Vergi VƏ MÜKƏLLƏFİYYƏTLƏr sasanilər dövründə əsas vergi növləri



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix20.06.2023
ölçüsü0,66 Mb.
#133262
  1   2
Bütün Vergi və mükəlləfiyyətlər - kurikulumla SXEMLƏ 1



 
 
 
VERGİ VƏ MÜKƏLLƏFİYYƏTLƏR 
Sasanilər dövründə əsas vergi növləri 
 
Xaraq 
Torpaq vergisi idi, əkin sahəsinin şəhərə yaxın və uzaqlığından, 
məhsuldarlığından asılı olaraq məhsulla alınırdı.
 
Gezit 
Can vergisi idi. Bütün vergi verən əhalidən ildə bir dəfə alınırdı. I Xosrovun 
islahatına əsasən uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar can 
vergisindən azad edilmişdi. 
 
 
Ərəb Xilafəti dövründə və IX-XI əsrlərdə əhalidən alınan vergi növləri 
Xərac 
Torpaq vergisi idi. Əsas vergi növü olub, məhsulla alınırdı. 
 
Cizyə 
Can vergisi idi. Müsəlman olmayan kişilərdən orduda xidmət etmədiklərinin 
müqabilində pulla alınırdı. 
 
Xüms 
Müsəlman əhalidən və hərbi qənimətə görə yeni əldə edilmiş daşına bilən 
əmlakdan alınırdı. 
 
Zəkat 
(sədəqə) 
Maldarlıqdan, ticarətsənətkarlıqdan, əkin və meyvə bağlarından alınır, 
şikəstlərin, əlacsızların və b. ehtiyac içərisində olan müsəlmanlara sərf 
edilirdi. 
Fitrə 
Varlı şəhərlilərin hər bir yaşlı üzvündən ramazan ayında bayram günü alınır 
və paylanırdı. 
Üşr 
Torpaqdan istifadəyə görə alınan başlıca 1/10 vergisi idi. 
 
 
 
Səlcuqlar dövründə əhalidən alınan vergi növləri 
Üşr 
Xass və iqta sahiblərindən alınan torpaq vergisi idi. 
Alaf 
(ərəbcə “qida”, “yem”), qarovulda
(keşikçi, gözətçi) duran dəstəni və ya 
rəsmi şəxsi təmin etmək üçün alınırdı. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin