movzu 2-3 normal ve anomal inkisafin esas qanuna uygunluqlari
III. İlkin (baza) effektiv redulyasiya. (emosional hərəkətlər) Bu səviyyənin uşağın psixi inkişafında, xüsusən də davranışın və uyğunluşmanın tənzimlənməsində rolu böyükdür. Affetkiv redulyasiyanı 4 səviyyəyə bölürlər (K.S.Lebedinskaya, O.S.Mikolskaya).
I. Bu səviyyə ətraf mühitin qıcıqlandırıcılarına cavab vermək, başqa sözlə mühiti reaktivlik, yəni ətraf mühitin təsirindən qorunma məsələsini həll edir. Eyni zamanda ümumi psixi tarazlıq və ya narahatlıq, təhlükəsizliyin və ruhi tarazlığı təmin edir.
2.Affektiv stereotiplər səviyyəsi uşaq orqanizminin uyğunluşmasında mühüm rol oynayır. Səviyyənin əsas məqsədi somatik ehtiyatların ödənilməsi, orqanizmin funksiyalarına nəzarət, ətrafdan gələn qıcıqlandırıcıların emosional əlaqələndirilməsidir.
3.Hisslərin coşğunluğu səviyyəsi. Bu səviyyənin inkişafı sayəsində orqanizm ətraf mühitin dəyişməsinə uyğunlaşır.
4.Emosional nəzarət. Bu səviyyə uşağın ətraf mühitlə münasibətlərinin dərinləşməsində və fəallaşmasında, onu əhatə edən insanlarla ünsiyyət normaları və davranış qaydaları yaratmasında bir pillədir. Uşaq o biri (ətrafdakı) insanların münasibətlərini ətrafa uyğunlaşdırmaq üçün (razılıq və ya etiraz) məlumat və ya siqnal kimi qəbul edir. Erkən yaşlarda ananın səsi, baxışı, üzünün ifadəsi, əllərinin toxunması belə bir siqnaldır.
Uşağın həyatına «yaxşı-pis», «olar-olmaz», «lazımdır – dazım deyil» anlayışları, təqsirli olmaq, tərifdən həzz almaq və s. hisslər daxildir.
3-cü və 4-cü səviyyələr bir-birilə sıx bağlıdır və bir-birini tamalayır.
Plan.2 Psixi inkişaf haqqında nəzəriyyələr.
Anomal inkişafın xüsusiyyətləri normal uşaqlarla müqayisədə aşkar olunur. İnkiqafı pozulmuş uşaqların təlimində əmələ gələn çtinlikləri araşdırmaq üçün normal inkişafın əsas qanunauyğynlyqlarını bilmək lazımdır. Əlbəttə ki, hər uşağın öz indiviudal inkişaf yolu var, hər uşaq nəinki özünəməxsus templə inkişaf edir, hətta öz inkişaf pilləsini özünəməxsus yolla keçir. Hər inkişaf pilləsi də tək, xüsusi və ümümi, bir-birinə təsir edən və asılı olan və bilavasitə vəhdət təşkil edən xassələrdən ibarətdir. Amma həm normal, həm də anomal uşağın psixi inkişafının xüsusiy yətlərini bilmək üçün, ümumi qanunauyğunluğu və yaş xüsusiyyətlərini bilmək lazımdır.
Yaş və indiviudal xüsusiyyətlər bir-birilə bağlıdır, lakin yaş psixi inkişafda hədd və ya standart rol oynamır. İndiviudal xüsusiyyətlərin rolu uşağın yaşı artdıqca mürəkkəbləşir və daha da əhəmiyyətli olur.
S.L.Rubinşteyn yazır: «Böyüyən uşağın hər inkişaf dövrü biə pillədir, həm də o biri pilləyə keçiddir. Buna görə də hər yaşın tərifi sabit ola bilməz, o hər dövrə əsas olan mühüm və əsas dəyişiklərdən ibarətdir.»
A.N.Leontyev üşağın psixi inkişafına dair yazır ki, «uşağın psixi inkişafını onun öz həyatı, bu həyatda gedən real proseslər, başqa sözlə desək, uşağın həm daxili, həm də xarici fəaliyyətinin inkişafı təyin edir.»
A.N. Leontyev «Aparıcı fəaliyyət» anlayışına xüsusi əhəmiyyət verərək yazır ki, o psixi inkişafın hər mərhələsində uşağın ətraf aləmə olan münasibəti , və bu mərhələyə xas olan aparıcı fəaliyyəti ilə təyin olunur. Bu inkişaf mərhələsindən o birisinə keçidin əlaməti isə elə uşağın ətrafa olan aparıcı münasibətin və bütövlükdə, aparıcı fəaliyyətin dəyişməsidlir.
Bəs boyatma və inkişafetmə nə ilə fərqlənirlər?
Bu və ya digər psixi funksiyanın təkmilləşmə prosesi nəticəsində kəmiyyətcə dəyişməsinə b oyatma deyirlər. İnkişafetmə isə birinci növbədə psixi funksiyanın keyfiyyətcə dəyişməsi, müəyyən yenitörəmələrin əmələ gəlməsi və vaxt etibarı ilə psixi struktların gec və ya tez formalaşması ilə səciyyələnir.
V.Sterin uşağın psixi inkişafında irsiyyəti və mühiti, bioloji və sosial amilləri nəzərdə tutur. O, uşağın psixi inkişafında sosial faktorların rolunu araşdıraraq, yazırdı ki, psixi inkişaf daxili və xarici əlamət və keyfiyyətlərin birləşməsinin nəticəsidir.
L.S.Vıqotskiyə görə psixi inkişaf prosesi bioloji və sosial amillərin vəhdətidir. Amma bu irsi və mühiti amillərin sadə mexaniki və ya sabit birləşməsi yox, mürəkkəb təbəqələşdirilmiş, dinamik vəhdətdir. Bundan başqa hər psixi prosesin inkişafının ayrı-ayrı mərhələlərində ətraf mühitin təsiri də ayrı olur. Məs: qidalanma (əmmə) anadangəlmə hərəki aktdır və ətraf mühitdən asılı olmayan, irsi bioloji faktordur. Amma belə mürəkkəb psixomotor funksiyalari, iradi diqqət, fəal yaddasaxlama və s. irsi faktorlardan yox, əsasən ətraf mühitin sosial fatkorlarından asılıdır. Əlbət ki, buradan beyinin ağır orqanik zədələnmələri və bunun nəticəsi olan koqnitiv fəaliyyətin pozulması istisna edilməklə.
Uşağın psixi inkişafı davranışının, xasiyyətinin və bütövlükdə şəxsiyyətin formalaşması, tərbiyə, təlim, mədəni-məişət şəraitindən, ünsiyyətin və fəaliyyətin forması və üsullarından asılı uzun müddətli prosesdir. Uşağın psixi inkişafının həm şərti, həm də mənbəyi mühitdir.