1. Dizontogenezin müxtəlif növlərinin təsnifatı. Psixi inkişafdan qalma



Yüklə 17,93 Kb.
tarix08.05.2020
ölçüsü17,93 Kb.
Mövzu.№5 Uşaqlarda atipik psixi inkişafın növləri. (psixi inkişafdan qalma)
Plan

1. Dizontogenezin müxtəlif növlərinin təsnifatı.

2.Psixi inkişafdan qalma.

Dizontogenezin müxtəlif növlərinin olduğu müxtəlif təsnifatlarda müxtəlif cür verilmişdir.

L. Kanner(1955) onun iki növünü: inkişafdan qalma və əyilmiş psixi inkişafı qeyd etmişdir. Q.E.Suxaryeva(1959) şəxsiyyətin inkişafının pozulma patogenezi baxımından psixi dizontogenezin üç növünü ayırmışdır:gecikmiş, zədələnmiş və əyilmiş psixi inkişaf.

Y.Luts əyilmiş psixi inkişafın 5 növünü ayırmışdır:

1. Dönməz psixi inkişafdan qalma və bunu oliqofreniya modeli üzərində aydınlaşdırmışdır.

2. Dizharmonik və ya ahəngsiz psixi inkişaf-psixopatiyalar il əlaqələndirilmişdir.

3. Reqressləyən inkişaf-proqressləyən degenerativ xəstəliklərlə, bədxassəli epilepsiya ilə əlaqələndirmişdir.

4.Alternativi olan inkişaf(müxtəlif somatik və psixi xəstəliklər zamanı retardasiya və akselarisya halları bir-birini əvəz edə bilər.)

5.Şizofreniya xəstəliyi zamanı müşahidə olunan inkişaf istiqaməti və xüsusiyyətləri.

Ən müasir dizontogenezin təsnifatını 1985-ci ildə V.V.Lebedinski tərəfindən verilmişdir. O psixi dizontogenezi daha geniş variantda növlərini vermişdir.

1.Psixi inkişadan qalma.

2. Ləngimiş psixi inkişaf.

3.Zədələnmiş psixi inkişaf.

4.Kəsirli psixi inkişaf

5.Təhrif olunmuş psixi inkişaf

6.Ahəngsiz psixi inkişaf.



2.Psixi inkişafdan qalmanın tipik modeli oliqofreniyadır. Aparılan elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əqli cəhətdən geri qalan uşaqlarda psixi proseslərin inertliyi, yəni bir fəaliyyətdən digərinə keçidin çətin olması özünü qabarıq göstərir. L.V.Zankov və J.İ. Şif bu uşaqlarda sensor sferanın fəaliyyətdən qalmasını qeyd etmişlər. Duyğu uzvlərinin birinci dərəcəli qüsuru oliqofren uşaqlarda olmasa da qavramanın kasadlığı və kifayət dərəcədə olmaması diqqəti cəlb edir. Həmçinin uşaqlarda qavrama ləng və zəif gedir, normadan fərqlinolaraq qavramanın həcmi kiçikdir. V.Q. Petrovanın tədqiqatları göstərmişdir ki, oloqofren uşaqlar əşyanın rəngini və və ölçüsünü yaxşı qavradıqları halda, onların forma və materialını qavramaqda çətinlik çəkirlər. Dayaq hərəkət apparatının birinci dərəcəli qüsuru olmadığı halda, motorikanın inkişafdan qalması müşahidə olunur. Onlarda hərəkətin kasadlığı, monotonluğu qeyri ritmikliyi, asta icrası, hərəkətsizliyi iləə yanaşı onların məqsədsizliyi, ümumi hərəkət narahatlığı, lazımsız artıq hərəkətlər diqqəti cəlb edir. Əzələ tonusunun qeyri sabit olması nəticəsində ixtiyari hərəkətlərin, mimika və jestlərin kasıblığı, artıq hərəkətlər, astagəllik, hərəkətlərin tormozlanması müşahidə olunur.

Ümumi hafizə zəifliyi ilə yanaşı, yadda saxlama və yada salma daha çox pozulmuş olur.Tədqiqatlar göstərmişdir ki, oliqofren uşaqlarda diqqətin həcminin azalması və onun lazımi obyekt üzərinə cəmlənməməsi pozulur.

Oliqofreniya zamanı mənfi amillərdən biridə nitq pozuntusudur. Ağırlıq dərəcəsindən asılı olaraq nitqin bu və ya digər dərcədə pozulmasından danışmaq mümükündür.Passiv söz ehtiyatının çox olmasına baxmayaraq bu uşaqların aktiv nitqi çox məhduddur. Nitqində qramatik səhvlər çoxdur, sözlərin deylişində qüsur aydın görünür, pəltək olurlar. Sözlərin mənasının başa düşülməsi çətinləşir.

Oliqofren uşaqlarda yeni anlayışların formalaşmasında kəskin inkişafdan qalma vardır. Onlar özlərinin konkret həyat təcrübələrindən kənara çıxa bilmirlər, işlətdikləri sözlərin mənasını bəzən aydın təssəvür etmirlər, mücərrədləşdirmə, ümumiləşdirmə təhlil və tərkib prosesləri inkişaf etmir.

Emosional sferanın inkişafdan qalması səciyyəvi əlamətlərdən biridir. Bu uşaqlarda emosiyalar çox kasıb olur, müxtəlif həycanaları səthi və eyni cür keçirdirlər. Motivlərin bir-biri ilə mübarizəsi zəif olub ancaq hal-hazırda keçirdikləri emosiyalarla yaşayırlar. Onlar çox affektiv olub, implusiv affektdə meyillidirlər və affeklərini boğa bilmirlər.

Şəxsiyyətin yetişməməsi dərketmə proseslərində özünü biruzə verir. Motivasiyanın yetişkənsizliyi, passivlik, yüksək təlqinə qapılma, iradi sferanın inkişafdan qalması səciyyəvi xüsusiyyətlərdəndir.

Beləliklə oliqofrenlərdə psixi inkişafdan qalma, total, yəni hərtərəfli xarakter daşıyır. Çünki bu bütün psixi sferanı əhatə edir;sensorika, motorika, hafizə, intellekt, emosiyalar və ümumiyyətlə, şəxsiyyətin formalaşması pozulmuş olur. Bütün bunlar psixi inkişafdan qalmanın birinci xüsusiyyətini, yəni totallığını izah edir.

Oliqofreniyanın ikinci xüsusiyyəti onun ierarxlığı, yəni ardıcıllığıdır. Bu onunla izah olunur ki, qnozis, praksis və nitqin, emosiya və hafizənin çatışmazlığı adətən, təfəkkürün inkişafdan qalmasından daha az nəzərə çarpır.

Oliqofreniyanın daha yüngül formasında elementar proseslər zədələnməsə də, təfəkkürün ali formalarının inkişafdan qalması əsas əlamətdir. Digər funksiyaların da ali formalarında çatışmazlıqlar diqqəti cəlb edir. Məsələn qavrama zamanı ən çox təhlil və tərkib prosesləri ilə bağlı inkişafdan qalma olur. Qavranılan əşyanın əsas əlamətlərinin və xassələrinin ayırd edilməsi çətinləşir. Normal uşaq ev ağac şəkli çəkdikdə adi sxemə əsaslanır. Obyektlərin əsas əlamətlərini mütləq qeyd edir. Oliqofren uşaqlarda isə şəkillərdə kasıblıq, qeyri-adilik və hətta əsas əlamətlərin yadan çıxması diqqəti cəlb edir.

Passiv, qeyri-ixtiyari diqqət, aktiv ixtiyari diqqətə nisbətən daha yaxşı vəziyyətdə olur. Mexaniki hafizə nisbətən yaxşı oluğu halda məna kəsb edən hafizə nisbətən pozulmuş olur.

Elementar emosiyalar zədəsiz olduğu halda intellektual inkişafdan qalma ilə əlaqədar mürəkkəb emosional reaksiyaların formalaşması pozulur. Başqalarının qayğısına qalma, onların dərdinə şərik olma oliqofrenlərdə pozulmuş olur. Onlarda affektiv məqsədə çatma aşağı düşür, öz hərəkətlərinə qiymət vermək, onlara tənqiqdi yanaşmaq, mühakimə yürütmək qabiliyyəti inkişaf etmir.

Motorika sahəsində də həmin qanunauyğunluqlar müşahidə olunur. Elementar hərəkətlər normal olduğu halda dəqiq və incə hərkətlər inkişafdan qalmış olur.

Nitq prosesinin də inkişafdan qalması səciyyəvi xüsusiyətlərdəndir. Oliqofreniyanın yüngül formasında kifayət qədər söz ehtiyatı olduğu halda nitqin məna kəsb edən aspektləri ümumiləşdirmə funksiyası nitqdə yox dərəcəsindədir. Beləliklə bu uşaqlarda əsas kəsir təfəkkürün pozulması olub, bütün digər funksiyaların da inkişafdan qalmasına səbəb olur. Yəni L.S. Viqotiskinin sözləri ilə desək “yuxarıdan aşağı” pozulma müşahidə olunur; təfəkkürün inkişafdan qalması elementar psixi funksiyaların inkişafdan qalması ilə bağlı olan bir prosesdir. Ona görə də birinci və ikinci dərəcəli qüsurları ayırmaq lazımdır.

Segen, Zankov və başqaları iradi sferanın inkişafdan qalmasını oliqofrenlərdə intellektual fəaliyyətin pozulması ilə izah etmişlər. Bu zaman ikinci dərəcəli qüsur kimi, diqqətin çatışmazlığı müşahidə edilir. Bəzi müəlliflər əqli çatışmazlığı əmələ gətirən əsas amillərdən biri kimi, iradi pozuntunun olduğunu izah edirlər.

Təfəkkürün, nitqin hafizənin ali foramalarının inkişafdan qalmasına L.S. Viqotiski ikinci dərəcəli qüsur kimi baxırdı. Pevzner oliqofreniyanın əsas morfoloji bazasının alın payının inkişafdan qalmasında görürdü. Bütövlükdə isə daha çox beynin alın və təpə paylarının daha yetkin sistemlərinin inkişafının pozulması nəzərdə tutulur.

Suallar.

15.Uşaqlarda atipik psixi inkişafın növləri. (psixi inkişafdan qalma)

16. Dizontogenezin müxtəlif növlərinin təsnifatı.

17.Psixi inkişafdan qalma.

18.Əqli cəhətdən geri qalan uşaqların psixoloji xüsusiyyətləri.
Ədəbiyyat siyahısı.

1.N.T. Hüseynova. S.R.Aslanova “Xüsusi psixologiya” I-IIcild ADPU-nəşriyyatı Bakı-2018

2..S.Ə.Qasımov “Əqli və fiziki inkişafı ləngiyən uşaqların diaqnostikası və korreksiyası.Bakı 2004.

3.Şəfiyeva E.İ, “Anomal inkişafın psixologiyası” Bakı 2012

4.Qədirov Ə.Ə.Yaş psixologiyası Bakı 2000

5.İsmayılov N.V. “Psixiatriya” Bakı 2003



https://www.facebook.com/babystarub/posts/591810114314292/
Yüklə 17,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə