Turizmin formalari və NÖVLƏRI



Yüklə 55,55 Kb.
tarix11.12.2022
ölçüsü55,55 Kb.
#73883
New Microsoft Word Document (8)


Turizm — fəal istirahətin ən geniş yayılmış kütləvi növüdür. Fransız sözü “tour”dan götürülən turizmin mənası “gəzinti”, “səfər” deməkdir. Turizm insanların öz daimi yaşayış yerlərinin hüdudlarından digər yerlərə hərəkətləri ilə əlaqədar sosial, mədəni və iqtisadi hadisələri əks etdirir, iqtisadiyyata, təbiətə, antropogen mühitə əsaslı təsir göstərir. Ölkə vətəndaşlarının, əcnəbilərin və vətandaşlığı olmayan şəxslərin müxtəlif məqsədlərlə daim yaşayış yerlərindən müvəqqəti getmələri “turizm” adlanır. Turizmi səyahətdən ayıran əsas cəhət onun məqsədli və kütləvi olması, eyni zamanda iqtisadiyyata və siyasətə güclü təsir göstərməsidir.
TURIZMIN FORMALARI VƏ NÖVLƏRI
Turizm anlayışı çox geniş olduğundan o həm də çox şaxəlidir. Turizmin tip kateqoriya, növ və formalara görə təsnifatı geniş yayılmışdır. Turizmin növləri ölkələrin daxili meyarlarına, turizmin formaları isə xarici meyarlarına görə təsnif edilir. Turizmin formaları bir şəxsin və ya qrupun turizm fəaliyyətinin təşkilidir. ÜTT-nin tövsiyələrinə görə daxili, getmə, gəlmə turizm formaları mövcuddur. Bu turizm formaları ölkə hüdudlarında turizm (gəlmə və daxili turizm), milli turizm (daxili və getmə turizm), beynəlxalq turizm (gəlmə və getmə turizm) kateqoriyalarını əmələ gətirir. Beynəlxalq turizm – daim yaşayış yeri olan ölkənin sərhədlərindən kənara turizm məqsədilə insanların səyahətidir. Beynəlxalq turizmdə müəyyən rəsmiyyətçilik (xarici pasport, viza, gömrük və s.) mövcuddur.
Daxili turizm – beynəlxalq turizmdən fərqli olaraq, dövlət sərhədlərini keçmək ilə əlaqədar olmadığından turizm rəsmiyyətçiyi tələb edilmir. Daxili turizm – daimi yaşayış yeri olan ölkənin sərhədləri daxilində turizm məqsədləri ilə insanların səyahətidir. Daxili və beynəlxalq turizm arasında mövcud fərqlər olmasına baxmayaraq, hər iki turizm forması bir-biri ilə sıx şəkildə əlaqəlidir. Daxili turizm yeni ərazi və turizm ehtiyatlarının mənimsənilməsini, turizm bazalarının yaradılmasını, mütəxəsislərin hazırlanmasını şərtləndirməklə vahid turizm məkanını formalaşdırır.
Turizmin növləri
Məqsədinə görə turizmin aşağıdakı növləri vardır:
– dərketmə və ya tarixi-mədəni turizm – təbii, tarixi-amədni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə edilən səyahətdir;
– işgüzar turizm – elmi konfrans və konqres, seminar, müqavilələrin bağlanması, forum, beynəlxalq danışıq, mükafatlandırma, sərgi və yarmarkada iştirak etmək üçün səyahət etməklə, 3 növə – biznes-turizm, konqres-sərgi, intensiv-turizmə ayrılır;
– etnik və ya nostalji turizm – beynəlxalq turizmdə əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya valideynlərin anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan turizm növüdür. Turistlərin bu kateqoriyası ekskursiyaçı adlanır.
– dini turizm – zəvvarlıq, dini abidələr, məscid, məbəd, monastrları görmək, dinlərin tarixi haqqında biliklər əldə etmək məqsədilə edilən səyahətdir;
– rekreasiya turizmi – istirahət məqsədilə asudə vaxtda insanların fiziki, mənəvi, psixoloji, emosional gücün bərpa etmək üçün səyahət;
– təhsil turizmi – bilik almaq və ya təkmilləşdirmək məqsədilə səyahət etməklə, 15 gündən 3 aya qədər davam edən səyahət;
ekzotik turizm – gündəlik həyatda müşahidə edilməyən qeyri-adi nə isə görmək və hiss etmək – fərqli flora və fauna, müxtəlif xalqların mətbəxi, memarlıq nümunələri, milli xüsusiyyətləri ilə əlaqədar edilən səyahət;
– ekoloji turizm –təbii zənginliklərlə tanışlıq, ətraf mühitə həssaslıq və qayğı ilə yanaşmaq, təbiəti çirkləndirmədən və zərər vurmadan edilən səyahət;
– müalicə turizmi –kurortlarda müxtəlif xəstəliklərin təbii vasitələrlə - iqlim, palçıq, mineral su və s. müalicəsinə əsaslanan səyahət;
– macəra turizmi – fiziki cəhətdən ağır, çox vaxt isə həyat üçün təhlükəli olan anlayışdır. Ekzotik ərazilərə səyahət (vulkan, ada, şəlalə, dağ, fəlakət yerləri) məqsədilə edilən gəzinti;
– idman turizmi – səyahətdə istənilən idman növü ilə məşğulluq və idman tədbirlərində tamaşaçı qismində iştirak etmək məqsədilə edilən səyahət;
– ritual turizm – qohumların, həlak olan döyüşçülərin məzarını zi¬yarət edilməsi məqsədi ilə həyata keçirilən səyahət;
– kənd turizmi – kənd həyat tərzinə uyğunlaşmaq, kənddə ailə təsərrüfatının idarə edilməsi ilə tanışlıq, ekoloji cəhətdən təmiz ərazilərdə istirahət və sağlamlıq məqsədilə edilən səyahət;
Dağlar və meşələrlə əhatə olunmuş turist obyektləri düzənlik və səhra turist obyektlərindən fərqlidir. Belə ərazilərdə maraqlı nəqliyyat vasitələrindən istifadə etmək qismən çətin olduğundan turizmin əsasən aşağıdakı növlərindən istifadə olunur:
– Piyada turizm;
– Xizək turizmi;
– At belində turizm;
– Dağ turizmi;
– Su turizmi və s.
Mövsümə görə turizmin təsnifatında aktiv, mövsümlərarası və birmövsümlü turizm növləri də mövcuddur.
Müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özünə möhkəm yer tutmuşdur. Bir çох müəssisələr, təşkilatlar və şirkətlər öz fəaliyyət istiqamətini turizm хidməti sahəsində tapırlar. Turizmdə keyfiyyət – bu sahənin inkişafının ən aktual problemlərindən biridir. Beynəlxalq turizm bazarında xidmət keyfiyyəti rəqabət üçün güclü silahdır. Müəyyən ölkələrin mehmanxanalarında, restoranlarında, xidmət bürolarında, turist komplekslərində xidmətdən razı qalan turistlər onların fəal təbliğatçıları olurlar. Onların təkrarən bu yerlərə baş çəkməsi turist axınının artmasına və eyni zamanda turizm bölgəsinin şöhrətinin daha da yüksəlməsinə səbəb olur. Nəticədə xidmət keyfiyyəti turizmin iqtisadi səmərəliliyini artırır. Turizmin inkişafı ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir, ölkə təsərrüfatının bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır.
“Turizm sənayesi” anlayışının bir çox tərifləri mövcuddur. Bu anlayışa daha dəqiq proqnozu 1971-ci ildə BMT tərəfindən edilən konfransda verilmişdir. Tərifə görə “turizm sənayesi” anlayışı səyahətçilər üçün mal və xidmətin yaradılması məqsədini güdən istehsal və qeyri-istehsal fəaliyyət növlərinin cəmindən ibarətdir. Turizm sənayesi dedikdə, səyahəti həyatə keçirmək prosesində turistə lazım olan hər şeylə (xidmət, məhsul) təmin edən müəssisələrin və sahikarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Yerləşmə, nəqliyyat, vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar,sağlamlıq, idman, turoperator, turagent, ekskursiya vəbələdçi-tərcüməçi xidmətləri turizm sənayesinin əsas iş prinsipidir.
Turizm sənayesi həm iri, həm də sürətli inkişafedən sənaye sahəsidir. Turizm sənayesinə daxil olan müəssisələr tərəfindən göstərilən xidmətlər özəl, dövlət, ictimai sektorlara bölünür. Dövlət və ictimai bölməyə milli və regional turizm şirkətləri, yerli turizm şirkətləri, dəniz vəhava limanları, pasport-viza idarələri və s. aiddir. Özəl bölməyə isə turizm məlumat mərkəzləri, qida, bələdçi xidmətləri, sığorta idarələri, pul və kreditlərin verilməsi ilə bağlı müəssisələr, şəxsi limalar daxildir.
Turistlərə müvafiq xidmətlərin göstərilməsi ilə onların təlabatlarını ödəyən müxtəlif müəssisələr mövcuddur. Turizm müəssisələrinin fəaliyyət dairəsinə görə müxtəlif qrup və tiplərə görə təsnifatlaşdırılır:
✓ Turistlərin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri;
✓ Mehmanxana xidmətləri göstərən müəssisələr;
✓ İctimai iaşə müəssisələri;
✓ Turizm tədbirlərinin təşkilini, vasitəçilik və agent funksiyalarını həyata keçirən müəssisələr(turoperator və turagentlər);
✓ İdman-sağlamlıq, rekreasiya, əyləncə xidmətləri göstərən müəssisələr;
Turistləri səfər məntəqəsinə və geriyə daimi yaşadığı yerə çatdırmaq vəzifəsini yerinə yetirən təşkilatlar vardır ki, bunlar da nəqliyyat müəssisələridir. Nəqliyyat vasitələrinin texniki cəhətdən təkmilləşdirilməsi, daha komforlu, sürətli, təhlükəsiz olması turistlərin səfər çıxmasını həvəsləndirir. Nəqliyyat vasitələri arasında hava nəqliyyatından daha çox istifadə edilməsinin səbəbi qısa müddətli, uzaq, fərqli mədəniyyətə, təbiət ekzotikliyinə malik olan ərazilərdə keçirmək imkanı yaratmasıdır.
Turistlər gecələmək üçün yerləşmə vasitələrinin hər hansı bir növdən istifadə etməli olurlar. Zaman keçdikcə yerləşdirmə müəssisələrində təqdim olunan xidmət formaları artır. Mehmanxalar öz fəaliyyətlərini yerləşdikləri əraziyə, təqdim etdikləri xidmət növünə və turist seqmentinə görə qururlar. Yüksək ulduzlu mehmanxana şəbəkələri, konqres-otellər və s. iri şəhərlərdə, nəqliyyat qovşaqlarının intensiv olduğu yerlərin yaxınlığında yerləşirlər. Tarixi malikanələrdə, qəsrlərdə, karvansaralarda yerləşdirmə müəssisələri açılır ki, bunlar da qədimliyi ilə turistlərin diqqətini cəlb edir.
İctimai iaşə müəssisələrinə restoran, bar, kafe, bufet, yeməkxana, srətli xidmət göstərən qida müəssisələri (fast food) və s. aid edilir. Turizm sahəsində müştərilərin cəlb edilməsi üçün müxtəlif attraksionlar işə salınır, şou proqramlar təklif olunur.
Turizm müəssisələri öz fəaliyyət dairəsinə görə turoperator və turagentlərə bölünürlər. Turoperatorlar müxtəlif səpgili xidmətlərlə komplektləşdirilmiş turizm məhsulunu təqdim etdiyi halda, turagentlər turistlərlə xidmət təminatçıları arasında vasitəçi işini yerinə yetirir.
Turizm ehtiyatları
Rekreasiya-turizm potensialı tükənməyən təbii, anropogen, sosial-iqtisadi resurslara əsaslanır. Turizm resursları – təbii, iqlim, tarixi-arxitektur, dini, sosialmədəni, mənəvi-irsi nümunələri özündə birləşdirir. Turizm ehtiyatlarından istifadənin əsas səbəbi turistlərdə yaranan maraq və təəssüratdır. Turistlərin marağına səbəb olan obyektlər - tarixi-mədəni dəyərləri özündə birləşdirən yerlər, təbiət obyektlərivə təbii iqlim əraziləridir. Turizm ehtiyatı dedikdə: təbii, iqtisadi, tarixi, mədəni, irsi, milli, etnoqrafik kompanentlər, landşaft ekzotikliyi, iqlim komfortluluğu, təbiət abidələri, milli parklar, qoruqlar, yasaqlıqlar nəzərdə tutulur. Turizm ehtiyatlarının uzunmüddətli istifadəsi onun yerləşdiyi ərazinin coğrafi xüsusiyyətlərindən asılıdır. Belə ki, turizm ehtiyatları müəyyən bir ərazidə yığcam cəmlənirsə bunlar rekresiya təssərüfatın inkişafı ilə yanaşı onun uzunmüddətli istifadəsinin də təmin olunmasına xidmət edir.
İstifadə olunma məqsədinə görə turizm ehtiyatları 3 əsas hissəyə bölünür:
• Təbii-iqlim ehtiyatları - mikroiqlim resursları, hava, mənzərə, dəniz, göl, çay, dağ, meşə, mineral sular, bulaqlar, baleneloji resurslar, təbiət abidələri;
• Antropogen ehtiyatlar - mədəni-tarixi və insan əli ilə yaradılmış obyektlər, arxeoloji qazıntılar, tarixi hadisələrin baş verdiyi yerlər, memarlıq və şəhərsalma obyektləri, muzeylər, rəsm qaleriyaları, teatr, sərgi və s.;
• Etnoqrafik ehtiyatlar - turistləri yerli milli adət ənənələr, məişət, xalq yaradıcılığı və s. tanış etmək;
Turizm sənayesi ölkə iqtsadiyyatının əsas gəlir mənbəyi hesab olunur. bu sahənin inkişafı üçün dövlətlər tərəfində layihə proqramları hazırlanaraq, qəbul edilir. Dövlət tərəfindən investisiyaların qoyulması turizm sahibkarlarının arasında müəyyən rəqabətin yaranır və nəticəsində turizm sənayesin inkişaf tempi artır.
Turistlərə müvafiq xidmətlərin göstərilməsi ilə onların təlabatlarını ödəyən müxtəlif müəssisələr mövcuddur. Turizm müəssisələrinin fəaliyyət dairəsi müxtəlif qrup və tiplərə görə təsnifatlaşdırılır:
✓ Turistlərin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri;
✓ Mehmanxana xidmətləri göstərən müəssisələr;
✓ İctimai iaşə müəssisələri;
✓ Turizm tədbirlərinin təşkilini, vasitəçilik və agent funksiyalarını həyata keçirən müəssisələr (turoperator və turagentlər);
✓ İdman-sağlamlıq, rekreasiya, əyləncə xidmətləri göstərən müəssisələr;
Turoperatorun iş funksiyası
Turizm fəaliyyəti ilə məşğul olan hər bir fiziki və ya hüquqi şəxsin qarşında dövlətin tələb etdiyi öhdəliklər vardır. Turizm sənayesində hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün ölkəsinin aidiyyati turizm nazirliklərindən lisenziya (razılıq) almalıdır. Müraciət edən şəxs dövlətin müəyyən şərtlərinə əsasən, sənədlərini təqdim etməli və müvafiq dövlət rüsumu ödəməklə 5 il müddətində turizm fəaliyyəti lisenziyasını əldə etmək imkanına malikdir.
Turoperator turizm bazarının ən aktiv üzvlərindəndir. Turoperatorlar kommersiya məqsədləri ilə turizm məhsullarının planlaşdırılması, işlənib-hazırlanması, hərəkətə gətirilməsi, satışı və reklamını həyata keçirirlər. Onların əsas iş funksiyalarına aiddir:
• müştəriləri turlar və turizm proqramları ilə tanış etmək;
• turistlərin tələbinə uyğun xidmət proqramlarının hazır etmək;
• turların qiymətinin bazar şəraitinə uyğun müəyyən etmək;
• turistlərlə iş görən mütəxəsis kadrların hazırlanması,seçilməsi və təyin edilməsi, bələdçi, animator, metodistlərin və s. işini əlaqəndirmək;
• xidmət təminatçıları ilə əməkdaşlıq etmək;
Turoperatorların turizm sənayesini təşkil edən müəssisələrin xidmət təminatçıları ilə əməkdaşlıq məqsədlərinə aşağıdakı səbəbləri göstərmək olar.
• yerləşdirmə obyektləri ilə - turistlərin yerləşdirilməsi üçün;
• qidalanma obyektləri ilə - turistləri qida ilə təmin etmək üçün;
• nəqliyyat müəssisələri ilə - turistlərə daşınma və digər nəqliyyat xidmətlərinin göstərilməsi üçün;
• ekskursiya təşkilatları, muzeylər, sərgi salonları, teatr rəhbərləri, idman qurğuları və digər təşkilatlarla - turistlərin asudə vaxtlarından səmərəli keçməsi üçün;
• Milli parkların, qoruq, ovçuluq, balıqçılıq təsərrüfatların rəhbərliyi ilə - turistlərin istirahətini düzgün s. şəkildə təşkil etmək üçün;
• Yerli bələdiyyə və icra hakimiyyəti orqanları ilə - turizm məhsulunun təbliği üçün;

Kütləvi və ya ictimai iaşə müəssisələri turizm sənayesinin əsas tərkib hissələridir. Dünyada və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq dərəcəli otel şəbəkələri təklif edilən xidmətlərlə fərqliliklər nümayiş etməkdədirlər. Bu fərqlilik otelin keyfiyyəti və “ulduz” kateqoriyasından asılı olaraq dəyişməkdədir. Mehmanxalar yerləşdirmə xidməti ilə bərabər qidalanma xidmətini də təqdim edirlər.


Turizm məhsulunun tərkibində qidalanma vacib xidmət sayılmır, lakin insanın bioloji varlıq olduğunu nəzərə alsaq, onun olduğu hər yerdə bu fizioloji tələbatını ödənməlidir. Müştərini razı salmaqda qidalanma xidmətini əhəmiyyətli hesab edən əksər mehmanxanaların öz şəxsi qida müəssisələri olur. Lakin bəzilərində bu xidmətlər göstərilmir va ya yalnız səhər yeməyi ilə kifayətlənilir. Qida müəssisələri xidmətin səviyyəsinə, mətbəxinə,təqdim edilən yeməklərin çeşidinə, iş rejiminə, yerlərin sayına,müştərilərə göstərilən xidmətin formasına görə bir-birindən fərqlənirlər.
Turizm böyük investisiyalar tələb edən iqtisadiyyat sahəsidir. Beynəlxalq kapital axınının əhəmiyyətli sahəsi turizm sənayesinə yönəldilir. Kapital axını həm də turistlərin şəxsi xərclərihesabına baş verir. Daimi yaşayış yerindən kənarda istirahət insanın ehtiyacı onun evdə olan ehtiyaclarından nəzərə çarpacaq dərəcədə fərqlənir. Nəqliyyat xidmətləri qonaqpərvərlik və ictimai iaşə turistin ehtiyaclarının ödənilməsindən ən başlıcasıdır.
Ekskursiya
Ekskursiya xidməti həm müstəqil fəaliyyət sahəsidir, həm də kompleks turizm xidmətinin bir hissəsidir. Ekskursiya termini latınca “excursio”səfər sözündən əmələ gəlib. Ekskursiyalar dərketmə, maariflənmə, elmi xarakterli səfərlər əsasında yaranıb. Ekskursiya fəaliyyəti və ekskursiya təşkilatları turizm hərəkatının geniş inkişafına səbəb olmuşdur.Ekskursiya fəaliyyətinin inkişafının yüz illik tarixi vardır. O dövrün ziyalıları və qabaqçıl insanları dərketmə məqsədlərilə səyahət və ekskursiyalarda iştirak edirdilər.
Hər bir ekskursiya zamanı iştirakçılar yeni məlumatlar qazanırlar. Ekskursiyanın mövzusundan və marşrutundan asılı olaraq, tarix, coğrafiya, təbiət, istehsalat, cəmiyyət və s. haqqında yeni məlumatlar əldə olunur. Ekskursiyalar insanların dünyagörüşünün formalaşmasında, xüsusilə gənclərin təlim və tərbiyəsində böyük rol oynayaraq, pedaqoji prosesin tərkib hissəsinə çevrilir. Hər bir pedaqoji prosesdə olduğu kimi, ekskursiyada da iki tərəf (öyrədən və öyrənən) var: ekskursiya bələdçisi və ekskursiyaçılar. Ekskursiya zamanı ekskursiya bələdçisinin pedaqoji bacarığı önə çəkilir-mövzunu yaxşı bilməsi və lazımi səviyyədə çatdırması, ekskursiyaçılarla münasibətin qurulması, qrupu idarə etmək bacarığı, intuisiya, pedaqoji texnika və s.
Ekskursiya zamanı dünyanı dərk etmək, obyektlərə baxışdan, maraqlı tarixi və mədəni adidələrdən zövq almaq ekskursiyada estetik tərbiyəni formalaşdırır.
AZƏRBAYCANIN TURİZM BÖLGƏLƏRİ VƏ MÖVCUD OLAN KURORT-REKRESİYA EHTİYATLARI
Azərbaycan Ön Asiyada Qafqazın cənib-şərq və cənubunda, İran yaylasının şimal qərbində yerləşən ilk insan məskənlərinin məkanı olduğu bölgədir.
Respublikamızın Qafqaz sıra dağları, Talış dağları, Xəzər dənizi ilə əhatə olunması turizmin inkişafında böyük rolu olmuşdur. Azərbaycanın mülayim və subtropik iqlim qurşağında yerləşməsi, təbii və mədəni-tarixi ehtiyatların olması yüksək səviyyədə turistlərin təlabatını ödəməsinə imkan yaradır. Hər hansı bir ölkə rekreasiya resurslarına malik olarsa turizm rayonaları birləşərək turizm zonalarını əmələ gətirirlər. Bu səbəbdən Azərbaycan ərəzisində turizm sərvətlərinin müxtəlifliyi ilə fərqlənən 10 turizm bölgəsinə ayrılır.
Bakı – Abşeron turizm bölgəsi – respublikamızın şərqində, Xəzər dənizinin sahilində yerləşməklə stün əlverişli coğrafi mövqeyə malikdir. Bölgənin əlverişli coğrafi mövqeyə, yüksək səviyyəli xidmət sahələrinə, müxtəlif əyləncə məkanlarına malik olması, əsas turizm marşrutlarının Bakıdan başlaması və s. üstünlüyü turizmin inkişafı üçün əsas amillərdir. Tərkibinə Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron və Xızı inzibati rayonları daxildir. Bu bölgə Azərbaycan əhalisinin həddən ziyadə sıx yaşadığı və plansız böyümənin müşahidə olunduğu və paytaxtın yerləşdiyi bir ərazidir. Xüsusilə çoxlu sayda tarix və mədəniyyət obyektlərinin olduğu zonada dünya mədəni irs siyahısına daxil olan yerlər vardır. Bakı yaxınlığında Xəzər dənizində çoxlu sayda ada var. Buna Çilov, Pirallahı, Xərə-Zirə, Zənbil, Gil, Qum, Daş Zirə və s., adlarını çəkmək olar. İl ərzində Bakıda yüzlərlə müxtəlif tədbirlərin keçirilməsi ölkəyə çoxlu sayda turistin gəlməsinə səbəb olmuşdur.
Quba-Xaçmaz turizm bölgəsi - respublikamızın şimal-şərqində yerləşir. Tərkibinə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən inzibati rayonları daxildir. Region fiziki-coğrafi cəhətdən geniş dəniz zolağı, Qafqaz dağları əhatəsində olması və geniş meşə massivləri ilə fərqlənir. BöyükQafqaz dağlarının ən yüksək zirvələri –Bazardüzü, Şahdağ, Tufandağ bu zonada yerləşir. Təngalıtı dərəsi, Afurca şəlaləsi, Qəçrəş, Yalama-Nabran, Xınalıq kəndi, Şahdağ yayqış turizm kompleksi əsas turizm məkanları hesab olunur. Bölgədə Altıağac və Şahdağ milli parklarında ekoturizmin inkişaf etdirilməsi, kənd yaşıl turizminin genişləndirilməsi mümkündür. Nabran isə bölgənin əsas çimərlik turizm mərkəzidir. Baxmayaraq ki, çoxlu tarix və mədəniyyət obyektləri vardır. Qədim Şabran şəhərinin qalıqları, Gilgilçay müdafiə istehkamı, Xızının rəngarəng dağ mənzərələri, Qubadakı Xınalıq kəndi və s., yadda qalar turizm məhsullarıdır.
Bu bölgənin turizm inkişaf konsepsiyasında “More-Qore” (Dəniz və dağ) fikiri əsas yerdə durmalıdır.
Turistlərin dağlarda sərin havalarda gəzib və ya xizək sürüb qısa müddət sonra dəniz sahilinə enməsi, günəşlənməsi üçün imkan vardır. Bölgənin regionlar arası inteqrasiyası üçün Şamaxı-Quba yolunun çəkilməsi zəruridir. Xızıdakı “Cənnət bağı” istirahət zonası kimi qonaqlama yerlərinin sayının artırılması və rəqabət mühitində qiymət və keyfiyyətin nəzarətdə saxlanılası mümkündür. Siyəzən rayonu ərazisində yerləşən Qalaaltı kurort şəhərciyində Çıraqqala sanatoriyasının genişləndirilməsi ilə sağlamlıq turizminə geniş imkan yaratmaq olar. Qeyri-neft sektorunda dövlətin ən iri həcmli layihələrindən biri Qusarda tikilən Şahdağ kompleksi də bu regiondadır. Kompleksinin yaradılması Şimal turizm zonasının potensialına mühüm töhfədir.
Şəki-Zaqatala turizm bölgəsi - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Tərkibinə Şəki, Qax, Oğuz, Zaqatala və Balakən daxildir. Dağlıq və dağətəyi landşaft, mineral bulaqlar, dağ gölləri, şəlalər, zəngin tarixi-memarlıq abidələri (Şəkixan sarayı, Gələrsən – Görərsən qalası, Sumuqqala, Kiş məbədi, Pəri qalası və s. əsas tuirst axınına səbəb olacaq ərazilərdir. Təbiətinin və istirahət mərkəzlərinin çoxluğu bölgənin turizmin yüksək inkişafına təsir göstərir.
Gəncə-Qazax turizm bölgəsi - Azərbaycanın qərbində yerləşir. Tərkibinə Gəncə, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Ağstafa, Göygöl, Goranboy, Naftalan daxildir. Bölgə Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Maili düzənliyi, yüksək dağlıq əraziləri, təbii bulaqlar , təbii göllər (Göygöl, Maralgöl) ilə fərqlənir. Həmçinin bu bölgə “şairlər diyarı, Naftalan şəhəri isə respublikamızın müalicə-sağlamlıq mərkəzi ilə fərqlənir. Ərazidə çox zəngin tarix, mədəniyyət və təbiət abidələri vardır. Buraya özünəməxsusluq qazandıran həm də, Alban məbədləri və Almanların (Şvablar) töhfələridir. Heç təsadüfü deyil ki, Azərbaycanda Simens qardaşları, alman məskənləri və şərab yolları kimi özünəməxsus marşrutlar bölgədən keçir
Qarabağ turizm bölgəsi - Qarabağ turizm bölgəsi Bərdə, Ağdam, Şuşa və Kəlbəcər rayonlarını əhatə edir. Azərbaycanın ürəyi sayılan qədim Qarabağ diyarı bu ölkəyə mühüm tarixi və mədəni töhfələr vermişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr (milli musiqinin bir istiqaməti olan muğam ifaçıları) nəzərdə tutulur. Qarabağ - Azərbaycan musiqisinin beşiyidir.
Qarabağ gözəl təbiəti ilə zəngin flora və faunaya sahibdir. Həmçinin yüzlərlə dəyərli tarix, mədəniyyət və təbiət abidələri də bu bölgədədir. Bölgəyə aid olan Kəlbəcər rayonunda mineral, o cümlədən termal suları ilə məşhurdur. Ən məşhur mineral su olan İstisu bulağı ətrafında salınmış kurort da İstisu adlanır.Bu mineral suların kimyəvi tərkibi dünya şöhrətli Karlovi Vari (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür. Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi ermənilər tərəfindən dağıdılmış, bir sözlə bölgənin turizm infrastrukturu tamamilə məhv edilmişdir. O səbəbdən də bölgədə turizmin inkişafı haqqında işğaldan azad edildikdən sonra tanış olmaq mümkündür.
Lənkəran turizm bölgəsinə cənub marşrutuna adi olan Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları aiddir. Bu bölgə şimal-cənub nəqliyyat dəhlizi üzərində, İranla sərhədədək, Xəzər dənizi boyunca uzanan bir bölgədir. Bölgədə hələ sovet dövründən Lənkəran və Astara rayonlarında istirahət və sağlamlıq turizmi inkişaf edib. Xüsusilə Lənkərandakı İstisu sanatoriyası müalicəvi əhəmiyyəti ilə çoxlarının diqqət mərkəzində olub. Bu zonada Şirvan və Hirkan milli parkları, Qızılağac qoruğu (Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var. ) diqqət çəkməkdədir.
Bölgədə çoxlu sayda tarix, mədəniyyət və təbiət abidələri çoxdur. Həmçinin bu zonadan ölkənin ən böyük çayı –Kür keçib, Xəzər dənizinə tökülür. Həmçinin ərazidə ənənəvi xalq sənəti növləri -zərgərlik, xalçaçılıq, həsir toxuma sənətləri geniş inkişaf etmişdir ki, bu da turizm üçün maraqlıdır. Ərazidə çoxlu sayda yerləşdirmə yerləri və restoranlar vardır. Turistlər həm də kotej tipli evlərdə və fərdi evlərdə qalmağa da üstünlük verirlər.
Dağlıq Şirvan turizm bölgəsi - respublikamızın əsas mərkəzi hissəsini əhatə edir. Ərazisinə Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonları daxildir. Dağlıq Şirvanın əlverişli iqtisadi-coğrafi mövqeyi onun nəqliyyatına da müsbət təsir göstərir. Rayonun əsasən respublikanın mərkəzi hissəsində yerləşməsi onun erazisinin tranzit əhəmiyyətini artırır, oradan müxtəlif istiqamətli magistral avtomobil yollarının keçməsinə şərait yaradır və onun başqa regionlarla nəqliyyat əlaqələrini daha sərfəli edir. Bakıdan respublikanın qərbinə gedən magistral avtomobil yolu Dağlıq Şirvan bölgəsinin ərazisindən keçir. Bölgənin Böyük Qafqaz dağlarının cənub-şərq yamaclarında yerləşməsi, təbiətinin füsunkarlığı turizmin inkişafı üçün əlverişlidir. Bölgənin gözəl mənzərəyə, sərin iqlimə, keyfiyyətli şirin və mineral sulara, dağ meşələrinə və s. malik olan bir çox əraziləri onun şəhərlərinin, həmçinin Bakı əhalisinin sevimli istirahət yeridir. İstirahət məqsədi ilə əhalinin Dağlıq Şirvan turizm bölgəsinə axını xüsusilə yay mövsümündə artır ki, bu da rayonun sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.
Şamaxıdan 12 km şimal-şəıqdə, dəniz səviyyəsindən 1400 m vüksəkdə Pirqulu qəsəbəsində yerləşir. Rəsədxananın güzgülü teleskopu öz böyüklüyünə görə (diametri - 2 m) Avropada ikincidir. Teleskop alman mühəndisləri və konstruktorları tərəfindən hazırlanmışdır. Qış mövsümündə Pirqulu ərazisində dağ zirvələri və bütün yayla qarla örtüldüyündən burada dağ xizək idmanı ilə məşğul olmaq olar. Rayonun görməli yerlərinə ekskursiyalar, yay və qış mövsümlərində istirahət etmək müvafiq turist təşkilatları tərəfindən təşkil olunur. Rayon ərazisində qədim abidələr çoxdur: Talıstan kəndi yaxınlığında Cavanşir qalası (VII əsr); Xanağalı kəndində Qız qalası (XI-XII əsrlər); Basqal kəndində hamam və məscid (XVII əsr); Lahıc qəsəbəsi yaxınlığında Girdman qalası (XVIII əsr); Sulut kəndində Fitdağ qalası (XVIII əsr) diqqəti daha çox cəlb edir.
Naxçıvan turizm bölgəsi- Naxçıvan turzim bölgəsi Azərbaycanın cənub-qərbində, Araz çayının şimalında Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşir. O Azərbaycan Respublikasının əsas ərazisindən başqa bir dövlətin ensiz zolağı ilə ayrı salınıbdır. NMR Dərələyəz dağlarının cənub ətəklərində və Zəngəzur dağlarının günbatar səmtində qərar tutur. NMR mərmər, daş duz, əhəng, gips yataqları, Sirab, Badamlı, Vayxır, Nəhəcir, Qızılcır kimi nadir mineral sularla zəngindir. İran və Türkiyə ilə sərhədi boyunca Araz çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (Ordubadçay, Əlincəçay, Gilançay, Naxçıvançay, Arpaçay və b.). Burada “üzən adaları” olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var - onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Bölgənin tarixi minilliklərin dərinlərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar. NMR-də Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Həmçinin xeyli tarixi abidələr - memarlıq kompleksi İmamzadə, Cümə Məscidi, Zaviyə Məscidi, “Pirgəmiş”, “Xan Evi”, İsmayil Xan hamamı, Yusif ibn Küseyir məqbərəsi, Möminə-Xatın məqbərəsi və s. mühafizə olunur. Ermənistanın apardığı işğal siyasəti nəticəsində blokada şəraitində yaşayan bu turizm zonası zəngin flora və fauna ilə yanaşı qeyd etdiyimiz kimi, nadir tarix, mədəniyyət və təbiət abidələri ilə diqqətə layiqdir. Bölgəyə hər il İran və Türkiyədən çoxlu sayda biznes turizm nümayəndələri gəlir. Son on ildə bölgədə yerləşdirmə sahəsində irəliləyiş əldə edilmişdir. Amma digər bölgələrdəki keyfiyyətli xidmət çatışmazlığı vardır. Ən böyük problem isə blokada olması ölkənin digər bölgələri ilə yalnız hava əlaqəsinin olmasıdır.
Azərbaycanın mövcud kurort-turizm zonaları
Rekreasiyanın təbii amili kimi ilk növbədə təbii-ərazi kompleksləri, onların komponentləri və ayrı-ayrı xüsusiyyətləri çıxış edir.Bunlara landşaft müxtəlifliyi və iqlim ekzotikliyi onların yaratmış olduğu təbii təbiət qoruqları, yasaqları və insan əməyi nəticəsində yaradılmış möhtəşəm milli parklar coğrafi xüsusiyyətlər, ekzotiklik və ya əksinə, səciyyəvilik, təbii obyektlərin forma və ölçüsü, onların vizual coğrafi mövqeyi, maneələrin aradan qaldırılması, təbii amillərin qiymətləndirilməsindən ibarətdir.
Respublika ərazisinin xeyli hissəsini böyük düzənliklər təşkil etsə də, o dağlıq ölkələrə aid edilir. Azərbaycanda yerləşən Böyük və Kiçik Qafqaz silsilələri və Talış dağları onun ərazisinin 2/3 hissəsini tutur. Ərazinin hipsometrik amplitudası yüksək olmaqla, Xəzər dənizi sahilində - 26 m-lə ən alçaq , dəniz səviyyəsindən 4466 m qədər ucalan Bazardüzü zirvəsi isə respublikamızın ən yüksək zirvəsi hesab olunur.
Azərbaycanın ən böyük oroqrafık vahidləri Böyük və Kiçik Qafqaz dağları, Naxçıvan MR və onların arasında yerləşən Kür çökəkliyidir.
Bu gün insanların rekreasiyaya və turizmə tələbatı rekreasiya fəaliyyətinin müəyyən növləri vasitəsilə reallaşdırılır. Rekreasiya fəaliyyəti - asudə vaxtda insanların psixoloji, fiziki və mənəvi qüvvəsinin bərpası və inkişafına yönəldilən fəaliyyətidir.
Kurort-turizm rekreasiya ehtiyatları birmənalı olaraq əhalinin istirahəti, müalicəsi və həyat səviyyəsinin artması üçün istifadə edilir. Bu ehtiyatlar təbii və antropogen mənşəli olur. Təbii rekreasiya ehtiyatlarına istirahət, müalicə turizm üçün istifadə edilən təbiət hadisələri və obyektləri daxildir.Sahil zonaları, göllər, dağlar və mineral sular təbii rekreasiya ehtiyatlarıdır. Qoruqlar, Milli Parklar və yasaqlar, müalicə əhəmiyyətli palçıqlar, hərtərəfli həmişə yaşıl yaşıllıqlar da təbii rekreasiya və Turizm ərazilərinə aiddir. Onlar istifadə xarakterinə görə fərqlənir.
Respublikada ən mühüm təbii-rekıeasiya ehtiyatları Xəzər dənizinin sahillərində yerləşir. Yay aylarının bol Günəş enerjisi, qızmar sarı dənəcikli qumlar, Abşeron, Quba-Xaçmaz, LənkəranAstara zonalarında olan (825 km qədər) sahil boyu mineral və termal mineral bulaqlar buranın müalicə üçün istifadə imkanlarım genişləndirir. Abşeron yarımadasının şimal və cənub sahillərində olan Pirşağı, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan Şıx mühüm istirahət yerləridir.Bu ərazilərdə sanatoriyaların, istirahət evlərinin, turist bazalarını və kurortların geniş şəbəkəsi yaradılmalıdır. Göygöl və onun ətrafında olan digər göllər sistemi, Batabat, Hacıqabul, Böyükşor, Masazır göllərinin ətrafı, onların suları və yaratdığı mikroiqlim şəraiti mühüm təbii-rekreasiya ehtiyatlarıdır. Bu ehtiyatlardan geniş istifadə edilir. Şəki-Zaqatala, Gəncə- Qazax, Quba-Xaçmaz, Lənkəran- Astara, Yuxarı Qarabağ, iqtisadi rayonlarında olan dağlar, bu ərazilərdə olan meşələr, təbii-iqlim şəraiti, Milli parklar və yaşıllıqlar əhalinin istirahət zonalarının təşkil edilməsi üçün istifadə edilə bilər.
Respublikada mövcud olan bu mineral bulaqların müalicə imkanları çox böyükdür və onların bəzilərinin əsasında iri-kurort sanatoriya kompleksləri yaratmaq olar. Naxçıvanda olan mineralbulaqlardan geniş istifadə olunur.Digər su mənbələri yerli əhəmiyyət kəsb edir. Abşeronda yerləşən Böyükşor, Masazır, Binəqədi göllərinin palçıqları müalicəvi əhəmiyyətə malikdir. Onların bu imkanlarından istifadə edilməlidir.
Abşeron kurort-turizm və rekreasiya zonasının Bakı bölgəsində Şirvanşahlar sarayı. Qız qalası, Qala divarları, ŞəkiZaqatala zonasında Xan sarayı, Zaqatala və Qaxda Məscidlər, Türbə və alban kilsələri, Gəncə bölgəsində çox saylı memarlıq Gəncə qapısı, İmamzadələr məscidi və s. inciləri, Şamaxıda, Naxçıvanda, Ordubadda, Qubada, Lənkəranda və s. şəhərlərdə müxtəlif tarixi dövrlərdə tikilmiş tarixi memarlıq abidələri. Şərq hamamxanaları turistlərin gəzib görməsi vacib sayılan arxitektura obyektlərinə misal ola bilər.
Dövlət turizmin inkişaf etməsi üçün müəyyən tədbirlər həyata keçirir. Qəbul edilmiş dövlər proqramlarının əsas məqsədi ölkədə kurortların, istirahət-müalicə ocaqları dövlətin qarşısında duran vəzifələri müəyyən etmək, mövcud olan təbii-müalicə ehtiyatlarından bu məqsədlə istifadə edilməsi yollarını müəyyən etmək, kurort-sanatoriya təsərrüfatının fəaliyyəti üçün müasir tələblərə cavab verən infrastruktur obyektlərinin təşkilini təmin etməkdir. Burada təbii müalicə mənbələrinin təsnifatı verilir və s. bu təsnifatlara ən əsas balneoloji iqlim, palçıq, Naftalan nefti və s.. Balneoloji kurortlara təbii mineral sulardan istifadə olunan kurortlar aiddir.
BEYNƏLXALQ TURİZM
Turizm hərəkatının coşğun inkişafı zəmanəmizin xarakterik xüsusiyyətlərindən biridir. Beynəlxalq turizm elə sürətlə irəliləyir ki, onun inkişaf təmayülləri xüsusi araşdırmalar tələb edir. Beynəlxalq turizmin inkişafı, elm və təcrübənin qarşısında turizm sahəsinin planlı surətdə tənzimlənməsi, idarə edilməsi və ərazi bölgüsü üzrə təşkili sahəsindəbir sıra vəzifələr qoymuşdur. Son illərdə turizmin təşkili işi qloballaşaraq sırf beynəlxalq fəaliyyət dairəsinə daxil olmuşdur. Bu səbəbdən də turizmin təşkili işi dünya əhalisinin bir-birinə yaxınlaşmasına təminat yaradan bir sahə olmaqla yanaşı, o həm də milyonlarla insanların sosial və iqtisadi problemlərininödənilməsinə yardımçı olan böyük fəaliyyət sahəsinə çevrilmişdir. Eyni zamanda turizmin inkişaf etdirilməsi nəticəsində yeni iş yerləri yaranmışdır.
İnsanlar indiyə qədər bəşəriyyətin diqqətini özünə cəlb edən müqəddəs yerləri də görməyə can atır, həmin yerlərdə möhtəşəm tarixi abidələri görmək istəyirlər. Məsələn, hələ e. ə. III minillikdə dünyanın mədəniyyət mərkəzlərindən biri olan Misirin tarixi yerləri ilə tanış olmaq bu gün hər kəs üçün çox maraqlıdır. Dünyanın yeddi möcüzəsindən biri hesab olunan qədim Misir ehramları, həmin ehramların birinin qarşısında ucaldılmış «Sfinks» heykəli bir çox tarixi hadisələrin, elmi biliklərin açarıdır.Misirdə e. ə. III minillikdə bürokrat monarxiya quruluşuna rəhbərlik edən bütün fironların tarixi xatirələri bu abidələrdə cəmlənmişdir. Ehramları görməyə gələnlər fironlara həsr olunmuş maraqlı miflərlə üzləşir, onların qəbirlərindən aşkar olunmuş qiymətli əşyalara baxırlar. Eyni zamanda hələ də müasir elm tərəfindən hazırlanma texnologiyası tam məlum olmayan mumiyalar haqqında maraqlı məlumatlar eşidirlər.
Beynəlxalq turizm bir sıra konkret funksiyaları yerinə yetirir.
Onlar əsasən aşağıdakı funksiyalardan ibarətdir:
1. Beynəlxalq turizm ölkəyə xarici valyuta qazandırmaq funksiyasını yerinə yetirir.
2. Turizmin xidmət şəbəkələrinin genişləndirilməsinə təkan verir. Bunun da nəticəsində yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına səbəb olur.
3. Ölkədə məşğulluğun sahələrini və istiqamətlərini genişləndirir.
Turizmin əsas funksiyalarına nəzər yetirərkən görürük ki, bu sosial-mədəni sahədən hər bir ölkə faydalanır. Turizmdən faydalanma əmsalı isə çox böyükdür. Birinci növbədə turizmə qoyulan sərmayələr hesabına və ondan əldə olunan gəlirlə yeni müəssisələr yaradılır. Yeni müəssisələrin yaradılması isə bütün dünyanın əsas və bir nömrəli problemi olan işsizliyin azalmasına yardımçı olur. Digər tərəfdən ölkənin büdcəsinə turizmdən əlavə gəlir daxil olur və bunun da hesabına dövlət büdcəsindən maliyyələşən təşkilatların əmək haqları artır, təqaüdlər və s. çoxalır.
Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır. Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır. Xarici qonaqların qəbulu üzrə ilk 10 ölkəyə aiddir: Fransa, İspaniya, ABŞ, İtaliya, Çin, Böyük Britaniya, Meksika, Kanada, Polşa, Avstriya. Beynəlxalq turizm üzrə gəlirlərin böyük həcminə görə ilk 10 ölkə ABŞ, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya, Meksika, Kanada, Çin, Avstriya, Almaniyadır. Turist balansının ən çox müsbət saldosuna İspaniya, İtaliya, Fransa, Meksika, Türkiyə malik olduğu halda, ən çox mənfi saldoya Almaniya, Yaponiya, Böyük Britaniya və Şimali Avropanın ölkələri malikdirlər.
AVROPA VƏ ASİYA ÖLKƏLƏRİNİN ƏSAS TURİZM ZONALARI
Avropa dünyanın inkişaf etmiş əsas turizm regionudur. Əlverişli təbii-iqlim şəraitinə malik olan və turistlərin diqqətini cəlb edən müxtəlif görkəmli yerlərinbol olduğu,turizmi daha çox inkişaf etmiş ölkələr Avropa qitəsində yerləşir. Mütəxəsislərin hesablamalarına əsasən beynəlxalq turizmin ümumi həcminin 60 faizi Avropa ölkələrininpayına düşür.
İqlim baxımından Avropanın əksər hissəsi mülayim qurşaqda yerləşir. Qitənin ucqar subarktika və arktika, cənubi isə subtropik zonaya düşür. Avropa cənubda, qərbdə və şimal –qərbdə Atlantik, şimalda Şimal Buzlu okenın dəniz suları ilə əhatə olunmuşdur. Avropa ölkələririnin iqliminə ilk növbədə onun coğrafi mövqeyi, daha sonra isə Atlantik okeandan Avropaya daxil olan isti və rütübətli dəniz havası gətirən Holfstrim cəryanını misal çəkmək olar. Avropa bütün tarixi boyu dünya siyasətinə böyük təsir göstərmişdir. Qədim yunanlar 450 il əvvəl demokratik cəmiyyət yaratmışdılar. Hökümətin xalq tərəfindən seçilməsi, sistemi bizim dövrümüzə də geniş yayılmışdır. XVIII əsrdə avropalılar müstəmləkəçilərə çevrildilər İri dəniz dövltələri olan İspaniya, Hollandaiya, İngilterə və Fransa dünyanın böyük hissəsinə ağalıq edirdilər. bu ölkılər Asiya,Afrika, Amerika, Avstraliyanı istismar edərək sürətlə böyüyürdülər. Beynəlxalq turizm Avropanın bütün inkişaf etmişölkələrini əhatə etsə də,heç də hamısında eyni səviyyədə inkişaf etməyib.
Yüklə 55,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin