Turizmi istehlak etmək üçün səyahət etmək lazımdır;
Turizm məhsulunu tədarük edib saxlamaq olmaz. İcarəyə götürülmüş otel otaqları istifadə edilmədiyi zaman həmin zaman turizm məhsulu “xarab” olur, yəni xeyir vermir, ziyanlı olur;
Turizm məhsulunu əldə etməmişdən müqayisə etmək çətindir;
Turizm məhsulu yerli əhali və turistlər tərəfindən istehlak olunur;
Turizm məhsulunun alınması ilə onun istehlakı arasında zaman və məkan fərqi vardır.
Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və oradaca istifadə edir. Turist turizm məhsulunu bir yerdə aldığı halda məkanca və zamanca onu tamam başqa ərazidə və çox vaxt xeyli müddətdən sonra istifadə edir.
Turizm məhsuluna olan tələbat
Tursənaye məhsuluna olan tələbat müxtəlif amillərlə müəyyən olunur:
İqtisadi amil. Ölkədə ümumi iqtisadi vəziyyət; əhalinin pul gəliri; məhsul və xidmətlərin qiymətləri və turməhsulun qiyməti, inflyasiyanın səviyyəsi və s.
Sosial amil. Dövlətin ümumi sosial siyasəti (sosial güzəştlər, təqaüdlər, müxtəlif ödənişlər və s.), tuirizmlə əlaqədar soaial siyasət (güzəştli və ya pulsuz turyolayışlar), müxtəlif sosial normaların təyin edilməsi (sosial təminatlar və s.); əhalinin həyat səviyyəsi; mədəni və estetik zövqün formalaşdırılması və s.
Demoqrafik amillər. Əhalinin sayı və tərkibi (strukturu, cins-yaş strukturu, ailə sayı və tərkibi; şəhər və kənd əhalisinin nisbəti);
Təbii-iqlim amili. Temperatur, günəşli günlərin sayı, coğrafi şərait, təbii resursların olması(dəniz, çay, dağ, meşə və s.);
Milli-tarixi amil. Adət və ənənələr, məişət şəraiti və s;
Özəl və ya spesifik amillər. Kişi və qadın, gənclər qrupu, yaşlılar qrupu, müalicə məqsədi.
Qiymət strategiyası
Xarici faktorların qiymətin formalaşmasına təsiri
Qiymət əmələgəlmə üsulunun seçilməsi
Qiymət strategiyasının təyin olunması və gerçəkləşməsi
Turizm xidmətlərinə qiymət tərtib edəndə müəssisə tələblə təklif arasında olan mütənasibliyi, rəqabət aparan qiymətlərin səviyyəsini və dəyişmə dinamikasını, dövlət tənzimləmələrini və alıcıların imkanlarını nəzərə almalıdır. Qiymətlərin təyin olunmasında turizm müəssisəsinin imici də nəzərə alınmalıdır. Turizm xidmətlərinə müxtəlif müştərilərin fərdi sorğusu və tələbatı vardır. Müəssisə öz məhsulunu bazara çıxaranda, onda inam olmalıdır ki, onun məhsulunu kimsə alacaqdır
2. Məqsəd aydın olduqdan sonra qiymət təyin edən üsul seçilir. Birinci üsul məhsulun hazırlanmasına sərf olunan xərclərin hesablanması, xidmətlər, əmək haqqı və gözlənilən gəlirin əsasında tərtib olunur. Bu zaman son qiymət təyin olunur və nəticədə, bu qiymətdən aşağı qiymət ola bilməz
3. Qiymət strategiyası – müəssisənin məqsədinə uyğun qiymət dəyişmə dinamikasının seçilməsidir. Qiymət strategiyası məhsulun yeni və ya köhnə olmasından asılıdır