Avropada İntibah dövrü fəlsəfəsi
1. İntibah mədəniyyətinin əsas cəhətləri
İntibah (frans. Renessans) dövrü mədəniyyəti hər şeydən əvvəl erkən burjua cəmiyyətinin mədəniyyəti olaraq XIV əsrdə İtaliyada meydana gəlmiş və XV əsrdə orada çiçəklənmişdir. XVI əsrdə İntibah mədəniyyəti ümumavropa hadisəsi olmuşdur.
İntibah mədəniyyətinin mərkəzində getdikcə gərginləşən şəhər həyatı şəraitində yaşayan insan dururdu.|Bu insanın mahiyyətini başa düşmək üçün o dövrdəki orta əsr mədəniyyətinin verdiyi bilik kifayət etmirdi, bunun üçün antik mədəniyyətin daha dərindən öyrənilməsi tələb olunurdu. Elə buna görə də Avropa mədəniyyətinin inkişafının bu dövrü məhz intibah (dirçəliş) adlanır, yəni antik mədəniyyətin yenidən dirçəlişi dövrü.
İtalyanların şüurunda dirçəliş - alman tayfaları qotlar və vandallar, türk mənşəli hunlar tərəfindən dağıdılan Romanın əvvəlki əzəmətini bərpa etmək ideyası ilə sıx əlaqədar olmuşdur. «İtaliya İntibahının böyük nailiyyətləri Qərb ölkələrində dərin təəssürat yaratmışdır. Mədəni dirçəlişi arzu edən maarif- lənmiş insanlar antik müdrikliyi və incəsənəti yenidən kəşf edən İtali-yaya getməyə can atırdılan>.^’ «Renessans» («Dirçəliş») termini Yeni dövr mütəfəkkirlərinin dəyər haqqında təliminin ifadəsi kimi meydana gəlir. Bu bir tərəfdən özünü şüurlu olaraq teologiya və sxolastika fəlsəfəsinin hökmranlıq etdiyi orta əsrlərə qarşı qoymaq, başqa tərəfdən Ağıl və Harmoniyaya pərəstiş etməyə çağıran antik mədəniyyət dəyərlərinə qayıtmaqdır.
İntibah dövrünün fəlsəfi məzmununu o vaxtkı humanizm hərəkatından ayırmaq olmaz; bu hərəkatın əsas mərkəzi Flo- rensiya oldu, çünki bu şəhər italyan İntibahının paytaxtı idi. Sxolastikadan fərqli olaraq İntibah fəlsəfəsi real həyat hadisələri və humanist mədəniyyətin çox tərəfləri ilə sıx qarşılıqlı təsir halında idi.
Dostları ilə paylaş: |