Sual 18. Təlim texnologiyalarının şagirdlərin sosial fəallığında rolu Cavab: Təlimin başlıca sosial vəzifəsi uşaq və gənclərin sosial fəallığını təmin etməkdən, insanlarla fikir mübadiləsi aparmağı, kollektiv fəaliyyət göstərməyi və müəyyən problemlərin birgə həlli yollarını axtarıb tapmaq bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Təlim insanın ünsiyyət, informasiya mübadiləsi, qarşılıqlı münasibət qurmaq və özünü ifədə etmək tələbatlarının ödənilməsinin vacib şərtidir. Təlimdə şagirdlərin sosial əməkdaşlıq motivlərinin ödənilməsi üçün böyük imkanlar və bu imkanların reallaşması üçün əlverişlı şərait yaradılmalıdır. Texnologiya – yunanca ustalıq, bacarıq mənasını verir. Təlim texnologiyası dedikdə, qarşıya qoyulan məqsəd baxımından təlimin təşkili və idarə edilməsinə yönələn əməliyyatlar sistemi başa düşülür. Bu zaman təlimin bütün komponenetləri – məqsəddən nəticəyə və onun qiymətləndirilməsinə qədər sistem halında götürülür.
Təlim texnologiyası mürəkkəb quruluşa malikdir:
təlimin məqsədi
təlimin məzmunu
təlimin motivləri
təlim prosesinin təşkili (vasitə, metod və formaları)
müəllim-şagird münasibətləri
təlimin nəticələri.
Bu proseslər bir-birilə qarşılıqlı vəhdətdə cərayan edir.
Təlim texnologiyalarının növləri çoxdur: ənənəvi və fəal təlim texnologiyaları, problem təlim texnologiyaları, kurrikulum texnologiyaları, oyun texnologiyaları, məsafədən təhsil texnologiyaları, kollektiv qarşılıqlı təsir, diferensiv və adaptiv texnologiyalar və s.
Ənənəvi (reproduktiv) təlim texnologiyaları – bilik, bacarıq və vərdişlərin ötürülməsinə əsaslanan qədim təlim modelidir. Sxem kimi belə qurulur:
Yeni biliyin öyrənilməsi – möhkəmləndirmə - nəzarət -qiymətləndirmə
Burda başlıca metod:
müəllimin şərhi
şagirdlərin aparıcı fəaliyyət növü – dinləmə və yadda saxlama
əsas tələbi və başlıca meyarı – öyrənilənlərin müəllimə səhvsiz Çatdırılması.
Bu texnologiyanın üstün cəhəti odur ki, az bir zamanda informasiyanı anlaşıqlı şəkildə çatdırmaq və təlim prosesini səmərəli idarə etməkdir. Nöqsanlı cəhəti isə təlimdə fərdi və differensiv yanaşmağa, şagirdlərin fikri potensialını inkişaf etdirməyə lazımı qədər imkan yaratmamasıdır.
II. Problem təlim texnologiyaları – hazır informasiyaların verilməsinə əsaslanan ənənəvi təlim texnologiyalarından fərqli olaraq elmi biliklərin müstəqil surətdə əldə edilməsini, yəni problem qoyub onun həlli yollarını tapmağı və nəticələr çıxarmağı nəzərdə tutur. Belə təlimin əsasını problem vəziyyət (situasiya) təşkil edir. Problem situasiya müəyyən ziddiyyətlərin yaradılması ilə bağlıdır (məlum biliklərlə yeni faktlar arasında, məişət və elmi biliklər arasında, məlum və yeni bilklər arasında və s.). Problem təlim texnologiyalarının özünəməxsus struktur ünsürləri vardır. Onun sxemi belədir:
Problem situasiya – problem – həllin modeli – problemin həlli – nəticə
Bu təlimdə müəllim problem situasiya yaradaraq şagirdləri axtarışa cəlb edir: onlar qoyulmuş problemi ya qismən müəllimin köməkliyi (qismən axtarış metodu) ilə ya da müstəqil şəkildə (tədqiqatçılıq) həll edirlər. Bu təlimdə uşaqların sosial varlığı üçün böyük imkanlar yaradılır. Şagirdlər öz mülahizələrini bildirir, fikir mübadiləsi aparırılar, kiçik qruplarda aparılan tədqiqatdan ümumi nəticəyə gələrək təqdimat edirlər. Beləliklə, problem bütün sinfin sosial fəallığı şəraitində həll olunur.
Üstünlüyü ondadır ki, burada şagirdlərin zehni inkişafı, müstəqilliyi, təlimə və fənnə marağının artmasına imkan yaradır. Sərbəstlik və diskussiya mühiti uşaq nüfüzunu yüksəldir. Zəif cəhəti isə çox vaxt aparması və şagirdlərin idrak fəaliyyətinin zəif idarə olunması imkanı ilə bağlıdır.
II Fəal təlim texnologiyası – şagirdlərin zehni və əməli fəallığına, müstəqilliyinə əsaslanan, tədqiqatçılıq və əməkdaşlıq şəraititndə həyata keçirilir. Şagirdi təlim prosesinin subyektinə, fəal iştirakçısına çevirir. Fəal təlim texnologiyalarının özünəməxsus xüsusiyyətləri vardır: motivasiyanın yaradılması, təlimin emosionallığı, fəal diskussiya şəraiti, əməkdaşlıq, problemlərin kollektiv həlli, əks əlaqə, interaktiv metodların geniş tətbiqi və s. Fəal təlim texnologiyasının strukturunun sxematik quruluşu belədir:
Motivasiya(probleminn qoyuluşu)—tədqiqat sualı – tədqiqatın icrası(fərziyyə) — Kollektuv müzakirə — nəticə çıxarılması.
Fəal təlim texnologiyalarının interaktiv metodlarından (beyin həmləsi, diskussiya, müzakirə, mətn üzrə iş, situativ təhlil, sxem, cədvəllər, işgüzar rollu oyunlar və s.) istifadə edilir. Üstün cəhəti təlimdə şagirdlərin sosial fəallığı, əməkdaşlığı, yaradıcı müstəqil fəaliyyəti üçün əlverişlı şərait yaradılması ilə bağlıdır. Zəif cəhəti problemin həllinə nisbətən çox vaxt sərf olunması və ləng düşünən uşaqların sinfin ümumi tempi ilə ayaqlaşmamasıdır.
III.Kurrikulum texnologiyası – mütərəqqi təlim modeli kimi dünyada xüsusən Avropada geniş yayılmışdır. Ənənəvi təlimdən fərqli olaraq kurikulum texnologiyalarında təfəkkürün yaradıcılıq qabiliyyələrinin inkişafına - hafizə məktəbinin intellekt məktəbinə çevrilməsinə xidmət edir. Bu modeldə qeyri-standart məşğələlərə, təlimin qrup, frontal, cüt, fərdi formalarda təşkilinə daha da çox yer verilir. Kurikulum modelinin strukturu üç ünsürdən ibarətdir:
Təhsilin məzmunu (məzmun standartları)
Təlim strategiyaları (texnologiyaları)
Qiymətləndirmə standartları.
Bu ünsürlər bir-birilə vəhdət təşkil edir və ümumi nəticəyə yönəlir. Kurikulum texnologiyasında fəal-interaktiv metodlardan geniş istifadə olunur. Beyin həmləsi, BİBO cədvəli, insert, şaxələndirmə, rollu oyunlar, diskussuya və b. Metodlar daha çox tətbiq olunur. Üstün cəhəti təlimə inkişafetdirici və fəallaşdırıcı təsir göstərir, zəif cəhətləri isə şagirdlərin tədris tapşırıqları ilə yüklənməsi, məzmun və qiymətləndirmə standartlarının hazırlanması, onların yoxlanması ilə əlaqədar çoxlu vaxt sərfiyyatı ilə bağlıdır.