2016-multikulturalizm iLİDİR



Yüklə 15.39 Kb.
tarix07.09.2017
ölçüsü15.39 Kb.
2016-MULTİKULTURALİZM İLİDİR.

Son illər dünyanın dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilən Azərbaycanda hər bir xalqa və dinə bərabər yanaşma mövcuddur.Ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinə yaradılan tolerant mühitin əsasında səmimiliyi,qonaqpərvərliyi,bərabər hüquq və humanizmi özündə cəmləşdirən qanunvericilik dayanır.

Ölkəmizin bu nailiyyətlərini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili”elan etmişdir.

Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət deməkdir.

O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Azərbaycan bütün cənubi Qafqazda tolerantlıq nümunəsidir.Ölkəmizdə fərqli mədəniyyətlərin,dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub.Azərbaycanda məscidlərlə yanaşı sinaqoqlar və kilsələr də fəaliyyət göstərir.Dini icmaların işi azaddır.Dövlət vəsaiti hesabına bir çox kilsələr bərpa olunub.

Çoxmillətli ölkəmizdə bütün millətlər bir ailə kimi sülh,qarşılıqlı anlaşma,mehribanlıq şəraitində yaşayırlar.Hansı millətə mənsub olmasından asılı olmayaraq,Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır.

Bütün bunları nəzərə alaraq biz kitabxanaçılar, mədəni irsin təbliğatçıları xalqımızın mədəni-etik mədəniyyətini ,milli abidələrimizi oxucular arasında geniş şəkildə təbliğ etməyə borcluyuq.Kitab və rəsm sərgiləri,dəyirmi masalar,şeir müsabiqələri,tədbirlərin keçirilməsi,kitab bayramlarının təşkili Multikulturalizm sahəsində qarşımızda duran vəzifələrdəndir.

Aşağıdakı mövzularda dəyirmi masalar təşkil etmək olar:

-“Azərbaycanda dini tolerantlıq mədəniyyəti.”

-“Azərbaycan ərazisində olan dini abidələr:məscidlər,ziyarətgahlar,kilsələr,məbədlər. “

-“Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi dinlər və təriqətlər,dini cərəyanlar. “

-Azərbaycanda din: ən qədim dövrdən bu günədək.”

Aşağıdakı başlıqlarla sərgilər hazırlamaq olar:

-“Dünya xalqlarına örnək”

-“Dini-mədəni dəyərlər”

-“Azərbaycanda abidələr”

-“Sülh və tolerantlıq.”

Ən fəal oxucuların Suraxanı qəsəbəsində yerləşən Azərbaycanın tarixi-mədəni abidəsi olan “Atəşgah”od məbədinə ekskursiyasının təşkili məqsədəuygun sayılardı.



 Prezidentimiz İlham Əliyev tərəfindən elan edilən “Multikulturalizm ili” çərçivəsində Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar ilk dəfə bir araya gələrək eyni vaxtda bir yerdə bir sırada vəhdət namazı qılmışlar. Məlumatlara görə, min ildən artıqdır, İslam dininin iki böyük məzhəbi - sünni şiələr ibadətlərini fərqli şəkildə fərqli məkanda yerinə yetiriblər.

 Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir .

Tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuş və bu ənənə Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.Ölkəmizdə demokratik-hüquqi prinsiplərin,din və vicdan azadlığının həyata keçirilməsinin təminatçısı olan möhtərəm dövlət başçımızın qayğı və diqqəti sayəsində dini baxışından asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət bəslənilir,ayrı seçkiliyə yol verilmir,insanlara dini ayinləri sərbəst yerinə yetirmək üçün şərait yaradılır.

Hazırladı:Suraxanı rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri

Ələkbərova Sevda




: front -> files -> libraries
libraries -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
libraries -> Rafiq Zəka Xəndan-75
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə