Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 50,66 Kb.
səhifə1/2
tarix22.12.2023
ölçüsü50,66 Kb.
#190185
  1   2
Aynur tarix yeni 1


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi


Azərbaycan Dövlət Pedaqoji Universiteti
Kimya-Biologiya fakültəsinin kimya müəllimliyi
İxtisasının I kurs KİM2301B qrup tələbəsi
Cavadova Aynurun Azərbaycan tarixi fənnindən

“Xilafətin inzibati idarəetmə,torpaq və vergi köçürmə siyasəti” mövzusunda:




Sərbəst İşi
Elmi rəhbər:Dos.Mirzəyev Elman


Bakı-2023

Plan:

  • Xilafətin inzibati idarəetmə siyasəti.

  • Xilafətin torpaq siyasəti

  • Xilafətin vergi siyasəti



Xilafətin inzibati idarəetmə siyasəti.
İspaniyadan Hindistanadək bir çox ölkə və xalqları tabe etmiş ərəblər, işğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə işini yüngülləşdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiş sərkərdənin və ya yürüşün bilavasitə iştirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində birləşdirirdi. Ərəblərin işğalı ərəfəsində tarixi Azərbaycan torpaqları ilə yanaşı, şərqi Gürcüstanı və Şərqi Ermənistanı, İranın bir sıra vilayət və şəhərlərini (Təbəristan, Gilan, Dehistan, Rey və b.) də özündə birləşdirən Sasanilərin şimal kustakı (kustu) – əyaləti olan Adurbadaqan (Azərbaycan) bir inzibati vahid kimi cənubda Həmədan, Əbhar və Zəncandan şimalda Dərbəndədək uzanırdı; tədqiqatçıların (Y.Paxomov, K.Trever, V.Henninq və b.) əksəriyyətinin 567/568-ci ilə aid etdikləri Dərbənd divarlarındakı pəhləvi yazısı imperiyanın şimal sərhədinin Dərbənddən keçdiyini bir daha təsdiq edir. Ərəblərin Qafqaza hücumları zamanı Süniklə birlikdə Albaniya, eləcə də Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. Baş vermiş ərəb işğalı bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyünü saxlasa da onların inzibati adını dəyişdirdi. İlk çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini təşkil edirdi. VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə, "Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daşıyan ərəb vilayəti öz tərkibində təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş bilavasitə Ermənistanı deyil, eləcə də keçmiş Albaniya və İberiya ərazilərini də birləşdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də şamil edilməsi Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərə qədərki inzibati quruluşdan miras qalmış "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına başqa obyektiv səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamış, artıq 639-640-cı illərdə, Mesopotamiya yürüşü zamanı Bizansın tabeliyində olan erməni torpaqlarını ələ keçirmiş, ikincisi isə ərəb işğal zonasını idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri Dəbildə -Dvində yerləşdirmişdilər. Təbii ki, özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmış ərəblər, başqa yerlərdə olduğu kimi, burada da köhnə dövrə aid "Ərminiyə" adını saxlamışdılar. O da təbiidir ki, işğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan zonaya qatmış, bir bölgədə yerləşən bu torpaqları birlikdə "Ərminiyə" adlandırmış, bütün Cənubi Qafqazdakı işğal zonasının idarəsini Dəbildə oturan ərəb canişininə – amilinə həvalə etmişdilər. Bu obyektiv səbəblərlə yanaşı, qədim kitablardan faydalanan erkən ərəb müəlliflərinin (İbn Xordadbeh, ibn əl-Fəqih və b.) islamaqədərki siryani xristian ədəbiyyatından (məsələn, VI yüzildə yaşamış Mitilen Zaxarinin əsərindən) istifadə etmələri də mümkündür; bu ədəbiyyatdan olan məlumata görə Qurzan (Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar" adlanırdı (bu dövrün ən yaxşı tədqiqatçılarından azərbaycanlı alim Z.M.Bünyadov və erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər).Beləliklə, Sasanilər dövründə Xəzəryanı İran vilayətləri ilə yanaşı, bütün Cənubi Qafqaz vilayətlərini özündə birləşdirən inzibati Adurbadaqan – Azərbaycan adı ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda işğal etdiyi yerlərə verilən inzibati Ərminiyə adı ilə əvəz olundu. Alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin, müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin başlanğıcında Albaniyanın özünün də bir dövlət kimi süqutu xəlifə Əbdülməlik ibn Mərvanın (685-705) başladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sisteminin həyata keçirilməsinə şərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın Qərbi Ermənistanda, yəni coğrafi baxımdan ərəb Ərminiyəsindən fərqlənən yerdə həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaşadıqları əraziyə aid idisə, "Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-nın yaşadıqları və ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi. Vaxtilə Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünürdü. Xilafət qoşunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz köhnə adlarını saxlayan bu qondarma ərazilər haqqında yalnız erkən ərəb mənbələri məlumat verir. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzibati bölgüsü haqqında ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında heç bir xəbər vermir. Çox güman, bu "məlumatsızlıq" bütün bölgə ərazisinin süni şəkildə Ərminiyə adı ilə birləşdirilməsindən, bu birləşmənin isə dövrün real tarixi coğrafiyasını əks etdirməməsindən irəli gəlirdi. Məhz buna görə bu dövr haqqında məlumat verən ərəb mənbələri erməni torpaqları ilə birlikdə ermənilərə aid olmayan qonşu torpaqları da əhatə edən yeni "Ərminiyə" inzibati vahidi ilə yanaşı, ərəblərəqədərki Sasani inzibati vahidi "Azərbaycanın" (Adurbadaqanın) da adını çəkirlər. Son Sasanilər dövründə Albaniya və Atropatena ilə birlikdə imperiyanın bütün şimal kustunu əhatə edən bu ad, ərəb hakimiyyəti dövründə, şimalda Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid edilirdi. Bu yerlərdə olmuş X əsr müəllifi İbn Havqəl özünün tərtib etdiyi Xəzər dənizinin xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məhz bu təsviri vermiş, Dərbənddən Həmədanadək ərazini Azərbaycan adlandırmışdır. Onun Cənubi Qafqaz bölgəsini təsvir edən digər xəritəsində bölgə vilayətlərinin dəqiq hüdudları göstərilir. Cənubi Azərbaycan – Adurbadaqan Arran – Albaniyadan Araz çayı ilə ayrılır, bilavasitə Ermənistan isə Xilat (Van) gölü ilə Araz çayının yuxarı axarı arasında yerləşdirilir. Orta əsr ərəb müəlliflərinin (İbn Xordadbeh, əl-Bəlazuri, əl-Yəqubi, İbn əl-Fəqih və b.) ərəb inzibati-ərazi bölgüsü barədə təqdim etdikləri material bir qədər qarışıq olsa da, biri digərini tamamlayan bu məlumatlara görə, I Ərminiyə adlanan ərazi öz tərkibində ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını (Sünik – Sisəcan – Sisakan ilə birlikdə) birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın bilavasitə özündən başqa 644-cü ildən 1122-ci ilədək müsəlmanların tabeliyində olan Tiflis və onun civarları da daxil idi. II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim dairələri Curzanı (Gürcüstanın bir hissəsini), Tiflis yaxınlığında, Kür çayı sahilində yerləşən Suğdəbil şəhərini, Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad şəhərini, eləcə də Lakz vilayətini daxil edirdilər. Yalnız III və IV Ərəb Ərminiyəsi ermənilərin Dəbildən Şimşatadək yaşadıqları yerləri əhatə edirdi. Beləliklə, Xilafətin Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. VIII yüzilin sonu – IX yüzilin I yarısında Xilafətin daxilində baş verən hadisələr ərəb işğal dairələrinin Cənubi Qafqaz ərazisində yaratdıqları süni "Ərminiyə" inzibati birləşməsinin faktiki olaraq ləğvinə gətirib çıxartdı. Çox keçmədən, bu dövrdə həm də Bizansla müharibə aparan Xilafətin zəifləməsi onun yerlərdəki hakimiyyətini də nominallaşdırdı. Məhz buna görə formal olaraq Azərbaycan, Arran və Ermənistanı birləşdirən vahid Qafqaz canişinliyi – vilayəti yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə – valiyə tabe olan və ona vergi verən yerli feodallar öz mülkləri daxilində hakimiyyət və imtiyazlarını qoruyub saxlaya bilmişdilər. X əsrin müxtəlif illərində Azərbaycan torpaqlarında da olmuş əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir, müxtəlif gəlmə və yerli sülalələrin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkələrini – Azərbaycan, Arran və Ermənistanı "yalnız bir məlik – hökmdar idarə etdiyi" üçün "vahid ərazidə" birləşdirirdilər. Əsrin 80-ci illərində Qafqazda olmuş əl-Müqəddəsi bu yerlərin hamısını birlikdə "ər-Rihab iqlimi" (yəni bölgəsi) adlandırır. Onun sözlərincə, "ər-Rihab geniş və səfalı iqlimdir. Meyvə və [xüsusilə] üzümü boldur. Qiymətlər ucuzdur... Biz bu yerləri birləşdirə biləcək ümumi ad tapa bilmədiyimiz üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniş yer" kimi açıqlana bilər, Nailə Vəlixanlı). Yenə onun məlumatına görə, ər-Rihab iqliminin üçdə birini təşkil edən Arran Xəzər dənizi ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik (Kür) çayı onu ikiyə bölür. Yeri gəlmişkən, onu deyək ki, Kür çayı Arranı sağ və sol sahillərə böldüyü üçün İbn Havqəl buranı "iki Arran" adlandırırdı. Başqa ərəb mənbələri də tarixi Albaniya ilə tarixi Adurbadaqan arasında ayrıcın Araz çayı boyunca keçdiyini təsdiq edirlər. Belə ki, X əsr müəllifi əl-Məsudiyə görə, ər-Ras çayı "xürrəmi Babəkin Azərbaycanda sahib olduğu əl-Bəzzeyn adlı yerlə Arrana aid olan Əbu Musa (Qarabağ – Nailə Vəlixanlı) dağı arasında axır".Ərəblərin Arran ərazisində tabe etdikləri vilayətlər sırasında erkən ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) alban vilayət və nahiyələri Sakasenanın (Şakaşenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın), Xaçının, Mets- İrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-Miskuanın), Şəkinin, eləcə də Şirvanın, Layzanın, Məsqətin, Xursanın, Şabranın, Təbəsaranın, Muğaniyənin və b.-nın adlarını çəkirlər. Ərəblərin işğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-xəzər müharibələrinin başlanması ilə Ərdəbil və onun ətraflarının gərgin döyüş meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın yenidən bərpa edilmiş Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonunadək, yəni Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək vilayətin baş şəhəri oldu. Arranın baş şəhəri isə Həbib ibn Məsləmənin ikinci yürüşündən sonra (654-cü ildən) bütün Qafqaz ərəb canişinliyinin yeni iqamətgahına çevrilmiş Bərdə idi.Ərəblər işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda da canişinlik-əmirlik idarəetmə sistemindən istifadə edirdilər. Əməvilərə qədər ərəblər Azərbaycanı və Aranı əl - Cəzirə adlanan dördüncü əmirliyə, Əməvilərin vaxtında isə üçüncü əmirliyə daxil etmişdilər. Buradakı ərəb ordusunun başçısı olan əmir Dəbil (Dvin) şəhərində otururdu. Abbasilər dövründə əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü. «Alban tarixi» ndə bununla bağlı deyilir ki, Abbasilərin hakimiyyətə gəlməsi «Vətənimiz üçün böyük bədbəxtlik oldu, çünki ərəblər knyazlardan Albaniyanın paytaxtı Bərdəni aldılar və burada torpağımızın sərvətlərini soyub talamaq üçün öz iqamət- gahlarını yaratdı lar». Çox böyük hərbi və mülki səlahiyyətlərə malik olan əmirin sərəncamı altında xüsusi tapşırıqları icra edən məmurlar çalışırdı. Belə məmurlardan biri mülki hakim olan amil vergi yığılması işinə, məhkəmə idarəsinin rəisi olan qazı isə vəqf işlərinə nəzarət edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında müntəzəm olaraq rabitəni təmin etmək üçün bərid (bəril) adlanan poçt xidməti yaradılmışdı. Poçt idarəsinin rəisləri yerli hakimiyyət orqanlarının fəaliyyətləri haqqında da mərkəzə məlumatlar ötürməklə, siyasi polis vəzifəsini də icra edirdilər. Xilafətin Azərbaycanda, xüsusilə Aranda inzibati siyasətində şimal sərhədlərindəki əsas şəhərlərdə və məntəqələrdə ərəb qarnizonlarının - rahatların yaradılması mühüm yer tuturdu. Müxtəlif bölgələrdə hərbi məskənlər olan rahatların yaradılması və şəhərlərdə qarnizonlar yerləşdiril- məsində əsas məqsəd qayda - qanunu və asayişi qoruyub saxlamaqdan, üsyan və çıxışları yatırmaqdan, sərhədlərdə isə Bizans və Xəzərlərin hücumlarının qarşısını almaqdan ibarət idi. Ərəb ağalığı dövründə inzibati idarəetmə sisteminin quruluşu göstərir ki, Azərbaycan böyük ölkə olub, sərhədləri şimalda Dərbənddən cənubda Həmədana qədər uzanırdı. Ərəb müəllifi İbn Hövqəl Azərbaycan, Arran (Arazdan şimaldakı Azərbaycan torpaqları belə adlanırdı) və Ərməniyyənin (indiki Türkiyə ərazisindədir - Red.) ümumi xəritəsini yaratmış və maraqlıdır ki, çox düzgün olaraq onu «Azərbaycanın xəritəsi» adlandırmışdı. Ərəblər ələ keçirdikləri Azərbaycan ərazilərində möhkəmlənmək, özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən çoxsaylı ərəb mühacirləri köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilirdi. Əməvi xəlifələri ərəb köçkünlərinə ən yaxşı torpaqları ayırmaqla onları oturaq həyata alışdırmaq, xəzinəni təqaüd xərclərindən azad etmək və əhalini islama gətirmək niyyətində idi. Azərbaycanda və Aranda çox münbit torpaqları ələ keçirən ərəblər böyük imtiyazlardan istifadə edir və yerli əhaliyə həqarətlə yanaşırdılar. Köçürmə siyasətini davam etdirən Abbasi xəlifələri Azərbaycanın cənubunda daha çox Yəməndən gələn ərəbləri yerləşdirirdilər. Dərbənd və onun ətrafına daha çox ərəb köçürülmüşdü. Bunun bir səbəbini də xəzərlərin şimal sərhədlərimizə olan aramsız hücumlarının qarşısını almaq zərurəti təşkil edirdi. VIII əsrin sonu - IX əsrin əvvəllərində ərəb qəbilələrinin Azərbaycana köçürülməsi prosesi dayansa da, artıq burada həddindən çox ərəb yaşayış məskəni var idi. Ümumiyyətlə, ərəblərin köçürmə siyasəti Azərbaycanda demoqrafik vəziyyətin kökündən dəyişdirilməsinə, əhalinin assimilyasiya edilərək ərəbləşdirilməsinə, bir sözlə Azərbaycanın bir ərəb yurduna çevrilməsinə yönəldilmişdi. Lakin son nəticədə bu siyasət öz məqsədinə çatmadı. İşğalçı ərəb köçkünləri oturaq həyata keçdikcə yerli xalqın məişət və adət-ənənələrini, hətta dilini qəbul edərək tədricən öz etnik mənsubiyyətlərini itirməyə başladılar. Azərbaycanda olan ərəblər XII əsrdə artıq xeyli dərəcədə öz dillərini unutmuş və Azərbaycan əhalisinə qaynayıb qanş- mışdılar. Hal - hazırda Şimali Azərbaycanda onlarla yer adlarının tərkibində «ərəb» sözü (məsələn: Ərəbuşağı, Ərəbşamlı, Ərəbbəsrə və s.) olsa da. Mərkəzi Asiyadan fərqli olaraq bizim ölkəmizdə ərəb dilində danışan bir kənd belə qalmamışdır.

Yüklə 50,66 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin