11. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINA GƏMİNİN YARARLI OLMASI
HAQQINDA SƏNƏDLƏR
11.1. Təhlükəli yüklərin daşınması üçün təyin olunmuş gəmilər Registr tərəfindən
verilmiş dənizdə insan həyatının mühafizə edilməsinə dair 1974-cü il Beynəlxalq
Konvensiyasına (SOLAS-74) 1981-ci il Düzəlişlərinin 11-2-ci fəslindəki 54-cü Qaydanın
tələblərinə gəminin konstruksiyasının və texniki təminatının uyğun gəlməsi haqqında
Şəhadətnaməyə malik olmalıdır.
11.2. Təhlükəli yüklərin daşınması üçün təyin olunmuş gəmilərə 11.1-ci bənddə nəzərdə
tutulan Şəhadətnaməyə əlavə olaraq, təhlükəli yüklərin daşınmasına gəminin uyğunluğunu,
habelə gəmidə və konkret yük anbarlarında (yerlərində) yüklərin kateqoriyalarına əsasən
onların yerləşdirilməsi şərtlərini (şəraitini) müəyyənləşdirən Texnoloji Akt verilməlidir.
Həmin akt dəniz gəmiçiliyi, yaxud bu gəmidən istifadə edən digər gəmi sahibləri tərəfindən
verilir.
Texnoloji akt DTYD BM Qaydaları
1
(3.4.11—19-cu bölmələr, 5-ci, 15-ci, 16-cı əlavələr)
əsasında, 10 nömrəli əlavədə verilmiş forma üzrə gəmiçiliyin rəisinin (müəssisənin
rəhbərinin) əmri ilə texniki şöbənin, daşınmaların texnologiyası şöbəsinin, dəniz
üzgüçülüyünün təhlükəsizliyi xidmətinin, hərbiləşdirilmiş mühafizə dəstəsi, yanğın
əleyhinə texniki xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin
(şöbəsinin) və gəmi rəhbərliyinin nümayəndələrindən ibarət təyin olunmuş komissiya
tərəfindən tərtib edilir. Gəmi sahibinin tapşırığı ilə komissiyanın vəzifələri təhlükəli yüklərin
daşınması üzrə ixtisaslaşdırılmış komissiyaya verilə bilər.
Aktın qüvvədə olma müddəti 4 ildir.
Akt aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir:
a) onun fəaliyyət müddəti başa çatdıqdan sonra;
b) qəzadan sonra;
c) yük anbarlarının (yerlərinin) yanğın əleyhinə, qurutma və ventilyasiya sistemlərində,
elektrik avadanlığı və kabel xətləri, istilik mənbələrinin istiliyinin izolyasiyası, qazanların və
mühərriklərin tüstü və qazburaxıcı boru kəmərləri qurğularının qığılcımsöndürənləri,
göyərtələrin və arakəsmələrin odadavamlı konstruksiyaları da daxil olmaqla, yük
anbarlarının texniki təminatında konstruktiv dəyişikliklər edildikdə və ya onlar sıradan
çıxdıqda.
Aktda bitişik yaşayış xidməti otaqlarının və maşın şöbələrinin, habelə istilik
mənbələrinin yerləşdiyi yer göstərilməklə, yük anbarlarının (yerlərinin) sxemlərini əlavə
etmək tövsiyə olunur (7 nömrəli əlavə).
12. TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINA GƏMİLƏRİN SEÇİLMƏSİ VƏ
HAZIRLANMASI
12.1. Registrin ixtisas şəhadətnaməsində müvafiq qeydə (yazıya) malik olan gəmilər
təhlükəli yüklərin həmin qeydə əsasən razılaşdırılmış tam və ya bəzi dərəcələrini və
Dövdağmədəntexnəzarət Komitəsinin verdiyi xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş
şərtlərin tələblərinə uyğun olaraq maneəsiz daşıya bilər.
12.2. 12.1-ci bəndə müvafiq surətdə sənədlər verilmiş gəmilərdə təhlükəli yüklərin
daşınmasına icazə verilir.
12.3. Təhlükəli yüklərin daşınması üçün gəmilərin seçilməsi aşağıdakılar nəzərə
alınmaqla həyata keçirilməlidir:
a) yüklərin daşınması nəzərdə tutulan yük anbarının (yerinin) kateqoriyası ilə
daşınmaların texnoloji rejim xəritəsində (9 nömrəli əlavə) (DTRX) həmin yük üçün
müəyyənləşdirilmiş kateqoriyanın uyğun gəlməsi;
b) həmin yük üçün tövsiyə edilən odsöndürücü vasitənin stasionar yanğınsöndürmə
sistemlərində olması;
c) uyğunlaşmayan yüklərin ayrılması, habelə yüklərin yerləşdirilməsinin DTRX-də
müəyyənləşdirilmiş şərtlərə (şəraitə) riayət olunmasının mümkünlüyü;
d) 1-ci və 7-ci sinifli yüklər üçün təhlükəsiz məsafələrin təmin olunmasının
mümkünlüyü;
e) zəruri hallarda, gəmidə xüsusi odsöndürücü vasitələrin tətbiq edilməsinin
mümkünlüyü.
12.4. Gəminin rəhbərliyi və gəmi həkimi təhlükəli yüklərin yüklənməsinə başlamazdan
əvvəl aşağıdakıları yerinə yetirməlidirlər:
a) yüklərin nəql edilmə təhlükəliliyi, xassələri və xarakteristikası, DTRX-nin və əməyin
təhlükəsizliyi üzrə tələbləri ilə yanğın əleyhinə tədbirlərlə və qəzanın ləğv edilməsi üsulları
ilə tanış olmaq, əlavə təhlükəlilik növləri ilə səciyyələnən yüklərin daşınması dövründə isə
müvafiq sinifə aid olan yüklərin nəql edilmə təhlükəliliyi, xassələri və xasiyyətnaməsi ilə də
tanış olmaq;
b) gəmi heyətinin bütün üzvləri, gəmidə daşınacaq yüklərin adları, xassələri, növləri və
təhlükəlilik səviyyəsi, onların qablaşdırılması, markalanması və yerləşdirilməsi, texniki
təhlükəsizliyin tələbləri, fərdi mühafizə vasitələri və zərərçəkənlərə ilkin yardım göstərilməsi
tədbirləri barədə təlimatlandırmaq;
c) daşınmağa qəbul edilən təhlükəli yüklərin xassələri nəzərə alınmaqla, yanğın əleyhinə
operativ mübarizə planına düzəlişlər etmək;
ç) gəmi heyətinin bütün üzvlərini operativ plandakı düzəlişlərlə qabaqcadan tanış etmək;
d) Fövqəladə Hallar Nazirliyinin müvafiq nəzarət müfəttişliyi liman idarəsi, zəruri
hallarda isə hərbiləşdirilmiş mühafizə dəstəsinin yanğın əleyhinə texniki xidmətinin (HMD
YTX) nümayəndələri və sanitar nəzarəti orqanları ilə də yük əməliyyatlarının aparılması,
rabitə və qəza vəziyyətlərində birgə fəaliyyət göstərilməsi qaydalarını razılaşdırmaq;
[6]
e) liman tərəfindən tərtib olunmuş və zəruri hallarda Fövqəladə Hallar Nazirliyinin
müvafiq nəzarət müfəttişliyi, HMD YTX sanitar nəzarəti orqanları ilə razılaşdırılmış ilkin
yük planını təsdiq etdirmək.
Xüsusi təhlükəsizlik tədbirləri gəmi üzrə verilmiş əmrlə elan edilməlidir.
12.5. Kapitanın böyük və ikinci köməkçisindən, ikinci mexanikdən, elektrik
mexanikindən və bosmandan ibarət tərkibdə yaradılmış gəmi komissiyası gəmi sistemlərinin
texniki vəziyyətini, texniki təminatını və təchizatını, yük anbarlarının (yerlərinin) vəziyyətini
yoxlamalı və əmin olmalıdır ki:
a)
yük
anbarları
(yerləri)
daşınan
yüklərin
qalıqlarından,
yanacaq-sürtgü
materiallarından, tozlardan, zibillərdən diqqətlə təmizlənmiş, zəruri hallarda isə yuyulmuş,
qurudulmuş və havası dəyişdirilmişdir;
b) çirkab suların quyuları qurudulmuş, təmizlənmiş və qapaqlarla örtülmüşdür;
c) qurutma sistemi işlək vəziyyətdədir və yük anbarlarının (yerlərinin) qurudulması
zamanı maşın şöbəsinə çirkab suların düşməsinə yol verilmir;
ç) yük anbarlarında (yerlərində) yanğının aşkar edilməsi sistemi yoxlanılmış və işlək
vəziyyətdədir;
d) yanğın əleyhinə sistemlər işlək vəziyyətdədir, gəmi odsöndürücü zəruri vasitələrə və
onların normal qaydada işləməsini təmin edən qurğulara malikdir;
e) yük anbarlarının (yerlərinin) ventilyasiya sistemləri işlək vəziyyətdədir,
nizamlanmışdır, hava yolları tozdan təmizlənmişdir, ventilyatorların işçi vəziyyətdə olması
yoxlanılmışdır;
ə) istilik mənbələri səthinin istiliyinin izolyasiya edilməsi pozulmamışdır;
f) yük anbarlarındakı (yerlərindəki) 10.8-ci yarımbəndin tələblərinə cavab verməyən
elektrik avadanlığı şəbəkədən ayrılmışdır, kabel xətlərinin vəziyyəti normaldır (bu cür
tələbləri, həmçinin DTRX-də müəyyənləşdirilən yüklərin daşınması dövründə);
g) lifli yüklərin və oksidləşdiricilərin daşınması zamanı yük anbarlarına (yüklərinə) lyük
örtükləri hidravlik sistemi mayesinin düşməsinin qarşısının alınmasına dair tədbirlər
görülmüşdür;
ğ) tüstü və qazburaxıcı borulardakı qığılcımsöndürənlər işlək vəziyyətdədir;
h) təhlükəli yüklərin yüklənməsi zonası istiqamətindəki qapılar, lyüklər və illüminatorlar
bağlanmışdır;
x) radiostansiyanın və RLS-in işlədilməsinə icazə verilməmişdir (1.4 «S» qrupundan
başqa, 1-ci dərəcəli yüklərin boşaldılması-yüklənməsi zamanı);
ı) yükləmə işləri ilə əlaqəsi olmayan şəxslərin yük əməliyyatları zonasına girməsi
qadağan edilmişdir, siqaret çəkmək yeri göstərilmiş, 14-cü bəndə əsasən, texniki
təhlükəsizlik tələbləri, müvafiq sinif yüklər üçün texniki təhlükəsizliyə və təhlükəli yüklərin
daşınması üçün Dövdağmədəntexnəzarət Komitəsindən alınmış xüsusi razılığın
(lisenziyanın) şərtlərinə dair əlavə tələblər yerinə yetirilmişdir;
i) qəza şəraitində təhlükəli yüklərlə işləmək üçün, gəmi əlavə olaraq sıxılmış hava ilə
işləyən dörd komplekt (dəst) fərdi mühafizə vasitələri və iki avtonom tənəffüs aparatı ilə
təchiz edilmişdir (DTRX-də müəyyənləşdirilən yüklərin daşınması zamanı təyin olunan
təchizat).
Təhlükəli yüklərin daşınmasında gəmilərin hazır olması gəmi jurnalında qeyd
edilməlidir.
12.6. Yükləməyə başlanmazdan əvvəl, təhlükəli yüklərlə işləyən zaman zərərçəkənlərə
yardım göstərilməsi üçün, gəmi lazımi dərman preparatları və antidotlarla, işləyənləri,
müvafiq yüklər üçün tövsiyə edilən fərdi mühafizə vasitələri ilə odsöndürücü xüsusi
vasitələrlə, habelə təhlükəli yüklər dağıldıqda, yaxud səpələndikdə onların yığılması və
dezaktivasiyası (passivləşdirilməsi) üçün vasitələrlə (qablar, sorbentlər, qum, kizelqur və s.)
təchiz edilməlidir.
12.7. 1-ci sinif yüklər, alışan qazlar və tez alışan mayelər (3.3-cü yarımsiniflərdən başqa)
daşıyan gəmilərdə sürtünmə, yaxud qırılma zamanı qığılcım əmələ gətirən burazlarından
yük göyərtəsində istifadə olunmasına yol verilmir. Bu tələblər həmin yüklərin vaqonlarla və
vaqon-sisternlərlə gəmi-bərələrində daşınmasına aid edilmir.
13. LİMANLARDA YÜKLƏMƏ ƏMƏLİYYATLARI VƏ TƏHLÜKƏLİ YÜKLƏRİN
SAXLANILMASI
13.1. Ümumi tələblər
13.1.1. Təhlükəli yüklərin limanlarda ykləmə əməliyyatları və saxlanılması, bu
Qaydalara, yüklərin yüklənməsi və saxlanılmasını nizamlayan digər normativ sənədlərə
müvafiq qaydada aparılmalıdır.
13.1.2. Liman idarəsi bu Qaydaları və dəniz nəqliyyatında qüvvədə olan başqa normativ
sənədləri rəhbər tutaraq, yüklərin xüsusiyyətindən, onların qablaşdırılmasından və limanın
yerli şəraitindən asılı olaraq, təhlükəli yüklərin təhlükəsiz şəraitdə yüklənməsinə və
saxlanılmasına yönəldilmiş texnoloji xəritələr, təlimatlar, əmrlər şəklində əlavə texnoloji və
texniki-təşkilati tədbirlər hazırlamalıdır. Hazırlanmış sənədlərdə aşağıdakılar müəyyən
olunmalıdır:
[7]
a) limanın anbarında saxlanılmağa verilən (liman tərəfindən boşaldılan) təhlükəli
yüklərin nomenklaturası (siniflər, yarımsiniflər, kateqoriyalar, qruplar və ya adlar üzrə) və
miqdarı;
b) limanda birbaşa boşaldılmış təhlükəli yüklərin nomenklaturası (siniflər, yarımsiniflər,
kateqoriyalar, qruplar və ya adlar üzrə);
c) qəza vəziyyəti yarandıqda, gəmi rəhbərlərinin və liman idarəsinin, eləcə də lazım
gəldikdə dəmir yolu nəqliyyatı orqanları, yükgöndərən və yükalanlarla qarşılıqlı fəaliyyət və
rabitə yaradılması qaydaları;
[8]
ç) yükgöndərənin bu Qaydaların tələblərini yerinə yetirməməsi nəticəsində, daşınmaya
(yükləməyə) qəbul edilməyən yüklərin limanın ərazisindən və akvatoriyasından çıxarılması
qaydası;
[9]
d) yüklərin yenidən qablaşdırılması, yük və iriləşdirilmiş yük vahidlərinin, eləcə də
nəqliyyat vasitələrinin, qabların zədələnməsinin aradan qaldırılması üçün xüsusi yerlər və
qaydalar;
e) qəza vəziyyətinin ləğvindən sonra təhlükəli yüklərin qalıqlarının saxlanılması üçün
xüsusi yerlər, istifadə olunması və ya basdırılması üçün daşınma qaydaları.
13.1.3. Aşağıda göstərilən yüklərin limanlarda saxlanılmasına yol verilmir:
a) konteyner-sisternlərdə olan 2.2 və 2.4 yarımsinif yüklər (11 nömrəli əlavə);
b) 415—418, 521—523 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə);
c) konteyner-sisternlərdə olan yüksək təhlükə dərəcəli yüklər (13 nömrəli əlavə);
ç) konteynerlərdə olan yüksək təsirli zəhərli maddələr;
d) dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan yüklər;
e) kabotaj və tranzit yüklər.
1-ci sinif təhlükəli yükləri saxlamağa yalnız ixtisaslaşdırılmış limanlarda və ya
ixtisaslaşdırılmış istehsalat yükləmə komplekslərində icazə verilir.
13.1.4. 13.1.3 bəndində göstərilməmiş yüklərin saxlanması bu Qaydaların tələblərinə
uyğun olaraq onların saxlanılması üçün münasib anbarları olan limanlarda icazə verilir.
Əlavə təhlükəlilik növünə malik olan başqa sinif yüklərin saxlanması şərtləri bu sinifə
aid yüklər üçün müəyyən olunmuş şərtlər nəzərə alınmaqla təyin olunmalıdır.
13.1.5. Limanda saxlanılması qadağan olunmuş yüklər, eləcə də liman bu yüklərin
saxlanılması üçün müvafiq anbarlara malik olmadıqda, bu yüklər birbaşa variant üzrə
yüklənməlidir.
13.1.6. Qablarda ədədi və paketləşdirilmiş təhlükəli yüklər, bir qayda olaraq,
ixtisaslaşdırılmış örtülü anbarlarda saxlanılır. Belə yüklərin saxlanılmasına qonşu
bölmələrdən yanğınadözümlü arakəsmələrlə ayrılmış odadavamlı ümumi təyinatlı örtülü
anbarlarda, eləcə də 13.1 cədvəlinə müvafiq olaraq çəpərlənmiş və qorunan açıq anbarlarda
icazə verilir.
Saxlanılan yüklərin icazə verilən kütləsi (həcmi) üzrə göstərişlər 13.2 bəndində
verilmişdir.
13.1.7. Bağlı konteynerlərdə bütün sinifli yüklərin (13.1.3 bəndinə müvafiq olaraq
limanlarda saxlanılması qadağan edilən yüklər istisna olunmaqla) ixtisaslaşdırılmış
konteyner yükləmə kompleksli açıq anbarlarda, çəpərlənmiş və qorunan universal yükləmə
kompleksli meydançalarda saxlanılmasına icazə verilir.
13.1.8. Limanlarda təhlükəli yüklərin ixtisaslaşdırılmış konteynerlərdə saxlanılmasına,
qablarda ədədi şəkildə olduğu kimi icazə verilir.
13.1.9. Təhlükəli yüklərin qalıqlarından təmizlənməmiş boş yük vahidlərinin
saxlanılması və yüklənilməsi, həmin qablarda daşınan axırıncı təhlükəli yükün şərtlərinə
uyğun olaraq aparılır.
13.1.10. Hər anbar və yükləmə-boşaltma meydançası üçün saxlanılan və yüklənilən
təhlükəli yüklərin xüsusiyyətini və miqdarını nəzərə almaqla, yanğının və başqa qəza
vəziyyətinin ləğv edilməsi üzrə əməli plan hazırlanmalıdır. Əməli planın bir nüsxəsi
anbarda və yükləmə-boşaltma meydançasında asılmalıdır.
13.1.11. Bu Qaydalarla daşınmasına icazə verilməyən və ya onların nəqliyyat vasitələrinə
qablaşdırılması üçün istifadə olunan iriləşdirilmiş yük vahidləri, eləcə də yükdaşınma
sənədləri bu Qaydaların tələblərinə uyğun gəlmədikdə, təhlükəli yüklərin limana
gətirilməsinə yol verilmir.
13.1.12. Təhlükəli yüklərin liman ərazisinə gətirilməsinə, liman idarəsinin və Fövqəladə
Hallar Nazirliyinin təhlükəli yüklərin daşınmasına nəzarət edən müfəttişliyinin, yükün
daşınma qaydası, vaxtı və yeri göstərilmiş yazılı icazəsi alındıqdan sonra yol verilir.
[10]
Yanğın təhlükəli yüklərin gətirilməsinə icazə qabaqcadan limanın yanğın əleyhinə
texniki xidməti (YTX) ilə, yoluxucu, zəhərli və radioaktiv yüklər üçün isə Dövlət Sanitar
Nəzarəti orqanları ilə razılaşdırılmalıdır.
[11]
Birbaşa variant üzrə gəmilərə yüklənən təhlükəli yüklərin limana gətirilməsinə
yalnız liman idarəsinin teleqrafla təsdiq edilmiş rəyinə uyğun olaraq icazə verilir.
13.1.13. Təhlükəli yüklərin anbara qəbulu və ya birbaşa variantla daşınmaq üçün, onların
limana gətirilməsi zamanı, liman idarəsi və texniki təhlükəsizlik üzrə xidməti tərəfindən
aşağıdakılar yoxlanılmalıdır:
[12]
a) yükün limana gətirilməsinə liman idarəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq
orqanı tərəfindən verilmiş icazənin olması;
[13]
b) yükgöndərən tərəfindən daşınma sənədlərinin düzgün tərtib olunması;
c) anbarda və ya yükləmə-boşaltma meydançasında hər hansı konkret yükün
xüsusiyyətlərini nəzərə almaqla, yanğınla mübarizə və qəza vəziyyətinin ləğv edilməsi üzrə
təsdiq edilmiş planın və bunun üçün lazımi vasitə və qurğuların olması;
ç) rabitə vasitələrinin sazlığı.
Qablaşdırmalar, markalanmalar və ya yük daşıma sənədləri bu Qaydaların tələblərinə
uyğun gəlmədikdə, eləcə də limanda nasazlığın aradan qaldırılması mümkün olmayan yük
vahidləri aşkar edildikdə, yük dərhal limanın ərazisindən və akvatoriyasından çıxarılmalıdır.
[14]
13.1.14. Güclü təsirə malik olan zəhərli maddələrin anbara qəbulu Fövqəladə Hallar
Nazirliyinin, yükgöndərənin və (və ya) Dövlət Sanitar Nəzarəti orqanlarının
nümayəndələrinin iştirakı ilə aparılır.
13.1.15. Anbarların quruluşu, yerləşdirilməsi və avadanlığı qüvvədə olan tikinti
normaları və qaydalarının, limanların layihələşdirilməsi üzrə texnoloji və texniki
təhlükəsizlik normalarının və bu Qaydaların tələblərinə uyğun olmalıdır. Elektrik avadanlığı
və elektrik şəbəkələri, yüklərin yanacaq materialları kimi təsnifatını nəzərə almaqla, elektrik
qurğularının qurulması üzrə qaydaların tələblərinə uyğun olmalıdır.
[15]
1-ci, 2-ci, 3-cü, 8-ci sinif, 4.2, 4.3, 5.2 və 6.1 yarımsinif yüklərin saxlanılması üçün örtülü
anbarlar birmərtəbəli olmalıdır. Qalan siniflərdən (yarımsiniflərdən) olan təhlükəli yüklərin
çoxmərtəbəli anbarın birinci mərtəbəsində saxlanılmasına yol verilir.
Məhlullar, eləcə də yanğın vaxtı əriyə bilən bərk maddələr saxlanılan anbarlar məhlulun
və ya ərintilərin sərbəst axmasını məhdudlaşdıran qurğularla təchiz olunmalıdır.
Təhlükəli maye yüklərin saxlanılması üçün açıq və talvarlı anbarlar, limanın
yaxınlığındakı ərazidə yerləşən anbar və köməkçi binaların səviyyəsinə nisbətən daha aşağı
səviyyədə olan sahələrdə yerləşdirilməlidir.
Anbarların partlayış-yanğın və yanğın təhlükəliliyi üzrə kateqoriyaları, texnoloji
layihələndirmə və texniki təhlükəsizlik üzrə normaların tələblərinə uyğun olmalıdır.
13.1.16. Anbar və yükləmə-boşaltma meydançaları təhlükəli yüklərin xüsusiyyətlərinə
uyğun olaraq, qüvvədə olan normalar üzrə yanğınsöndürmə və qəza vəziyyətlərini ləğvetmə
vasitələri ilə təchiz olunmalıdır. Hər bir anbar (meydança) telefon rabitəsi ilə təmin
olunmalıdır.
1-ci, 3-cü, 4-cü, 5-ci sinif, 2.3, və 2.4 yarımsinif yüklərin saxlanılması üçün istifadə olunan
örtülü anbarlar avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalıdır.
13.1.17. Örtülü anbarların qapıları siyirmə, qaldırılan və ya çölə açılan olmalıdır.
Qaldırılan qapılar əl ilə hərəkətetdirmə mexanizmi ilə təchiz olunmalıdır. Pəncərələr
şüşələnməli və içəri tərəfdən metal tor ilə qorunmalıdır.
13.1.18. 1-ci, 3-cü, 4-cü sinif, 2.3, və 2.4 yarımsinif yüklərin saxlanılması və ya yüklənməsi
üçün açıq və talvarlı anbarların, yükləmə-boşaltma meydançalarının işıqlandırma və başqa
elektrik avadanlığı, eləcə də hava elektrik xətləri yük qalaqlarından, üfqi vəziyyətdə, 5
metrdən az olmayan məsafədə yerləşdirilməlidir.
13.1.19. Təhlükəli yükləri konteynerlərdə, eləcə də qablarda ədədi və paketlənmiş şəkildə
yanğın və partlayış təhlükəli yüklərin açıq və talvarlı anbarlarda saxlanılması zamanı, bir
bölmənin (qalağın) sahəsi 13.2 yarımbölməsində müəyyən olunmuş yük üçün
göstəricilərdən artıq olmamalıdır, sahəsi müəyyən olunmayıbsa, bu sahə 300 kv.metr
götürülür. Qalaqlar arasında yanğından mühafizə üzrə məsafə 6 metrdən az ola bilməz.
13.1.20. Təhlükəli yüklər yerləşdirilməzdən əvvəl anbarlar orada saxlanılmış yüklərin
qalığından və onların qablarından, bərkitmə hissələrindən və separatorla ayırma
qalıqlarından, yanacaq və yanacaq-yağlama materialların axıntısından, eləcə də zibildən
tamamilə təmizlənməlidir. Lazımi hallarda çirklənmiş yerlər yuyulmalı və qurudulmalıdır.
13.1.21. Təhlükəli yüklər örtülü anbarlarda, qalaqların arasındakı keçidin eni 2,0 metrdən
və anbarın divarlarından 0,7 metrdən az olmamaqla yığılır. Eninə və uzununa keçidlərin eni
istifadə olunan mexanikləşdirmə vasitələrindən asılı olaraq 3,5 metrdən az olmamalıdır.
13.1.22. Təhlükəli maye yüklə doldurulmuş qablar, anbarlara yığılarkən, tıxacları yuxarı
vəziyyətdə yerləşdirilməlidir.
13.1.23. Təhlükəli yüklər anbarlarda onların texniki, fiziki-kimyəvi və yanğın təhlükəliliyi
xüsusiyyətlərinin eyniliyi prinsipi ilə yerləşdirilir. Bu məqsədlə örtülü anbarlar, bir-birindən
yanğın dözümlü arakəsmələrlə izolyasiya edilmiş ayrı-ayrı otaqlara (bölmələrə) ayrılmalıdır,
açıq və talvarlı anbarlar isə 13.1.25 bəndində göstərilən kimi təyin olunmuş məsafədə
olmalıdır.
13.1.24. Anbarlarda və yükləmə-boşaltma meydançalarında yastı altlıqla paketlənmiş və
qablarda ədədi yığılmış 3-9 sinifli təhlükəli yüklərin qalağının hündürlüyü 3 metrdən artıq
olmamalıdır. Göstərilmiş siniflərdən topla və ya parça kisələrdə qalaqlanmış yüklərin
hündürlüyü 4 metrə qədər olmasına yol verilir.
3-9 sinifli yüklərin qalağının hündürlüyü, yükgöndərən tərəfindən yüksək hündürlüklü
qalaqlanmada, qablaşmanın möhkəmliyini təsdiq edən sınaq aktını təqdim etdikdə artırıla
bilər.
3-9 sinifli yüklə doldurulmuş ədədi qablar və ya paketlənmiş konteynerlər hündürlüyü 4
yarusdan artıq olmayan qalaqla yığılır. Şüşə qablarda olan korroziyalaşdıran mayelərlə (8-ci
sinif) konteynerlər qalağının aşığı yarusunda yerləşdirilməlidir.
3-9 sinifli təhlükəli yüklərlə yüklənmiş konteyner-sisternlər hündürlüyü 3 yarusdan çox
olmayan qalaqlarla yığılmalıdırlar.
Konteynerlər yerləşdirildikdə, qalağın qəza vəziyyətində, onun tez ləğvi imkanı və
konteynerlərin təhlükəsiz yerə keçirilməsi, eləcə də universal konteynerlərin qapılarının
açılması imkanı nəzərə alınmalıdır.
Konteynerlər qalaqlarda texnoloji bağlamalarla bərkidilməlidir.
Dostları ilə paylaş: |