movzu 2-3 normal ve anomal inkisafin esas qanuna uygunluqlari
Plan: 4. Normal uşaq inkişafının dövrlərə bölünməsi Uşaqların dövrlərə bölünməsini şərti olaran 2 yerə bölmək olar:
1. Monosimptomatik, yəni cəmi bir əlamətə (simptoma) görə dövrləşdirmə. Bura P.P.Blonskinin və V.Şternin dövrləşdirmələri aiddir. P.P.Blonski əlamət kimi sümükləşmənin dərəcəsi və bu sümükləşmənin göstəricisi kimi dişlərin çıxması vaxtını götürərək, dişsiz, süd dişli və sabit dişli uşaqlıq dövrlərini ayırd edir. V.Şterin isə dövrləşdirmənin əsasına bir əlaməti – nitqin inkişaf dərəcəsini qoyub.
2. Polisimptomatik, yəni neçə əlamətə görə dövrləşdirmələr.
Yuxarıda göstərilən uşaq yaşlarının dövrləşdirilməsi D.B.Elkonin tərəfindən təşkil edilib.
çağalıq dövrü
körpəlik dövrü 0-1 yaş
erkən uşaqlıq dövrü 1-3 yaş
məktəbəqədər uşaqlıq dövrü 3-7
kiçik məktəbli yaşı dövrü – 7- 11
yeniyetmə yaşı dövrü 11-15
ilk gənclik dövrü 15-17
Hazırda tədqiqatçılar və psixoloqlar anadangəlmə prosesin böhran və güclü stres kimi qiymətləndirirlər. Çünki, dölün ana ilə qan əlaqəsi kəsilir və o rahat şəraitdən, ona yad olan soyuq və işıqlı mühitə düşür. Anadan olandan sonrakı ilk günlərdə uşağın çəkisinin aşağı düşməsi orqanizmin ətraf aləmə uyğunlaşmasının əlamətidir. Fizioloji nöqteyi-nəzərdən anadangəlmə dövrü uşaq orqanizmi ilə ətraf mühit arasında tarazlıq yaranan zaman sona bitir. Bu tarazlığın əlaməti isə – uşağın anadangəlmə çəkisinin bərpa olunmasıdır. M.İ.Lisina bu yaşda uşağın böyüklərlə ünsiyyətinin və reaksiya verməsinin ən ilk ifadələrini «canlanma kompleksi» adlandırıb.
Körpəlik dövrünün (0-1 yaş) aparıcı fəaliyyət növü emosional ünsiyyətdir. Bu ünsiyyətin daxilində və zəminində görmə, eşitmə və əzələ-hərəkəti hissiyatlarla nizamlanan sensomotor və səmti hərəkətlər yaranır. Bu yaşın yenitörəməsi isə uşağın onu əhatə edənlərlə ünsiyyətə və emosional əlaqələrə ehtiyac duymasıdır. Əgər belə ünsiyyət vaxtında təmin edilmirsə, onda uşağın gələcək psixi inkişafı ləngiyir………
Erkən yaş dövrünün (1-3 yaş) aparıcı fəaliyyət növü əşyalarla səmti və manipulyativ hərəkəti fəaliyyətdir. Bu yaşda dərketmə və hərəkəti fəallıq sürətlə inkişaf edərək, yeni ünsiyyət vasitəsini - nitqi tələb edir. Uşaq situativ sözlərdən, əşyalarla əlaqələndirilmiş sözlərə və cümlələrə keçir. Artıq o əşyaların vəziyyətini nəzərə alaraq, öz istədiyinə nail olur və beləliklə, «Mən özüm» situasiyasını yaradıb, bir növ intellektual məsələni həll etmiş olur. Nitq, aktiv-əyani təfəkkür və «Mən özüm» stiuasiyası bu yaşın yenitörəməsidir. (aktiv lüğət 1000 sözdən çox). 3 yaşın böhran əlamətləri bunlardır:
1.neqativizm, yəni böyüklərin hər təklifindən, mənasız müqavimət göstərərək, imtina etmə;
2.tərslik, inadkarlıq;