Mövzu: Marketinqin ətraf mühiti



Yüklə 158,4 Kb.
səhifə1/4
tarix24.10.2022
ölçüsü158,4 Kb.
#66133
  1   2   3   4
MSL2

Mövzu: Marketinqin ətraf mühiti

Mövzunun planı:

1- ci sual. Marketinqin ətraf mühitini formalaşdıran qüvvələr

Marketinq mühiti dedikdə kompaniyadan kənarda fəaliyyəyt göstərən və həmin kompaniyanın məqsəd bazarında olan müştərilərlə əlverişli münasibətinin yaradılmasına və müdafiə olunmasına təsir göstərən subyektlərin və qüvvələrin məcmusu başa düşülür.

Marketinq mühiti mikro – və makro mühitdən ibarətdir.

Mikromühit müəssisənin yaxın əhatəsində fəaliyyət göstərən və onun müştərilərə xidmət göstərmək qabiliyyəətinə təsir göstərən qüvvələrdən və yaxud subyektlərdən ibarətdir.

Makromühit kompaniyanın mikromühitinə təsir göstərən daha güclü amillərdir.

Həm mikromühit, həm də makromühit amilləri müəssisə tərəfindən tamamilə nəzarət olunmayan amillərdir.


Müəssisə
Malgöndərənlər
Müştərilər
Rəqiblər
Marketinq vasitəçiləri
Ünsiyyət auditoriyaları
Demoqrqfik mühit
İqtisadi mühit
Təbii mühit
Elmi-texniki mühit
Siyasi mühit
Mədəni mühit
Şəkil. Müəssisənin marketinq mühiti
makromühit
Mikromühit

2- ci sual. Marketinqin mikromühit amilləri


Marketinqin mikromühiti aşağıdakı qüvvələdən ibarətdir:
    • Xammal göndərənlər;
    • Marketin vasitəçiləri;
    • Müştərilər;
    • Rəqiblər;
    • Ünsiyyət auditoriyaları.

Marketinq vasitəçiləri

Marketinq vasitəçiləri müəssisəyə məhsulunu bazara irəlilətməyə, son istehlakçılar arasında bölüşdürməyə və satmağa köməklik göstərən firmalardır. Bu firmalara resellerlər(topdan və pərakəndə ticarət firmaları); logistik kompaniyalar; marketinq agentlikləri və maliyyə vasitəçiləri aiddir.


Yüklə 158,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin