Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 16. Ali təhsilin sosial-pedaqoji məsələləri



Yüklə 158,37 Kb.
səhifə16/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
sos pdqgk imt

Sual 16. Ali təhsilin sosial-pedaqoji məsələləri
Cavab:
Ali təhsil cəmiyyət tərəfindən yaradılmış müəyyən təşkilatlar, orqanlar, ideyalar və münasibətlər sistemidir; bu sistem vasitəsilə xüsusi biliklər mənimsənilir və nəsildən-nəslə ötürülür, qabiliyyətlər və vərdişlər, mədəni dəyərlər aşılanır, təlim-tərbiyə prosesi həyata keçirilir, şəxsiyyətin müəyyən tipi formalaşır. Tədris zamanı əldə edilən ümumi və xüsusi biliklər toplusu insan fəaliyyətinin müxtəlif sahələrində tətbiq olunur. Ali təhsil elə bir sosial institutdur ki, o müəyyən təlim-tərbiyə müəssisələri sistemini yaradıb, onların fəaliyyətini təmin edir.
Təhsilin sosiologiyasının tərkib hissəsi olan ali məktəb sosiologiyası ali məktəb sistemi ilə cəmiyyətin qarşılıqlı təsirini və əlaqəsini öyrənir. Təhsil sistemində varisliyin rolu çox böyük olduğuna və inkişafı prosesində onun forma və məzmunu daim dəyişdiyinə görə burada sosioloji təhlil kompleks yanaşma tələb edir.
Ali məktəbin sosial-pedaqoji funksiyaları. Ali məktəbin funksiyaları ictimai sistemin ona daxil olan sosial qrupların tələbatlarına uyğun yerinə yetirdiyi rolları ilə bağlıdır. Ali məktəbin inkişafı nəticəsində cəmiyyətin strukturu dəyişilir, maddi və mənəvi münasibətlər təkmilləşir. Bununla əlaqədar sosioloqlar cəmiyyətin müəyyən əməк növlərinə olan təlabatlarını, gənclərin arzu və istəklərinin təhsil sistemində necə əlaqələndirilməsini öyrənirlər. Bu zaman onlar aşağıdakı məsələləri araşdırırlar: tədrisin səviyyəsi, tərbiyə işinin vəziyyəti, orta təhsilin verdiyi real biliklərin səviyyəsi ilə ali məktəbə qəbul arasında yaranan qeyri-bərabərlik, gənclərin sosial oriyentasiyası və s.
Ali məktəbin sosial- pedaqoji istiqamətdə başlıca tədqiqat sahələri ali məktəbin vəzifələri ilə, onun cəmiyyətdə yerine yetirdiyi rolla bağlıdır. Ali məktəbin fəaliyyəti burada işləyən professor-müəllim heyətinin, tələbə kollektivinin, idarəetmə orqanlarının, elmi strukturların işinin, ixtisaslara uyğun təcrübələrin keçirilməsi şəraitinin, məzunların hazırlıq səviyyəsinin və s.-nin öyrənilməsi əsasında tədqiq edilir. Ali məktəb sahəsində aparılan sosioloji tədqiqatlar. Başlıca tədqiqat istiqamətləri aşağıdakılardır:

  • ali məktəb sosiologiyasının metodoloji problemləri (ali məktəb və cəmiyyət, bu nəzəriyyənin ümumsosioloji nəzəriyyə ilə bağlılığı, tarixi və tətbiqi problemləri);

  • ali məktəb və cəmiyyətin sosial strukturu (ali cəmiyyətin sosial strukturunun formalaşmasında rolu);

  • ali məktəb və şəxsiyyətin formalaşması (mənəvi tərbiyə, təlim prosesi və s.) – ali məktəb və elm (ali mǝktəblə elmin qarşılıqlı əlaqələri və təsiri) və s.

Mütəxəssislərin hazırlanmasında ali məktəbdə aparılan tərbiyəvi işin mühüm rolu var. Bu işin səmərəliliyinin göstəriciləri və meyarı hələ kifayət qǝdər öyrənilməmişdir. Əsas problem mütəxəssisin keyfiyyətinə verilən tələblərlə və onun hazırlanmasının real vəziyyəti arasında olan ziddiyyətdir.
Tərbiyəvi işi öyrənən sosioloqlar və psixoloqlar daha çox burada ideya-siyasi, əmək, estetik tərbiyə istiqamətlərinə diqqət yetirir, tələbələrin siyasi və peşə mədəniyyətinin formalaşmasında ictimai və ixtisas fənnlərinin, siyasi informasiyanın, mədəni-kütləvi işin rolunu öyrənirlər. Buraya həm də tərbiyə prosesində ictimai təşkilatların rolunun öyrənilməsini əlavə etmək lazımdır. Bütün bu tədqiqatlar nəticəsində ali məktəbdə tərbiyə işinin səmərəliliyini təmin edən amillər, müəyyənləşdirilir. Məlumdur ki, qeyd olunan məsələləri həm də tərbiyənin sosiologiyası öyrənir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin