Turizm biznesi



Yüklə 0,55 Mb.
səhifə1/5
tarix11.12.2022
ölçüsü0,55 Mb.
#73920
  1   2   3   4   5
movzu 7 turizm

Turizm biznesi

1.Turizm anlayışı,mahiyyəti.

2.Turizm xidmətlərinin bazarı.

3.Turizmin növləri.

4.Beynəlxalq və daxili turizm

Turizm - çoxmənalı bir sözdür. Bu sözün ilk sadə anlayışı – istirahət və səyahət deməkdir. Turizm - fransız sözüdür və onun mənası gəzinti, istirahət və əyləncə deməkdir.

Turizm - fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanlarin vərdiş etdikləri həyati təlabatdır.

  • Turizm fiziki şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlıq, tanış olma, dərk etmə (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir)». Bu tərif həmçinin 1999-cu ildə qəbul edilmş Azərbaycan Respublikasının“Turizm haqqında “Qanununda da öz əksini tapmışdır.

Turizmin dövlət tənzimlənməsi

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə

  • "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı“;
  •  "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" təsdiq olundu.
  • 2010-cu ildə ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında "2010-2014-cü illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı", “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Turizm bazarı- turizm mallarının alış-verişini təmin edən,tələb ilə təklifi tarazlaşdıran ictimai və iqtisadi bir hadisədir


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin