Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan diLLƏr universiteti TƏLƏBƏ: abbasli mehrac



Yüklə 45,3 Kb.
tarix10.05.2022
ölçüsü45,3 Kb.
#57016
ABBASLI MEHRAC-MÜASİR İNTEQRASİYA PROSESLƏRİ


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ



  • TƏLƏBƏ:ABBASLI MEHRAC

  • MÜƏLLİM:SEVDA ƏLİYEVA

  • İXTİSAS:BEYNƏLXALQ MÜNASİBƏTLƏR

  • FAKULTƏ:BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ REGİONŞÜNASLIQ

  • QRUP:371E

  • KURS:3



  • ASİYA-SAKİT OKEAN REGİONUN İNTEQRASİYA PROSESLƏRİNİN İNKİŞAFI

Asiya-Sakit okean regionu qlobal geosiyasi müstəvidə böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu məkanlardan biridir. Məhz bu region okeanın hər iki tərəfindəki dövlətlər üçün platsdarm rolunu oynayır. Keçən minilliyin sonlarından başlayaraq region ölkələrinin qruplaşması və inteqrasiya prosesləri intensivləşmişdir.Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Forumu (ASİƏF) 1989-cu ildə Avstraliya və Yeni Zelandiya baş nazirlərinin təşəbbüsü ilə Kanberrada yaranıb. Bu təşkilat iqtisadi məsələləri müzakirə etmək üçün beynəlxalq forum, məşvərət orqanıdır. Əsas məqsədi regionda azad ticarəti inkişaf etdirmək və liberal sərmayə qoyuluşu mühitini formalaşdırmaqdan ibarətdir. ASİƏF bu şərtlər daxilində Asiya-Sakit okean məkanında inteqrasiyanı sürətləndirməyə böyük əhəmiyyət verir.

Onun sərt təşkilati strukturu yoxdur. Katibliyi Sinqapurda yerləşir.ASİƏF-ə üzv olan ölkələrin dünya iqtisadiyyatı və siyasətində oynadıqları rol onun əhəmiyyətini təsdiqləyir. Həmin təşkilatda ABŞ, Rusiya və Çin kimi müasir geosiyasətdə və iqtisadiyyatda mühüm yeri olan böyük dövlətlər vardır. Bu dövlətlər arasında dünya geosiyasətində liderlik uğrunda gedən mübarizə dinamikasının qlobal miqyasda qüvvələr nisbətinə ciddi təsir etdiyini hər kəs qəbul edir.Bu baxımdan, ASİƏF həmin böyük dövlətlərin iqtisadi əməkdaşlıqla geosiyasi maraqları uyğunlaşdırmağın perspektivli modeli təsiri bağışlayır. Bu rolu oynaya biləcək başqa beynəlxalq qurum hələlik mövcud deyildir.Ümumilikdə, Asiya-Sakit okean regionunun 21 ölkəsi bu qurumun üzvüdür. Dünyada ümumi daxili məhsulun 57 faizi, beynəlxalq ticarət dövriyyəsinin 46 faizi, birbaşa investisiyaların həcminin 40 faizdən çoxu ASİƏF ölkələrinin payına düşür.Təşkilatın yüksək iqtisadi və demoqrafik potensiala malik olması təbii ki, ciddi üstünlükdür. Ona görə də onun dünya iqtisadiyyatı və siyasətində, qlobal təhlükəsizlik sisteminin formalaşmasında oynaya biləcəyi rolun təhlili diqqət mərkəzindədir.Rusiyanın Uzaq Şərq şəhəri olan Vladivostokda 2012-ci il 2-9 sentyabr tarixində ASİƏF ölkələrinin növbəti zirvə görüşü yeni mərhələnin başlanğıcı oldu. Bu cür görüşlər hər il keçirilir. Vladivostok sammitinə dünya siyasi dairələri böyük diqqət yetirdi. Bu da səbəbsiz deyildi. Qurumun qarşısına qoyduğu məqsədlər və hazırda dünya geosiyasətində müşahidə edilən tendensiyalar Vladivostok görüşünü daha da aktuallaşdırdı.Tədbirdə Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit okean məkanında inteqrasiya proseslərini genişləndirməklə bağlı fikirlərini ifadə edib. O, iqtisadi əməkdaşlıqla yanaşı, geosiyasi inteqrasiya prosesini də dərinləşdirməyi nəzərdə tutan model təklif edib. Hazırda Moskvanın Asiya-Sakit okean məkanında inteqrasiya modelini ekspertlər təhlil edirlər. V.Putinin fikirlərində Rusiyanın MDB-də, Gömrük İttifaqı çərçivəsində inteqrasiyanı Asiya-Sakit okean regionuna qədər genişləndirməklə bağlı addımlar əks olunub.

Rusiyanın üçsəviyyəli geosiyasi inteqrasiya planı

Moskvanın yeni planında Asiya-Sakit okean regionunda (ASR) inteqrasiya prosesi üç pillədən ibarətdir. Bunlar Gömrük İttifaqı çərçivəsində inteqrasiyanı genişləndirmək əsasında MDB məkanında geosiyasi birliyə nail olmaq və həmin modeli bütövlükdə ASR-ə yaymaqdan ibarətdir.Rusiyanın Gömrük İttifaqı modelini, ümumiyyətlə, MDB məkanında inteqrasiya prosesinin mərkəzinə qoyması təsadüfi deyil. Bu, bütövlükdə, Moskvanın ASR-də iqtisadi inteqrasiyanı baza kimi qəbul etməsi ilə bağlıdır. Bunun isə səbəbi Rusiyanın iqtisadi əməkdaşlığın genişləndirilməsi faktorundan geosiyasi dividendlər əldə etmək məqsədi ilə bağlıdır. Yəni artıq Moskva heç bir ölkəni özünə yük etmək istəmir. O, sağlam iqtisadi mühitdə bərabər hüquqlu dövlətlərin siyasi və geosiyasi lideri olmağa çalışır.Rusiyanın bu funksiyanı yerinə yetirməyə imkanı vardırmı? Mütəxəssislər bu suala cavabda birmənalı mövqe nümayiş etdirmirlər. Hələlik Moskvanın iqtisadi vəziyyəti bu suala müsbət cavab verməyə nikbin əsas vermir. Lakin bir neçə ildən sonra vəziyyətin necə olacağı barədə də təkzibedilməz proqnoz yoxdur. Burada Rusiya ilə bağlı müxtəlif təkamül ssenariləri yer alır. Onların sırasında bu ölkənin intensiv inkişaf edəcəyini təsdiqləyən variant da vardır.Hər bir halda prezident Vladimir Putin inteqrasiya planını açıq ifadə etdi. ABŞ və Çin də Moskvanın MDB məkanında nüfuzunu heç kəslə bölüşmək istəmədiyini eşitdilər. Müşahidəçilər V.Putinin bu addımının təsadüf olmadığı qənaətindədirlər.Əksər ekspertlər hesab edirlər ki, Rusiyanın strateji məqsədi özünün dünyada geosiyasi mövqeyini möhkəmlətməkdən ibarətdir. Corc Meyson universitetinin professoru Mark Kats Putinin praqmatik siyasət yürütdüyü qənaətindədir. Professor Rusiya prezidentinin inteqrasiya planının əsaslı olduğuna inanır.Boston universitetindən tarixçi və siyasətşünas İrina Pavlovnaya görə, Rusiya həmin regionda qlobal oyunçu olmaq iddiasını ortaya qoyub. Moskva buna Avrasiya İttifaqının lideri kimi nail olmaq niyyətindədir. Əsas məqsəd isə ABŞ-ın dünyadakı geosiyasi rolunu zəiflətməkdən ibarətdir.Beləliklə, Rusiyanın üçpilləli inteqrasiya planının arxasında ciddi geosiyasi məqsədlərin durduğuna bir əminlik var. Ona görə də ASİƏF-in Vladivostok sammitinə yalnız iqtisadi perspektiv prizmasında nəzər yetirilmir. O cümlədən, quruma daxil olan böyük dövlətlərin Moskvanın bu planlarına münasibəti ciddi maraq doğurur.

Vaşinqton və Pekinin sükutu

Çin və ABŞ Rusiyanın irəli sürdüyü ideyalara diqqətlə yanaşırlar. Eyni zamanda, öz planlarını reallaşdırmaq üçün addımlar atırlar. Çin ASİƏF-də yuanın mövqeyini möhkəmlətməyə çalışır. Hələlik Çin valyutası ilə ASİƏF məkanında yapon pul vahidi (yen) rəqabət apara bilir.Stenford universitetinin professoru Maksim Braterski rublun yaxın perspektivdə yuan və yenə rəqib ola biləcəiyini real hesab etmir. Onun fikrincə, V.Putin bunu başa düşür və "müxtəlif valyuta ehtiyatı yaratmaq" formulunu irəli sürür.M.Braterski bu qənaətini Rusiyanın Uzaq Şərq və Sibirdə kifayət qədər güclü iqtisadi infrasturktura malik olmaması ilə izah edir. Ona görə də o, 10-15 ilə rublun yuan və yen qarşısında dəyər qazanacağına inanmır. Eyni zamanda, professor "Amerikanın səsi" radiosuna verdiyi müsahibədə Rusiyanın MDB məkanında inteqrasiya planlarının elə də real əsasa dayanmadığını vurğulayıb. Hələlik bu inteqrasiyanın konkret iqtisadi nəticələri gözə dəymir.Bu fikirlərdən Vaşinqton və Pekinin özünü təmkinli aparmasının səbəbləri aydın olur. Həmçinin Çin real təkliflər irəli sürür. Məsələn, ASİƏF-in son toplantısında Pekin öz iqtisadiyyatına 150 milyard ABŞ dolları həcmində sərmayə qoyacağını bəyan edib.Bu prosesin Çin iqtisadiyyatına ciddi təkan verəcəyini düşünürlər. Hətta Rusiya Çinin sərmayə imkanlarından istifadə etmək niyyətini gizlətməyib. Bu isə yenə də yuanın mövqeyini möhkəmləndirəcək.Təbii ki, Yaponiya Rusiya və Çinin planlarına qarşı öz mövqeyini ortaya qoyacaq. Güclü yapon iqtisadiyyatı ASİƏF-ə təsirini artırmağa çalışır. Bu prosesdə Tokioya tərəfdaşı Vaşinqton da yardım edir. İndi Yaponiya və Çin Rusiyanın Uzaq Şərq bölgəsinə nüfuz etmək uğrunda gizli rəqabət aparırlar.Nəhayət, hələ də dünyanın ən böyük iqtisadi gücü sayılan ABŞ Rusiyanın ASİƏF-lə bağlı planlarını qəbul etmir. Amerika iqtisadi və geosiyasi vasitələrdən istifadə edərək həmin qurumda liderlik mövqeyini saxlamağa çalışır. Onun bu sahədə çox geniş imkanlara malik olduğuna şübhə yoxdur. Yaxın gələcəkdə ASİƏF daxilində rəqabətin daha da güclənəcəyini proqnozlaşdırmaq olar.



  • ƏDƏBİYYAT

    • https://sesqazeti.az/news/analytics/314146.html

    • https://az.wikipedia.org/wiki/Asiya-Sakit_Okean_%C4%B0qtisadi_%C6%8Fm%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1

    • http://kayzen.az/blog/diplomatiya/9763/beyn%C9%99lxalq-t%C9%99%C5%9Fkilatlar.html

    • http://apec.org

Yüklə 45,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin