Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 8. Müəllim-şagird münasibətləri və onların humanistləşdirilməsi



Yüklə 158,37 Kb.
səhifə8/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
sos pdqgk imt

Sual 8. Müəllim-şagird münasibətləri və onların humanistləşdirilməsi
Cavab:
Şəxsiyyətlərarası ünsiyyətdə humanizm prinsipinin əsas götürülməsi hər iki tərəf üçün əhəmiyyətlidir. Humanizm sosial pedaqogikada insanın sosial əhəmiyyətinin üstünlüyünü, onun hüquqlarının və inkişafının müdafiəsi üçün şərait yaradılmasına kömək edir.
Müəllim-şagird münasibətlərinin humanizm prinsipi əsasında həyata keçirilməsi sosial-pedaqoji əhəmiyyətə malikdir. Daha çox texnoloji nailiyyətlərə can atan bəşəriyyət, XXI əsrdə insan faktorunun mövcudluğunda əsaslı rol oynayan insanpərvərliyi, insana məhəbbəti, müasir dövrün tərbiyə problemlərinin həllində əsas amil kimi qəbul edir.
Həm orta, həm də ali məktəblərdə uzun illər mövcud olmuş ənənəvi “müəllim-şagird, müəllim –tələbə” münasibətləri müasir dövrdə öz əhəmiyyətini itirərək, bu sahəyə yeni pedaqoji baxışı aktuallaşdırmışdır. Ənənəvi “müəllim-şagird” münasibətlərində şagird hansı yaş dövründə olursa olsun o ancaq uşaq statusunu daşıyırdı ki, bu da onu ənənəvi təlimin obyektinə çevirirdi. Belə ki, şagirdin hər yaş dövründə sosial-psixoloji inkişafını nəzərə almayan müəllim, ona uşaq kimi baxıb avtoritar tərbiyə üsüllarına daha çox yer verir, bu və ya digər məqsədə nail olmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə edirdi.
Müasir dövrdə cəmiyyətin bütün sahələrində gedən sürətli inkişaf, bu inkişafda həlledici amil olan təhsilə də yeni baxışı formalaşdırdı. Belə ki, humanizm ideyalarına əsaslanan müasir pedaqoji təfəkkür pedaqoji prosesə də yeni yanaşmanı vacib vərt kimi ortaya çıxardı. Artıq təlim prosesində şagird obyekt deyil, eyni zamanda subyektdir. Təlimə belə yanaşma əməkdaşlıq pedaqogikasının inkişafına əlverişli şərait yaratmaqla bərabər, şagirdin də bir şəxsiyyət kimi formalaşmasına öz sosial-pedaqoji təsirini göstərir.
2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı” üzrə Dövlət Strategiyasının fəlsəfi əsaslarından birini məhz təhsildə obyekt-subyekt münasibətlərinə yeni sosial-pedaqoji baxış təşkil edir. Öyrədən-öyrənən münasibətləri insan-insan münasibətləri üzərində kökləndiyindən bu münasibətlər yalnız subyekt-subyekt münasibətləri əsasında formalaşa bilər. Yeni pedaqoji təfəkkür öyrənənin sosial statusunun reallaşması üçün təhsilin humanistləşdirilməsini pedaqoji prosesin tənzimlənməsində xüsusi amil olaraq qəbul edir. Müasir təhsil sistemində həm müəllim, həm də şagird bir-birini şəxsiyyət kimi qavrayıb, əməkdaşlıq prinsipinə əsaslanmalıdırlar. Pedaqoji prosesdə hər bir şagird subyekt, şəxsiyyət kimi qəbul edilib, təhsil prosesinin vasitəsi kimi yox, məqsədi kimi dərk edilməlidir. Məhz müəllim-şagird ünsiyyətində şagirdin sosiallaşmasına əlverişli şərait yaratmaq üçün şagirdin potensial imkanlarına nikbin münasibət bəsləmək, onun özünü reallaşdırmasına müəyyən şərait yaratmaq, pedaqoji prosesin bütün mərhələlərinə humanizm aspektindən yanaşmaq lazımdır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin