*8.Ekolgoiya ətraf mühitin qorunması haqqında elmdir. Ekologiya problemi. XX əsrin ortalarından başlayaraq bəşəriyyətin üzləşdiyi qlobal problemlər içərisində mühüm yerlərdən birini də insan ekologiyası tutmağa başlamışdır. Ekologiya istilahı elmə ilk dəfə alman zooloqu E.Heggel tərəfindən gətirilmişdir. Ekologiya iki yunan sözündən (oykos-ev, loqos-təlim) ibarət olub ibtidai mənası heyvanlarla onların yaşadığı mühit arasındakı qarşılıqlı əlaqələri öyrənən xüsusi bilik sahəsi idi. Lakin elmi ictimaiyyət onu insana, cəmiyyətə aid etməkdən imtina edirdi. Təbiidir ki, bu uzun sürə bilməzdi, odur ki, ictimai ekologiya tezliklə xüsusi bilik sahəsi kimi elmlər sistemində özünə layiq yer tutdu. İctimai ekologiya problemi insanla təbiət arasında baş verən ziddiyyətlərdən irəli gəlmişdir. İnsanın təbiətə, onu əhatə edən ətraf mühitə münasibəti uzun bir tarix keçərək ciddi dəyişikliklərə məruz qalmışdır. Ətraf mühitin vəziyyəti iki başlıca amildən asılıdır. Bunlardan biri təbiətdə tez-tez baş verən kortəbii proseslər, digəri isə insanın istehsal fəaliyyətidir. Keçən əsrin ortalarından başlayaraq təbiətə göstərilən antropogen təsirlər nəticəsində, daha doğrusu, cəmiyyətin düşünülməmiş təsərrüfat fəaliyyəti sayəsində ətraf mühitdə insan üçün və bütün biosfer üçün çox təhlükəli olan bir sıra dəyişikliklər baş verməyə başlamışdır.İnsanın tələbatı ildən ilə artır, bunun nəticəsində istehsalın miqyası genişlənir, istehsal prosesinə cəlb edilən təbii sərvətlərin, energetika resurslarının həcmi də durmadan genişlənir. Bununla bağlı olaraq ətraf mühitə atılan istehsal tużdydfyallantıları da artır. Bu tullantılarla birlikdə ətraf mühitə atılan külli miqdarda zəhərli birləşmələr atmosfer havasının, su tutarlarının, torpaqların təhlükəli dərəcədə çirklənməsinə səbəb olmuş, bir çox ölkələrdə meşələrin və yaşıllıqların azalmasına gətirib çıxarmışdır.Ətraf mühit anlayışını təşkil edən mühüm ünsürlərdən biri təbiətdəki su tutarlarıdır. Kifayət qədər su olmadan kənd təsərrüfatını, sənayeni inkişaf etdirmək, insanları maddi nemətlərlə təmin etmək, onların məişətini lazımi gigiyenik səviyyədə təşkil etmək qeyri-mümkündür. Planetimizdəki şirin su ümumi su ehtiyatının yalnız 3-4 faizini təşkil edir, həm də o,ərazi üzrə bərabər "paylanmamışdır". Bəzi ölkələrdə su boldur, bəzilərində isə çatışmır. Ölkələrin daxilində də o, bərabər "bölüşdürülməmişdir". Qlobal xarakter kəsb etmiş ekoloji böhran yalnız dünya dövlətlərinin birgə səyi ilə aradan qaldırıla bilər. Lakin bu məsələnin həllində bütün insanlar iştirak etməlidir. Çünki əslində hər bir insan bu və ya digər formada təbiətlə ünsiyyətdə olur.İndiki şəraitdə meşələrin qorunması, onların bərpa edilib artırılması da olduqca vacib problemdir. Bu, sürətlə inkişaf edən xalq təsərrüfatının ehtiyaclarını ödəməklə yanaşı, ətraf mühiti mühafizə etmək üçün çox vacibdir. Havanı təmizləməkdə, iqlimi saflaşdırmaqda, çayların su rejimini yaxşılaşdırmaqda, torpaqları su və külək eroziyasından qorumaqda, onların münbitliyini artırmaqda, əhalinin sağlamlığını təmin etməkdə meşələr əvəzedilməzdir. Meşələr atmosferdəki karbon qazını və bəzi zərərli maddələri udaraq insan üçün zəruri olan oksigen hazırlayır. Meşələrdəki bəzi ağaclar antibiotik maddələr ifraz edərək ətrafdakı havanı zərərli mikroorqanizmlərdən təmizləyir. Bundan başqa, meşələrdə 12minə qədər dərman bitkisi yetişir.Belə hesab edilir ki, bir hektar yaşıllıq, xüsusilə də meşə atmosferdən gündə 60 ton tozu tutub saxlayaraq havanı ondan təmizləyir.Bu məsələlərin həllində əhalinin fəal iştirakını təmin etmək üçün adamların ekoloji mədəniyyətini yüksək səviyyəyə qaldırmaq çox vacibdir. Bu işdə ekoloji təhsil və tərbiyənin rolu çox böyükdür. Müasir dövrdə ekoloji etika prinsiplərini işləyib hazırlamağın və onların əhali arasında geniş təbliğ etməyin əhəmiyyəti xüsusilə böyükdür. Təbiəti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə sahəsində dövlət qanunları ilə yanaşı, əxlaq normalarından, ekoloji etika prinsiplərindən geniş istifadə edilməlidir.