“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi



Yüklə 230.11 Kb.
PDF просмотр
səhifə1/3
tarix26.02.2017
ölçüsü230.11 Kb.
  1   2   3

 

 

 



 

                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 12 (1609) 30 iyun  2015 - ci il                           Qiyməti 40 qəpik

“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib



Son  17  gün  ərzində  dünya  idman 



ictimaiyyətinin  gözü  Azərbaycanda  idi.  Bakı 

bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa 

Oyunlarına  layiqincə  ev  sahibliyi  etdi.  Bura-

da  gördükləri  yüksək  təşkilatçılıq,  xalqımı-

zın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri 

minlərlə  idmançını,  nümayəndə  heyətlərinin 

üzvlərini,  bu  Oyunları  televiziya  ekranların-

dan  izləyən  milyonlarla  tamaşaçının  qəlbini 

riqqətə gətirdi. 

Möhtəşəm  idman  bayramı  təntənəli  bağlanış 

mərasimi  ilə  sona  çatdı.  Mərasimin  keçirildiyi,  birinci 

Avropa  Oyunlarının  yadigarı  olan  Bakı  Olimpiya  Sta-

dionu yenə də izdihamlı idi. Bağlanış mərasiminə olan 

hədsiz  maraq  Oyunların  böyük  uğurundan  xəbər  ve-

rirdi. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, 

“Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də 

möhtəşəm  alındı.  “Bir  çox  ev  sahibi  şəhərlər  bu  cür 

tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə 

cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm 

qitə  miqyaslı  Oyunlara  yüksək  səviyyədə  ev  sahibliyi 

etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi” - Av-

ropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu 

sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, 

iyunun  17  günü  möhtəşəm  idman  bayramı  və  birinci 

Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.

Stadionda  hamı  öz  yerini  tutub:  mərasimin 

təşkilatçıları və iştirakçıları da, idmançılar və tamaşaçı-

lar da. Sonuncuların simasından, əhval-ruhiyyəsindən 

belə məlum olurdu ki, 17 oyun günü, maraqlı və gərgin 

keçən  yarışlar,  idmançılarımızın  parlaq  çıxışı  onla-

rın ürəyincə olub. Azərbaycan ötən 17 gündə 21 qızıl 

medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız 

Rusiyadan geri qalaraq ikinci yerə çıxmışıq. Avropanın 

49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq 

doğrudan  da  böyük  şərəfdir.  İdman  həvəskarlarını, 

Bakı  sakinlərini  bağlanış  mərasiminə  gətirən  əsas 

amillərdən biri də bu idi: qələbədən doğan sevinc və 

iftixar hissləri. Bu hissləri stadiona toplaşan on minlərlə 

insanın hər birinin simasından oxumaq olardı.

Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açı-

lış mərasimində olduğu kimi, bu dəfə də bənzərsizliyi, 

genişliyi ilə diqqəti çəkirdi. Əsas və yardımçı səhnələr 

buta  formasında  işlənib  və  LED  diodları  ilə  işıqlan-

dırılıb.  Stadion  üzərində  ümumi  uzunluğu  250  metr, 

yükgötürmə  qabiliyyəti  7,5  ton  olan  xətlər  çəkilib. 

Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, 

stadionda  800  səsgücləndirici  quraşdırılıb.  Bir  sözlə, 

təşkilatçılar maraqlı və yaddaqalan bağlanış şousu ha-

zırlayıblar.

Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ide-

ya və məzmununu belə ifadə edib: Mərasim ənənəvi və 

müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş 

etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin mü-

asir dövrü necə formalaşdırdığının və gələcəyə necə 

təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musi-

qisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və 

yaranan ahəngdarlıq bizi ilhamlandırır. İlk dəfə olaraq 

Avropa  Oyunları  50  ölkəni  yarış  meydanlarında  bir 

araya gətirdi. Bu axşam Oyunların uğurunu və idman-

çıların  zəfərini  qeyd  edirik.  Odlar  Yurdu  Azərbaycan 

öz  alovunu  dünya  ilə  bölüşdü.  Onun  işığı  hamımızın 

qəlbində yaşayır.

Şounun təşkilində iştirak edən 1600-dən çox könüllü-

nün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif 

ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən 

çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 

nəfərdən  çox  yaradıcı  heyət  və  34  ölkədən  müxtəlif 

sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olu-

nub.

Bağlanış  mərasimi  stadionda  şeypurların  səslən-



dirilməsi  ilə  başladı.  Nəzərlər  Prezident  lojasına 

yönəldi.  Tamaşaçılar  Azərbaycan  Respublikasının 



http://www.amu.edu.az

30 iyun  2015-ci il

2

Prezidenti  İlham  Əliyevi,  xa-



nımı,  “Bakı-2015”  ilk  Avropa 

Oyunları  Təşkilat  Komitəsinin 

sədri Mehriban Əliyevanı, Avro-

pa  Olimpiya  Komitəsinin  prezi-

denti  Patrik  Hikkini,  Bolqarıstan 

Prezidenti  Rosen  Plevneliyevi, 

Rusiya  Dövlət  Dumasının  sədri 

Sergey  Narışkini,  Lixtenşteyn 

parlamentinin  sədri  Albert  Friki, 

Avropa  Olimpiya  Komitəsinin, 

Beynəlxalq Olimpiya Komitəsinin 

nümayəndələrini,  Avropa  Olim-

piya  ailəsinin  üzvlərini  hərarətli 

alqışlarla salamladılar.

Azərbaycan 

müxtəlif 

rənglərin, insanların, ənənələrin 

vəhdətindən  ibarət  zəngin  xal-

ça  təsiri  bağışlayır.  Xalçanın 

ilmələri və naxışları kimi onların 

da hər biri fərqlidir. Buna baxma-

yaraq,  fərqlilik  onları  gözəl  bir 

əsər yaratmaq məramı ətrafında 

birləşdirir.

Yaradıcı  heyət  “Oyanış”  ad-

landırılan  mərasimi  məhz  bu 

ideya  əsasında  qurub.  Stadi-

ondakı  ekranlarda  rəngbərəng 

xalça ilmələri canlanır. Görkəmli 

rəssam Faiq Əhmədin bənzərsiz 

xalçalarının naxışı 10-dan 0-dək 

rəqəmlərə  çevrilir  və  geriyə 

sayım  başlayır.  Sıfır  göründü-

yü  an  işıq  əsas  səhnədəki  iki 

müğənninin  üzərinə  düşür.  Xor 

onlara  qoşularaq  Azərbaycanın 

dövlət  himnini  yeni  simfonik 

aranjemanda ifa edir.

Azərbaycanın  dövlət  bayra-

ğı  stadiona  gətirilir  və  Avro-

pa  Olimpiya  Komitəsinin  bay-

rağının  yanında  ucaldılır.  Bu 

məqamda  idmançılarımızın  ilk 

Avropa  Oyunlarında  qazandıq-

ları  qələbələrin  şərəfinə  dövlət 

bayrağımızın  21  dəfə  yüksəyə 

ucaldığını,  dövlət  himnimizin 

səsləndiyini bir daha qürur hissi 

ilə xatırlayırıq.

Mərasimin 

“Transformasi-

ya”  adlanan  başlanğıc  hissəsi 

Azərbaycan  musiqisi,  rəqsi  və 

memarlığının  müasirliyin  ener-

jisi və gücü ilə zənginləşdirilmiş 

ənənələrini  tərənnüm  edir. 

Ətrafa xalq musiqisinin sədaları 

yayılır və ona müasir müğənnilər 

səs  verir.  Xalq  rəqslərinin  və 

müasir  rəqslərin  ifaçıları  bir-

birilərinin  ritm  və  enerjisinə  ca-

vab  verirlər.  Rəqqasələr  əsas 

səhnədə dövrə vurduqca paltar-

ları  ətrafa  şəfəq  saçaraq  gözəl 

naxışlar yaradır.

Səhnədəki  üç  nəhəng  heykəl 

fırlandıqca 

musiqinin 

ritmi 

dəyişir. Açılan hər bir ətəyin uc-



larından 24 ifaçı tutur. Musiqi rok 

sintezinə çevrildikdə isə ənənəvi 

ətəklər  müasir  parlaq  naxışlara 

dönür. Bunun ardınca heykəlləri 

hərəkətə  gətirən  128  ifaçı  gö-

rünür.  Səhnədə  dövrə  vuran 

yüzlərlə  rəqqasə  mozaika  for-

masında  naxışlar  yaradır.  Sta-

dionda  qurulan  “Qız  qalası”nın 

divarları  aralanır  və  tamaşa-

çının  gözü  qarşısında  Bakının 

yeni  rəmzi  olan  “Alov  qüllələri” 

canlanır.  Bu  səhnə  müasirli-

yin  keçmişdən  qaynaqlandığını 

əyani şəkildə təcəssüm etdirir.

Stadionun  ekranlarında  qısa 

film  nümayiş  olunur.  Bu  film 

öz  enerjisi,  ruh  yüksəkliyi  və 

fədakarlıqları  ilə  ilk  Avropa 

Oyunlarının  uğurla  keçməsinə 

töhfə  verən  12.500  alovqoru-

yan  könüllüyə  minnətdarlığın 

ifadəsidir.

Arenada  “Çal-oyna”  xalq 

mahnısının  melodiyası  eşidilir. 

Azərbaycan  Dövlət  Uşaq  Filar-

moniyası  xorunun  ifa  etdiyi  bu 

mahnı 17 gün ərzində qəlbimizi 

idman  ustalığı  və  cəsarəti  ilə 

fəth edən 6 min atletin şərəfinə 

səslənən  bayram  havası  təsiri 

bağışlayır.  Mahnının  sədaları 

altında  stadiona  bayraqdaşı-

yanlar  daxil  olurlar.  Onlar  iki 

cərgədə  qarşı-qarşıya  hərəkət 

edirlər.  Bir  cərgənin  önündə 

Olimpiya Oyunlarının vətəni Yu-

nanıstanın,  digərinin  önündə  ilk 

Avropa  Oyunlarının  ev  sahibi 

Azərbaycanın  bayraqları  dalğa-

lanır. Uşaq xorunun üzvləri sülh 

və birlik rəmzi olan su zanbaqla-

rını komandaların bayraqdarları-

na verirlər.

İdmançılar  tribunaların  önün-

dən keçirlər. Tamaşaçılar “Bakı-

2015”in  iştirakçı  ölkələrinin 

nümayəndələrini alqışlayırlar.

Təbii  ki,  Azərbaycan  idman-

çılarının  payına  daha  çox  al-

qış  düşür.  Bu  da  təsadüfi 

deyil.  İdmançılarımız  birinci 

Avropa  Oyunlarında  sözün  əsl 

mənasında  tarix  yazmağa  nail 

oldular.  Onlar  yarışların  21  qı-

zıl, 15 gümüş və 20 bürünc me-

dalını  qazandılar.  Bununla  da 

Azərbaycan qitə üzrə ikinci yeri 

tutmaqla, idman ölkəsi olduğunu 

bir daha sübuta yetirdi.

İdmançıların  birlik  və  dostluq 

rəmzinə  çevrilən  paradı  başa 

çatdı.  Onlar  stadionda  dövrə 

vurub  tribunalarda  yerlərini  tut-

dular.

Azərbaycanın  birinci  xanımı, 



“Bakı-2015” ilk Avropa Oyunları 

Təşkilat Komitəsinin sədri Meh-

riban  Əliyeva  mərasimdə  çıxış 

etdi.


“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

30 iyun  2015-ci il

http://www.amu.edu.az

3

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev.



Birinci  xanım,  “Bakı-2015”in  Təşkilat  Komitəsinin  sədri  Mehriban 

Əliyeva.


Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Nəhayət, 17 günlük möhtəşəm idman bayramını bizimlə bölüşən hər 

bir insan. Sağ olun!

Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi.

Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun.

Prezident  İlham  Əliyevin  və  birinci  xanım  Mehriban  Əliyevanın 

rəhbərliyi  ilə  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  Əməliyyat  Komitəsi 

Avropada ən yaxşı kişi və qadın idmançılar üçün çox gözəl arenaları 

hazırladı.

İş fəaliyyətinin dəqiqliyi qızıl medallar standartına uyğun oldu.

Yeni gənc qəhrəmanlardan ibarət komandanı Sizin gözəl könüllüləriniz 

formalaşdırdı.

Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.

Burada yaratdığınız idman obyektləri gələcək illərdə atletlərinizə, xal-

qınıza və gənclərə xidmət edəcək.

Belə  bir  böyük  layihənin  reallaşdırılmasında  nümayiş  etdirdiyiniz 

yekdilliyə görə hamınıza minnətdarıq. Siz komandalarınızı idman are-

nalarında ən yüksək nəticələri əldə etmək üçün ilhamlandırdınız.

Beynəlxalq və Avropa federasiyalarına minnətdarıq. Siz bu Oyunla-

ra, innovasiyaya açıq fikirlə yanaşdınız. Biz birlikdə nümayiş etdirdik ki, 

müasir dövrün bu çoxnövlü idman tədbirləri hər bir şəhərin tələbat və 

istəklərinə cavab verə bilər.

Avropa atletlərinə minnət darlığımızı bildiririk. Siz ölkələrinizi və qitənizi 

şərəf və ləyaqətlə təmsil etdiniz. Oyunların böyüklüyünü yüksək idman 

nəticələri müəyyən edir.

Siz bizə möhtəşəm idman bayramı bəxş etdiniz.

Ümid edirəm ki, siz bu Oyunları həmişə xatırlayacaqsınız. Qələbəyə 

sevindiniz. Məğlubiyyətdən dərs götürdünüz. Siz Avropanın ən yaxşı 

idmançıları ilə yaşadıqdan, məşq etdikdən və yarışdıqdan sonra artıq 

“Rio-2016” Olimpiya Oyunlarında bütün dünya qarşısında çıxışa hazır-

sınız.


Avropa  fərqliliklər  və  böyük  rəqabət,  müxtəliflik,  idman  və  yarışma 

qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi 

bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımla-

maq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam on-

dan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm 

həftə ərzində birgə ola bilərik.

Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu 

cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.

Avropa  Olimpiya  ailəsinə  və  dünyadakı  dostlarımıza  tam  əminliklə 

deyirəm:


Azərbaycanın gələcəyi parlaqdır.

Avropa Oyunlarının gələcəyi parlaqdır.

Avropanın gözəl atletləri üçün gələcək parlaqdır.

Beləliklə,  indi  mən  minnətdarlıq,  qürur  və  böyük  nikbinlik  hissi  ilə 

“Bakı-2015” ilk Avropa Oyunlarını bağlı elan edirəm.

Sağ ol, Bakı!

Sağ ol, Azərbaycan!

-  Azərbaycan  Respublikasının  Prezidenti 

Zati-aliləri İlham Əliyev.

Avropa  Olimpiya  Komitəsinin  prezidenti 

Patrik Hikki.

Zati-aliləri.

Avropa Oyunlarının atletləri.

Xanımlar və cənablar.

İlk Avropa Oyunlarının bağlanış mərasiminə 

xoş gəlmisiniz.

Hörmətli həmvətənlər,

Birinci Avropa Oyunlarının uğurla başa çat-

ması münasibətilə sizi ürəkdən təbrik edirəm. 

Oyunlar  zamanı  Azərbaycan  yığma  koman-

dasına, Avropa atletlərinə və çoxsaylı qonaq-

larımıza göstərdiyiniz dostluq, qonaqpərvərlik 

və  dəstəyə  görə  sizə  dərin  minnətdarlığımı 

bildirirəm.

Müstəqil  Azərbaycana  yeni  qələbələr, 

Azərbaycan  xalqına  xoşbəxtlik  və  əmin-

amanlıq arzulayıram.

Əziz dostlar,

İlk Avropa Oyunları başa çatır. Ötən 17 gün 

Azərbaycanın tarixində əlamətdar və yaddan 

çıxmaz günlər oldu.

Biz  ilk  Avropa  Oyunlarının  ölkəmizdə 

keçirilməsindən  fərəhlənirik.  Qürur  hissi  du-

yuruq  ki,  Azərbaycan  öz  üzərinə  götürdüyü 

öhdəliyi cəmi iki il yarım ərzində reallığa çe-

virdi və ən yüksək standartlara uyğun idman 

tədbirini keçirdi.

Son  17  gün  ərzində  biz  Avropa  dövlətləri 

arasında  birliyin,  həmrəyliyin  və  dostluğun 

şahidi olduq.

Mən  Oyunlara  və  atletlərə  verdiyi  bö-

yük  dəstəyə  görə  Azərbaycan  xalqına  və 

Azərbaycan  Respublikasının  Prezidenti 

cənab  İlham  Əliyevə  dərin  minnətdarlığımı 

bildirmək istəyirəm.

Bütün xalq öz atletləri ilə qürur duyur. On-

lar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl 

medal qazanmış, ümumi medallar cədvəlində 

isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, 

Sizin  uğurunuz  gələcək  nəsillər  üçün  bariz 

nümunədir.

Mən  bu  Oyunlarda  iştirak  etmiş  bütün 

atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk 

Avropa Oyunlarını belə bir yaddaqalan idman 

festivalına  çevirdiyinizə  görə  minnətdaram. 

Siz möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə 

və incəliklə bizə bəxş etdiniz. Bu Oyunlar Sizin 

Oyunlardır və nailiyyətləriniz bizi həqiqətən il-

hamlandırır.

Hamınızı təbrik edirəm.

Mən mövqeyi və qətiyyəti sayəsində Avro-

pa  Oyunları  ideyasını  reallığa  çevirən  Avro-

pa  Olimpiya  Komitəsinə  və  onun  prezidenti 

cənab  Patrik  Hikkiyə  dərin  təşəkkürümü  və 

minnətdarlığımı bildirmək istəyirəm.

Mən,  həmçinin  hazırlıq  zamanı  dəyərli 

tövsiyələrinə  görə  Əlaqələndirmə  Komissi-

yasının sədri Spiros Kapralosa təşəkkürümü 

bildirmək istəyirəm.

Oyunların  Təşkilat  Komitəsinin  üzvlərinə 

və bütün beynəlxalq tərəfdaşlarımıza nüma-

yiş  etdirdikləri  sadiqliyə  və  fəaliyyətə  görə 

minnətdaram.

Avropadan  öz  komandalarına  dəstək 

vermək məqsədilə gəlmiş çoxsaylı sədaqətli 

azarkeşlərə  təşəkkür  edirəm.  Siz  qələbələri 

qeyd etdiniz. Siz məğlubiyyət zamanı təsəlli 

verdiniz.  Siz  Oyunlar  üçün  istək,  coşqu  və 

dostluq mühitini yaratdınız.

Mən gözəl könüllülərimizə minnətdarlığımı 

bildirmək  istəyirəm.  Siz  olmadan  biz  bu 

tədbiri  keçirə  bilməzdik.  Sizin  həvəsiniz  və 

peşəkarlığınız “Bakı-2015” ruhunu canlandır-

maqda bizə yardımçı oldu. Ölkəmizin böyük 

gələcəyi olan bu cür istedadlı gəncləri var.

Xarici könüllülərimizə də çox sağ ol deyirik. 

Siz  bütün  Avropadan  Azərbaycana  gəldiniz 

ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək 

edəsiniz  və  idman,  dostluq  festivalının  bir 

hissəsi  olasınız.  Biz  sizsiz  darıxacağıq  və 

ümid edirəm ki, yenidən gələcəksiniz.

Azərbaycan öz qollarını və ürəyini Avropa-

ya açdı. Biz köhnə dostlarımızı salamladıq və 

yenilərini qazandıq.

Bu  axşam  biz  hamınızla  sağollaşırıq.  La-

kin  Sizi  Azərbaycanda  gələcək  tədbirlərdə 

yenidən görməyə ümid edirik.

Gələn  il  Bakıda  42-ci  Şahmat  Olimpiada-

sı  və  “Formula-1”  Avropa  Qran-pri  yarışları 

keçiriləcək.  2017-ci  ildə  biz  dördüncü  İs-

lam  Həmrəylik  Oyunlarını  qəbul  edəcəyik. 

Nəhayət,  2020-ci  ildə  futbol  üzrə  Avropa 

çempionatının  matçları  şəhərimizdə  təşkil 

olunacaq.

Bu  axşam  biz  məşəli  söndürəcəyik  və  ilk 

Avropa  Oyunları  başa  çatacaq.  Belə  bir  id-

man və dostluq bayramı başa çatdığı zaman 

mən ölkəmizdən və xalqımızdan böyük qürur 

duyduğumu bəyan edirəm.

Son 17 gün hər zaman xatirimizdə qalacaq. 

O,  nəsillərə  qalacaq,  tariximizin  yaddaqalan 

məqamı olacaq.

Atletlər, sağ olun!

Dostlar, sağ olun!

Azərbaycan, sağ ol!

(Birinci  xanım,  “Bakı-2015”  Avropa  Oyun-

ları  Təşkilat  Komitəsinin  sədri  Mehriban 

Əliyevanın  çıxışı  dəfələrlə  sürəkli  alqışlarla 

qarşılandı).

* * * 


Sonra  Avropa  Olimpiya  Komitəsinin  prezi-

denti Patrik Hikki çıxış etdi.



“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Birinci xanım Mehriban Əliyevanın çıxışı

Patrik Hikkinin çıxışı

http://www.amu.edu.az

30 iyun  2015-ci il

4

X X X



Çıxışlar  zamanı  fonda  gözəl  musi-

q

i  səslənir.  Onu  Avropanın  istedadlı 



musiqiçilərindən  biri  olan  Kristian  Ştayn-

hauzer  bağlanış  mərasimi  üçün  məxsusi 

bəstələyib.

Stadionun  monitorlarında  daha  bir  qısa 

film  nümayiş  olunur.  Film  Azərbaycanın 

yaxın  illərdə  ev  sahibliyi  edəcəyi  böyük 

tədbirlərdən  -  2016-cı  il  “Formula-1”  Av-

ropa  Qran-pri  yarışlarından,  2017-ci  il 

İslam  Həmrəylik  Oyunlarından,  2020-ci 

il  futbol  üzrə  Avropa  çempionatının  final 

mərhələsi matçlarından və Bakının görməli 

yerlərindən bəhs edir.

Biz  hər  gün  yeniləşən  texnologiya-

lar  əsrində  yaşayırıq.  Bu  texnologiyalar 

sayəsində ölkələr və ayrı-ayrı fərdlər - on-

ların  ideyaları,  mənsub  olduqları  xalqın 

mədəniyyəti  və  daşıdıqları  enerjini  bir-

birinə  ötürmək  baxımından  əvəzolunmaz 

mübadilə imkanları yaranır.

Səhnədə  dünyamızın  gələcəyi  təsvir 

olunur.  Bu,  gəncliyin  enerjisidir.  Rəqqas 

səhnədə bir enerji qığılcımı yaradır. Güclü 

enerji  bədənindən  keçərək  onu  hərəkətə 

gətirir. Rəqqas bu enerjini rəqqasəyə, daha 

sonra isə başqalarına ötürür. Onların urban 

və atletik tərzdə hərəkətləri yüksək enerji-

li hip-hop rəqsinə çevrilir. Beş yüzdən çox 

ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı 

lövhələri başları üzərində tutaraq səhnəyə 

daxil  olur.  Onlar  hərəkət  etdikcə  lövhələr 

əvvəlcə  qrafik  ekvalayzer,  daha  son-

ra  şanagülü  formasına  düşərək  müxtəlif 

heyrətamiz obrazlar yaradır.

Musiqi  getdikcə  həzinləşir  və  tamaşa-

çıların  diqqəti  səmaya  yönəlir.  İfaçılar 

üzərində  altıbucaq  formalı  işıq  zolaqları 

olan sirk halqalarında akrobatik hərəkətlər 

edirlər. Onlar tədricən yerə enir və bu za-

man  səhnədə  çıxış  edən  ifaçılar  şouya 

qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar 

olan 75 ifaçı səhnə boyunca hərəkət edir. 

Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı 

lövhələr birləşərək buta formalı üç səhnəni 

təcəssüm  etdirən  obraza  çevrilir.  Sonda 

“Bakı-2015”  birinci  Avropa  Oyunlarının 

rəmzi  olan  nar  ağacının  qrafik  obrazı  ya-

ranır.

Stadionun  monitorlarında  17  günlük 



yarışların  əsas  məqamları  nümayiş  etdi-

rilir.  Tamaşaçılar  ruh  yüksəkliyi  və  sevin-

cin,  qələbə  və  məğlubiyyətin  doğurduğu 

hisslərin,  idman  arenalarında  yaranmış 

dostluğun şahidi olurlar.

Stadiona 

Azərbaycan 

muğamını 

tərənnüm edən həzin kamança səsi yayılır. 

Əsas səhnədə Atəşgah məbədi ucalmağa 

başlayır. Məbədin damında dayanmış qum 

rəssamı Simurq quşu əfsanəsindəki “həyat 

ağacı”nı  çəkir.  Onun  çəkdikləri  səhnədə 

heyrətamiz  şəkildə  canlanır.  Yetmiş  altı 

rəqqas  qum  üzərində  çəkilən  təsvirlərə 

mütənasib  xoreoqrafik  hərəkətlər  nüma-

yiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir 

etdikdə  rəqqaslar  külək  və  dalğaları  can-

landırırlar.  Daha  sonra  o,  qum  üzərində 

quş fiqurları çəkir və səhnədə Oyunların iş-

tirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 

50 quş görünür. Quşlar bir yerə toplaşaraq 

əfsanəvi Simurq quşuna çevrilir.

Musiqi  getdikcə  daha  təntənəli  xarakter 

alır. Qum rəssamı indi alov rəsmləri çəkir 

və səhnəyə alov dilimlərinə bənzər qanad-

ları  olan  rəqqaslar  çıxır.  Musiqi  güclənir, 

rəqqaslar  daha  çevik  hərəkətlər  edir  və 

səhnə  sanki  od-alova  bürünür.  İfa  kulmi-

nasiya  məqamına  çatdıqda  Simurq  quşu 

heyrətamiz şəkildə alovlanır və stadionun 

mərkəzində şölə saçaraq yanmağa başla-

yır.

Bu möhtəşəm səhnə məşhur əfsanənin 



motivləri əsasında qurulub. Əfsanəyə görə, 

bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və 

müdrikliyin  müjdəçisi  olan  sehrli  Simurq 

quşunun axtarışına çıxır. Bir araya gəldikdə 

Simurq  quşunun  ruhunun  qəlblərində  ya-

şadığını  və  birləşəcəkləri  təqdirdə  vahid 

sirli varlığa çevriləcəklərini anlayırlar. Belə 

də olur. Onların birliyindən yaranan Simurq 

quşu  alovların  əhatəsində  pərvazlanıb 

səmaya qalxır və qanad çaldıqca yanaraq 

minlərlə işıq zərrəciyi arasında görünməz 

olur. Onun közü yerə yeni həyat toxumları 

kimi  səpələnir,  torpağa  düşdükcə  oyanış, 

dirçəliş baş verir.

Mərasim üçün yaradılan Simurq quşunun 

çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. 

Onun  50  qanadının  hər  birinin  uzunluğu 

gərildikdə 1-3,4 metrə çatır.

Səmadan tamaşaçıların üzərinə Simurq 

quşu  əfsanəsindəki  oyanış  və  dirçəliş 

toxumlarını  əks  etdirən  yanar  köz  -  işıq 

diodları  səpələnir.  Beləliklə,  17  günün 

kulminasiya  nöqtəsi  yaxınlaşır,  birinci  Av-

ropa Oyunlarının alovu sönməyə başlayır. 

Yavaş-yavaş  sönməkdə  olan  bu  alovun 

ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 

uşaq dayanır. Onlardan biri Oyunların alo-

vu ilə çırağını yandıraraq onu digər uşaq-

larla bölüşür. Çıraqlar bir-bir yanır.

Sonra  səhnənin  mərkəzinə  yaxınlaşan 

alov ifaçıların yanından keçir və onların da 

çıraqları  yanmağa  başlayır.  Bu  çıraqların 

asıldığı  nəhəng  çilçıraq  səmaya  yüksəlir. 

Stadion  möhtəşəm  işıq  selinə  qərq  olur. 

Buradan belə bir məna çıxır: Avropa Oyun-

ları  alovunun  zərrəciklərini  qəlbimizdə 

daşıyıb dünya ilə paylaşsaq, o da Simurq 

quşu kimi ölməz olacaq.

Bu  təsirli  səhnələr  Martin  Rozenqarten 

və Kristian Ştaynhauzerin Azərbaycan xalq 

mahnısı  “Sarı  gəlin”in  motivləri  əsasında 

aranjeman etdikləri “Lanterns” musiqisi ilə 

müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin 

ifasında balabanda səslənir.

Stadionda  müasir  rəqslər  və  mahnılar, 

ecazkar  görüntülər  bir-birini  əvəz  edir. 

Məşhur  musiqi  qruplarının  və  xarici  est-

rada ulduzlarının ifaları əsl bayram ovqatı 

yaradır.

İdmançılar  tribunalardan  meydança-

ya  axışır,  rəqs  edənlərə  qoşulurlar.  Bu 

səhnə  birlik  və  dostluğun  daha  bir  parlaq 

nümayişinə çevrilir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə