SəRBƏst iŞ Tələbə: Elşən Aslanov Müəllim: Mehparə Tajdehibonab Fakultə: Regionşünaslıq İxtisas: Mərkəzi və Şərqi Avropa Qrup: 170b



Yüklə 134,14 Kb.
səhifə1/2
tarix18.12.2022
ölçüsü134,14 Kb.
#76148
  1   2
1.1 Elşən Aslanov, 170b. Macarıstan 1991-2020-ci illərdə


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ



SƏRBƏST İŞ

Tələbə: Elşən Aslanov
Müəllim: Mehparə Tajdehibonab
Fakultə: Regionşünaslıq
İxtisas:Mərkəzi və Şərqi Avropa
Qrup: 170b
Fənn: Mərkəzi və Şərqi Avropa Tarixi
Mövzu: Macarıstan 1991-2020-ci illərdə


BAKI-2021
Macarıstan 1991-2020-ci illərdə
Macarıstan mərkəzi Avropada yerləşən ən qədim dövlətlərdən biridir. Əhalisinin sayı 10 milyona yaxındır. Paytaxtı Budapeşt dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir və dünya miqyasında tanınan bir çox universitetlərə ev sahibliyi edir. Macarıstan 2004-cü ildə Avropa Birliyinin tam üzv olduqdan sonra təhsil sahəsində böyük irəliləyişə nail olmuş və artıq təhsilin güclü bir ənənəsi olan Macarıstan universitetləri Avropanın ən yüksək reytinqli universitetləri arasında yer almışdır. Avropada münasib təhsil xərcləri ilə yüksək keyfiyyətli təhsil almaq istəyən tələbər üçün Macarıstan universitetləri ən əlverişli seçimlərdən biridir. Macarıstanda təhsilin yüksək səviyyədə olmasına bariz bir nümunəsi, ümumilikdə 14 Macar elm və incəsənət adamının Nobel mükafatına layiq görülməsidir. Macarıstan Avropa Birliyinə daxil olan ölkələrdən biri olduğu üçün, bu ölkədə alacağınız diplom dünyanı bir çox ölkəsində və bütün Avropa ölkələrində tanınır.
Macarıstanın relyefi daha çox düzənlik xarakterə malikdir. Orta Dunay ovalığı geniş bir sahəni əhatə edir. Şimalda dağlar az bir sahəni tutur. Faydalı qazıntı ehtiyatları azdır. Əsas təbii sərvəti boksit yataqlarıdır. Az miqdarda daş kömür, neft, təbii qaz, mis və uran ehtiyatlarına malikdir. İqlimi mülayim kontinentaldır. Belə əlverişli iqlimin olması və həmçinin geniş düzənlik sahələr və məhsuldar torpaqlar burada kənd təsərrüfatının inkişafı üçün əlverişli imkan yaradır. Təbii bitki örtüyü insanlar tərəfindən çox dəyişdirilmişdir. Ərazinin 16%-ni meşələr təşkil edir. Dunay, onun qolu olan Tisa və başqa çaylardan suvarma və nəqliyyat məqsədilə geniş istifadə edilir. Mənzərəli Balaton gölü və başqa təbii imkanlar hesabına turizmin inkişafına nail olunmuşdur.
ÜDM görə adambaşına düşən orta illik gəlir 13.487 ABŞ dolları. (2015) Ixracat əsaslı iqtisadiyyata sahib olan Macarıstan, beynəlxalq iqtisadi konjonktürün yaratdığı risklərə açıqdır. Xarici ticarətinin böyük bir hissəsini AB ölkələri ilə edir. Əsas məhsul qruplarına görə xarici ticarət əlaqələrində maşınlar, elektron əşyalar və nəqliyyat vasitələri ölkənin idxal və ixracatında əsas sektorlar olaraq ön plandadır. Idxalatın təxminən 50%-ni, ixracatın isə 60%-ni bu üç sektor təşkil edir.
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir.
Azərbaycanlılar Macarıstanda təhsil üçün daha çox 1990-cı illərdə maraqlanmağa başlayıblar və artıq 90-cı illərin ortalarından hər il bir neçə tələbə Mərkəzi Avropa Universitetində təhsil alıb. Daha sonralar azərbaycanlılar digər ali məktəblərdə də təhsil almağa başlayıblar və hazırda Macarıstanda 10-dan çox ali məktəbdə azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Macarıstan-Azərbaycan Gənclər Birliyi Macarıstanda təhsili Azərbaycanda təbliğ etməkdədir və bu layihə "Study in Hungary" adlanır. Bir çox universitet məzunları Macarıstanda qalaraq işləməklə Macarıstan azərbaycanlılarına çevrilmişlər.
2006-cı ilin 17-18 sentyabr tarixlərində Budapeştdə kütləvi etiraz aksiyaları baş vermişdir. Bunun səbəbi baş nazir Ferents Dürçanyın seçiciləri aldatma halını sübut edən audioyazıların üzə çıxması idi. 10 minə yaxın nümayişçi baş nazirin istefasını tələb edərək Budapeştin mərkəzində toplaşmışdır. İğtişaşlar Dürçanyın partiyasının tam məğlubiyyətə uğradığı 1 oktyabr seçkisinə qədər davam etmişdir.
Macarıstan ərazisi 7 regiona bölünür, regionlar isə medyelərə bölünür . 2013-cü il yanvar ayının 1 qədər medye bölgələrə və ya kişterşeqilərə (kistérség) ayrıldı. Hal-hazırda, Macarıstan 7 regiona, regionlar isə 19 medyeyə bölünür, medyələr isə 175 yaraşlara, yaraşlar — icmalara bölünüb. Bundan başqa, Macarıstanın (Budapeşt, Debretsen, Mişkolç, Seqed, Peç və Dyör) böyük şəhərləri respublikaya tabedir. Yerli rəhbərliklər seçkilər vasitəsilə formalaşan bələdiyyə başçılarını və icmalarını təmsil edir. Vəzifə müddəti 4 ildir.
Yanoş Ader (mac. János Áder, 9 may 1959, Csorna, Dyör-Moşon-Şopron) - Macar vəkil və siyasətçi, 10 may 2012-ci ildən etibarən Macarıstanın prezidenti.
Yanoş Ader Macarıstanın Dyör-Moşon-Şopron əyalətinin Corna şəhərində katolik ailəsində anadan olmuşdur. Orta məktəbi bu şəhərdə bitirdikdən sonra 1978-ci ildə Eötvöş Lorand Universitetinin hüquq və siyasi elmlər fakültəsinə daxil olmuşdur. 5 il burada təhsil alan Yanoş 1986-1990-cı illərdə Macarıstan Elmlər Akademiyasında Sosiologiya Tədqiqat Universitetində tədqiqatçı kimi çalışmağa başlamışdır. 1980-ci illərin sonlarında Yanoş dönəmin liberal-demokrat partiyası FİDES-ə qoşuldu. Daha sonra 1989-cu ildə Macarıstanda tək partiyalı sistemin ləğv edilməsi ilə “Müxalifətin Dəyirmi Masası” debatlarının üzvlərindən biri oldu.
Yanoş Ader ictimai və siyasi fəaliyyətinə FİDES-in 1990 və 1994-cü illərdə parlament seçkilərində seçki kompaniyasının rəhbəri daha sonra, 1990-cı ildən 2009-cu ilə qədər millət vəkili olaraq fəaliyyət göstərməsi ilə başlamışdır. 12 illik deputatlıq dövründə Yanoş Ader müxtəlif rəhbər vəzifələrdə çalışmışdır:

  • 17 iyun 1997-1998-ci illərdə Macarıstan Milli Məclisinin sədr müavini

  • 18 iyun 1998-15 may 2002-ci illərdə Milli Məclisin spikeri

  • 2002-ci il seçkilərində isə FİDES partiyasının müxalifət lideri olmuşdur.

O, 2009-cu ildə keçirilmiş Avropa parlament seçkilərində namizəd kimi uğurla keçdi və nəticədə Macarıstan parlamentindən istefa verdi. 23 yanvar 2012-ci ildə Avropa Komitəsinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsinin sədr müavini seçildi.

Yüklə 134,14 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin