Sual 7. Sosial-pedaqoji fikrin inkişafında İslam dininin rolu Cavab: İslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata, kamilliyə çağırır. İslam öz-özlüyündə kamil əxlaq və mənəviyyata, müəyyən elmi sistemə malik olan sonuncu səmavi dindir. İslam uzun illər boyu insanların təlim və tərbiyəsində mühüm yer tutmuş, bu gün də mühüm yer tutmaqdadır.
Azərbaycan xalqının ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev deyirdi: «Bizdə dinə, mənəvi dəyərlərimizə hörmət var. Biz ümumbəşəri dəyərləri öz xalqımıza aşılamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılmamalıyıq». İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Islam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çatdırmaqdır. Mükəmməl və ali insan Allaha yaxın olan insan hesab olunur. İslam insanı maddə və mənadan, bədən və ruhdan mütəşəkkil bir varlıq kimi bütöv görür, insanı bütün təmayül və davranışları ilə birlikdə öyrənir. O, ilk növbədə insanın davranışlarını idarə edən mərkəzləri tərbiyə edir. Buna görə da qəlb tərbiyəsində islam birinci dərəcəli əhəmiyyət verir, çünki davranışlar qəlblə bağlıdır. İnsan pis və ya yaxşı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu cəhətdən insanın düzgün tərbiyəsi və təhsili onun özünü tanıma yollarını göstərir. İslamda tərbiyə və elm insanın özünü tanımasına kömək etməlidir. İslama görə özünü tanıyanı, dərk edən insan Allahını tanıyır, başqalarını tanıyır və harada, necə hərəkət edəcəyini yaxşı bilir. İslam tərbiyəsi insanda islam əxlaqını, islami şərtlərə uyğun davranış normalarını formalaşdırmağı nəzərdə tutur. Islam tərbiyəsi insanda həm dini, həm də dünyəvi élmləri dərindən bilməyi, yüksək mənəvi keyfiyyətlərə sahib olmağı tələb edir. İslam tərbiyəsi insanın ağlının, ruhunun, bədəninin bərabər səviyyədə inkişafını nəzərdə tutur. İslam tərbiyasi görmüş şəxsin həm bədəni, həm də ruhu sağlamdır. Bədənin sağlamlığı ruha, ruhun da sağlamlığı bədənə bağlıdır. Bütün ilahi dinlər insanı ən yaxşıya, ən gözələ və üstün olmağa yönəldir. Demak, Allahın insanlardan istəyi onların yaxşıya, doğruya, gözələ, üstün əxlaqa malik olmalarıdır. Insanlara doğru yol göstərmək islamın hədəflərindən biridir. «Əmr olunduğu kimi, dost-doğru ol!» ayəti ilə Allah insanlara doğru yolla getmələrini tövsiyə edir. Elə “tərbiyə” sözü də ərəbcə «paba» sözünün kökündən əmələ gəlmiş və üç məna ifadə edir: 1) “raba”- “artmaq, çoxalmaq”; 2) “rəbi” – “uşağı yetişdirmək, böyütmək, ərsəyə çatdırmaq”; 3) “rəbb” - «doğru yol göstərmək, islah etmək» deməkdir. Göstərilən hər üç məna “tərbiyə” sözünün etimologiyasına aid edilə bilər. Həmçinin «Rabb» Allahın 99 adından biridir. Quranda «Allah» adından sonra ən çox işlənən (935 dəfə) «Rabb» kəlməsidir ki, bu da tərbiyə edən», «nemət verən», «insanları mənəvi yüksəlişə aparan deməkdir», “Mürəbbi” sözü də “rabb” kəlməsindən meydana gəlmişdir. İslamda tərbiyə məsələsi sadəcə olaraq uşağa gözəl əxlaq və faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniş anlamda başa düşülərək insanın yaşadığı cəmiyyətin inkişafına öz töhfələrini verməsi, xalqın adət və ənənələrini, dilini, dinini qoruması, ona hörmət etməsi, cəmiyyətin iqtisadiyyatını, mədəniyyətini daim yüksəltməyə çalışmasıdır. Bu isə, ǝlbəttə, bütün bəşəri mədəniyyəti, mənəviyyatı, əxlaqı ərz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləşdirməklə mümkün ola bilər. Islam dini insanın tərbiyəsi və nümunəvi cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəşər tarixinin min illər boyunca əldə etdiyi təcrübə və sınaq məktəblərinin nəticələrinə istinad edərək müəyyənləşdirir və insanlara təqdim edir.