16 Çirkləndiricilərin atılması və yayılması reyestrləri. Çirkləndirici maddələrin atılması və yayılması reyestrləri haqqında Avropa ölkələri ətraf mühit nazirlərinin «Avropa üçün ətraf mühit»



Yüklə 13,62 Kb.
tarix11.06.2023
ölçüsü13,62 Kb.
#128403
ƏMTQ 16,50,52


16) Çirkləndiricilərin atılması və yayılması reyestrləri.
Çirkləndirici maddələrin atılması və yayılması reyestrləri haqqında Avropa ölkələri ətraf mühit nazirlərinin «Avropa üçün ətraf mühit» konfransında qəbul edilmiş və 21 may 2003-cü ildə 36 ölkə və Avropa İttifaqı tərəfindən imzalanmışdır. Bu yeni hüquqi sənəd əksər Avropa ölkələri üçün mütərəqqi addımdır.Baxmayaraq ki, onun tətbiqi sahəsi gözləndiyindən dar da olsa orada standart ÇAYR-ın bir çox həlledici elementləri əks olunmuşdur.Ətraf mühitin bütün mhitlərinə, o cümlədən hava, su, torpaq və yerin təkinə kompleks yanaşma Müəssisələrin müxtəlif obyektləri üzrə ayrı-ayrı hesabatlar Obyektin hüdudlarından kənara atılma və yayılmalar Qeyri dəqiq mənbələrdən hesabatlar üzrə məhdud vəzifələr İctimaiyyət üçün əlyetərlik və məlumatların açıqlanması Milli ÇAYR-ın hazırlanması və aparılması üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı.
Reyestrə ikiaspektli yanaşma nəzərdə tutulur ki, bu zaman çirkləndiricilərin yayılması və göstəricilərin hüdudlarının açılması faktlarının qeydə alınarkən həm, orada konkret çirkləndirici maddələr, həm də konkret tullantılar əks olunmalıdır.
Bir sıra ölkələrdə informasiyanın və məlumatların açıq reyestr və ya informasiya sistemlərində saxlanması onlara çəkilən xərclər baxımından səmərəlidir.
50) Su blok komponenti üzrə aqroekoloji monitorinqin əsas vəzifələri.
Kənd təsərrüfatı istehsalının, о cümlədən əkinçiliyin intensivləşdirilməsi su ekosistemlərinin fəaliyyətinin dəyişməsinə kömək edir. Son onilliklərdə sututarlarının evtrofiyalaşması, onların dayazlaşması, zəhərli maddə və elementlərin, duzların miqdarının artması, suyun fiziki-kimyəvi və mikrobioloji xassələrinin pisləşməsi müşahidə olunur. Suyun keyfiyyət göstəriciləri sistemi aqroekosistemin blok-komponentlərinin, bu blok-komponentlərin ауrı-aуrı elementlərinin müxtəlif qarşılıqlı təsir dərəcəsini nəzərə almalıdır.
Müxtəlif torpaq-iqlim bölgələrində su blok-komponenti üzrə aqroekoloji monitorinqin əsas vəzifələri – suyun xassələrinin rejim və proseslərinin proqnozu, qiymətləndirilməsi və nəzarəti əsasında su mühitinin yüksək ekoloji təhlükəsizlik səviyyəsini təmin etməkdən ibarətdir.
52) Kompleks mühəndis ekoloji monitorinq

Ətraf mühitin vəziyyəti və onun dəyişməsi haqqında informasiya insana öz fəaliyyətinin planlaşdırılması üçün lazımdır. 100 ildən artıqdır ki, havanın , iqlimin dəyişməsi müşahidə olunur. Bu dəyişmələr metereolojı, fenoloji, seysmoloji və ətraf mühitin vəziyyətinin müşahidəsinin başqa növləri vasitəsilə öyrənilir. Dəyişiklər üzərində monitorinq qlobal, regional, lokal (xətti), nöqtəvi şəkildə aparıla bilər.„ Monitorinqin obyektləri: atmosfer havası, hidrosferin, torpağın bioloji, seysmik ionosferin monitorinqi, günəş, qravimetrik maqnitometrik və s. Bioloji monitorinqə zooloji (balıqlar, quşlar və s.) botanik və antropoloji monitorinqləri daxildirlər.
Yüklə 13,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin