Sahə nəzəriyyəsində nominativ mənaların oppozisiya problemi
Əsgərova Münəvvər Ehtibar qızı
Gəncə Dövlət Universiteti
asgarovamunavvar@gmail.com
Açar sözlər: sahə nəzəriyyəsi,oppozisiya,nominativ məna,dil vahidləri, onomasioloji yanaşma,qnoseoloji xarakter funksional-semantik sahələr, morfem sahələri, fonem sahələri, derivasion sahələr, leksik sahələr, semantik sahələr, makro və mikro sahələr
Key words: field theory,opposition,nominative meaning,language units,onomasiological approach,gnoseological character, functional-semantic fields, morpheme fields, phonemes, derivation fields, lexical fields, semantic fields, macro and micro fields
Sahə nəzəriyyəsində dil sisteminin tərkib hissələri olan mövqelərin qarşılaşdırılması, əlaqələr və münasibətlər mühüm əhəmiyyət kəsb edir. Sahə nəzəriyyəsində nominativ mənaların qarşılaşdırma münasibətlərinin təhlili vacibdir.
Sahə nəzəriyyəsində nominativ mənaların oppozisiya (qarşılaşdırma) problemi bir çox dilçilər tərəfindən təhlilin subyektiv metodu hesab edilir. Bir çox elmlərin, o cümlədən dilçiliyin də əsas istiqamətlərindən biri dil vahidlərinin qarşılaşdırılmasını deyil, məhz bu vahidlər arasındakı əlaqələr və münasibətlər sistemini öyrənir1.
Qarşılaşdırma metodunun tərəfdarlarının fikrincə, oppozisiya (qarşılaşdırma) dil sistemində əlaqələr və münasibətlərin ifadəsidir. Məsələn, sahə nəzəriyyəsində ekvivalent münasibətlər üçün bir ümumi elementin digərləri ilə müqayisəsi səciyyəvidir. Fəlsəfənin, ziddiyyətlərin vəhdəti və eyniyyəti qanununa əsasən hər bir element öz səciyyəvi xüsusiyyətlərinə əsasən digər bir elementlə oxşardır. Lakin bu fakt heç də həmin elementlər arasında müəyyən əlaqənin olduğunu sübut etmir.
Sahə nəzəriyyəsində oppozisiyaların (qarşılaşdırmaların) və əlaqələrin rolunu qeyd etməmək mümkün deyildi Çünki bu problem terminoloji səciyyə daşımır, ümumnəzəri və qnoseoloji xarakteri ilə fərqlənir2.
Sahə nəzəriyyəsinin dilçilikdə ilk tədqiqatçılardan Y.Tririn, L.Vaysberqerin, V.Porsiqin adlarını çəkmək lazımdır. Sahə nəzəriyyəsinə paradiqmatik baxımdan yanaşmaya Y.Tririn və Vaysberqerin əsərlərində rast gəlinir. V.Porsiq isə sahə nəzəriyyəsinə sintaktik baxımdan yanaşmışdır. Bəzi dilçilər sahə nəzəriyyəsinin araşdırılmasında semasioloji və onomasioloji yanaşmanı üstün tuturlar. Bu alimlər dilin ontologiyasını əks etdirən sahə nəzəriyyəsi ilə digər qrammatik kateqoriyalar arasında əlaqə axtarırlar.
Bu dilçilərin fikrincə, sahə nəzəriyyəsi bir təfəkkür fenomenidir. Digər sahə nəzəriyyəsini hər bir alim öz nöqteyi-nəzərindən izah etməyə çalışaraq fərqli formada adlandırır. Sahə sözü bu alimlər tərəfindən funksional-semantik sahələr, morfem sahələri, fonem sahələri, derivasion sahələr, leksik sahələr, semantik sahələr, makro və mikro sahələr, cəmlik sahəsi, məchulluq sahəsi, modallıq sahəsi, zaman sahəsi, keçmiş zaman sahəsi, antroponimik sahə, qrammatik-leksik sahə, transformasion sahə, məkan sahəsi, əşyəvilik sahəsi və s. adlanan leksik qrupların tərkibində işlədilir.
Sahə nəzəriyyəsini tədqiq edən alimlərin fikrincə, nominativlik sahəsinin komponentlərini vahid semantik əlamət birləşdirir. Lakin bu vahid semantik əlamət bəzən ekstralinqvistik səciyyə daşıyır. Bəzi dilçilik ədəbiyyatında sahə məfhumu bəzən kateqoriya və ya sistem ifadələri ilə təqdim olunur. Bu məfhumlar bir tərəfdən zaman sahəsi, məkan sahəsi adlanırsa, digər tərəfdən zaman kateqoriyası, hal kateqoriyası, məkan kateqoriyası kimi təqdim olunur.
Dilçilikdə semantik sahə anlayışı Q.İpsenin əsərlərində ilk dəfə təqdim olunmuşdur. Q.İpsenin araşdırmalarında sahə eyni mənaya malik sözlərin vəhdəti və cəmidir. Q.İpsenin dilçilik elmində əsas xidməti ondan ibarət olmuşdur ki, o “leksik sahə” və “anlam sahəsi” terminlərini yaratmış və onların funksional fərqlərini izah etmişdir3.
Y.Trir və E.A.Nadya V.Humboldt və Q.Ostqofa istinadən qeyd etdilər ki, sahə nəzəriyyəsi eyni mənalı nominativ leksemlərin birliyinə əsaslanır4. Y.Trir sahə nəzəriyyəsini ümumfəlsəfi və ümumlinqvistik kateqoriya hesab etmişdir5.
Beləliklə,alimin fikrincə, dilçilikdə sahə yalnız bir qrup nominativ sözün ümumi məna məcmusundan ibarətdir və burada əsas amil ümumi mənanın varlığıdır. Y.Trir Q.İpsenə istinad edərək semantik sahə anlayışını ən optimal variant hesab edirdi. Tririn sələflərindən olan K.Royninq sahə nəzəriyyəsinin əsasən psixolinqvistik yönümlü olduğunu düşünürdü.
ƏDƏBİYYAT
1. Ф.де Соссюр. «Курс общей лингвистики. Москва: Учпедгиз, 1933, с. 90-91.
2. Булаховский Л.А. Введение в языкознание, т. 2, М., Учпедгиз, 1954, c. 41-44.
3. Doroszevski W. Uvagi o semantyce dyskusji logicznosemantycznej “Myse Hilozoficzna, 1955, №3, c. 83-94.
4. Р.Иост. «Общая теория квантовых полей». Москва, «Наука», 2001, с. 83-84.
5. Дж.Платт. Метод строгих выводов. «Вопросы философии, 1965, № 9, с. 76-77.
6. А.А.Уфимцева. Теория семантического поля. Москва, Наука, 2012, с. 113-119.
7. Гумбольдт В. Труды по языкознанию. Москва, «Прогресс», 1984, с. 91-94.
Opposition problem of nominative meanings in field theory
Asgarova Munavvar Ehtibar
Resume
Semantic fields are part of the vocabulary of the language, that creates hierarchical values of the language system. The semantic field study of the meaning structures of the nominative words is based on the factorial differentiation factor as a very relevant problem. Here, nominative words are based on compact, concrete lexical-semantic fields, rather than mixed texts of dictionaries.
Dostları ilə paylaş: |