29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi



Yüklə 23.77 Kb.

tarix23.12.2016
ölçüsü23.77 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 161-162 (2016)

 

161 



 

 

MÜKAFATLAR  



 

29 aprel 2016-ci il tarixdə  Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında  “Azərbay-

can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və   AMEA-nın görkəmli alimlərin adlarını 

daşıyan mükafatların təqdimetmə mərasimi keçirilib.  AMEA Biologiya və Tibb Elmləri Bölməsinin 3 

üzvü bu nüfuzlu mukafatlara layiq görülüb.  

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NİZAMİ GƏNCƏVİ ADINA QIZIL 



MEDALI – B.A. AĞAYEV 

 

Akademik Böyükkişi  Ağa  oğlu  Ağayev Azər-

baycanda  qara  ciyər,  öd  yolları,  mədəaltı  vəzi  xəs-

təliklərində rekonstruktiv və bərpaedici əməliyyatla-

rın  təkmilləşdirilməsi  və  tətbiqi  sahəsindəki  nailiy-

yətlərə, o cümlədən üçcildlik “Cərrahi əməliyyatların 

atlası”  kitabının  hazırlanmasında  xidmətlərinə  görə 

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına 

Qızıl medalı"na layiq görülüb.  

Akademik  Böyükkişi  Ağayevin  elmi  fəaliyyə-

tinin əsas istiqamətini hepotobiliar cərrahiyyə, əsa-

sən qara ciyər, öd yolları, mədəaltı vəzi, həzm sis-

temi  orqanlarının  və  digər  cərrahi  xəstəliklərin 

diaqnostikası və müalicəsi təşkil edir. Cərrahi əmə-

liyyatlarla əlaqədar orqanizmin immun sistemində-

ki dəyişikliklərin nizamlanması, müxtəlif orqanların 

funksional  fəaliyyətinin  müəyyənləşdirilməsi  sahə-

sində  alimin  eksperimental  nəticələr  əsasında  təc-

rübi tövsiyələri və ixtiraları dünya tibb elminin ye-

nilikləridir.  Öd  yollarında  aparılan  bir  sıra  rekon-

struktiv  və  bərpa  edici  əməliyyatların  təkmilləşdi-

rilməsində  və  praktiki  olaraq  tədbiqində  böyük 

xidmətləri olmuşdur.  

Akademik  B.A.Ağayev  400-ə  qədər  elmi  əsə-

rin, o cümlədən 12 monoqrafiya, 3 cildli  

 

 



 

“Cərrahi  əməliyyatlar  atlası”  nın  (2015),  çoxsaylı 

dərsliklərin və 8 ixtiranın müəllifidir.  

Alimin rəhbərliyi altında 52 fəlsəfə doktoru, 9 

elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur.  

Akademik B.A.Ağayev beynəlxalq aləmdə ta-

nınmış  alimdir.  O,  bir  cox  beynəlxalq  elmi  cərra-

hiyyə cəmiyyətlərinin üzvüdür. 



 

 

 

 

 

 

 

 

 

MÜKAFATLAR 

162 


AMEA-NIN AKADEMİK MİRƏSƏDULLA MİRQASIMOV ADINA 

MÜKAFATI –  A.Ə. NAMAZOVA  

 

 

 



Azərbaycanda  körpə  və  uşaqlarda  ürək-damar 

sistemi  xəstəliklərinin  yayılmasının  tədqiqi,  kliniki 

xüsusiyyətlərinin aşkar edilməsi, terapevtik və cər-

rahi müalicə üsullarının sistemli tətbiqinə görə aka-

demik Adilə  Əvəz  qızı  Namazovaya AMEA-nın 

akademik Mirəsədulla  Mirqasımov  adına mükafata 

layiq görülüb. 

Akademik  Adilə  Namazovanın  elmi  fəaliyyə-

tinin  əsas  istiqamətini  uşaqlarda  kəskin  revmatizm 

zamanı  ürək-qan  damar  sisteminin  funksional  və-

ziyyətinin  öyrənilməsi,  anadangəlmə  ürək  qüsur-

larının diaqnostikası, diferensial diaqnozu, belə qü-

surlar  zamanı  cərrahi  əməliyyata  göstəriş  və  əks-

göstərişin  müəyyənləşdirilməsi  problemləri,  uşaq-

larda  hipertoniya  və  hipotoniya  xəstəliklərinin  epi-

demiologiyasının,  kliniki  əlamətlərinin  xüsusiyyət-

lərinin,  təzahür  formalarının,  profilaktika  və  müa-

licə  üsullarının  işlənilib  hazırlanması  və  səhiyyə 

praktikasına tətbiqi təşkil edir. 

A.Ə.Namazova  400-ə  yaxın  elmi  əsərin,  32 

monoqrafiya,  dərslik  və  dərs  vəsaitinin,  5  ixtiranın 

müəllifidir.  Çoxsaylı  beynəlxalq  konqres,  qurultay 

və  simpoziumlarda  elmi  məruzələrlə  iştirak  etmiş, 

dünyanın hər yerində Azərbaycan pediatriya elmin-

in  ləyaqətli  təmsilçisinə  çevrilmiş,  özünün  elmi 

məktəbini yaratmışdır.  

Alimin  rəhbərliyi  altında  60-artıq  tibb  elmləri 

namizədi və tibb elmləri doktoru hazırlanmışdır.  

Akademik  Adilə  Namazova  pediatriya  sahə-

sində beynəlxalq aləmdə tanınmış alimdir. O, Azər-

baycan  Respublikası  Pediatrlar  Assosiasiyasının 

prezidenti,  Ümumdünya  və  Avropa    Pediatrlar  As-

sosiasiyası idarə heyətinin üzvü, Türkdilli Ölkələrin 

Pediatrlar  Assosiasiyasının  vitse-prezidenti  kimi  

yüksək vəzifələrdə çalışmışdır.  

 

 



 

AMEA-NIN HƏSƏN BƏY ZƏRDABİ  ADINA MÜKAFATI –  

S.R.  MƏMMƏDOVA 

 

 



 

 

Azərbaycanda  bitkilərin  mühafizəsi  və  bitki 



xəstəliklərinin  tədqiqi  sahəsindəki  əsərlərinə  görə 

akademik Siddiqə  Rza  qızı  Məmmədova AMEA-nın 

Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb. 

 

Akademik Siddiqə Məmmədovanın elmi fəaliy-



yətinin əsas istiqamətini Azərbaycanda çoxillik  me-

şə,  meyvə,  subtropik,  yonca  və  s.  kənd  təsərrüfatı 

bitkilərinin zərərli faunasının geniş öyrənilməsi əsa-

sında ətraf mühit üçün təhlükəsiz mübarizə tədbirləri  

sisteminin  işlənilib  hazırlanması  və  tətbiqi  təşkil 

edir.  


S.R.Məmmədova  220-dən  artıq  elmi  əsərin,    

3 monoqrafiyanın, 5 tədris vəsaitinin, 2 soraq kita-

bının, 7 ixtiranın, 3 pestisidlər kataloqunun müəlli-

fidir. 


Alimin  rəhbərliyi  ilə  15  elmlər  namizədi  və       

5  elmlər  doktoru  dissertasiyası  müdafiə  olunmuş-

dur. itki mühafizəsi, o cümlədən, entomologiya sa-

həsində hərtərəfli biliyə malik olan alimdir.  

Akademik S.R. Məmmədova ölkəmizdə və xa-

ricdə tanınmış alimdir. Bitki mühafizəsi sahəsində-

ki əldə etdiyi nəticələrə görə, bitki mühafizəsi üzrə 

keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı 

və  diplomu  ilə  təltif  olunmuşdur.  Entomoloqların 

Ümumittifaq,  eləcə  də  Zaqafqaziya  qurultaylarının 



dəfələrlə iştirakçısı olub. 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva
journal -> Hipoksiyanın Fundamental Aspektləri və Eksperimental Tədqiq Yolları E. C. Mehbalıyeva




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə