Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 2. Sosial pedaqogikanın obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 158,37 Kb.
səhifə2/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   2   3   4   5   6   7   8   9   ...   62
sos pdqgk imt

Sual 2. Sosial pedaqogikanın obyekti, predmeti, məqsəd və vəzifələri
Cavab:
Sosial pedaqogikanın istiqamətlərindən asılı olaraq yerinə yetirilən vəzifələrin xarakter və dairəsi dəyişir. Prof.H.Ə.Əlizadə sosial pedaqogikanın əsas problemlərinin öyrənilməsi ilə bağlı aşağıdakı vəzifələri qeyd edir:

  1. 1.Təhsil və tərbiyənin sosial pedaqoji məsələlərinin , sosializasiya prosesinin təhlili və şəxsiyyətin formalaşması prosesinin intensivləşməsi

  2. Kollektivin sosial pedaqoji problemləri, xüsusilə kolllektivin müxtəlif inkişaf mərhələlərində tərbiyə işinin xüsusiyyətləri

  3. Ünsiyyət və asudə vaxt məsələlərinin öyrənilməsi

  4. Uşaqların tipologiyası və differensial yanaşma

  5. Ailə tərbiyəsinin sosial pedaqoji məslələri

  6. Sosial tərbiyənin nəzriyyəsi və metodikası.

Mövcud ədəbiyyatlarda sosial pedaqogikanın digər vəzifələri də nəzərdən keçirilir:

  1. Mehit amillərinin şəxsiyyətə və qrupa təsiri

  2. Müxtəlif insan qruplarının optimal sosial inkişafını təmin ertməyin məzmun və vəzifələrinin tədqiqi

  3. Təhsil və xüsusi müəssisələr şəraitində şəxsiyyətin sosial tərbiyəsi probleminin tədqiqi

  4. Müxtəlif ailə tiplərində sosial tərbiyə təcübəsinin öyrənilməsi

  5. Özünəməxsusluğu ilə seçilən insanların sosaial inkişafının xüsusiyyətlərinin tədqiqi

  6. İnsanın inkişafı və tərbiyəsi prosesindəki sosial əyintilərin səbəbləri, onların profilaktikası, aradan qaldırılması imkanlarının müəyyənləşdirilməsi

  7. Sosial pedaqoqların və müxtəlif sosial mərkəzlərin sosial tərbiyə təcrübəsinin təhlili.

Bütün bu vəzifələr gənc nəslin sosiallaşması prosesinin səmərəsini artırmağa, onların cəmiyyətdə daha fəal və sərbəst fəaliyyət göstərmələrini təmin edir.
Sosial pedaqogikanın özünəməxsus obyekti və predmeti vardır. Sosial pedaqogikanın obyektini bəzi tədqiqatçılar– insan və ya sosial qrupu, digərləri isə sosial tərbiyəni və ya sosial münasibətləri əsas götürürlər. Sosial pedaqogikanın obyektini sosial-pedaqoji proses və münasibətlər, habelə onların yönəldiyi insan (sosial qrup) təşkil edir. Obyekt predmet ilə sıx bağlıdır. Predmetlə bağlı müəyyən fikirlər mövcuddur. Sosial-pedaqoji proses və münasibətlərin. Insanın sosiallaşması prosesinin qanunauyğunluqları və səmərəli yollarını aşkara çıxarmaq, habelə sosial-pedaqoji korreksiay məsələlərini həll etməkdən ibarətdir. Sosial pedaqogikanın predmeti onun məqsəd və vəzifələri ilə vəhdət təıkil edir. Sosial pedaqogikanın məqsədi- insanın sosial formalaşması, zəruri halda isə sosial korreksiya və bərpa işləri üçün əlverişlı nəzəri zəmin yaratmaqdan ibarətdir. Məqsəd konkret vəzifələrin həlli yolu ilə həyata keçirilir.
Pedaqogika tərbiyə, təhsil və təlimi ümumi kontekstdə öyrənirsə, sosial pedaqogika sosial-pedaqoji faktları xüsusi tədqiqat sahəsi kimi ayırıb, onların mahiyyətini sosial kontekstdə izah edir. XX əsrin sonu XXI əsrin əvvəllərində hökm sürən sosial-siyasi vəziyyət bəşəri biliklərin müstəqil sahəsi kimi sosial pedaqogikanın yaranmasını labüd etdi ki. Bunun da dəyəri və əhəmiyyəti müasir şəraitdə:

  • Inkişafda olan şəxsiyyətin dinamik dəyişən cəmiyyətdə humanist münasibətlərə olan tələbatı kimi

  • Sosial təcrübənin bütün sahələri üçün ( sosial müəssisələrin və sosial xidmət sistemlərinin fəaliyyəti) sosial pedaqoqun elmi cəhətdən biliklərlə təmin edilməsinin vacibliyi kimi

  • Sosial işçinin rolunun artması kimi müəyyən edilir.

Sosial pedaqogika iki elmin-sosialogiya və pedaqogikanın qovşağından əmələ gəlib. Obrazlı desək, sosial pedaqogikanın iki anası var: pedaqogika və sosialogiya. Bu elmlər sosial pedaqogika üçün ideya qaynağını təşkil edir. N.Smelzerin fikrincə, sosialogiya cəmiyyəti və cəmiyyətdə bərqərar olmuş iştimai münasibətləri öyrənir. Bu elm sahəsi cəmiyyəti iki səviyyədə: makro (böyük) və mikro (kiçik) sosialoji səviyyələrdə tədqiq edir. Sosial pedaqogikanın məqsədi – şəxsiyyətin, qrupun özünəməxsusluğuna və onun yaşadığı dövlətin, cəmiyyətin sosiomədəni xüsusiyyətləri nəzərə alınmaqla onun sosial formalaşmasına zəmin yaratmaqdır. Özünəməxsusluq bir insanın (qrupun) digərindən fərqidir. Bu yaş həddi, iradi keyfiyyətləri, fərdi imkanlar fərqidir. Sosial pedaqogikanın vəzifələri mürəkkəb və çoxşaxəlidir. Təhsilin və tərbiyənin sosial-pedaqoji məsələlərinin, sosiallaşma prosesinin təhlili və şəxsiyyətin formalaşması prosesinin intensivləşdirilməsi, kollektivin sosial-pedaqoji problemləri, xüsusilə kollektivin müxtəlif inkişaf mərhələlərində tərbiyə işinin xüsusiyyətləri, ünsiyyət və asudə vaxt məsələləri, uşaqların tipologiyası və diferensial yanaşma, ailə tərbiyəsinin sosial-pedaqoji məsələləri, sosial tərbiyənin nəzəriyyəsi metodikası kimi bu gün xüsusi aktuallıq kəsb edən problemlərin öyrənilməsi onun vəzifələri sırasında xüsusi yer tutur. L.V.Mardaxayev sosial pedaqogikanın vəzifələrini ümumi-nəzəri, praktik və xüsusi olmaqla praktik fəaliyyətin sahələri üzrə bölür. Onları ayrıca istiqamətlər üzrə-nəzəri, praktik və təhsilvericilik kimi ayırmaq olar. Sosial pedaqogikanın vəzifələrini Y.V.vasilkova tərbiyəedici, sosial-hüquqi, sosial – bərpaedici kimi də qruplaşdırır. Tərbiyəedici vəzifəsi-uşağın (yeniyetmənin) onu əhatə edən mühitə cəlb olunmasını,onun sosiallaşma prosesini,onun təlim və tərbiyəsinin gedişinə uygunlaşmasını nəzərdə tutur.Sosial-hüquqi vəzifəsi-dövlətin uşaqlara, onların hüquqlarının müdafiəsinə qayğını nəzərdə tutur. Sosial-bərpaedici vəzifəsi- əqli, fiziki və psixi cəhətdən qusuru olan uşaqlarla təlim-tərbiyə işidir. Sosial pedaqogikanın bir tədris fənni kimi vəzifəsi gələcək müəllimlərə sosial pedaqoji gerçəkliyin mənzərəsini xarakterizə etməkdir. Beləliklə, sosial pedaqogikanın vəzifəsi müstəqil, yaradıcı insanlarla müsbət münasibətlərə qadir olan, öz səhhətinə, öz vaxtına məsul olan vətəndaş şəxsiyyətini formalaşdırmaqdır.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin