Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
  1   2   3   4   5   6   7   8   9   ...   62
lala qidano




FƏNN: 2915-İAŞƏ MƏHSULLARININ İSTEHSAL TEXNOLOGİYASI 
MÜHAZİRƏ 1. 
 
MÖVZU: GİRİŞİAŞƏ MƏHSULLARININ İSTEHSAL TEXNOLOGİYASI
FƏNNİNIN PREDMETİ 
İ
nsanların maddi rifah halını qaldırmaq üçün iaşə müəssisələrinin qarşısında 
mühüm vəzifələr durur. Zəhmətkeşlərin rifah və mədəni səviyyəsinin durmadan 
artması insanların zövqünü getdikcə inkişaf etdirir və nəticədə ictimai iaşə 
məhsulunun və istehlakçılara xidmət təşkilinin keyfiyyətinə qarşı tələblər artır.Ona 
görə aşxana, restoran, kafe işkiləri əhaliyə satılan məhsulun, kulinar 
məmulatlarının və yarımfabrikatların keyfiyyətini yaxşılaşdırmalı, istehsal 
yenilikşilərinin iş təcrübəsi və texnikasına yiyələnməli istehlakşılara xidmət 
mədəniyyətini qaldırmalıdır. 
İ
ctimai iaşə müəssisələri işinin ciddi yaxşılaşdırılması çox cəhətdən aşpazların 
ustalığından asılıdır. Aşpaz, ictimai iaşənin ən məsul işkilərindən, aşpaz peşəsi isə 
ə
n hörmətli və ən şərəfli peşələrdən biri sayılr. 
Ə
halinin artmaqda olan təlabatını ödəmək üçün aşpazlar dadlı və qidalı xörək 
bişirmək məharətini, yəni kulinariya sənətini mənimsəməlidir.
Kulinariya – müxtəlif xörəklər bişirilməsinin rasional üsul və qaydalarını 
öyrənir və nəinki dadlı, hətta sağlam, yəni insan orqanizmi üçün bütün zəruri qida 
maddələrini öz tərkibində saxlayan yeməklər hazırlanmasını məqsəd tutur. 
Kulinariya bir çox digər fənlərlə, o cümlədən əmtəəşunaslıq, iaşə fiziologiyası 
sanitariya və gigiyena, habelə ictimai müəssisələrinin avadanlığı ilə sıx 
ə
laqədardır. 
Ə
mtəəşunaslıq xammal haqqında, məhsulların kimyəvi tərkibi, onların 
kaloriyalığı və qida dəyəri haqqında əsas məlumat verir. Bütün bu məlumat isə 
kulinar proseslərin in düzgün dərk edilməsi üçün zəruri şərt təşkil edir.
Xörəyin elmi əsaslar üzrə hazırlanması iaşə fiziologiyasını bilməyi tə ləb edir. 
Bu fənni insan səhhətinin və onun iş xarakterik vəziyyətindən asılı menyu tərtib 
edilməsində və yemək hazırlanmasına imkan verir 



Sanitariya və gigeyena xörəyin insan sağlamlığınım möhkəmlənməsinə 
yardım göstərməsi üçün onun hansı şəraitdə hazırlanmasını öyrədir. 
Ictimai iaşə müəssisələrində aşpaz əməyi asanlaşdıran müxtılf mexanizmlər 
vardır. Bunlardan tərəvəz, ət, balıq və s. məhsul təmizləyən maşınları,qabyuyan 
avadanlığı məsələləri ilə də sıx əlaqədardır.
Aşxanalarda, restoranlarda,kafelərdə qəlyanaltı müəssisələrinə müxtəlif 
çeşidli çoxlu yeyinti məhsulları daxil olur.Məhsulun qeyri-düzgün saxlanması və 
yanlış kulinar emalı nəticəsində xörəyin keyfiyyəti aşağı düşür və bəzən də xörək 
xarab ola bilər. Məsələn, C vitamini olan məhsullar açıq qabda qızdırılan zaman və 
tez-tez qarışdırılanda o, tamamilə məhv ola bilər.
Yumurtanın bərk bişirilməsi üçün müəyyən vaxt qoyulmuşdur; yumurtanı
həmin vaxtdan artıq bişirəndə onun ağı dəyişir və həzmə getmək qabiliyətini xeyli 
aşağı düşür. Belə misallar çox gətirilə bilər. 
Deməli, xörəyin düzgün qaydada bişirilməsini öyrənmək aşpazın ən mühüm
vəzifədir. Xörək hazırlanan zaman məhsulların kulinar emalindan keçirilməsi bir 
sıra ardıcıllıq əməliyatdan ibarətdir ki, bunların hamısına birlikdə texnoloji proses 
deyilir. 
Bu proses iki əsas mərhələdən, yəni məhsulun ilk emalından və isti emaldan 
keçilməsindən ibarətdir. 
İ
lk emal zamanı xammal müxtəlif tərkib və ardıcıllıqla sortlaşdırma, 
yuyulma,soyulma, parçalanma, doğranma, kəsilmə və s. proseslərdən keçirilir. 
İ
kinci mərhələdə ilk hazırlanmasış xammal müxtəlif isti emaldan, o cümlədən 
suda bişirmək , qovurmaq, az suda bişirilmək , öz buğunda bişirilmək və kabab 
edilmək əməliyati keçirilir.
Xörək hazırlanması işində texnoloji prosesin düzgün aparılması aşpazdan
nəzəri bilik və təcrubə vərdişləri tələb edir. Yalnız bu səraitdə yaxşı tam 
xassələrinə malik olan qidalı və zahiri cəhətdən cazibəli yüksək keyfiyyətli xörək 
hazırlana bilər. 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin