“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi



Yüklə 230,11 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix26.02.2017
ölçüsü230,11 Kb.
#9804
1   2   3

A.KAMRANOĞLU

 

İmanova  Səidə  1927-ci  ildə  Bakı 

şəhərində anadan olmuşdur. 1945-ci ildə 

orta  məktəbi  qızıl  medalla,  1950-ci  ildə 

N.Nərimanov  adına  Azərbaycan  Dövlət 

Tibb  İnstitutunu  (indiki  ATU)  fərqlənmə 

diplomu ilə bitirmişdir. 1958-ci ilədək Se-

maşko  adına  Şəhər  klinik  xəstəxanasının 

nevroloji  şöbəsində  ordinator  işləmişdir. 

1958-1960-cı illərdə SSRİ TEA Nevrologi-

ya İnstitutunun ordinatoru olmuşdur. 1961-

ci  ildə  isə  Azərbaycan  Tibb  İnstitutunun 

nevrologiya  kafedrasının  aspiranturasına 

daxil olaraq SSRİ TEA Nevrologiya İnsti-

tutuna  ezam  edilmişdir.  1964-cü  ildə  as-

piranturanı bitirmiş və Bakı Elmi Tədqiqat 

Travmatologiya və Ortopediya İnstitutunun 

elmi işçisi, sonra isə elmi katibi seçilmişdir. 

1968-ci ildə Moskvada SSRİ TEA Nevro-

logiya  İnstitutunda  dissertasiya  müdafiə 

etmiş və tibb elmləri namizədi adına layiq 

görülmüşdür.

 1969-cu ildə müsabiqə yolu ilə ADTİ-nun 

sinir xəstəlikləri kafedrasının dosenti seçil-

mişdir.

  İmanova  Səidə  Sadıx  qızı  kafedrada 



işlədiyi müddət ərzində elmi pedaqoji işdə 

xüsusi  bacarığı  ilə  fərqlənmişdir.  Onun 

oxuduğu  mü hazirələr  və  apardığı  prak-

tik  dərslər  kafedra  işçiləri  və  tələbələr 

tərəfindən  yüksək  qiymətləndirilmişdir.  92 

çap edilmiş elmi işin müəllifi olub.

O,  namizədlik  dissertasiyasının  mü da-

fiəsi  üzrə  ixtisaslaşdırılmış  Elmi  Şuranın 

və  Problem  komissiyasının  üzvü,  Səhiyyə 

Nazirliyinin  Attestasiya  Komissiyasının, 

Azərbaycan  Nevroloqlar  Cəmiyyətinin 

idarə heyə tinin üzvü, uzun müddət kafedra-

nın tədris hissə müdiri, Səhiyyə Nazirliyinin 

Tibbi  reabilitasiya  idarəsinin,  müxtəlif  tibb 

müəssisələrinin  konsultant-nevropatoloqu 

olmuşdur.  80  illik  yubileyi  münasibəti  ilə 

“Fəxri fərman”la  təltif edilmişdir.

Gözəl insan, bacarıqlı və səriştəli peda-

qoq Səidə xanım İmanovanın əziz xatirəsi 

kollektiv  və  tələbələrin,  onu  tanıyanların 

yaddaşında daim yaşayacaqdır.

Allah rəhmət eləsin, qəbri nurla dol-

sun!!

Nevrologiya və tibbi genetika 

kafedrasının əməkdaşları

  

İmanova Səidə Sadıx qızı

 ATU-nun nevrologiya və tibbi 

genetika kafedrasının kollektivinə ağır 

itki üz vermişdir Kafedranın dosenti, 

tibb elmləri namizədi İmanova Səidə 

Sadıx qızı 2015-ci ilin mayın 24-də 

dünyasını dəyişmişdir.

u İyun ayının 29-da  Azərbaycan Tibb Univer sitetinin Tədris Cərrahiyyə Klinikasında 



Uzman  kar dio-cərrah  Dr.  Mirəli  Məcidov  «Ürək-damar  xəstəliklərinə  ümumi  baxış» 

mövzusunda məru zə ilə çıxış edib.

Toplantıda  öncə  Baş  həkim  t.ü.f.d.  Dos.  Dr.  Asiman  Həsənov  çıxış  etdi.  Daha 

sonra  Ürək-damar  Cərrahiyyə  şöbəsinin  müdiri,  Uzman  kardio-cərrah  Dr.  Mirəli 

Məcidov Ürək-damar cərrahiyyəsinin bütün patalogiyalarından, bu patalogiyalar za-

manı əməliyyatdan öncə və sonra tətbiq olunan taktikalar barəsində ətraflı məlumat 

verdi. O bildirdi ki, məhz Tədris Cərrahiyyə Klinikasında bu əməliyyatlar çox uğurla 

aparılır.

Belə  ki,  Dr.  Mirəli  Məcidov  Koronar  arteriya  xəstəlikləri,  əməliyyata  göstərişləri, 

tətbiq olunan qreftlər, Klassik Koronar Bypass əməliyyatı, Bypass-körpü əməliyyatı, 

Off-pump AKŞ, hansı xəstəliklərdə tətbiq olunduğunu, ürəyin arxa üzünün revas-

külarizasiyası,  anastamoz  tipləri,  Miokard  infarktının  ağırlaşmaları,  Aort  qapaq 

xəstəliyi, aort stenozu, aort çatışmamazlığı, bu zaman əməliyyata göstərişlər, qapaq 

seçımı, mirtal qapaq çatışmazlıqları, qapaq təmiri, “Ring” annuplasti, mitral mexanik 

protez qapaqlar, dağılma riski, klinika və diaqnostikası, əməliyyata göstərişlər, Aort 

diseksiyaları, Debakey və Stanford siniflənməsi, İntramural hematoma, Aort kökü 

təmiri,Bental əməliyyatı, Cabrol əməliyyatı, Malperfuziya, Abdominal aort anevriz-

ması, müalicə taktikaları, Periferik arter cərrahiyyəsi, damara müdaxilə yolları, AV 

greft yerləşimləri,qalıcı kateterin qoyulması, kateterizasiyaya bağlı ağırlaşmalar və 

s. mövzular üzərində ətraflı çıxış etdi.

Toplantıda iştirak edən şöbə müdirləri, rezidentlər və tələbələrin mövzu üzərində 

ətraflı müzakirəsi aparıldı.

Sonda Baş Həkim Dos. Dr. Asiman Həsənov tutduğu bu məsuliyyətli və qürurve-

rici yolda uzman-kar dio-cərrah Dr.Mirəli Məcidova təşəkkürünü bildirərək, uğurlar 

dilədi və cərrahiyyənin müxtəlif sahələri üzrə bu tip mühazirələrin həftədə bir dəfə 

keçirilməsinin həkim, rezident və tələbələr üçün səmərəli olduğunu da qeyd etdi.

Tədris Cərrahiyyə Klinikasında «Ürək-

damar xəstəliklərinə ümumi baxış» 

mövzusunda məruzə dinlənildi

«MƏŞƏLİ DAŞIMAQ ÜÇÜN SEÇİLMƏK BÖYÜK ŞƏRƏFDİR»

ATU-nun mətbuat xidməti


http://www.amu.edu.az

30 iyun 2015-ci il

Bayramova Mədinə Mənsum qızı

 1992-ci ildə  Ağdam rayonunun İmamqulubəyli kəndində 

anadan olub.  Səbail rayonunun Badamdar qəsəbəsindəki 

239 saylı və Binəqədi rayonundakı 182 saylı məktəbdə orta 

təhsil alıb.  Oxuduğu müddət ərzində fəallığı ilə seçilib. Bilik 

yarışmasında 54 məktəb içərisinə 2-ci yeri tutaraq oxuduğu 

məktəbi layiqincə təmsil edə bilib. Dəfələrlə olimpiadalarda, 

inşa musabiqələrində  iştirak edərək yer tutub. Azərbaycan dili 

və ədəbiyyatı fənlərindən rayon və şəhər uzrə 1-ci, respubli-

ka üzrə 4-cü yerə layiq görülüb. Orta məktəbi əla qiymətlərlə 

bitirərək Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika  

fakültəsinə qəbul olub. Oxuduğu 6 il ərzində çoxlu seminar 

və konqreslərdə iştirak edərək bir cox sertifikatlara layiq 

görülüb.  Bundan başqa Türkiyənin  İzmir,  Ankara,  Mardin,  

Antep, İstanbul və s. kimi şəhərlərində tibbi konfranslarda 

iştirak edib. Yay  praktikalarını İstanbulda Şisi Etfal EAHde, Semiha ŞAKİR Qadın Dogum 

Xəstəxanasında, Zeynəb Kamildə,  Bakirkoy Dövlət Xəstəxanasında, Hasekidə keçirib. Bundan 

başqa Ankara Səhiyyə Nazirliyindən Global şirkətin əməkdaşliği ilə qabiliyyət sertifikatı alıb. 

Xeyriyyə məqsədilə yaradılan qrupun üzvü olub,  tez–tez uşaq evlərinə baş cəkərək ianələrin 

verilməsində iştirak edib.

Ankaranın Tip dil imtahanından müvəffəqiyyətlə keçərək TUS-da imtahan verməyə haqq 

qazanıb. Əsas hədəfi Türkiyədə savadlı mütəxəssis kimi yetişməkdir.  

Tibbi-biologiya  və  genetika  kafedrasının  müəllimi  Abbaszadə  Zümrüd  Əmirqulu  qızının  adına 

Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş buraxılış vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə bilər.

Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 250

Bir yol  imdadıma zamanında gəl,

Təmiz  xəyalında, gümanında gəl.

Bəxtımin sisində, dumanında gəl,

Söz-söhbət içində itib batmışam.

Çəkdirmə həsrətin, həsrət acıdır,

Təsəlli verənim təkcə bacıdır.

Sevgi şah damarın qızıl tacıdır,

Bu gecə yuxumu sənlə qatmışam.

Loğmansan, dərdimin dərmanı  səndə,

Tənhalıqdan  düşdüm mən də kəməndə.

Gəl apar məni də özünlə kəndə,

Hər şeyi şəhərdə üzüb atmışam.

Sara GÖYÇƏLI

ATU-nun əməkdaşı

Vətənə apar məni,

Sözümü verim sənə.

Həsrətdən qurtar məni,

Közümü verim sənə.

Çəkdiyim mənə bəsdir,

Harayım quru səsdir.

Düşmənin yolun kəsdir,

Dözümü verim sənə.

Göz yaşın sıx gözümə, 

Eşqim ol, ax gözümə.

Gözünlə bax gözümə,

Gözümü verim sənə.

Bir gün duruxdum yenə,

Sual verdim özümə:

- Vətən hardan başlayır?

Cavab verdim beləcə:

Vətən - 


Ana bətnindən,

İsti ana qoynundan,

Qucağından başlayır!

Ayaq açıb gəzdiyin

Çölündən, çəmənindən,

Məlhəm tək qoxladığın

Çiçəyindən başlayır!

Vətən -


Ulu babalartək ,

Başı qarlı dağlardan...

İgid ərənlər kimi

Hayqıran, tüğyan edən,

Əsən, coşan, çağlayan

Gur çaylardan başlayır!

Vətən -

Koroğlu tək hünərli



Babaların gücündən,

Qüdrətindən  başlayır!

Tomris-Nigar ürəklı

Nənələrin  qanından,

Qeyrətindən başlayır!

Vətən - 


Xocalı, Şuşa  kimi

Qarabağ harayından,

Zillətindən başlayır!

“Vətən”- deyıb can verən

Şəhidlərin qanından,

Ruhundan başlayır!

Sual verdim özümə:

- Mənimçün Vətən nədir?

Cavab verdim beləcə:

Vətən-mənim yurd yerim,

Vətən-mənim and yerim!

Vətən-mənim səcdə  yerim,

Vətən qibləgahımdır!

  Vətən bütün varlığım,

  Sinəmdə vuran qəlbim.

  Damarda axan qanım,

  Vətən mənim canımdır.

  Vətən üçün canımdan

  Keçməyə də hazıram.

  Vətənim Azərbaycan...

  Vətənə canım qurban.

Mənsurə MÜRSƏLQIZI

ATU-nun əməkdaşı

Oxucularımızın yaradıcılığı

ZAMANINDA GƏL

ZAMANINDA GƏL

APAR  MƏNİ

APAR  MƏNİ

VƏTƏN

VƏTƏN

Azərbaycan Tibb Univer-

sitetinin  Ümumu  cərrahlıq 

kafedrasının  əməkdaşları 

t.ü.e.d.  Novruz  Hacıyev 

və  t.ü.f.d.  Elman  Tağıyev 

may  ayında  Almaniya-

nın  Hannover  şəhərində 

keçirilən  «İnternationaler 

Kongress 

Fachmesse» 

adlı  Bey nəlxalq  konqresdə 

Respublikamızı,  eləcə  də 

Azərbaycan  Tibb  Universi-

tetini  uğurla  təmsil  ediblər. 

Belə  ki,  Universitetimizin 

hər  iki  əməkdaşının  elmi  

məruzələri  böyük  maraq-

la qarşılanıb. N.Hacıyev gənc  alim  kimi ilk  dəfə  

olaraq    konqresin  cərrahi  panelinə  sədrlik  edib. 

Konqresdəki uzun müddətli 

fəaliyyətinə görə N.Hacıyev 

Almaniyanın Təbiət Akade-

miyasına  gizli  səsvermə 

yolu  ilə  üzv  seçilib.  Hər  iki 

alimimiz  konqresdəki  ak-

tiv  fəaliyyətlərinə,  təqdim 

et dikləri  elmi  məruzələrin 

aktuallığı  və  müasir  elmi 

əhəmiyyətinə  görə  konq-

resin  təşkilatı  rəhbərliyi 

tərəfindən  yüksək  qiy mət-

ləndirilib.  Novruz Hacıyevə 

Paster 


medalı, 

Elman 


Tağıyevə  isə  Kox  medalı 

təqdim edilib. 



“Təbib”

Beynəlxalq uğurlarımız

Quliyeva Münəvvər 

İsax qızı 

1991-ci ildə Bakıda 

ziyalı ailəsində anadan 

olub. 1998-ci ildə Bakı 

şəhərindəki 126 saylı tam 

orta məktəbin 1-ci sinfinə 

gedib. 2002-ci ildə imtahan 

verərək Bakı Kompüter 

Kolleci nəzdindəki tam orta 

məktəbin  5-ci sinfinə daxil 

olub. Həmin illərdə Məktəb 

parlamentinin və “İrəli” 

Gənclər Təşkilatının fəal 

üzvlərindən olub. 2007-ci 

ildə BDU-nun nəzdindəki 

Gənc İstedadlar liseyində təhsilini davam etdirib. 

2009-cu ildə həmin liseyi müvəffəqiyyətlə başa 

vuraraq Azərbaycan Tibb Universitetinin müalicə işi 

fakültəsinə daxil olub.  

2011-ci ildə müsabiqə yolu ilə  Ankara Dövlət Tibb 

Universitetinə qəbul olub.

İngilis, alman, rus dillərini bilir.

Gələcəkdə savadlı həkim kimi xalqımızın sağlamlı-

ğı keşiyində durmaq arzusundadır. 



Abbasova 

Ləman Malik 

qızı  

1991-ci ildə 

Bakıda anadan 

olub. 1998-ci 

ildə 160 saylı 

Klassik Gimna-

ziyanın  I sinfinə 

gedib. 2009-cu 

ildə 43 saylı 

Humanitar liseyi 

əla qiymətlərlə 

bitirərək  

575 bal-

la Azərbaycan Tibb Universitetinin 

müalicə işi fakültəsinə daxil olub. 

2012-ci ilin aprelində  fakültə üzrə 

Tələbə Elmi Cəmiyyətinin konfran-

sında  «Şəkərli diabetin qaraciyər 

fermentlərinin aktivliyinə təsiri» mövzu-

sundakı çıxışına görə  birinci yeri tutub. 

Gələcəkdə təhsilini İngiltərədə davam 

etdirməyi düşünür. 



Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà 

ãèéìəòëəðëə áàşà âóðàí ìəzóíëàðûìûz

Depressiyadan  və  psixi  poz-

ğunluqlardan  əziyyət  çəkən 

uşaqların  sayı  artır.  Alimlər 

bildirirlər  ki,  kiberhədələmə 

uşaqlarda sinir sistemi ilə bağlı 

bir sıra xəstəliklərin yaranması-

na səbəb olur. AZƏRTAC xarici 

KİV-lərə istinadla xəbər verir ki, 

söhbət  “Facebook”  kimi  sosial 

şəbəkələrdən gedir.

Psixoloqlar Alberta Universitetinin və Qabaqcıl Təcrübə Mərkəzinin 

(Ottava,  Kanada)  nümayəndələrinin  köməyi  ilə  həyata  keçirilən 

36  tədqiqat  nəticəsində  müəyyən  ediblər  ki,  elektron  hücumların 

təməlində yaşıdlarla münasibətlərdə problemlər dayanır. Sən demə, 

rəyi soruşulanların 5 faizdən 74 faizə qədəri virtual təhqirlərə məruz 

qalıb. Orta göstərici 23 faiz təşkil edib. Başqa sözlə desək, hər dörd 

uşaqdan biri internet-hədələmənin qurbanıdır.

Ekspertlər bildiriblər ki, hədələmə ilə depressiyanın inkişaf ehtimalı-

nın artması arasında sabit qarşılıqlı əlaqə müşahidə olunur. Məsələn, 

sınaqların aparıcı müəllifi Mişel Hamm bildirib ki, çox vaxt belə mani-

pulyasiyaların qurbanı məhz qızlar olur.



Kanada alimləri: Hər dörd uşaqdan 

biri internet-hədələmənin qurbanıdır

Yüklə 230,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin