Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 3. Şəxsiyyətin sosiallaşmasında bioloji, psixi və sosial amillərin təsiri



Yüklə 158,37 Kb.
səhifə3/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   2   3   4   5   6   7   8   9   ...   62
sos pdqgk imt

Sual 3. Şəxsiyyətin sosiallaşmasında bioloji, psixi və sosial amillərin təsiri
Cavab:
Şəxsiyyət sözü latın dilində “persona” deməkdir. Fərdi, psixoloji xassələri olan və ictimai vəzifələri yerinə yetirən, müəyyən tarixi dövrdə yaşayan konkret insana şəxsiyyət deyilir. Eyni zamanda, şəxsiyyət dedikdə, müəyyən sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu fərd başa düşülür. İnsan fərd (bioloji varlıq) kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir. Şəxsiyyət içərisində yaşadığı dövrün, içtimai-siyasi quruluşun, sosial mühitin məhsuludur.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi, əmək, fiziki və s.) yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə formalaşmır; o, müəyyən səviyyələrdən (aşağı, orta, yüksək, ideal səviyyə) keçir.
İnsan şəxsiyyəti bir şox amillərin təsiri nəticəsində formalaşır. Bu prosesdə daxili və xarici amilləin özünəməxsus rolu vardır. Daxili (bioloji) amil kimi irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı nəzərdə tutulur. İnsan bioloji varlıqdır, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsən fiziki əlamətlərin( sifət quruluşu, gözün və saçın rəngi və s.) habelə fizioloji əlamətlərin (sinir sostemi tipi, hiss orqanları, baş beynin xüsisiyyətləri, analizator sistemi və s.) idarə edən genetik məlumatları nəsildən nəsilə ötürür. Bunlar gələcəkdə insanın xüsusiyyət və qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyətlərin inkişafı üçün ilkin şərtlərdir. İnsanın inkişafının sosial şəraitdən asılı olaraq irsi imkanlar şəxsiyyətin müvafiq qabiliyyət və psixi keyfiyyətlərinin inkişafı üçün əlveriıli zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər.
Mühit və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. C.Lokk “Ağ lövhə” nəzəriyyəsi ilə (XVII əsr) məhz bu mövqedən çıxış edirdi: guya insan “ağ lövhə” kimi doğulur, yəni özü ilə heç nə gətirmir, bütün keyfiyyətləri sonradan tərbiyə və mühitin təsiri ilə qazanır. Bu nəzəriyyə şəxsiyyətin inkişafında bioloji amili inkar edirdi.
Bioloji və sosial amilləri, eləcə də, insanın şəxsi fəallığını vəhdətdə götürən nəzəriyyə. Dialektik nəzəriyyə (XX əsr) məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu onunla əlaqədardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı olmadan öz-özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz. Tərbiyə və mühit insanın təbii imkanlarını üzə çıxarıb inkişaf etdirə də bilər, onların inkişafına mane də ola bilər. Buna görə də hər bir uşağın təbii imkanlarını vaxtında (kiçik yaşlardan) üzə çıxarmaq və onların inkişafı üçün əlverişli şərait yaratmaq lazımdır. Əks halda cəmiyyət bir çox istedadlardan məhrum ola bilər.
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında insanın şəxsi fəallığının da rolunu qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o, mühitə fəal təsir göstərə bilər. Şəxsiyyətin formalaşmasında tərbiyə ilə yanaşı, insanın özünütərbiyəsi də mühüm şərtdir.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin