1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Əlayazması hüququnda
GÜLƏHMƏDZADƏ SAMİR FƏRMAN OĞLU
BANK FƏALİYYƏTİNİN STRATEJİ PLANLAŞDIRILMASINDA
AUDİTİN ROLU
İxtisas: 5303.01 – «Mühasibat uçotu»
İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
təqdim olunmuş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2016
2
Dissertasiya işi Azərbaycan Kooperasiya Universitetinin
“Mühasibat uçotu və audit” kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər: Yaqubov Sakit Məmədi oğlu
İqtisad elmləri doktoru, professor
Rəsmi opponentlər: Abbasov Qəzənfər Əli oğlu
İqtisad elmləri doktoru, professor
Ziyadxanov Nofəl Ziyadxan oğlu
İqtisad elmləri namizədi
Aparıcı təşkilat: Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi
Dissertasiyanın müdafiəsi 23 sentyabr 2016-cı il saat 16:00-da
Azərbaycan Dövlət İqtisad Universitetinin FD 02.052 Dissertasiya
Şurasının iclasında keçiriləcəkdir.
Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, Azərbaycan
Dövlət İqtisad Universitetinin Dissertasiya Şurası.
Dissertasiya işi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxa-
nasında tanış olmaq olar.
Avtoreferat "____ " avqust 2016-cı il tarixində göndərilmişdir.
FD.02.052 Dissertasiya Şurasının
elmi katibi, i.e.n. S.A.Abbasova
3
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI
Mövzunun aktuallığı: "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf kon-
sepsiyasıyasında ölkə iqtisadiyyatının şaxələndirilməsi və onun innovasiya
yönümdə inkişafı dövlətimizin strateji hədəfi kimi müəyyənləşmişdir. Təcrü-
bə göstərir ki, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və onun
çoxtərəfli inkişafı uyğun bank sistemi olmadan mümkün deyildir. Sosial-
iqtisadi inkişaf sahəsində müəyyənləşdirilmiş strateji hədəflər çərcivəsində
ölkənin bank sistemi perspektivdə mühüm innovasiya sektoruna çevrilməli
və onun innovasiya xarakterli iqtisadiyyatın formalaşdırılmasında rolu
artmalıdır. Ölkənin sosial-iqtisadi inkişafının konseptual xarakterli hədəfləri
içərisində Azərbaycan iqtisadiyyatının strateji maraqlarına uyğun müasir
rəqabət qabiliyyətli bank sektorunun formalaşdırılması məsələsi də mühüm
yer almışdır. Bu cür yanaşma ölkədə bank sektorunun yeni inkişaf modelinin
formalaşdırılmasını, onun sabitliyinin təmin edilməsini, iqtisadiyyatın müx-
təlif sahələrinin maliyyələşdirilməsində bankların rolunun artırılmasını, stra-
teji planda keyfiyyət amillərinə üstünlük verilməsini və s. zəruri edir.
Bank sektorunda risk yönümlü nəzarətin geniş miqyasda tətbiqi üçün ilk
növbədə müvafiq konsepsiyanın işlənib hazırlanması, banklarda riskləri idarə
etmək məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi əsas risk kate-
qoriyalarının qiymətləndirilməsi üçün yeni metodoloji yanaşmanın, daxili
nəzarətin və risklərin idarəetmə sisteminin formalaşdırılması tələb olunur.
Belə şəraitdə kommersiya banklarının fəaliyyətində strateji planlaşdırmanın
inkişafı və auditin rolunun gücləndirilməsi aktual məsələlərdən biri kimi
diqqəti cəlb edir. Təcrübə göstərir ki, kommersiya banklarının səmərəli fəa-
liyyəti və bazarda strateji mövqeyinin qorunub saxlanması daha çox strateji
planlaşdırmanın və bank daxili planlaşdırmanın necə təşkilindən asılıdır.
Bunlarla yanaşı bank nəzarəti üzrə Bazel Komitəsinin tövsiyyələrinin dün-
yanın və ölkənin bank təcrübəsində tətbiq edilməsi bu məsələnin aktual
olduğunu deməyə əsas veririr.
Müasir dövrdə kommersiya banklarını onların fəaliyyətlərinin strateji
planlaşdırması deyil, daha çox operativ tərəfləri düşündürür. Bazar iqtisadiy-
yatının inkişafı və maliyyə bazarında rəqabətin güclənməsi şəraitində bank-
ların fəaliyyətində strateji planlaşdırmanın təşkili və ondan müntəzəm isti-
fadə edilməsini tələb edir. Artıq rəqabət yalnız bank məhsulları və xid-
mətlərində deyil, həm də planlaşdırma mexanizmində, risk və qeyri-müəy-
yənlik şəraitində düzgün idarəetmə qərarlarının qəbul edilməsinə imkan
verən strateji inkişaf hədəflərinin dəqiq müəyyənləşdirilməsində baş verir.
4
Beləliklə, bütün bu qeyd edilənlər tədqiqat mövzusunun aktuallığını və
praktik əhəmiyyət kəsb etdiyini göstərir və dissertasiya mövzusu bunların
konteksində əsaslandırılmışdır.
Problemin öyrənilmə səviyyəsi: Strateji planlaşdırmanın nəzəri və meto-
doloji tərəflərinin araşdırılmasına çoxsaylı elmi tədqiqat işləri həsr olun-
muşdur. Xarici ölkələrin bank təcrübəsində strateji planlaşdırmanın və onun
auditinin təşkili məsələləri geniş tətbiq edildiyindən təbii ki, bu işlərin ək-
səriyyəti xarici ölkələrin tədqiqatçılarının payına düşür. Tədqiq edilən
problemin bu və ya digər tərəflərinin araşdırılmasına xarici ölkələrin alimlə-
rindən - İ.Ansoff, N. Bakster, T.Berrell, X.U.Deriq, P.Druker, F.Kotler,
F.Porter, Norton, Kaplan, Н. А. Тысячникова, Ю. Н. Юденков, В.Д. Доро-
феев, Т.Ю, Морозова, Т.Н. Адамов və s. əsərlərində geniş rast gəlinir.
Ölkənin bank təcrübəsində strateji planlaşdırmadan istifadə səviyyəsinin
zəif olması səbəbindən onun nəzəri-metodoloji və praktiki aspektlərinin araş-
dırmasına kifayət qədər diqqət yönəldilməmişdir. Lakin buna baxmayaraq bu
problemin bəzi tərəfləri, xüsusilə banklarda auditin təşkili ilə bağlı məsələlər
ölkənin iqtisadçı alimlərindən - Z.Ə.Səmədzadə, V.Növruzov, İ.M Abbasov,
S.M. Səbzəliyev, Q.Ə.Abbasov, S.Y.Мüslümov, D.A. Bağırov, Z.F.Məm-
mədov, M.M.Bağırov və s. əsərlərində toxunulmuşdur.
Tədqiqatın məqsədi və vəzifəsi: Dissertasiya işinin məqsədi bank fəaliy-
yətinin strateji planlaşdırmasında auditin rolunu, onun nəzəri-metodoloji və
praktiki tərəflərini araşdırmaq və onun təkmilləşdirilməsi üzrə əsaslandırıl-
mış təklif və tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.
Məqsədə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya qoyulmuş və yerinə
yetirilmişdir:
-bankın idarə edilməsi və inkişafının mühüm komponenti kimi strateji
planlaşdırmanın rolunu araşdırmaq;
- beynəlxalq təcrübə əsasında bankın strateji planlaşdırılmasında auditin
rolunun gücləndirilməsi zəruriliyini əsaslandırmaq və təşkili mərhələlərini
müəyyənləşdirmək;
- Azərbaycanın bank sektorunun inkişafının müasir vəziyyətini, onun
inkişaf xüsusiyyətlərini təhlil etmək və strateji planlaşdırmanın auditinin
müasir tələblərini müəyyənləşdirmək;
- banklarda korporativ idarəetmənin təşkili standartlarını və beynəlxalq
təcrübəni öyrənmək və ölkənin bank təcrübəsində tətbiqi imkanlarını əsas-
landırmaq;
- bankda strateji məqsədlərin nəticəliliyinin qiymtələndirilməsi üçün
balanslaşdırılmış göstəricilər sisteminin tətbiqi zəruriliyini əsaslandırmaq;
5
- banklarıda strateji risklərin idarəedilməsi və strateji planlaşdırmanın
monitorinqinin və auditinin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləş-
dirmək.
Tədqiqatın obyekti: Kommersiya bankları (o cümlədən, “Kapital Bank”
ASC).
Tədqiqatın predmeti kommersiya banklarının fəaliyyətinin strateji plan-
laşdırılmasının formalaşdırılması və onun auditinin həyata keçirilməsi prose-
sində yaranan sosial-iqtisadi münasibətlərin məcmusudur.
Tədqiqat işinin elmi yeniliyi:
- bank fəaliyyətinin strateji planlaşdırılmasının nəzəri əsasları təhlil
edilmiş və bankın rəqabətqabliyətliyinin yüksəldilməsində strateji planlaş-
dırmanın rolunun vacibliyi əsaslandırılmışdır;
- banklarda strateji planlaşdırmanın təşkili mərhələləri dəqiqləşdirilmiş və
xüsusiyyətləri müəyyənləşdirilmişdir;
- strateji planlaşdırmanın formalaşdırılmasına, onun fəaliyyət səmərəli-
liyinə təsir edən daxili və xarici amillər təsnifatlaşdırılmışdır;
- beynəlxalq təcrübə əsasında bankın strateji planlaşdırılmasında auditin
rolunun gücləndirilməsi zəruriliyi əsaslandırılmış və onun təşkili mərhələləri
göstərilmişdir;
- Azərbaycanın bank sektorunun inkişafının müasir vəziyyəti təhlil edil-
miş və strateji planlaşdırmanın auditinin müasir tələbləri müəyyənləşdiril-
mişdir;
- banklarda korporativ idarəetmənin təşkili standartları və beynəlxalq
təcrübə öyrənilmiş və ölkənin bank təcrübəsində tətbiqi imkanları əsaslan-
dırılmışdır;
- bankın strateji məqsədlərinin nəticəliliyinin qiymtələndirilməsi üçün
balanslaşdırılmış göstəricilər sisteminin tətbiqi zəruriliyi əsaslandırılmışdır;
- banklarda strateji risklərin idarəedilməsi və strateji planlaşdırmanın monito-
rinqinin və auditinin təkmilləşdirilməsi istiqamətləri təklif edilmişdir.
-bankın strateji planlaşdırılması istiqamətlərinə operativ şəkildə vacib
dəyişklikləri həyata keçirməyə imkan verən balanslaşdırılmış göstəricilər sis-
temi əsasında monitorinq sisteminin qurulması təklif edilmişdir.
Tədqiqat işinin nəzəri və praktili əhəmiyyəti: Tədqiqat prosesində əldə
edilən nəzəri, metodiki və praktiki nəticələrin iqtisadiyyatın və bank xidməti
bazarının dinamik dəyişdiyi şəraitdə bank fəaliyyətinin starteji planlaşdı-
rılması metodlarının işlənib hazırlanmasında, onun auditinin təşkilinin və
monitorinqinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin strateji
risklərin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi istiqamətlərinin
6
müəyyənləşdirilməsi üzrə konkret tövsiyyələrin formalaşmasında mühüm
əhəmiyyəti ola bilər.
Tədqiqatın nəzəri və metodoloji əsasını bank sisteminin təşkili və tən-
zimlənməsi sahəsində qəbul edilmiş qanunlar, normativ - hüquqi sənədlər,
bank fəaliyyətinin strateji planlaşdırmasının formalaşdırılması metodlarını,
prinsiplərini və qanunauyğunluqlarını tədqiq edən xarici və ölkə alimlərin
elmi əsərləri, həmçinin bank sisteminin strateji inkişafı üzrə proqramlar və
konsepsiyalar təşkil edir.
Tədqiqat prosesində sistemli yanaşmadan, müqayisəli təhlildən, qrafik
üsuldan, bank fəaliyyətinin səmərəliliyinin balanslaşdırılmış göstəricilər
sistemindən və s. istifadə edilmişdir.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Mərkəzi
Bankının icmalları, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
illik məcmuələri, kommersiya banklarının hesabatları, rəsmi internet saytları,
dövrü mətbuatın məlumatları və. s. təşkil etmişdir.
Tədqiqatın nəticələrinin sınaqdan keçirilməsi və istifadə edilməsi:
Tədqiqat işinin əsas müddəaları və nəticələri respublika VI beynəlxalq əhə-
miyyətli elmi-praktiki konfranslarda edilmiş məruzələrdə verilmişdir:
-“Banklarda strateji planlaşdırma problemi və onun tərtib olunmasının
vacibliyi”, Milli iqtisadiyyatın inkişafı və səmərəliliyin yüksəldilməsi,
Beynəlxalq Elmi-Praktiki konfrans, 2012-ci il.
- “Bank sektorunun maliyyə sabitliyinin statistik təhlinin bəzi məsələləri”,
“Statistika və Cəmiyyət” Azərbaycan Respublikası Dövlət Statistika Komi-
təsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elmi praktik konfransin
məqalə və tezisləri, 2014-cü il.
- “Banklarda Korporativ idarəetmənin təşkili və onun keyfiyyətinin mo-
nitorinqi”, Gənc alimlərin və tədqiqatçıların 19-cu ümummilli konfransı,
2015-ci il.
Tədqiqatdan irəli gələn təkliflər “Parabank” ASC-nin İdarə Heyətinə təq-
dim edilmiş və ondan strateji risklərin qiymətləndirilməsi metodikasının
təkmilləşdirilməsi istiqamətlərinin hazırlanmasında istifadə edilmişdir
(2015-ci il).
Dissertasiya işinin quruluşu və həcmi: Dissertasiya giriş, üç fəsil, nəticə
və istifadə edilmiş ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir. Onun
ümumi həcmi 152 səhifədir. İşdə 5 cədvəl, 9 sxem və 4 qrafik verilmişdir.
Dissertasiyanı yazılması prosesində 104 ədəbiyyatdan istifadə edilmişdir.
7
İŞİN ƏSAS MƏZMUNU
1. Bankın idarəedilməsi sistemində strateji planlaşdırmanın nəzəri
metodoloji əsasları.
Strateji planlaşdırma nəinki bank həmçinin, istənilən təşkilat üçün vacib-
dir və dünya təcrübəsində onun haqqında geniş təsəvvür vardır. Strateji
planlaşdırma strateji idarəetmənin tərkib hissəsidir və əsas məqsədi strateji
təhlil vasitəsilə idarəetmə qərarlarını qəbul etməkdir. Araşdırma nəticəsində
bu idarəetmə sistemi üçün müxtəlif amillərin dəyişkənliyinin nəzərə alın-
ması, kampaniyanın daxili imkanlarının və onun inkişafına xarici amillərin
təsirinin təhlil edilməsi, daxili imkanlardan daha yaxşı istifadə yollarının
axtarıb tapılması və alternativ qərarların qəbul edilməsi kimi xüsusiyyətlərin
xarakterik olduğu əsaslandırılmışdır.
Strateji idarəetmə konsepsiyasının işlənib hazırlanması zəruriliyini müəy-
yən edən amillər əsasən aşağıdaklar olmuşdur:
-sənaye-maliyyə qruplarının yaranmasına gərtirib çıxaran inteqrasiyya
proseslərinin güclənməsi;
- biznesin qloballaşması nəticəsində transmilli kampaniyalar tərəfindən
dünyaya bütöv bir sistem kimi baxılması, milli fərqlərin aradan qaldırıl-
masına üstünlüyün verilməsi və istehlakın çoğrafiyasının genişlənməsi;
- yüksək idarəetmə həlqəsinin rolunun artması;
- xarici mühitin qeyri-sabitliyinin güclənməsi, gözlənilməz dəyişikliklərin
və onların əvvəlcədən müəyyənləşdirilə bilməməsi ehtimalının artması.
Müasir idarəetmə təcrübəsində operativ və strateji idarəetmə bir-birindən
fərqləndirilir.
Operativ idarəetmədən fərqli olaraq strateji idarəetmədə əsasən kampani-
yanın müasir vəziyyəti, kampaniyanın perspektivdə arzu və istəklərə nail
olma üsulları kimi məsələlərə prioritetlik verilir. İdarəetmə sistemində stra-
teji idarəetmə mühüm rol oynayır və strateji planda baş verən dəyişikliklərin
çevik qiymətləndirilməsi və onlara daim nəzarət edilməsi starteji inkişafının
formalaşdırılmasının əsas mahiyyətini təşkil edir.
Srateji idarəetmənin ilkin şərti təşkilatın inkişafı ilə bağlı konkret strateji
qərarların işlənib hazırlanması və qəbul edilməsidir. Strateji qərarlar dedikdə
gələcəyə istiqamətlənən və idarəetmə qərarlarının qəbulu üçün əsas yaradan,
qeyri-müəyyənliklə bağlı olan idarəetmə qərarları başa düşülür.
Təcrübə göstərir ki, starteji idarəetmənin uğurla həyata keçirilməsi onun
prinsiplərinin düzgün müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır. Iqtisadi
ədəbiyyatda starteji idarəetmənin prinsiplərinə yanaşmalar müxtəlifdir. İşdə
starteji idarəetmənin əsas prinsipləri müəyyənləşdirilir.
Strateji planlaşdırma məqsədlərinə və həll edilən vəzifələrin miqyaslığına
görə bir-birindən fərqlənir. Fikrimizcə, strateji planlaşdırmanın üç əsas
8
funksiyasını proqnozlaşdırma, strategiyanın və biznes planlaşdırmanın
işlənib hazırlanmasını bir-birindən fərqləndimək lazımdır. Strateji idarəetmə
təcrübəsində strateji və taktiki planların yerinə yetirilməsini təşkil etmək
məqsədilə planların müvafiq qrafikləri işlənib hazırlanır, həvəsləndirmə
sistemləri tətbiq edilir, monitorinq və onların həyata keçirilməsinə nəzarət
sistemləri və s. qurulur.
Bazar iqtisadiyyatının mühüm institutlarından olan banklarda inkişaf
strategiyasının olmasının zəruriliyi banklara nəzarət üzrə Bazel komitəsinin
tövsiyyəsində də xüsusi olaraq vurğulanır. Bu sənəddə bankın inkişaf strate-
giyası risk yönümlü idarəetmə sisteminin mühüm amillərdən biri kimi xa-
rakterizə olunur. Fikrimizcə, qəbul edilmiş strateji qərarlar bankın sabit və
səmərəli fəaliyyətinin əsasını təşkil edir və ona görə də hər bir bank strateji
planda əlverişli mövqeyini saxlaması üçün bu məsələyə önəm verməsi ol-
duqca zəruridir.
Bankın idarəedilməsi sisteminin mühüm ünsürü kimi strateji planlaş-
dırılmadan xarici ölkələrin bank təcrübəsində xeyli müddətdir ki istifadə
edilir. Təcrübə göstərir ki, strateji planlaşdırmanın bank fəaliyyətinin ayrıl-
maz ünsürünə çevrilməsinə bu sektorda rəqabətin artması səbəb olmuşdur.
Eyni zamanda bank əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi zəruriliyi,
bank idarəçiliyində yeni yanaşmaların tətbiq edilməsi, maliyyə əlaqələrin
güclənməsi, rəqabətin beynəlxalq səviyəyə çıxması, yeni maliyyə bazar-
larının yaranması və maliyyələşdirmənin xarakterinin dəyişməsi də strateji
planlaşdırmanın geniş tətbiqinə zəmin yaratmışdır. Strateji plan bilavasitə
bankın gələcək fəaliyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirir və baş
verə biləcək böhrandan “qaçma” imkanını yaradır və məqsədi konkert bazar
şəraitində bankın fəaliyyət strategiyasını və onun əsas məqsədlərini müəyyən
etməkdir.
Strateji təhlildə bir çox tədqiqatın metodlarından geniş istifadə edilir.
Strateji təhlilin ən geniş yayılmış metodikası SWOT (Stronghts - güclü tərəf-
lər, Weaknesses - zəif tərəflər, Opportunities - imkanlar, Threats - təhlükələr)
təhlildir. SWOT təhlilinin məntiqi davamı fəaliyyətin maliyyə tərəflərinə
diqqəti yönəltməyə imkan verən SPACE metodudur. Bu qeyd edilən
metodlarla aparılan strateji təhlil bankın strateji məqsədlərini əsaslandırmağa,
uzunmüddətli vəzifələri müəyyənləşdirməyə və onların həyata keçirilməsi
yollarını əsaslandırmağa imkan veirir.
Bank təcrübəsində strateji planlaşdırma çoxsaylı vəzifələr yerinə yetirir.
Strateji planlaşdırmada iki yanaşmanı bir-birindən fərqləndirirlər. Bunlardan
biri ənənəvi yanaşamadır və o, bankın yuxarı rəhbərliyi tərəfindən stra-
tegiyasının işlənib hazırlanmasını nəzərdə tutur. Başqa sözlə desək, bu
yanaşma bazarda vəziyyətin dəyişəcəyinin əvvəlcədən xəbər verilməsi
konsepsiyasına əsaslanır. Bundan fərqli olaraq yeni yanaşma çoxsaylı strateji
9
ideyalara istiqamətlənməni nəzərdə tutur. Bu zaman bankın gələcək in-
kişafının müxtəlif variantları işlənib hazırlanır və onlardan ən səmərəlisi se-
çilir. Beləliklə, araşdırma göstərir ki, bankın strateji planlaşdırılması prosesi
çoxşaxəli və eyni zamanda çoxmərhələlidir.
2. Bankın strateji planlaşdırılmasında auditin nəzəri-praktiki məsələləri.
Auditor fəaliyyəti həm auditor firmaları yaxud müstəqil auditorlar tərəfin-
dən, həm də fəaliyyəti auditor yoxlanmasına məruz qalan təşkilatın ixti-
saslaşmış strukturu tərəfindən həyata keçirilir. Hər iki növ auditin sonda
ümumi məqsədi bir çox cəhətdən üst-üstə düşür ki, bu da nəzarətdir. Lakin
onların fəaliyyətinin məzmununda və xarakterində mühüm fərqlər vardır.
Kənar (xarici) auditlə müqayisədə daxili auditin başqa xüsusiyyəti, təyi-
natı və təşkili qaydası vardır. Ümumi qəbul edilmiş qaydaya əsasən daxili
auditin ümumi vəzifəsi təşkilata vəzifə və funksiyalarını səmərəli yerinə
yetirməkdə kömək etməkdir. Auditin nəticələri və onların qiymətləndirilməsi
audit obyekti üçün xarakterik olan daxili nəzarət sisteminin səviyyəsi haq-
qında müfəssəl təsəvvür əldə etməyə imkan verir. Fikrimizcə, müasir bank
təcrübəsində auditin təşkilinin müəyyənləşdirilmiş ümumi prinsip və qay-
dalarına əsaslanaraq, mühüm əhəmiyyəti olan audit obyekti üçün nəzarətin
standart sxeminin işlənib hazırlanması olduqca vacibdir və banklar strateji
planda öz mövqeylərini qoruyub saxlaması üçün starateji planlaşdırmanın
auditinə xüsusi önəm verilməli və bu sahənin beynəlxalq standartlarından
geniş istifadə edilməlidir.
3. Azərbaycan Respublikasında bank sektorunun cari vəziyyətinin
təhlili.
Ölkə iqtisadiyyatının modernləşdirilməsi və innovasiya yönümlüyünün
gücləndirilməsi üzrə miqyaslı vəzifələrin qarşıya qoyulduğu hazırki mərhə-
lədə bank sistemi öz fəaliyyətinin keyfiyyəti və səmərəliliyini artırmalıdır.
Araşdırılan dövrdə bank sisteminin müsbət inkişaf meyli saxlanmış və
bankların ölkə iqtisadiyyatında rolunu xarakterizə edən makro göstəricilərin
müsbət dinamikası davam etmişdir. Rəsmi statistikanın məlumatlarına görə
son illərdə bankların aktivlərinin, kapitalının, kredit portfelinin və depozit-
lərinin həcm və dinamikasında artım baş vermişdir.
Bank sistemi üzrə ümumilikdə aktivlərin həcmi 2009-cu ildə 11.7 mlrd.
manat, 2010-cu ildə 13.3. mlrd. manat, 2011-ci ildə 14.3 mlrd. manat, 2012-
ci ildə 16.5 mlrd. manat, 2013-cü ildə isə 20.4 mlrd. manat, 2014-cü ildə isə
25.2 mlrd. manat olmuşdur. 2009-cu illə müqayisədə 2013-cü ildə bank
aktivlərinin həcmi 72.9%, 2012-ci illə müqayisədə isə 23.6% artmışdır.
Aktivlərin ölkənin ÜDM-da payı 2009-cu ildə 33.0% təşkil etdiyi halda,
2012-ci ildə bu göstəricinin səviyyəsi 30.6% olmuş, 2013-cü ildə isə hər iki
dövrlə müqayisədə dah çox, yəni 35.4% təşkil etmişdir. Bank aktivlərinin
dinamikasındakı bu cür artım bank sektorunun dayanıqlı inkişafına rəvac
10
verən amilə çevrilmişdir. Bundan başqa bank sisteminin dayanıqlığının artı-
rılması, risk idarəetmə potensialının gücləndirilməsi və bank risklərinin qar-
şısının alınması istiqamətində Mərkəzi Bankın həyata keçirdiyi makropru-
densial tənzimləmə tədbirləri bank sisteminin artım tempinin iqtisadiyyatın
artım tempi ilə uzlaşmasına, bank ekspansiyasının sabitləşdirilməsinə müsbət
təsir göstərmişdir. Hesablamalar aktivlərin real artım tempi ilə qeyri-neft
sektorunun ÜDM-nun artım tempi arasındakı fərqin xeyli azaldığını göstərir.
Ölkənin bank sisteminin aktivlərinin quruluşunda (yüksək likvidli aktivlər,
maliyyə sektoruna tələblər, kreditlər, investisiyalar və s.) artım əsasən kredit
portfeli üzrə müşahidə olunmuşdur. Bank sektorunun inkişafını və onun maliyyə
dayanıqlğını xarakterizə edən mühüm göstəricilərdən biri bank kapitalının
həcminin artması, yəni bank sisteminin kapitallaşmasıdır. Təhlil göstərir ki,
2012-ci ildə aktivlərin gəlirliliyi 0.5%-lə 1% arasında olan bankların xüsusi
çəkisi 40.6%, 2013-cü idə isə artaraq 43.9% təşkil etmişdir. Ümumiyyətlə,
müqayisə edilən dövrdə aktivlərin gəlirliliyi (ROA) 0.5%-dən yüksək olan
bankların sayı 24-dən 30-a qalxmış, onların ümumi aktivlərdə xüsusi çəkisi isə
81%-dən 89%-ə yüksəlmişdir
Təhlil edilən dövrdə bankın mənfəətinin formalaşması və artımı bir çox
amillərin təsiri altında baş vermişdir. Araşdırma göstərir ki, məcmu mənfə-
ətinin artmasının əsas mənbəyi faiz gəlirləri olmuşdur. 2012-ci illə müqa-
yisədə 2013-cü ildə bank sektoru üzrə xalis faiz mənfəəti 39% artmışdır.
Xalis faiz mənfəətinin dinamikasına faiz gəlirləri və xərclərin artım tempi
təsir göstərmişdir. Kredit portfelinin genişləndirilməsi hesabına faiz gəlir-
lərinin artım tempi cəlb edilmiş resurslar üzrə faiz xərclərinin artım tempini
üstələmişdir. Son dövrlərdə banklar tərəfindən faiz xərclərinin optimallaş-
dırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi mənfəətliyin artımına
müsbət təsir göstərmişdir.
Son qlobal böhrandan sonra bank sisteminin maliyyə sabitliyinin qorun-
ması məqsədilə beynəlxalq miqyasda yeni tənzimləmə mexanizmlərinin
formalaşdırılması istiqamətində səylər artıq gücləndirilmişdir (Bazel III). Bu
vəziyyət ölkənin bank sektorunun sabitliyinin yüksəldilməsini, tsiklik və
riskin likvidlik çatışmazlığından asılılığın azaldılmasını, kredit portfelinin
keyfiyyətinin yüksəldilməsini, korporativ idarəetmənin və risklərin idarə-
edilməsinin yaxşılaşdırılmasını, həmçinin kapital bazarının şəfflığının yük-
səldilməsini və s. tələb edir. Odur ki, növbəti mərhələdə ölkənin bank
sisteminin strateji fəaliyyət prioritetləri məhz bu çağırışlara uyğun olaraq
müəyyənləşdirilməlidir. Bu zaman beynəlxalq standartlara uyğun korporativ
idarəetmə sisteminin inkişaf etdirilməsi, başlıca funksional fəaliyyət sfera-
larının əsaslı müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırıl-
ması, müasir və güclü insan kapitalının formalaşdırılması, ölkənin iqtisadi
inkişaf strategiyasına daha fəal dəstəyin verilməsi, bank sektorunun iqtisadi
11
inkişafda və real sektorlarının uzunmüddətli maliyyələşdirilməsində onun
rolunun artırılmasına hədəflənən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi
və s. kimi məsələlərə diqqət yetirilməsi zəruridir.
Ölkənin bank sektorunda fəaliyət göstərən digər kommersiya bankları
kimi “Kapital Bank” ASC-də əhalinin və ölkə iqtisadiyyatının maliyyə və-
saitlərinə tələbinin təmin edilməsində müəyyən rol oynayır. Bankın fəaliy-
yətini xarakterizə edən göstəricilər (aktivin, kredit porfelinin, kapitalın, xalis
mənfəətin və s. həcmi) üzrə Kapital Bank reytingdə ön sıralardadır.
Ölkədə baş verən devalvasiya prosesindən sonra kommersiya banklarının
fəaliyyətini xarakterizə edən göstəriclərin səviyyə və dinamikasında
dəyişikliklər baş vermişdir ki, bu da onların reytinqinə öz təsirini göstər-
mişdir. Bankın gəlirliliyini və sabitliyini təmin edən əsas əməliyyatlardan
biri kreditlərin verilməsidir. Bank fiziki və hüquqi şəxslərə kreditlər verərək
özünün kredit portfelini formalaşdırır. 2011-ci ildə bank tərəfindən müş-
tərilərə verilən kreditlərin ümumi məbləği 894.3 mln. manat, 2014-cü ildə
925.7 mln. manat 2015-ci ildə isə əvvəlki dövrlə müqayisədə 27.8% artaraq
1182.4 mln manat təşkil etmişdir. Göründüyü kimi təhlil edilən dövrdə
bankın müştərilərə, o cümlədən həm fiziki şəxslərə və iqtisadiyyatın ayrı-ayrı
sahələrinə verdiyi kreditlərin həcmində davamlı artım olmuşdur. Bunu 1
saylı xətti qarafik daha əyani göstərir.
2011-ci illə müqayisədə 2015-cü ildə bank tərəfindən fiziki şəxslərə
verilən kreditlərin həcmi təxminən 20 dəfə, 2013-cü illə müqayisədə 2.2
dəfə, 2014-cü illə müqayisədə isə 34.4% artmışdır.
Şəkil 1. 2011-2015-ci illərdə Kapital Bank ASC-nin müşətilərə verdiyi
kreditin dinamikası, min. manat (www.kapitalbank.az)
12
“Kapital Bank” ASC - iqtisadiyyat sahələrinin kreditləşməsində də mü-
hüm rol oynamışdır. Belə ki, bank tərəfindən iqtisadiyyatın bir sıra sahələrinə
verdiyi kreditlərin həcmi 2011-ci ildə 868.2 mln. manat, 2014-cü ildə 519.5
mln. manat, 2015-ci ildə isə 636.6 mln. manat olmuşdur. 2011-ci illə
müqayisədə 2015-ci ildə bu istiqamətdə yönəldilən kreditlərin həcmi 26.7%
azalmış, 2014-cü ilə nisbətən isə əksinə 22.56% artmışdır. Göründüyü kimi
iqtisadiyyat sahələrinin maliyyələşdirilməsinə yönəldilən kreditlərin həc-
minin artım tempi fiziki şəxslərə verilən kreditlərin həcminin artım tempi ilə
müqayisədə xeyli geri qalır.
2011-2015-ci ilərdə müşətilərə verilən kreditlərin quruluşunda da mühüm
meyllər müşahidə edilmişdir (Cədvəl 1). Belə ki, 2011-ci ildə müştərilərə
verilən kreditlərin 3%-i fiziki şəxslərin, 97.7%-i isə iqtisadiyyatın sahələrinin
payına düşmüşdür.
Cədvəl 1.
2011-2015-ci illərdə Kapital Bank ASC-nin müştərilərə
verdiyi kreditlərin quruluşu
Dostları ilə paylaş: |