Ev əşyaları, məişət texnikası və
evə gündəlik qulluğa
8.4
8.2
8.7
Səhiyyə xidmətlərinə
4.6
4.5
4.6
Nəqliyyat xərcləri
6.1
6.5
5.7
Rabitə xərcləri
3.0
3.3
2.7
Istirahət və mədəniyyət xərcləri
4.1
4.6
3.5
Təhsil xərcləri
1.9
2.1
1.7
Mehmanxana, kafe, restoran və
yeməkxanaya
8.5
8.6
8.4
Digər mal və xidmətlərə
4.3
4.4
4.2
2012-ci ildə şəhər və kənd yerləri üzrə istehlak xərclərinin quruluşu, faizlə
Təbii mühit
Təbii mühitin öyrənilməsi zamanı əmtəə və xidmətlərin istehsalı üçün lazım gələn resursların mövcud vəziyyəti təhlil olunur. Bu mühit aşağıdakı amillər və yaxud komponentlər üzrə öyrənilir:
Xammal çatışmazlığı;
Enerjinin bahalaşması;
Ətraf mühitin çirklənməsinin artımı;
Təbiətdən istifadənin dövlət tənzimlənməsi.
Elmi – texnikimühit
Elmi – texniki mühiti əmtəənin və bazarın inkişafı üçün yeni imkanlar açan, həmçinin müəssisənin fəaliyyətinin genişləndirilməsi baxımından yeni texnologiyalar yaradan amillərin təsiri nəticəsində formalaşır. Bu mühit aşağıdakı əsas komponentlər üzrə öyrənilir:
Elmi – texniki tərəqqinin templərinin yüksəlişi;
ETTKİ – yə xərclərin artımı;
Kiçik təkmilləşdirmələrə diqqətin artırılması;
Nəzarətin gücləndirilməsi.
Siyasimühit
Müəssisəyə və insanlara təsir edən və onların fəaliyyətlərini məhdudlaşdıran qanunlar, dövlət müəssisələri və təsir qrupları siyasi mühiti formalaşdırır. Siyasi mühit aşağıdakı komponentlər üzrə öyrənilir:
Biznes sferasında qanunvericilik;
İctimai maraqları müdafiə edən təşkilatların miqdarının artması;
Sosial məsuliyyətin güclənməsi.
Fənn müəllimi: i.e.n., dos.İ.M.Xeyirxəbərov
Mədəni mühit
Mədəni mühit dedikdə cəmiyyətin fəaliyyətiniə, həmin cəmiyyətdə yaşayan insanların üstünlükvermələrinə, riayət etdikləri dəyərlər sisteminə və inamlarına təsir göstərən ictimai institutlar və başqa qüvvələr başqa düşülür. Mədəni mühit aşağıdakı elementlər üzrə öyrənilir:
Mədəni dəyərlərin dayanıqlığı;
İkinci dərəcəli mədəni dəyərlərdə baş verən dəyişikliklər;
İnsanların özləri haqqında təsəvvürləri;
İnsanların başqaları haqqında təsəvvürləri;
İnsanların təşkilatlar haqqında təsəvvürləri;
İnsanların cəmiyyətə baxışları;
İnsanların təbiət haqqında təsəvvürlləri;
İnsanların dünyanın yaranması haqqında təsəvvürləri.