Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Xilafətin torpaq və vergi siyasəti



Yüklə 50,66 Kb.
səhifə2/2
tarix22.12.2023
ölçüsü50,66 Kb.
#190185
1   2
Aynur tarix yeni 1

Xilafətin torpaq və vergi siyasəti
Xilafət dövründə beş torpaq sahibliyi mövcud olmuşdur. 1.Divan (sultan) mülkləri, 2. İqta, 3. Mülk, 4.Vəqf, 5. İcma. Ələ keçirilən ölkələrin torpaqları xərac torpaqları adlanırdı və mərkəzi divanda qeydə alınırdı. Həmin torpaqlardan gələn gəlir xəlifənin xəzinəsinə daxil olurdu. Xilafətin sosial-iqtisadi quruluşunda iqta torpaqları çox mühüm rol oynayırdı. Çünki hakim zümrə, mülki və hərbi məmurlar, hərbi qulluqçular bu torpaqlann gəlirləri hesabına saxlanılırdı. Xəlifə tərəfindən vəzifəyə qoyulan məmurlara verilən şəxsi iqtalar müvəqqəti olub, vəzifə müddəti bitdikdə geri alınırdı. Adətən hərbiçilərə verilən icarə iqtaları da eyni səciyyə daşıyırdı və bir qayda olaraq irsən keçmirdi. Xilafət qarşısında çox böyük xidmət göstərən şəxslərə verilən xüsusi (xass) iqtaların sahibləri çox böyük səlahiyyətlərə malik olurdular və bu iqta növü irsən ötürülə bilərdi. Belə iqtalar həm də ərazicə çox böyük olurdu. Xəlifə Mötəsim Babək hərəkatını yatırdığına görə türk sərkərdəsi Afşinə Azərbaycan, Aran və Ərmə- niyyəni iqta vermişdi. Xilafətdə mülk torpaqları xəlifə iqtaları, bataqlıqların qurudularaq əkinə yararlı hala salınması və xəlifə mülklərinin (dövlət torpağı) satın alınması hesabına yaranırdı. Xilafətə qədər Azərbaycan əyanlarının ixtiyarında olan xüsusi torpaqlar da indi mülk adlanırdı. Mülk torpaqlarını alıb - satmaq, bağışlamaq və varislərə ötürmək olardı. Bu torpaq sahibliyinə görə hərbi xidmət göstərilməsi məcburi deyildi. Xilafət dövründə Azərbaycanda geniş vəqf torpaqları mövcud idi. Vəqf torpaqlarının gəliri hesabına müqəddəs sayılan şəhərlər, müxtəlif dini müəssisələr (məscidlər, mədrəsələr və s.) saxlanılırdı. Azərbaycanda olan və qazı adlanan bəzi hərbi qüvvələrin əsgərlərinin xərci də vəqf torpaqlarının gəlirindən ödənilirdi.VIII -IX əsrlərdə Şirvanın (Bakının) neft və duz mədənləri Dərbənd əhalisinə, əslində buradakı ərəb qarnizonuna vəqf edilmişdi. Ümumiyyətlə, müsəlman ruhani idarəsinin ixtiyarında olan vəqf torpaqlarından xəzinə üçün heç bir xərac yığılmırdı. Vəqf torpaqlarının alqı-satqısı da qadağan idi. Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, otlaq və biçənəklər icma torpaqları adlanırdı. Dövlətin nəzarətində olan bu torpaqlardan hökmən xəzinəyə xərac ödənilirdi. Ərəblər Azərbaycanı işğal edəndən sonra ilk vaxtlar əvvəlki vergi sistemini saxlamışdılar. Əməvilərə qədər ərəblər Azərbaycanın ayrı-ayrı bölgələrində vergilərin ümumi miqdarını təyin edir, ancaq onun adambaşına bölgüsü işinə qarışmırdılar. Məhəmməd Peyğəmbərdən (Ə) sonra hakimiyyətdə olmuş və adı İslam dünyasında müqəddəs tutulan 4 xəlifədən biri Həzrəti Əli ərəb hakimlərindən birinə yazdığı məktubda «xərac toplanmasına deyil, torpağın becərilməsinə diqqət yetirilməsini)) əmr etmişdir. Əks halda, «ölkə var - yoxdan çıxar, xalq qırılıb tükənərdi)). Əməvilərə qədərki dövrün digər xüsusiyyəti vergilərin Sasani dövrünə nisbətən bir neçə dəfə az olmasındadır. Əsas torpaq vergisi xərac olsa da, Azərbaycanın Aran bölgəsinin xristian əhalisi xəracla yanaşı, cizyə vergisi də ödəyirdi. Müsəlmanlardan isə xərac vergisi ilə yanaşı, məhsulun onda bir hissəsini təşkil edm uşr da alınırdı. Qeyri-müsəlmanları dinə gətirmək üçün torpaq vergisi onlardan 2 dəfə çox alınırdı. Əməvilərin dövründə (661 - 750) vergi siyasətində əsaslı dəyişikliklər baş verdi. 725/26-cı ildə Azərbaycanda və Aranda əhali, torpaq, mal-qara və hər cür əmlak yenidən siyahıya alındı. Bu zaman daha çox xərac vergisinin yığılmasına diqqət yetirilsə də, əhali üzərinə sənətkarlıq məhsullarına, nigah bağlanmasına görə də vergilər qoyuldu. Əvvəlki dövrün vergilərindən olan novruz hədiyyəsi bərpa edildi, rahiblərin də üzərinə cizyə vergisi qoyuldu. Əməvilərin vergi siyasəti təkcə yoxsullan deyil, Aranın bir çox əyan və varlı adamlarını da dilənçi kökünə saldı və böyük fəlakətlərə səbəb oldu. Xalqımız ağır zülmdən inləyirdi və dözülməz fəlakətlərdən xilas yolu isə görünmürdü. M.Kalankatlınm yazdığı kimi, vergi siyahıyaalması insanları və bütün ölkəni köləlik boyunduruğu altına salmış və 727-ci ildə dəhşətli aclıq baş vermişdi. 750-ci ildə Əməvilər sülaləsini yıxaraq siyasi səhnəyə çıxan Abbasilərin Azərbaycandakı sosial - iqtisadi siyasətində etdikləri əsas dəyişiklik mövliya adlanan yerli əyanlar zümrəsinə arxalanmağa başlanmasından ibarətdir. Abbasilər yerli əyanlara ərəblərlə eyni hüquq verməsələr də, əhalinin idarə edilməsində onlardan bir vasitə kimi istifadə edirdilər. Abbasilərin dövründə xərac torpağın əkilib - əkilməməsindən asılı olmayaraq sahəsinə görə nəqd pulla alınırdı. Vergilərin nəqd pulla tələb edilməsi Azərbaycanda gümüş və qızılı tamamilə tükəndirmişdi. Xəlifə əl Mənsur (754 - 755) hətta ölülərə görə də vergi tələb edirdi. Ona «pul atası» ləqəbini vermişdilər. Mənbələrə görə «o, pulu allahdan çox istəyirdi». Xəlifə Harun ər-Rəşidin dövründə (786 - 809) Azərbaycanın və Aranın əhalisindən alınan vergilərin miqdarı hədsiz dərəcədə artırıldı. Azərbaycandan (Cənub - Red.) ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi toplanılırdı. Vergi zülmündən qaçan və ya şəhərə köçənlərin mülkiyyəti ərəb və yerli əyanlar tərəfindən mənimsənilirdi. Bu dövrdə xəracı və digər vergiləri ödəyə bilməyənləri döyür, qızmar günəş altında saxlayır, başlarına yağ tökür, arvad - uşaqlarını qula çevirir, inəyini, davarını - ələ keçən nəyi var idisə, zorla alıb aparırdılar. Mənbələrdə vergilərin iltizama verilməsi, iltizamçıların lazımi məbləğdən artıq pul və vergi yığmaq üçün rəiyyətlə rəhimsiz rəftar etməsi haqqında da məlumatlara rast gəlinir. Xilafət dövründə Azərbaycan əhalisi xüms və zəkat vergisi də ödəyirdi. Xüms yeni əmlakdan, neft, duz, filiz mədənlərindən və dəniz nemətlərindən ödənilirdi. Zəkat vergisi əmlakın onda birindən az hissəsini təşkil edirdi.


Ədəbiyyat Siyahısı:

1.Mehman Abdullayev Azərbaycan tarixi.Dərslik.Bakı:“Bakı Universiteti” nəşriyyatı, 2016


2.Qəniyev H.Q.Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı, 2019, “Elm və Təhsil” nəşriyyatı.
3.İnternet Resursları.
Yüklə 50,66 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin