Birinci yürüş, 1220-1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi



Yüklə 25,06 Kb.
səhifə2/4
tarix28.03.2022
ölçüsü25,06 Kb.
#54305
növüYazı
1   2   3   4
Sənəd

Birinci Rus-Qacar müharibəsi — 10 iyun 1804–12 oktyabr 1813-cü illərdə Rusiya və Qacarlar  imperiyası arasında olmuşdur.Rusların  Azərbaycanı  ələ keçirmək üçün etdiyi hərbi Muharibədə Qacarların bu torpaqları qorumaq üçün etdikləri savaşdır.

Müharibənin başlanğıcında Zaqafqaziyadakı rus qoşunlarının komandanlığı müharibə aparmağın hücum planını seçdi. İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində Üçkilsə divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik İran qoşunu ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.1805-ci il iyunun ortalarında Qacarların qoşunları Qarabağa daxil oldu. İyulun 26-da şah qoşunları rus qarnizonun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı.

İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi, 1804-cü il iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları tutduqları mövqeləri qoruyub saxlaya bildilər. Lakin azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunlarının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin