Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   2   3   4   5   6   7   8   9   ...   62
lala qidano

Südlü manna şiləsi (suvaşqan yaxud yarımsuvaşqan) 
Burada hazırlanmış manna yarması qaynar üzlü südə yaxud su qarışıqlı südə 
tökülüb 5 dəqiqə qaynadılır, sonra duz və şəkər vurulub 7-10 dəqiqə ərzində 
bişirilir. Süfrəyə verilən zaman manna şiləsinə kərə yağı əlavə edilir. 
Düyü zapekankası. 
Burada hazırlanmış suvaşqan düyü şiləsinə çiy yumurta, kişmiş, vanilan əlavə 
edilib hamısı birlikdə qarışdırılır, bu kütlə dibinə yağ sürtülmüş və suxarı ovuntusu 
səpilmiş tavanın içinə yayılır, sonra bunun üzünə yumurta ilə birlikdə xama 
sürtülərək qızdırıcı şkafda bişirilir. 
Süfrəyə verilən zaman düyü zapekankası porsluq tikələrə doğranıb və üstünə 
kərə yağı yaxud çirin sous tökülür. 
Hər pors üçün burada 60q düyü, 100q süd, 10q şəkər, 10q kişmiş, ¼ ədəd 
yumurta, 5q suxarı, 4q xama, 4q yağ, 0,02q vanil və 10q kərə yağı yaxud sous 
götürülür.
Paxla və makaron məmulatlarından xörəklərin hazırlanma texnalogiyası. 


11 
Paxlalı bitkilər duzsuz bişirilir, çünki duz bunların yumşalmasını ləngidir
burada duz axıra yaxın vurulur. Su cod olanda da paxlalı bitkilərin yumşalmasına 
mənfi təsir yetirir; belə hallarda qaynanmış sudan istifadə olunması məsləhət 
görülür. Paxlalı bitkilər bişirilən zaman suyun 1 sm paxladan yuxarı durması 
lazımdır; burada paxla bişdikcən və su buxarlandıqcan qaynar su əlavə edilməlidir 
ki, proses sürətlənsin. Paxlalı bitkilər qapağı örtülü qabda bişirilməlidir. Bunların 
bişməsi vaxtı növündən və sortundan asılı olaraq 30 dəqiqədən (şərti) 3 saata qədər 
(lobya) sürür. 
Makaron məmulatı iki üsulda, yəni ya bol miqdar suda (1 kq makaron 
məmulatlarına 6-7l su), ya da az miqdarda suda (1 kq makaron məmulatlarına 1,5- 
2l su) bişirilir, bol miqdar suda bişiriləndə məmulat ələkdən süzülür, az miqdar 
suda bişiriləndə isə-süzülmür. Bol miqdar su tətbiq ediləndə makaron məmulatı 
duzlu qaynar suda bişirilib yumşaq vəziyətə gətirilir, sonra aşsüzənə tökülüb həlimi 
süzülür. Bişən zaman makaron məmulatı şişir və öz şəkisini 150% artırır.
Az miqdar su tətbiq ediləndə makaron məmulatı qatılaşınca qaynar suda 
bişirilir, sonra içinə yağ vurulub qabın qapağı örtülür və zəif od üstündə bişirilib 
başa gətirilir. Burada məmulatın çəkisi 200% artır.
Makaron məmulatından vermişel-12-15, əriştə- 20-30 və makaron isə 35-50 
dəqiqədə bişir. Makaron məmulatı həm müstəqil xörək, həm də qarnir yeri verir. 
Tomatlı lobya. Burada hazırlanmış lobyanın üstünə soyuq su tökülür və 2-3 
saat ərzində bişirilib hazır vıziyyətə gətirilir. Sonra həmin lobya ələkdən süzülüb 
hazır tomat sousu ilə birləşdirilir, 4-7 dəqiqə qızdırılır və içinə duz, döyülmüş istiot 
və kərə yağı vurulur. Buna yağda qızardılmış baş soğanda qatıla bilər. Süfrəyə 
verilən zaman lobyanın üstünə narın doğranmış göyərti səpilir. 
Hər pors üçün burada 100 q lobya, 40 q baş soğan, 80 q hazır sous, 10 q kərə 
yağı, 0,05 q döyülmüş istiot və 4 q göyərti götürülür. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin