Turizm məhsulu anlayışı, turizm məhsulunun xüsusiyyətləri və onun formalaşdırılması



Yüklə 26,37 Kb.
tarix23.11.2022
ölçüsü26,37 Kb.
#70101
turizme giris muhazire 6


Mövzu 6. Turizm məhsulu və onun xüsusiyyətləri



  1. Turizm məhsulu anlayışı, turizm məhsulunun xüsusiyyətləri və onun formalaşdırılması

  2. Turizmdə əsas və əlavə xidmətlər

  3. Turizm tələbi

Turizm məhsulunun digər iqtisadi sahələrin məhsullarından fərqləndirən bir sıra aşağıdakı əlamətləri vardır:
• Turizm məhsulunu istehlak etmək üçün səyahət etmək lazımdır;
• Turizm məhsulunu tədarük edib saxlamaq olmaz. İcarəyə götürülmüş otel otaqları istifadə edilmədiyi halda həmin zaman turizm məhsulu “xarab” olur, yəni xeyir vermir, ziyanlı olur;
• Turizm məhsulunu istifadə etməmişdən müqayisə etmək çətindir;
• Turizm məhsulu həm yerli əhali və həm də turistlər tərəfindən istehlak olunur;
• Turizm məhsulunun alınması ilə onun istehlakı arasında zaman və məkan fərqi vardır.
Başqa məhsulları istehlakçı olduğu, yaşadığı yerdə alıb və oradaca istifadə edir. Turist turizm məhsulunu bir yerdə aldığı halda məkanca və zamanca onu tamam başqa ərazidə və çox hallarda xeyli müddətdən sonra istifadə edir. Turizm sənayesi məhsuluna olan tələbat müxtəlif amillərlə müəyyən olunur:
iqtisadi amillər ölkədə ümumi iqtisadi vəziyyət;
əhalinin pul gəliri;
məhsul, xidmətlərin qiymətləri və turizm məhsulunun qiyməti,
inflyasiyanın səviyyəsi və s.
Müştərilərin istəyindən asılı olaraq onlara təqdim olunan xidmət formaları fərqli olur. Bunları aşağıdakı kimi əks etdirmək olar: Kompleksli turist xidməti - yerləşdirmə, qidalanma, nəqliyyat, məişət, ekskursiya, idman, sağlamlıq və digər xidmətlərin bir məqsəd və proqramda birləşməsi; Ayrı-ayrı turist xidmətləri - yalnız yerləşdirmə, qidalanma, habelə ayrıca təklif olunan bir proqrama daxil olmayan nəqliyyat, məişət, ekskursiya, idman, sağlamlıq və digər xidmətləri; Turizm məqsədli əmtəələr də ayrıca xidmət forması kimi hesaba almır: Bunlara aiddir - xəritələr, lüğətlər, çadırlar, yataq kisəsi, bel çantası və digər turizm və idman ləvazimatı, habelə suvenir məhsulları. Turizm məhsulunun digər sahələrin məhsullarından kəskin fərqləndirici cəhətləri mövcuddur. Bunları da aşağıdakı kimi əks etdirmək olar: turist xidmətlərinin cismani olmaması; turizmdə istehsalın və islehlakın birgə baş verməsi; xidmət keyfiyyətinin daim dəyişməsi; xidmətlərin saxlanıla bilməməsi. Turizm məhsulu turizm bazarının vəziyyəti ilə əlaqədar olaraq və yaxud da turistin konkret sifarişi üzrə formalaşdırılır
Cəlbedici turizm məhsulunu yaratmaq turoperatorun əsas vəzifəsidir. Turizm məhsulunu yaradan zaman “turist nə alacaq" sualına aydın cavab tapmaq lazımdır. Turist otel otağının və ya restoranda yediyi kotletin ödənişini deyil, o, yeni duyğu, naməlum sfera ilə tanışlığın, diqqətin və rahatlığın ödənişini edir. Buna görə də turizm məhsulunun hazırlanması zamanı onun istehlak keyfiyyəti və xassələrinin turistlər üçün daha cəlbedici olan tərəflərinə üstünlük verilməlidir. Turist səfərə çıxdığı zaman turizm sənayesinin hər bir xidmətindən istifadə etməklə bu sənayenin məhsulunu istehlak etmiş olur. Turizm sənayesinin məhsulu 3 komponentdən ibarətdir:
turist xidmətləri;
turist xidmətlərinin istehlakına yardımçı olan müşayiətedici xidmətlər;
turist əmtəəsi
2. Turist xidmətləri öz növbəsində əsas və əlavə xidmətlərə ayrılır. Turoperatorun hazırladığı tur turizm sənayesinin bütün xidmətlərini əhatə edə bilməz. Hər bir tur - xidmət paketindən ibarətdir və buna çox hallarda “turpaket” deyilir. Turpaket turistlərə kompleksli xidmətlərin göstərilməsini bildirir. Turoperator tərəfindən alıcıya standart turpaket təklif oluna bilər və ya da alıcı ona təklif olunan xidmətlər içindən özü seçdiyi xidmətləri bir paket şəklində ala bilər. Hər iki halda turoperator tərəfindən alıcıya satılmış xidmətlər toplusu turizm məhsulu adlandırılır. Əsas xidmətlər siyahısına turpaket daxilində ödənilmiş xidmətlər aid edilir. Turpaket daxilində olan və alıcı tərəfindən turopratora dəyəri ödənilmiş xidmətlər - əsas xidmətlərdir. Buraya yerləşdirmə, qidalanma, nəqliyyat xidməti (transfer daxil olmaqla) və bir sıra digər proqram xidmətləri daxildir. Digər proqram xidmətləri turpaket daxilində müxtəlif ekskursiyalar, əyləncələr, səfərin məqsədinə aid olan tədbirlərdir. Turpaket - səyahət zamanı fərdi və ya qrup variantlarda turistlərə təklif olunan xidmətlər kompleksidir. Turoperator tərəfindən hazırlanan turpaketin tərtibinə aşağıdakı amillər təsir göstərir:
• bu səyahətə tələbatın olması;
• maddi bazanın, infrastrukturun və xidmətlər imkanının olması;
• aviaşirkətlər və digər nəqliyyat şirkətləri ilə işbirliyinin olması; • göndərən ölkə ilə qəbul edən ölkə arasında münasibətlər;
• partnyor turizm təşkilatları (xidmət təminatçıları) ilə işgüzar münasibətlərin olması;
• qəbul edən ölkədə turizmin inkişaf səviyyəsi;
Əlavə xidmətlər əsas xidmət siyahısına daxil edilməmiş və turpaket daxilində ödənilməmiş xidmətlərdir. Bu xidmətlər də turistlərin istirahəti zamanı əhəmiyyətli yer tutur. Turistlər bu xidmətlərin istifadəsinə yalnız ehtiyac duyduqda müraciət edərək dəyərini yerindəcə (səfərdə olduğu ərazidə) ödəyirlər. Adətən əlavə xidmətlər turpaketdə olan əsas xidmətlərdən heç nə ilə fərqlənmirlər.
3. İstirahət amanı turistlərin müəyyən əmtəələrə ehtiyacı duyulur. Səfər zamanı hər bir turist olduğu ölkə və ya region haqqında müəyyən xatirələri saxlamaq məqsədilə suvenirlər alırlar. Bəzən yürüşlərə getmək istəyi zamanı turistlər müvafiq geyim, çətir, çadır, idman paltarı, digər inventar almaq və ya kirayə götürmək məcburiyyətində olurlar. Müəyyən hallarda isə daimi yaşadığı yerə qayıdan zaman alış-veriş etməklə geyim, məişət texnikasını alırlar. Turizm müəssisəsinin məhsulu müştərinin tələbatına uyğun olaraq onun ehtiyaclarını ödəyən turdur. Turistlərin istəyindən asılı olaraq turlar fərdi və qrup şəklində ola bilər, davamlılıq müddəti, xidmətlərin sayı müxtəlif və fərqli ola bilər. Ümumilikdə götürdükdə səyahətdə 6 nəfərdən artıq adam iştirak edirsə, bu, qrup halında həyata keçirilən səyahət hesab olunur. 6 nəfər və daha az adamın iştirakı ilə həyata keçirilən səyahətlər fərdi səyahətlərə aiddir. Bundan əlavə son illər bəzi müəlliflər ailəvi səyahətlər adlı bir kateqoriya da ayırır. Bu onunla əlaqədardır ki, bəzi ailələr var ki.. onlar 6-8 nəfərdən ibarətdir. Fərdi turlar (1-6 turist) turistə müstəqillik və sərbəstlik verir. Lakin bu turlar qrup turlarına nisbətən bahalı olurlar. Çünki bu halda marşrutdaxili nəqliyyatın, bələdçinin xidmətlərini ödəyən zaman hər turistə düşən ödəniş daha çox olur. Qrup halında isə bu xidmətlərin ödənişi bütün qrup üzvlərinin üzərinə düşür.


Yüklə 26,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin