Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab



Yüklə 158,37 Kb.
səhifə1/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
  1   2   3   4   5   6   7   8   9   ...   62
sos pdqgk imt


Sosial pedaqogika imt s
Sual 1. Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi
Cavab:
Pedaqogika elmi XVII əsrə qədər fəlsəfənin tərkibində olmuşdur, XX əsrdə cəmiyyətin müxtəlif sahələrinə nüfuz edərək bu elmin müxtəlif sahələri yaranmış, inkişaf etmiş və formalaşmışdır. Buraya körpəlik pedaqogikası, məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, ali məktəb pedaqogikası, əlahiddə və xüsusi pedaqogika, hərbi pedaqogika, fənlərin tədrisi metodikası, ailə pedaqogikası, Azərbaycan xalq pedaqogikası və digər pedaqoji elmlər sahəsi daxildir. Son illərdə bura sosial pedaqogika da daxil edilmişdir. Cəmiyyətdə sosial münasibətlərin həlledici səviyyədə inkişafı ona pedaqoji yanaşmanı zəruri etdi. “Sosial” (lat.sözü sosialist) mənası içtimai olub, insanların cəmiyyətdəki real həyatını və münasibətlərini əks etdirir. Sosial pedaqogika fikrinin rüşeymləri və ənənələri hələ Qədim dünyada bəsit formada yaranmışdır. Belə ki, V əsrdə Demokrit tərbiyənin içtimai şəraitlərdən asılı olduğu fikrinə gəlmiş, Platon, Aristotel (e.ə. V-IV əsrlərdə) tərbiyəni insanın inkişafının şərti hesab etmiş, cəmiyyətin taleyinin onun vətəndaşlarının inkişafından asılı olduğunu söyləmişlər. Sosial pedaqogika termini XIX əsrdə, təxminən 130 il bundan əvvəl məşhur alman pedaqoqu Disterverq tərəfindən təklif edilmişdir. Bu terminin evristik mənası dərk olunmadığından o yalnız XX əsrin 80-90-cı illərindən etibarən xüsusi aktuallıq kəsb etməyə başlamışdır. Əslində tərbiyə ilə bağlı olan bütün sferalarda, məsələn uşaq evlərində, yataqxanalarda və s. Həmişə sosial pedaqoq (sosial işçi) fəaliyyət göstərmişdir. Hal-hazirda sosial pedaqogika müasir pedaqogikanın önəmli sahəsi kimi formalaşmışdır. Görəsən, bu maraqlı elm sahəsi nəyi öyrənir? Hansı məsələləri araşdırır? Buna görə gəlin pedaqogika elminin tərifini xatırlayaq. Pedaqogika nəyi öyrənir?

  1. Pedaqogika böyüyən nəslin tərbiyəsindən bəhs edən elmdir

  2. Pedaqogika uşaqların təlim-tərbiyəsindən bəhs edən elmdir

  3. Pedaqogika uşaqların tərbiyə, təhsil və təliminin məqsədi, məzmunu, qanunauyğunluqları və səmərəli yollarından bəhs edən elmdir

  4. Pedaqogika təsirin məqsədə yönəlmiş xüsusi və mütəşəkkil sistemi vasitəsilə böyüməkdə olan nəslin və yaşlı insanların tərbiyəsindən bəhs edən elmdir.

Sosial pedaqogika pedaqogika elmi kimi təlim, tərbiyə, təhsil və inkişaf xüsusiyyətlərini öyrənir. Lakin onun fərqi ondan ibarətdir ki, sosial pedaqogika bu sahələri sosial baxımdan öyrənir. Cünki bu sahələrin hər biri sosial xarakter daşıyır. Pedaqogika nəzəriyyəsi sosial amilləri nəzərə almasa o şagird şəxsiyyətinin formalaşmasının sosial-içtimai mahiyyətini açıqlaya bilməz. Pedaqogika tərbiyə, təhsil və təlimi ümumi kontekstdə öyrənirsə, sosial pedaqogika sosial-pedaqoji faktları xüsusi tədqiqat sahəsi kimi ayırıb, onların mahiyyətini sosial kontekstdə izah edir. Sosial pedaqogika V.İ.Zaqvyazinski və Semyonovun təbirincə desək, “tərbiyənin içtimai hadisə kimi, mənəvi münasibətlərin növü kimi tədqiq edir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin