Resellerlər pərakəndə və topdan ticarətlə məşğul olan ayrı – ayrı şəxslər və kompaniyalardır. Bu subyektlər satış kanalının iştirakçıları rolunda çıxış edirlər
Resellerlər pərakəndə və topdan ticarətlə məşğul olan ayrı – ayrı şəxslər və kompaniyalardır. Bu subyektlər satış kanalının iştirakçıları rolunda çıxış edirlər.
Logistik kompaniyalar əmtəələrin hazırlanma yerindən satış yerinə çatdırılması məqsədilə anbar və nəqliyyat xidməti göstərən təşkilatlardır.
Marketinq agentliklərinə müəssisəyə öz əmtəələrini və xidmətlərini məqsəd bazarında irəlilətməyə kömək edən marketinq tədqiqatları ilə məşğul olan kompaniyalar, reklam agentlikləri, konsaltinq firmaları və başqa müəssisələr aiddir.
Maliyyə vasitəçilərinə banklar, kredit, sığorta və s. başqa təşkilatlar aiddir. Bu təşkilatlar məhsulların alışı vəə satışı zamanı müəssisəni müxtəlif xarakterli risklərdən sığortalayır və həmin müəssisəyə maliyyə xidməti göstərir.
Müştərilər
Müəssisənin müştəriləri aşağıdakı bazarılarda fəaliyyət göstərən alıcılardır: Istehlak bazarları; Sənaye bazarları; Ticarət-vasitəçilər bazarı; Sosial təminat bazarları; Dövlət strukturları bazarları; Beynəlxalq bazarlar.
Ünsiyyət auditoriyaları
Ünsiyyət auditoriyalarının aşağıdakı tipləri vardır: Maliyyə müəssisələri; Kütləvi informasiya vasitələri; Dövlət orqanları; İctimai təşkilatlar; Yerli ictimaiyyət; Geniş ictimaiyyət; Daxili ünsiyyət auditoriyaları
3- cü sual. Marketinqin makromühit amilləri
Makromühit aşağıdakı amillərdən və yaxud alt mühitlərdən ibarətdir: Demoqrafik mühit; İdtisadi mühit; Təbii mühit; Elmi – texniki mühit; Siyasi mühit; Mədəni mühit.