J,J,Russonun (1712-1778) yaradıcılığı çox zəngin olmuş, elm və sivilizasiya, sosial-siyasi problemlər, dövlət və hüquq məsələləri, bədii yaradıcılıq kimi sahələri əhatə etmişdir. .
Russo belə bir müddəanı müdafiə edirdi ki, elmin inkişafı heç vaxt əxlaqın təkmilləşdirilməsinə xidmət etmir. Elm və mədəniyyət bəşəriyyətə yaxşı heç nə gətirməyib. Lakin bu fikirlər o demək deyil ki, Russo elm və mədəniyyəti ümumiyyətlə rədd edirdi. O, deyirdi ki, «elmə hücum etmirəm, ancaq xeyirxahlığı müdafiə edirəm».
İnsan cəmiyyətinin təbii vəziyyəti Russoya görə o deməkdir ki, insan həm istehsalçı, həm də istehlakçı kimi başqalarından asılı olmur. Belə cəmiyyəti mütəfəkkir ideal hesab edirdi. Russo demişdir: «Cəmiyyətin əsasını tədqiq edən filosofların hamısı təbii vəziyyətə 3diksəlmək zərurətini hiss edirdilər; lakin onların heç biri buna nail ola bilmədilər».*^ Ona görə ki, insan Russoya görə təbii vəziyyətdə hələ insan deyil, onun insanlığı və rasionallığı uzun proses gedişində əldə edilib, onlar təbiət tərəfindən deyil, tarixi proses ilə şərtlənir.
«İctimai müqavilə» əsasında meydana gələn cəmiyyətin suvereni və yeganə idarə edəni, Russonun fikrincə «birləşmiş xalq» olmalıdır. «Birləşmiş xalq»ın ali hakimiyyətinin heç bir təminata (qaranta) ehtiyacı yoxdur. Çünki xalqın yüksək iradəsi heç vaxt yanılmır, hər zaman doğru yoldadır. Elə buna görə də qanun çoxluğun səsi ilə qəbul edilir.
Ümumi iradənin ifadəsi kimi qanun və qanunverici haki- mİ5^ətin xalq suverenliyinin müstəsna hüququ olması haqqında təlimi, ictimai müqavilə və dövlət quruculuğunun prinsipləri haqqında konsepsiyası ilə Russo siyasi-hüquqi fikrin və siyasi praktikanın sonrakı inkişafına böyük təsir göstərmişdi.
Dostları ilə paylaş: |