Birinci yürüş, 1220-1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. Tarixçi İbn əl-Əsir yazırdı: «monqollar Azərbaycan və Aran vilayətlərinə gəlib, bir ildən də az bir müddətdə onları misli görünməmiş surətdə dağıtdılar, əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı.» Bu yazı yürüşün ümumi şəkildə təsviridir, ancaq monqollar elə birinci yürüşdə də xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışdı. Hökmdar Atabəy Özbək qaçıb gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq işğalçılarla savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlarından və şəhəri tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221- ci ildə Ərdəbili tutub böyük qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol-tatarlar 1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı sıyınb qoca, uşaq, qadın-hamısını qırdılar. Tarixi qaynaqlara görə monqollar, hətta hamilə qadınların qannlarını yarıb çağalarını öldürürdülər. İbn əl-Əsirin yazdığına görə "şəhərin əhalisinin kökünü kəsdilər."
1231-ci ildə monqol qoşunlan Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar Gəncədə ciddi müqavimətlə qarşılaşdılar. Monqolların Gəncə yürüşünü gözləri ilə görmüş tarixçi Gəncəli Kirakos yazırdı ki, monqollar şəhəri almaq üçün qalaları daş atıb dağıdan qurğulardan istifadə edirdilər. Nəticədə bütün şəhər divarları uçuruldu. Buna baxmayaraq düşmən bir həftə şəhərə girməyə cəsarət etmədi. Əhalinin bir hissəsi şəhərin düşmənin əlinə keçdiyini gördükdə, qapılarını bağlayıb arvadı və uşaqları ilə birlikdə evlərini yandırdılar ki, onlar düşmənin əlinə keçməsin. Əhalidən bir kimsə canım qurtara bilmədi. Düşmən qılıncını işə salıb şəhərdə böyük bir qətliam törətdi. Monqol döyüşçüləri uzun müddət yanıb -dağılmış evlərin külündə eşələnərək, qızıl-gümüş axtardılar. Sonra cəhənnəm olub getdilər. Gəncə şəhəri dörd il adamsız və dağılmış vəziyyətdə qaldı. Yalnız 1239-cu ildə şəhərin yenidən qurulması haqqında fərman verildi. Gəncədən sonra Şəmkir, Tovuz, Bakı uğrunda qanlı döyüşlər getdi. Ancaq bu şəhərlər də düşmənin əlinə keçdi. 1239-cu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı.
Yürüşə böyük xaqan Münkenin qardaşı Hülakü xan başçılıq edirdi.Münke xan Orta Şərqdə işğal etdikləri ərazilərdə daha da möhkəmlənmək,hələ də müstəqilyini saxlayan feodalları tabe etmək və yeni torpaqlar əldə etmək üçün Hülakü xanı böyük qoşunla yürüşə yolladı.Hülakü xan 1256-cı ildə Azərbaycan(Cənubi Azərbaycan) və Aranı(Şimali Azərbaycan) ələ keçirdi.1258-ci ildə monqollar Bağdadı işğal etdilər.Xəlifə Əl-Mötəsim Billah edam edildi və bununla Abbasilər xilafətinin varlığına son qoyuldu
Hülakü xan bu yürüşlərdən sonra yeni dövlətin əsasını qoydu.Bu dövlət tarixdə Hülakülər və Elxanilər adı tanınır.Azərbaycan imperiyanın əsas vilayəti sayılırdı.Hülakülərin paytaxtı olan Marağa,Təbriz,Sultaniyə şəhərləri bu məmləkətdə yerləşirdi.Hülakülər 101 il hakimiyyətdə oldular(1256-1357).
Dostları ilə paylaş: |