AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ
XX əsrin faciəsi-Xocalı soyqırımı
Biblioqrafik icmal
BAKI – 2016
XX əsrin faciəsi-Xocalı soyqırımı
(Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar biblioqrafik icmal)
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-
insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik
aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşə-
riyyətə qarşı tarixi bir cinayətdir.
Ümummilli lider Heydər Əliyev
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ
dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli
texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu.
Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə
alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə
çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri
tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı
oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613
nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib
yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Xocalı soyqırımının baş verdiyi o müdhiş gecədən artıq 24 il keçir. Respub-
likamızda və onun hüdudlarından kənarda Xocalı soyqırım qurbanları ehtiramla yad
edilir və xalqımız dünya ictimaiyyətini bu haqsızlığa son qoyub Xocalı soyqırımını
birmənalı olaraq tanımağa çağırır.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da Xocalı faciəsi ilə
əlaqədar dəyirmi masa və mözuya dair kitabların acıq-baxış sərgisi təşkil olunub.
Sərgidə nümayiş etfirilən kitabların biblioqrafik icmalı:
Yaqublu Nəsiman. Xocalı qırğını.- Bakı: Azərnəşr, 1992.-
128 s.
Yazıçı-jurnalist Nəsiman Yaqublunun “Xocalı qırğını” kitabı
XX əsrin ən böyük faciəsi olan Xocalı hadisəsinə həsr olunub.
Kitabda Xocalı faciəsində ölənlər, yandırılanlar, diri-diri başları
kəsilənlər, dırnaqları qoparılıb işgəncə ilə öldürənlər haqqında
geniş məlumat verilib.Ermənilərin vəhşiliyi, türk qanına hərisliyi
ağrılı bir dillə yazılıb. Kitabda həmçinin ayağı kəsilən, şikəst olan
qadınlarımızın, çavanlarımızın, oğlu, qızı itkin düşmüş anaları-
mızın faciəsi də təsvir edilib. Kitab Xocalı hadisəsinin baş verdiyi ildə qələmə alınıb
və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Sultanov Ziyəddin. Xocalı faciəsi.- Bakı: İşıq, 1993.-56 s.
Vətənpərvər jurnalist Ziyəddin Sultanovun bir əsgər-döyüşçü
kimi cəbhələri dolaşaraq isti-isti qələmə alıb yazdığı bu əsərini
oxuduqca Qarabağda gedən qanlı müharibə, erməni tapdağına
çevrilmiş torpaqlarımız, şəhid olan qardaş-bacılarımız, ermənilər
tərəfindən girov götürülüb, görünməmiş əzab-əziyyətə düçar edilən,
min bir işgəncə ilə öldürülən qız-gəlinlərimizin, qocalarımızın,
körpələrimizin harayı, batan qanı... və nəhayət, Xocalı məhşəri,
Xocalı genosidi gözlərimiz önündə canlanır.
Oxuculara təqdim edilən bu əsər Azərbaycan xalqının bəşəri faciəsindən-
oğullarımızın qanı ilə yazılan Qarabağ faciəsindən, Qarabağ dərdindən bəhs edir.
Burada verilən materiallar - sənədli fotoşəkillər, mətn və Xocalı şəhidlərinin ittihamı
bu soyqırımının dəhşətini bütün çılpaqlığı ilə xalqa çatdırır. Vətənini sevən hər bir
gənc bu kitabı oxumalı və düşmənin layiqli cavabını verməyə hazır olmalıdır.
İsrafilzadə, Əlisahib Qiyas oğlu.
Erməni-daşnak faşizmi və
Azərbaycan : bədii publisistika / Ə. İsrafilzadə. - Bakı : Təhsil,
2007. - 412 s.
Müəllif bu kitabında amansızlığı və xüsusi qəddarlığı ilə
seçilən şovinist və militarist, Azərbaycan türkünün varlığına
qənim kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı siyasi
qüvvəsi olan daşnak ideologiyasının qatı faşist mahiyyətindən
bəhs edir. Qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb
göstərir. Erməni-daşnak faşistlərinin, onun silahlı birləşmələrinin, terror qruplarının,
təxribatçı dəstələrinin XIX və XX əsrlərdə, xüsusilə son 100 ildə Azərbaycan türkünə
qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin
vəhşiliyindən söz açır. Həmçinin müəllif ümid edir ki, gec-tez dünya birliyi haqq sə-
simizi eşidəcək, bəşəriyyət və insanlıq əleyhinə cinayət törədən, terror və seperatizmi
təbliğ və təşviq edən erməni-daşnak faşizminə də yox deyəcəkdir. Nəhayət, dünya
ictimai fikri xristian dünyasının qoltuğuna sığınıb, özünü məzlum, qarşı tərəfi zalım
kimi qələmə verən erməni-daşnak faşistlərinin bədnam təbliğatının maskasını yırt-
maqda, onu da tarixin zibilliyinə tullamaqda özündə güc-qüvvət
tapacaqdır.
İsrafilzadə, Əlisahib Qiyas oğlu. Azərbaycanda erməni-daşnak
terrorunun xronologiyası : bədii, tarixi publisistika.- Bakı: Təknur
MMC, 2009. - 200 s.
Kitabda erməni-daşnak faşizminin son bir əsrdə Azərbaycan
türklərinə qarşı yürütdükləri soyqırımı və etnik təmizləmə
siyasətinin terror şiddətindən, onun amansızlığından bəhs edən, sırası minləri aşan
konkret faktlar öz əksini tapıb.
Məmmədov Sabir. Tarixi saxtalaşdırmaq cinayətdir.- Bakı: Yazıçı,
2012.-360 s.
Kitab 1990-cı ildə daxili işlər naziri M.Əsədovun əmrilə
Xocalı polis bölməsinin ilk rəisi təyin edilmiş polis mayoru Sabir
Məmmədovun cəbhə xatirələrindən və işlədiyi müddətdə göstərdiyi
şücaətdən bəhs edir. Əsər Xocalıda tüğyan edən hadisələr, xocalı-
ların başına gətirilən müsibətlərdən xəbər verilir. S.Məmmədov
Xocalıdan üzü bəri bütün cəbhə boyu Ağdam, Goranboy
cəbhələrində gedən döyüşlərdə fəal iştirak etmişdir. Təkcə 13 fevral 1992-ci ildə”Mİ-
26” vertalyotu ilə Xocalıdan 280-300 nəfər dinc əhalini Gəncəyə, sonra isə
avtobuslarla Ağdama gətirmişdir. Müəllifin gənclərə örnək olan bu kitabının
kitabxanamızda təqdimatı da keçirilmişdir.
Xocalı soyqırımı -1992 (sənədlərdə, faktlarda və mətbuatda).-
Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.-192 s.
Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çat-
dırmaq məqsədilə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası 2006-cı ili “Qarabağ ili“ elan edərək
“Xocalı soyqırımı: sənədlər, faktlarda və xarici mətbuatda” adlı
kitabı Azərbaycan, ingilis və rus dilində nəşr etdirib müxtəlif
ünvanlara göndərmişdir. Kitab Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin ən dramatik hadisələrinə həsr olunmuşdur.
Müdhiş tarixi faktların, inkar edilməz dəlillərin, sənədlərin yer aldığı bu kitab Xatın,
Sonqmi, Liditse kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla bir sırada duran Xocalı
faciəsi haqqında beynəlxalq oxuculara ətraflı məlumat verir. Xocalıda azərbaycan-
lılara qarşı törədilmiş qanlı faciənin səbəbkarlarını ifşa etməyə, tarixi həqiqətin üzə
çıxmasına kömək göstərir.
Xocalı soyqırımı: milyon imza-bir tələb = Khojaly genoside: mil-
lion siqnatures-onedemand= Ходжалинский геноцид: миллион
подписей-одно требование.-Bakı: Əbilov, Zeynalov və oğulları,
2007.-536 s.
Xocalı soyqırımı xalqımızın qəlbində daim sızlayan və qaysaq
bağlamayan bir yaradır. Azərbaycan Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı soyqırımının
beynəlxalq aləmdə tanınması tələbilə kütləvi imzatoplama kampaniyasına başlamış və
bir milyon Azərbaycan vətəndaşının imzasını toplayaraq “Xocalı soyqırımı: milyon
imza-bir tələb” adlı kitab nəşr etdirib. Oxuculara təqdim olunan bu kitabda keçən
əsrin əvvəllərindən başlayaraq, azərbaycanlılara qarşı erməni şovinist qüvvələrinin
apardığı etnik təmizləmə siyasəti və terror aksiyaları, Ermənistandan azərbaycanlıların
kütləvi deportasiyası, Dağlıq Qarabağ konflikti və Xocalı soyqırımı haqqında rəsmi
sənədlər, beynəlxalq hüquqi normaların pozulmasını, insanlığa qarşı cinayət və
soyqırım faktını təsdiqləyən dəlillər, analitik şərhlər, canlı müşahidələr və digər mate-
riallar verilmişdir. Bu kitabda əsas məqsəd imzası toplanmış bir milyon insanın
tələbini dünyaya çatdırmaq və cinayətkarların layiqli cəzasına çatmasıdır. Kitabda
materiallar 3 dildə: Azərbaycan, ingilis və rus dilindədir.
Səmədov, Vasif. Leyla Əliyeva: "Xocalıya ədalət!" : beynəlxalq
erməni terroruna qarşı yeni strateji model: monoqrafiya: 3 cilddə. I
cild. - Təkrar nəşr. - Bakı : n. y., 2014. - 341 s; II cild. - Təkrar
nəşr. - Bakı : n. y., 2014. - 373 s.; III cild . - Bakı : CBS
Polygraphic Production, 2014. - 480 s.
Üç cildlik bu kitabda beynəlxalq terrorun bir qolu olan
erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan
torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və
onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o
cümlədən, Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəh-
şiliklərdən, soyqırımdan bəhs edilir. Kitabda Heydər Əliyev Fondunun vitse-
prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın "Xocalıya
Ədalət!" kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq
tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatə olunmuş bu kitab
dünyada terror və zülmə, işgəncə və amansız qətliamlara qarşı mübarizədə tarixi
həqiqətləri əks etdirən toplu kimi oxuculara
təqdim olunub.
Erməni terroru=Armenischer Terror= Армянский террор. -
Bakı : Vətən, 2005. - 168 s.
Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən
hazırlanmış bu nəşr erməni terrorizmi haqqında həqiqətləri
Dünya ictimaiyyətinə çatdırmaq üçün edilən növbəti bir
cəhddir.İngilis, rus, alman, türk, erməni dillərində nəşr olunan
albom bəşəriyyətin bu bəla haqqında düşünməsinə bir
çağırışdır… Və nəhayət bu kövrək planetimizin bütün günahsız terror qurbanlarının
müqəddəs xatirəsinə bir ithafdır.
Vəlişov, Nazim Tapdıq oğlu. Azərbaycan faciələrinin təqvimi :
hər bir azərbaycanlı üçün yaddaş kitabı . - Bakı : MBM, 2010. -
316 s.
Bu kitabda başı tarixən min bir bəlalar çəkmiş Azər-
baycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim
tarixləri toplanmışdır. Kitabda təqvimin xronoloji ardıcıllıqla
düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olun-
muşdur. Həmin hadisələri ardıcıllıqla izlədikdə bir daha erməni
daşnaklarının xalqımıza qarşı lap Cavanşirin, Babəkin dövründən xəyanət və satqınlıq
yolu ilə öz məkrli niyyətlərini həyata keçirdiklərinin şahidi oluruq. Müəllif bu kitabı
tərtib edib xalqımıza təqdim etməklə onu ayıq olmağa, “yazıq erməni” cildinə girərək
gələcəkdə də bu cür və bundan da betər soyqırımları törətməyəcəyinə inanmamağa
çağırır. Kitabı hər bir gəncin oxuması tövsiyə olunur.
Qaraoğlu, Fazil. Ermənilər və həqiqətlər : rəsmi sənədlərlə / F.
Qaraoğlu. III cild / red.: N. Mehdiyeva, B. Abdullayev.- Bakı :
Nurlar NPM, 2009.- 344 s.
Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər” kitabı 3 cilddən
ibarətdir. Kitabın Sizə təqdim etdiyim III cildində Dağlıq Qarabağ
probleminin ermənilər tərəfindən uydurulmuş olması, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, 20 yanvar hadisəsi,
Xocalı soyqırımı tarixi dərinliklərə gedilərək incələnib müəllifin
şərhləri ilə oxucuların diqqətinə çatdırılır. Gənc dost, əgər erməni yalanlarının
arxasında hansı həqiqətlərin olduğunu bilmək istəyirsənsə bu kitabı oxu!
Xocalı faciəsi ilə əlaqədar kitabxanamızın fondunda həm də bədii kitablar
var. Onlardan bir neçəsini Sizə təqdim edirəm
:
Elatlı, Elxan. Cəhənnəmdən gələn səs : roman / E. Elatlı. -
Bakı : MBM, 2009. - 368 s.
Yazıçı Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanı
XX əsrin ən dəhşətli qırğını olan Xocalı soyqırımına və
erməni əsirliyində əzab çəkən həmvətənlərimizin acınacaqlı
taleyinə həsr edilib. Romanda Azərbaycan milli təhlükəsizlik
orqanlarının fəaliyyətinə, anaya və vətənə məhəbbət, dostluq,
ilahi eşq mövzularına da geniş yer ayrılıb.
Rəvan İnqilab Xan. Xocalı faciəsi : [roman] / Rəvan İnqilab
Xan.-Bakı: Çıraq, 2003.-348 s.
İnqilab Xan Rəvan Vəlizadə və Hacı Əliağa Cəfərlinin birgə
yazdıqları “Xocalı faciəsi” romanı tarixdə görünməmiş, lakin
doxsan ikinci ilin fevral gecəsində erməni qəsibkarlarının Qarabağ
torpağında törətdikləri qanlı qırğından, azərbaycanlılar üzərində
müxtəlif işgəncələr və qətllər yolu ilə soyqırımı həyata keçi-
rilməsindən bəhs edir.
Əsər torpağını, xalqını, millətini sevən hər bir azərbay-
canlının stolüstü kitabı olmalı və gələcək nəslə ərməğan edilməlidir. Kitab geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuşdur.
Müslümqızı, Səriyyə. Xocalı uşaqları - Qan içində qar çiçəyi =
Дети Ходжалы - Снежный цветок в крови = Children og Khojaly -
Bloody primroses . - Bakı : Yazıçı, 2013. – 120s.
Səriyyə Müslümqızı çağdaş ədəbiyyatımızın tanınmış simalarından
biridir. Xocalı sakini və şairə Səriyyə Müslümqızının kitab və
məqalələri
əsasən Dağlıq Qarabağ, Ermənilərin Qarabağda
törətdikləri vəhşiliklərə və Xocalı soyqırımına həsr edilmişdir. Onun
Xocalı soyqırımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-
ci ildə nəşr olunmuşdur. Birlik sədri kimi Türkiyədə, Almaniyada Azərbaycan
həqiqətlərinin dünyada yayılması ilə əlaqədar tədbirlər keçirmişdir. 2012-ci ildə
Macarıstanda kütləvi qırğınların qarşısının alınması mövzusunda beynəlxalq
tədbirdə Elmira Süleymanova ilə birgə iştirak etmişdir. Dəfələrlə ölkə daxilində
Qarabağın işğalına qarşı tədbirlər keçirmiş, mövzu ilə əlaqədar ölkədə keçirilən
beynəlxalq konfranslarda iştirak etmişdir. Qarabağ həqiqətlərinin dünyada yayılması
ilə bağlı yazı müsabiqələrində 1-ci və 2-ci yerlərin qalibi olmuşdur.
Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Erməni təca-
vüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızının
"Xocalı uşaqları, qan içində qar çiçəyi” adlı povesti Azərbaycan Respublikasının
Malayziyadakı səfirliyi tərəfindən malay və ingilis dillərinə tərcümə edilərək kitab
şəklində çap olunub. Kitab Qarabağ müharibəsində və Xocalı qırğınında həyatlarını
itirən məsum körpələrin taleyindən bəhs edir. Qarabağ boyda bir ağrısı olan
vətənpərvər yazıçı ürəyinin qanı ilə yoğrulmuş bu əsəri hər bir gənc oxumalı və
düşmənin layiqli cavabını verməyə hazır olmalıdır.
Xocalı faciəsi həm də poeziyamızda : Xalq şairi Bəxtiyar Vahabzadə, Zəlimxan
Yaqub, Ramiz Duyğun, Mirvarid Dilbazi, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və b.
şairlərimizin əsərlərində öz əksini tapıb və həmin kitabları bizim kitabxanadan
götürüb oxuya bilərsiniz.
Həmçinin, kitabxananın saytına (
www.ryl.az
) daxil olub "Elektron kitabxana“
linkində Xocalı faciəsi haqqında kitabların tam mətnini də əldə edə bilərsiniz.
24.02.2016
İcmalı tərtib etdi: İnformasiya-biblioqrafiya şöbəsinin böyük
kitabxanaçısı Məmmədova Tamella
Redəktə etdi: İnformasiya-biblioqrafiya şöbəsinin
müdiri Şəfiyeva Səadət
Ünvan:
Az 1065, Yasamal rayonu, Bakı şəhəri
N.Nərimanov küç., 203
Əlaqə telefonları:
(+994 012) 538 02 47
538 54 57
538 93 54
ryl.az@mail.ru
Dostları ilə paylaş: |