Məsələ №1. Gigiyena və Epidemiologiya Mərkəzinə vaksin almaq üçün gəlmiş müalicə idarəsinin tibb işçisi vaksinlər saxlanan soyuducuda termometrin göstəricisinin +10C olduğunu görüb, vaksinləri qəbul etməkdən imtina etdi



Yüklə 9.85 Kb.
tarix21.03.2017
ölçüsü9.85 Kb.
Məsələ №1.

Gigiyena və Epidemiologiya Mərkəzinə vaksin almaq üçün gəlmiş müalicə idarəsinin tibb işçisi vaksinlər saxlanan soyuducuda termometrin göstəricisinin +10C olduğunu görüb, vaksinləri qəbul etməkdən imtina etdi. Həkim-epidemioloq soyuducuda olan vaksinləri “silkələmə” testindən keçirdikdən sonra müalicə idarəsinin tibb işçisi vaksinləri qəbul etdi.


Aşağıdakı suallara cavab verin:

  1. Vaksinlərin saxlanma rejimi hansı temperatur şəraitində olmalıdır?

  2. “Silkələmə” testi nə üçün aparılır?

  3. Azərbaycanda istifadə edilən vaksinlərin hansılarının dondurucuda saxlanmaqla istifadə edilməsinə yol verilir?

Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006



Məsələ №2.

Oktyabr tarixdə Epidemioloji şöbəyə uşaq bağçasına gedən 3 yaşlı uşaqda A virus hepatiti barədə təcili bildiriş daxil olmuşdur. Həkim-epidemioloq müəyyənləşdirmişdir ki, həmin uşaqda 18 oktyabr tarixdə uşaq bağçasında keçirilən səhər “filtri” zamanı 380C qızdırma müşahidə edilmişdir. Xəstə uşağın anasının məlumatına görə, uşaq xəstəlik əlamətləri ilə 15 oktyabrdan 20 oktyabr tarixədək uşaq bağçasına getmiş, yalnız 21 oktyabr tarixdə pediatr tərəfindən A virus hepatiti diaqnozu qoyulmuş və uşaq bağçadan kənarlaşdırılaraq stasionar müalicəyə göndərilmişdir.



Aşağıdakı suallara cavab verin:

  1. Uşaq bağçasında hansı qayda pozuntusuna yol verilmişdir?

  2. A virus hepatitinin törədicisinin insana keçmə mexanizmi hansı yollarladır?

  3. Mütəşəkkil uşaq kollektivində A virus hepatitinin baş verdiyi bu halda hansı əksepidemik tədbirlər görülməlidir?

Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006



Məsələ №3.

Pediatrın qəbuluna gələn uşaqda kəskin süst iflic əlaməti aşkar edilmişdir. Xəstənin yaşadığı kənddə təmasda olduğu uşaqlar və böyüklər var.



Aşağıdakı suallara cavab verin:

  1. Bu halda ocaqda hansı əksepidemik tədbirlər aparılmalıdır?

  2. İnaktivləşdirilmiş poliomielit vaksininin oral poliomielit vaksinindən əsaslı fərqi nədədir?

  3. Poliomielit xəstəliyinin diaqnozu hansı əsas üsulla müəyyənləşdirilir?


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə