərinə)  bitişik  otaqlar  yük  anbarlarından 

(yerlərindən)  buxar  və  qazların  həmin  otaqlara  keçməsinin  qarşısını  alan  yüksək  hava 

təzyiqi ilə təmin olunmalıdır. 

10.13.  «A»  kateqoriyalı  maşın  şöbələrini  yük  anbarlarından  (yerlərindən)  ayıran 

arakəsmələr və göyərtələr yanğın əleyhinə A-60 tipli izolyasiyaya malik olmalıdır. Bununla 

bərabər  1-ci  dərəcəli  (1.4  «S»  qrupu  istisna  olmaqla)  yüklər  maşın  şöbəsinin  bilavasitə 

üstündə  və  altında,  habelə  yük  anbarlarını  (yerlərini)  maşın  şöbəsindən  ayıran 

arakəsmələrdən  və  ya  göyərtə  sahələrindən  3  metrdən  az  olmayan  məsafədə 

yerləşdirməməlidir. Digər növ izolyasiya olunduğu halda daşınması qadağan olunan I sinif 

təhlükəli  yüklər  (1.4  «S»  qrupu  istisna  olmaqla)  belə  arakəsmələrdən  və  ya  göyərtə 

hissələrindən ən azı 3 metrlik məsafədə yerləşdirilməlidir. 

Qeyd  edilən  tələblər  lixterdaşıyanlara  yalnız  1-ci  dərəcəli  yüklərin  (1.4  «S»  qrupundan 

başqa)  maşın  şöbəsinin  bilavasitə  üstündə  və  altında  yerləşdirilməsinin  qadağan  olunan 

hissəsinə aid edilir. 

10.14.  Səfərdə  istifadə  edilən  və  səthinin  temperaturu  50

0

S-dən  artıq  olan,  örtülü  yük 



anbarlarında, yaxud onlara bitişik otaqlarda yerləşdirilən, istilik mənbələri (buxar kəmərləri, 

qızdırıcı  sistemə  malik  yanacaq  tankları  və  s.)  elə  izolyasiya  edilməlidir  ki,  onların  üst 

səthinin temperaturu 50

0

S-dən yuxarı olmasın. 



10.15. Baş və köməkçi mühərriklərin, qazanların və insineratorların qazburaxıcı və tüstü 

boru kəmərləri qığılcımsöndürən və ya qığılcımtutan qurğularla təchiz edilməlidir. 

10.16.  Yuxarı  və  aşağı  göyərtələrin  örtülü  yük  lyuklarının  konstruksiyası  lyuk 

qapaqlarının  qığılcım  əmələ  gətirməsinə  yol  verməyən,  rahat  və  zərbəsiz  hərəkətini  təmin 

etməlidir. 

10.17.  Örtülü  yük  anbarlarını  (yerlərini)  yükün,  habelə  nisbi  rütubətin  və  anbardakı 

havanın temperaturunun stasionar ölçü nəzarət sistemləri ilə təchiz edilməsi tövsiyə olunur. 

Belə  sistemlər  olmadıqda,  qeyd  edilən  parametrlərin  müəyyənləşdirilməsinin  digər 

üsulları nəzərdə tutulmalıdır. 

10.18.  Təhlükəli  yüklər  daşıyan  gəmilər  dəniz  gəmilərinin  təsnifatı  və  tikilməsinə  dair 

Registr  Qaydalarının  VI  fəslindəki  5-ci  bölmədə  müəyyən  edilmiş  normalara  əlavə  olaraq, 

aşağıdakılarla təchiz edilməlidir: 

a) yük anbarlarındakı (yerlərindəki) yanğını söndürmək üçün ümumi tutumu azı 12 kq 

quru  toz  halında  olan,  daşına  bilən  odsöndürənlərlə  və  ya  onlara  bərabər  tutulan  digər 

odsöndürücü vasitələrlə; 

b)  sıxılmış  hava  ilə  işləyən  və  doldurulması  üçün  kompressor,  yaxud  ehtiyat  balonları 

nəzərdə tutulan, iki ayrıca tənəffüs aparatı ilə; 

c)  yanğın  əleyhinə  ləvazimat  komplektlərinə  əlavə  olaraq,  daşınan  yükün  kimyəvi 

təsirinə  dözümlü  olan  tam  dörd  dəst  mühafizə  geyimi  (paltarı)  nəzərdə  tutulmalıdır. 

Mühafizə geyimi orqanizmin bütün dəri təbəqəsini örtməlidir. 

10.19.  Bütün  nomenklaturadan  olan  təhlükəli  yüklərin  daşınması  üçün  yararlı  sayılan 

gəmilərə  və  yük  anbarlarına  (yerlərinə)  tələblərin  siyahısı  10.1-ci  cədvəldə  (7  nömrəli 

əlavədə), konkret sinifli, yarımsinifli və kateqoriyalı yüklərin daşınmasına tələblərin siyahısı 

isə 10.2-ci cədvəldə (6 nömrəli əlavədə) verilmişdir. 

Müəyyən  növ  gəminin  sistemlərinə,  texniki  təminatına,  konstruksiyalarına  və  əlavə 

təchizatına bu və ya digər tələblər, əgər təhlükəli yük 10.1-ci və 10.2-ci cədvəllərin müvafiq 



qrafalarında «+» işarəsi ilə göstərilmişsə (6 və 7 nömrəli əlavələr), konkret sinifli, yarımsinifli 

və kateqoriyalı təhlükəli yükün daşınması zamanı yerinə yetirilməlidir. 

  


Yüklə 491,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin