Paris sülh konfransında ADR-ın beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün Azərbaycan nümayəndə heyətinin mübarizəsi
Azərbaycan Nümayəndə Heyətinin üzvləri (Paris, 1919)
Plan
1.NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ
2.Paris
3.Danışıqlar
4.Topçubaşov-Çandler kontraktı
NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ
(Viza Problemləri)
NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİ
Azərbaycan Nümayəndə Heyəti Parisdə
Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən
Nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai-siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər.
1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu.
1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı.
Bir çox çabalardan sonra o Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsi üçün icazə ala bildi.
Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Thomas Woodrow Wilson
03
Danışıqlar
1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı."
Əlimərdan bəy Topçubaşovun Azərbaycan Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22–25 sentyabrında göndərdiyi məktubda isə Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir və müttəfiqlər Azərbaycanın müstəqilliyi ilə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, heç bunu etmək istəmədiyi yazılırdı.
Topçubaşov-Çandler kontraktı
1-ci Kontarkt
1919-cu ilin sentyabrnda Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi.
2-ci Kontarkt
. Daha sonra 2-ci müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilə daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı.
Ədəbiyyat
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 35, v. 4–6.
C.Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 353
Р.Абуталыбов. Годы и встречи в Париже. М., 2006, с. 56
C. Həsənli. Tarixi şəxsiyyətin tarixi. B., 2013, s. 359–360;
А.М.Топчибаши. Письмы из Парижа. B., 1998, с.38
Cəmil Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918–1920).