Ad: Soyad: Fakültə



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#40893
  1   2
Hİdrafik



 

 



 

Ad:  

Soyad:  

Fakültə:  

İxtisas:  

Qrup:  

Fənn:  

Mövzu:  

Müəllim:  

 

 



 

 

 

 

 

 

 


 

 



PLAN 

1)  HİDRAVLİK APARATLAR HAQQINDA ÜMUMİ MƏLUMAT 

2)  Ədəbiyyat siyahısı 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

HİDRAVLİK APARATLAR HAQQINDA 



ÜMUMİ MƏLUMAT 

 

Hidravlik intiqallarda hidravlik aparat adlı quruluş aşağıdakı funksiyaları yerinə yetirir: 



 

– axının istiqamətini dəyişir; 

– işçi maye axının açır və ya bağlayır; 

– maye axının parametrlərini (təzyiq və ya sərf) dəyişir; 

– axının parametrlərini sabit saxlayır. 

 

Hər bir hidravlik aparatda bağlayıcı tənzimləyici element (BTE) olur və onun hərəkətli 



hissəsinin – klapan ın, zolotnikin və ya kranın (şəkil 2.1.1) yerdəyişməsi zamanı maye axının 

işçi keçid kəsiyini A qismən və ya tam bağlanır. 

 

 

 



 

 

a



b

c

 

Şəkil. 2.1.1. Bağlayıcı-tənzimləyici elementlərin (BTE) əsas konstruksiyaları: 



 

– klapan; b – zolotnik; c – kran 

Hidravlik aparatların əsas parametrləri, hansılar ki adətən kataloqlarda və pasportlarında 

göstərilir, aşağıdakılardır: 

– şərti keçid d



ş

, mm; 


– nominal sərf  Q

nom

, dm


3

/dəq və ya dm

3

/san; 


– nominal təzyiq p

nom

, MPa; 


          – tam açıq vəziyyətdə aparatda təzyiq düşküsü 

p, MPa; 

 

– işçi keçid kəsiyinin sahəsi S, mm



2

 ; 



 

– kütləsi m, kq və s. 



Şərti keçid d

ş

 (D

ş

; D



у

) – hidravlik aparatın keçid dəlik sahəsinin maksimal qiymətinə 

bərabər olan şərti dairənin diametrinə deyilir. 

 

Şərti keçid diametrlərin d



ş

 qiymətləri xüsusi qəbul olunmuş sıradan seçilir və bütün 

hidravlik aparatın əsas ölçüləri yalnız bu şərti diametrlərə görə hesablanır. Azərbaycan 

Respublikasında qəbul olunmuş şərti keçid diametrlər sırası cədvəl 2.1.1-də, mm-lə 

verilmişdir 

Cədvəl 2.1.1 

Nominal şərti keçid diametrlər d

ş

 sırası 


 

 



 

1,6  2 


2,5  3 

 



 



8;  10 

 

12   



16  20  25   

32  40  50   

63  80  100 

 

 



125  160  200  250   

 

 



 

 

 



 

 

 



Nominal təzyiq р

nom

 – hidravlik aparatın normal xidmət resurs daxilində işlədiyi halda 

təyin olunmuş parametrlərini saxlama şərti ilə aparata daxil olan işçi mayenin ən böyük 

izafi təzyiqidir. Hidravlik aparatların nominal təzyiqinin qiyməti xüsusi qəbul olunmuş 

sıradan seçilir və onların hesablaması nominal təzyiqə əsasən aparılır. Adətən bu nominal 

təzyiqlər sıralanır və Azərbaycan Respublikasında qəbul olunmuş aşağıdakı cədvəldən 

seçilir (MPa) (cədvəl 2.1.2):Cədvəl 2.1.2 

Nominal təzyiqlər р

nom

 sırası 


 

0.1 


0.16 


0.25 


0.4  - 


0.63 



1.6 


2.5 




6.3 

10 



12.5 

16 


20 

25 


32  40 

50  63 


80 

100 


125 

160 


200 

250 






HİDRAVLİK APARATLARIN TƏSNİFATI 

 



 

Hidravlik intiqallarda tətbiq olunan hidravlik aparatlar aşağıdakı amillərə əsasən təsnifat 



olunurlar: 

1. Bağlayıcı-tənzimləyici elementin (BTE) konstruksiyalarına 

görə: 

– zolotnikli; 



– kran növlü; 

– klapanlı. 

  Tənzimləmə imkanından asılı: 

– tənzimlənən; 

– tənzimlənməyən. 

 

İşçi keçid kəsiyinin açılma xüsusiyyətinə görə: 



– tənzimləyici; 

– istiqamətləndirici. 

  Bağlayıcı-tənzimləyici  elementinə təsir  etmə prinsipinə görə: 

– klapanlar; 

– qeyri klapan təsirli hidravlik aparatlar. 

5. Təyinatına görə: 

– təzyiq klapanları; 

– drossellər; 

– paylayıcılar; 

– əks klapanlar və b. 

  Hidravlik qurğuda birləşdirmə üsuluna görə: 

– yivli borularla birləşən; 

– bir-birinə sıxışdırılmaqla birləşən; 

– şaquli kanallar vasitəsilə birləşdirilən modul tipli hidravlik 

aparatlar; 

– gövdəsiz, hidravlik avadanlıqların daxildə xüsusi oturacaq-larında quraşdırılmış 

hidravlik aparatlar. 

Hidravlik aparatlar avadanlıqlar qrupuna daxildirlər: 

– təzyiq (qoruyucu, axıdıcı, ardıcıllıq) klapanları, reduksiya  klapanları; 

– əks klapanlar və hidravlik qıfıllar; 




 

– istiqamətləndirici və drosselləşdirici hidravlik paylayıcıları; 



– hidravlik taymerlər (ekspozisiya hidravlik klapanları), təzyiq relelər, təzyiq və sərflər 

nisbəti hidravlik klapanları; 

– hidravlik drossellər və məntiq hidravlik klapanlar və s.. 

Bağlayıcı-tənzimləyici elementlərin (BTE) konstruksiyala-rında icraedici hissələr 

müxtəlif ola bilər: 

– klapanlı tipli hidravlik aparatlarda (şəkil 2.2.1): 

– kürəvi; 

– konuslu; 

– iynəvarı; 

– yastı (nimçəli); 

– zolotnik tipli hidravlik aparatlarda (şəkil 2.2.2): 

  silindrik; 

  yastı; 

– kran tipli hidravlik aparatlarda (şəkil 2.2.3): 

  yastı; 

  silindrik: 

– konusvarı: 

– sferik. 

 

 

 



 

 

a



b

c

ç

Şəkil 2.2.1. Klapanlı tipli BTE-lər: 



 

– kürəvi; b – konuslu; c – iynəvarı; ç – yastı 



 

 

 



a

b


 

 



Şəkil 2.2.2. Zolotnik tipli BTE-lər 

 

 

– silindrik; b – yastı 

 

 



 

 

a



b

c

ç

 

Şəkil 2.2.3. Kran tipli BTE-lər: 



 

– yastı; b – silindrik; c – konusvarı; ç – sferik 

 

Şəkil 2.2.4-də, nümunə kimi, modul tipli bir neçə hidravlik aparatların birləşdirilməsi 



göstərilib. Modula daxil olmuş hidravlik aparatlar: tənzimlən ən basqılı klapanlar 2 və 9 , 

hidravlik qıfıllar 3 və 7, əks klapanlı drossel 4. paylayıcılar 5 və 8, sərf (axın) tənzimləyicisi 



6, dayaq bərkidicisi, quraşdırıcı və keçirdici (aralıq) plitələr 1, 10 - 18

 

Modul tipli icrası olan hidravlik qurğuların tətbiqi birləşdirici boruların sayını xeyli 



azaldır və hidravlik aqreqatın unifikasiya səviyyəsini artırır, lakin eyni zamanda aqreqatın 

quraşdırma əndazə ölçüləri çoxlu sayda olan aralıq plitələr və keçirici kanallara görə 

müəyyən qədər artır. 

 

Hidravlik aparatlarda növündən və yerinə yetirəcəyi funksiyalardan asılı olaraq bir neçə 



giriş və çıxış dəlikləri 

mövcuddur. Hidravlik intiqalların prinsipial və yarım-konstruktiv sxemlərində hidravlik 

aparatların birləşdirici dəliklərinin işarələri Azərbaycan Respublikasında və digər ölkələrdə 

texniki sənədlərdə aşağıdakı kimi qəbul olunub: 

 

Р – təzyiq altında işçi mayenin daxili üçün dəlik; 

 

А  В  əsas axınların digər hidravlik avadanlıqlarla birləşdirmək üçün dəliklər; 




 

 



 

Т – işçi mayeni hidravlik tutuma qaytarmaq üçün dəlik (axıtma dəliyi); 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2.2.4. Modul tipli hidravlik aparatların birləşdirilməsi. 



  X, Y  Z – idarəedici axınlar üçün dəliklər; 

  – sızmaları axıtmaq üçün dəlik (drenaj dəliyi); 

  C – çox seksiyalı (çox zolotnikli) hidravlik paylayıcılarda ümumi birbaşa axıtma 

kanalın dəliyi; 

  S – nasosun sorma dəliyi; 

 

V – xarici yüksək təzyiqli mənbədən idarə etmək üçün 

dəlik; 

 

– nəzarət cihazları  diaqnostika avadanlıqları birləşdirmək üçün dəliklər. 

Qeyd olunduğu kimi, hidravlik aparatların yerinə yetirdiyi funksiyasına görə onlar iki 

əsas növə bölünür: 

– istiqamətləndirici hidravlik aparatlar – tam açılmaqda və ya tam bağlamaqda işçi 

maye axınının işə salınması, saxlanılması və istiqamətinin dəyişdirilməsi üçün nəzərdə 

tutulmuşdur. 

Bunlara daxildirlər: 

– istiqamətləndirici hidravlik paylayıcılar; 



 

– boşaldıcı klapanlar; 



– əks klapanlar; 

– hidravlik qıfıllar və s.; 

– tənzimləyici hidravlik aparatlar – işçi keçid kəsiyinin qismən dəyişdirilməsi yolu ilə 

təzyiqin, sərfin və işçi maye axınının istiqamətinin dəyişdirilməsi və ya saxlanması üçün 

nəzərdə tutulmuşdur. 

Bunlara daxildirlər: 

– tənzimlənən drossellər; 

– reduksiya klapanları; 

– drosselləşdirici paylayıcılar; 

– axın tənzimləyiciləri; 

– hidravlik bölüşdürücülər; 

– axıdıcı  klapanlar; 

– məntiq hidravlik klapanları və s. 

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin